Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Miracle
Miracle — ingilis dilində möcüzə mənasına gələn söz.
Mixaylo
Mehdi Hənifə oğlu Hüseynzadə və ya ləqəbi ilə Mixaylo (22 dekabr 1918, Bakı – 2 noyabr 1944) — leytenant, azərbaycanlı partizan və təxribatçı, İkinci Dünya müharibəsi dövründə kəşfiyyat-təxribat qrupun rəhbəri, Sovet İttifaqı Qəhrəmanı. İkinci dünya müharibəsi zamanı əsir düşsə də, düşərgədən qaçaraq, Yuqoslaviya, Triest, İtaliya partizan dəstələri ilə Vermaxta qarşı mübarizə aparmış, çətin döyüş tapşırıqlarını və sabotaj əməliyyatlarını yerinə yetirmişdir. == Həyatı == === Müharibəyə qədər === Mehdi Hənifə oğlu Hüseynzadə 22 dekabr 1918-ci ildə Bakının Novxanı kəndində anadan olmuşdur. Atası Hənifə Hüseynov (1881–1922) Hümmət təşkilatının üzvü olub, Azərbaycanda Sovet rejiminin qurulması üçün çalışan fəal döyüşçülərdən idi. Daha sonra o, Azərbaycan milisinin rəisi olmuş, ölkə ərazisində banditizmə qarşı mübarizə aparmış, həyatının sonlarına yaxın Bakı Sovetinin inzibati şöbəsinin müdiri olmuşdur. Erkən yaşda atasını itirən Mehdi əvvəl anası, sonra isə bibisi tərəfindən böyüdülmüşdür. 1925-ci ildə o, yazıçı Süleyman Sani Axundovun direktoru olduğu 77 saylı natamam (7 illik) orta məktəbə (sonradan 19 saylı orta məktəb olmuşdur) daxil oldu. Mehdinin ilk müəllimi bəstəkar Səid Rüstəmov idi. 1932-ci ildə o, orta məktəbi bitirərək Bakı Rəssamlıq məktəbinə daxil olmuşdur. Burada o, Kazım Kazımzadə, Əsgər Abbasov, Əli Zeynalov, Mürsəl Nəcəfov ilə birlikdə oxumuşdur.
Mixail
Mixail — Dünyada daha çox işlədilən kişi adı. Mixail Barinov — Neft Akademiyasının rektoru Mixail Kolyubakin — Bakı quberniyasının qubernatoru. Mixail Koqranyan — erməni mənşəli Azərbaycan SSR xalq artisti (1960) Mixail Nüeymə — Livan yazıçısı, tənqidçi Mixail Ostroqradski — Rusiya və Ukrayna riyaziyyatçısı və mexaniki; Mixail Pavlov — sovet metallurqu; SSRİ EA-nın akademiki; Sosialist Əməyi Qəhrəmanı (1945). Mixail Qavrilov — məşhur SSRİ pilotu Mixail Suslin — rus riyaziyyatçısı, Luzinin şagirdidir. Mixail Ulyanov — SSRİ xalq artisti, SSRİ Lenin və Dövlət mükafatlarının laureatı, tanınmış rus aktyoru Mixail Xodorkovski — rusiyalı sahibkar, ictimai xadim, publisist.
Bulbophyllum mirabile
Bulbophyllum mirabile (lat. Bulbophyllum mirabile) — səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü.
Miracle Aligner
"Miracle Aligner" – The Last Shadow Puppets qrupunun ikinci studiya albomu Everything You've Come to Expect-dən dördüncü sinql. 28 mart 2016-cı ildə Domino Records tərəfindən buraxılmışdır. Mahnı Aleks Törner, müğənni Aleksandra Savior və prodüser Ceyms Ford tərəfindən yazılıb. "Miracle Aligner" barokko-pop, soul-pop və sofisti-pop janrında olan mahnıdır. Savior mahnın kokain satıcısı haqqında olduğunu deyib. Musiqi videosu Londonda yerləşən Hotel Café Royal-da rejissor Saam Farahmand tərəfindən lentə alınıb. Video "İtalyan dastanı" üçləməsinin sonuncu hissəsidir, klipdə Keyn və Törnerin bəzəkli otaqda kamera qarşısında rəqs etdiyi göstərilir. Musiqi videosu 16 may 2016-cu ildə yayımlandı və qrupun ən populyar videosu oldu. The Last Shadow Puppets mahnını "Le Grand Journal" və "The Late Late Show with James Corden" televiziya verilişlərində canlı olaraq ifa edib. == Haqqında == Mahnı ilk olaraq Törnerin ağlına gəlmişdi.
Mixaela Ebert
Mixaela Ebert (7 iyun 1997) — Almaniyalı peşəkar qadın trek velosipedçisi. Ebert Almaniyanı beynəlxalq yarışlarda təmsil edir. Ebert 2016 UEC Avropa Trek Çempionatında komanda yarışlarında da iştirak etmişdir.
Mixaela Metallidou
Mixaela Metallidou (23 yanvar 1993) — Yunanıstanı təmsil edən bədii gimnast. Mixaela Metallidou, 2016-cı ildə Yunanıstanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Mixaela Metallidou 2016-cı ildə Yunanıstan bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Yoanna Anaqnostopoulou, Yeleni Doika, Zoi Kontoqianni və Stavroula Samara ilə birgə təsnifat mərhələsində 30.416 xal topladı və 13-cü yeri tutaraq mübarizəni dayandırdı.
Mixaela Şaffrat
Mixaela Şaffrat (alm. Michaela Schaffrath‎, 6 dekabr 1970) – Almaniya pornoaktrisasıdır. Filmlərdə "Cina Uild" ləqəbi ilə məşhurdur.. == Həyatı == Qərbi Almaniyada dünyaya gələn Mixaela yetkin yaşına çatdıqdan sonra uşaq həkimi vəzifəsində çalışmağa başladı. Mixaela 7 oktyabr 1994-cü ildə Aksel Şaffrat ilə evlənir. 1999-cu ildə avropalı pornorejissor Herri S. Morqan Şaffrat və həyat yoldaşının da oynadığı həvəskar bir pornofilmi çəkir. Bu isə Mixaelaya böyük populyarlıq gətirir. Ardınca Mixaela Şaffrat "Cina Uild" (ing. Gina Wild) adı ilə səkkiz pornofilmdə iştirak etmişdi. 2000-ci ildən etibarən Mixaela pornofilmlərdə çəkilməyi dayandırır və normal tərzdə çəkilən filmlərdə rol alır.
Mixails Popkovs
Mixails Popkovs (21 may 1957, Özbəkistan) — Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2007-2010)
Paphiopedilum mirabile
Paphiopedilum vietnamense (lat. Paphiopedilum vietnamense) — səhləbkimilər fəsiləsinin pafiopedilum cinsinə aid bitki növü.
Əfsanəvi Mixaylo
Əfsanəvi Mixaylo - Azərbaycanın tanınmış araşdırmaçı-publisisti, hərbi jurnalist, nasir, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1978), H.Zərdabi adına mükafatın laureatlı (2002) Şəmistan Nəzirlinin yazdığı kitabdır. == Haqqında == Kitabda İkinci Dünya müharibəsi dövründə kəşfiyyat-təxribat qrupun rəhbəri, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin Vermaxta qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatlarının bir qismi, yeni arxiv materialları və nadir sənədlər yer alıb. Burada həmçinin onun gənclik illərindən-bacılarının, məktəb və tələbə dostlarının xatirələrinə yer verilib. Mehdi Hüseynzadənin əsirlikdə olarkən “Qürbətzadə” imzası ilə yazdığı şeirlər və 1935-ci ildə qələmə aldığı poema ilk dəfə bu kitabda təqdim olunur.
II Mixail
II Mixail (təq. 1270) — Çar, 1270-ci ildə doğulmuş, 1272-ci ildə şərik hökmdar elan edilmişdir. Anasının kölgəsində yaşamış, Bizansa sürgün olunduğundan sonra 1302-ci ildə taxta gətirilmək istəsədə qətiyyətsiz davranmışdır. Ölüm tarixi bəlli deyil. == İstinadlar == == Mənbələr == John V. A. Fine, Jr., The Late Medieval Balkans, Ann Arbor, 1987.
I Mixail
Mixail Asen — Çar, II İvan Asenin oğlu. Hakimiyyəti qısa sürmüş, hələ uşaq olmasından istifadə edən qonşu dövlətlər Bolqarıstanın müəyyən bölgələrini işğal etmişdi. == Hakimiyyəti == 1253-cü ildə Serbiyanı işğal planı iflasa uğramış, 1254-cü ildə isə Nikeyaya qalib gəlmişdi. Lakin döyüşdə yaralanan Mixail 2 il sonra sülhə məcbur olmuşdu. Sülhün imzalanmasında vasitəçi olmuş rus knyazı Rostislav Mixayloviç öz qızını Mixaillə evləndirmişdi. Lakin bu ittifaqdan xoşlanmayan əyanlar Mixaili devirmək planı qurmuş, 1256-cı ildə Tarnovoda ovlanan Mixail II Kalman tərəfindən öldürülmüşdü. == Mənbələr == John V. A. Fine, Jr., The Late Medieval Balkans, Ann Arbor, 1987.
Mikale döyüşü
Mikale döyüşü — e.ə. 479-cu ildə baş Priena şəhəri yaxınlığındakı Mikale burnunda baş verən Yunan-İran müharibələrinin döyüşlərindən biri. Mikale döyüşündə, fars ordusu sarsıdıcı məğlubiyyətə uğradı. Spartalı kralı II Leotxid və afinalı Ksantippin rəhbərliyi altında düşmən ordusu tamamilə məhv edildi. == Ədəbiyyat == Баррон Дж. П. Освобождение Греции // Кембриджская история древнего мира. — М., 2011. — Т. IV: Персия, Греция и Западное Средиземноморье ок. 525—479 гг. до н.
Mixail Tolstıx
Mixail Sergeyeviç Tolstıx (rus. Михаил Сергеевич Толстых; 19 iyul 1980 – 8 fevral 2017, Makeevka, Donetsk vilayəti) — Separatist Donetsk Xalq Respublikasına bağlı Somali batalyonunun komandiri, Donbass müharibəsinin aktiv iştirakçısı. Mətbuata verdiyi açıqlamalarında daha çox Givi (rus. Ги́ви) kimi tanınmışdır. Tolstıx 1980-cı ildə Ukrayna Sovet Sosialist Respublikasının Donetsk vilayətinə bağlı İlovaisk şəhərində andan olmuşdur. 1998–2000-ci illərdə Ukrayna ordusunda xidmət keçməzdən əvvəl fabrikdə fəhlə və supermarketdə mühafizəçi kimi çalışdığı məlumdur. Müsahibələrinin birində ulu babasının etnik gürcü olduğunu bildirmişdir. İlovaisk şəhərində döyüşlərin başlaması ilə Ukraynanın şərqindəki separatist hərəkata qoşulmuşdur. 2014-cü ilin sentyabr ayında Donetsk Hava Limanına nəzarət uğrunda gedən döyüşlərdə rəhbərlik etdiyi Somali batalyonu ilə birgə qatılmışdır. Adı 2015-ci ilin 15 fevral tarixində adı Avropa Komissiyasının sanksiyalı şəxslər siyahısına salınıb.
Mixail Tuxaçevski
Mixail Nikolayeviç Tuxaçevski (16 fevral 1893[…] və ya 4 (16) fevral 1893, Slednevo[d], Smolensk quberniyası[d] – 12 iyun 1937, Moskva[…]) — sovet hərb xadimi, hərbi nəzəriyyəçi, Sovet İttifaqı Marşalı (1935). 1937-ci ildə "Antisovet trotskist hərbi təşkilat" işində mühakimə edilərək güllələnmişdir. 1957-ci ildə bəraət almışdır. == İstinadlar == == Mənbə == Соколов Б. В. Тухачевский: Жизнь и смерть красного маршала М. Н. Тухачевский.
Mixail Tuşinski
Mixail Dmitriyeviç Tuşinski — SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü. == Həyatı == Mixail Kərim bəy oğlu 24 yanvar 1882-ci ildə Sankt-Peterburq şəhərində doğulmuşdu. Aleksandra Dolqanova yeddi ildən sonra Vergi və İçkilərin Dövlət Satışı Baş İdarəsində məmur işləyən Dmitri Aleksandroviç Tuşinski ilə ailə həyatı qurmuşdu. Ziyalı və xeyirxah bir adam kimi tanınan Dmitri Aleksandroviç Mixaili doğma oğlu kimi qəbul eləmiş və ona öz familiyasını vermişdi. Uşağın qayğısı və tərbiyəsi ilə əsasən anası məşğul olmuşdu. Onun hələ kiçik yaşlarında xarakterinin formalaşmasında, gələcək həyat və sənət yolu seçməsində Aleksandra Dolqanovanın mühüm rolu olmuşdu. On yaşına çatanda Mixaili Birinci Peterburq Gimnaziyasına qoydular. Hələ aşağı siniflərdə oxuyarkən onun adı daim əlaçılar sırasında çəkilirdi. Mixail burda klassik latın, yunan alman və fransız dillərini öyrəndi. O, yuxarı siniflərdə oxuyarkən şəhərdə gizli bir təşkilat yaradılmışdı.
Mixail Ulyanov
Mixail Aleksandroviç Ulyanov (20 noyabr 1927[…] – 26 mart 2007[…], Moskva) — görkəmli rus teatr və kino aktyoru, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatları laureatı. == Həyatı == M.Ulyanov 1927-ci ildə noyabrın 20-də anadan olub. O, "Özəl həyat", "Qaçış", "Sədr", "Karamazov qardaşları", "Böyük sərkərdə Georgi Jukov", "Antikiller", "Voroşilov atıcısı" və s. filmlərdə oynayıb. M.Ulyanovun yaratdığı ən yadda qalan obraz isə 3 dəfə Sovet İttifaqı Qəhrəmanı, marşal Georgi Konstantinoviç Jukovun obrazıdır. D.Ulyanovun 4 kitabı da çapdan çıxıb: "Mənim peşəm", "Aktyor işləyirəm", "Öz-özümə qayıdıram" və "Ovsunlu içki". M.Ulyanov 2007-ci il martın 22-də xəstəxanaya aparılıb. Aktyor Parkinson xəstəliyindən əziyyət çəkirmiş. M.Ulyanovu əməliyyat etmək istəsələr də, aktyor əməliyyatdan imtina edib. Həkimlər aktyora dərman müalicəsi yazıblar, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Mixail Vaks
Mixail Vaks (18 iyul 1993-cü ildə anadan olub) — ATP Çelencer Turunda iştirak edən və Rusiya Davis Kuboku komandasının üzvü olan Rusiyalı tennis oyunçusudur. 19 avqust 2013-cü ildə o, Dünya ATP reytinqində 743-cü sırada qərarlaşaraq rekorduna imza atmışdır.
Mixail Velikanov
Mixail Velikanov — Sovet hərbi xadimi, 2-ci dərəcəli komandarm. Aprel işğalında və Gəncə üsyanının yatırılmasında iştirak edib. == Həyatı və fəaliyyəti == === Həyatının ilk dövrləri === 8 yanvar 1893-cü ildə Ryazan quberniyasında ruhani ailəsində anadan olub. Bir müddət müəllim kimi fəaliyyət göstərib. Birinci Dünya Müharibəsinin başlaması ilə Rusiya ordusuna çağırılıb. 1915-ci ildə Pskov Zabitlər məktəbini bitirir. Şimal cəbhəsində döyüşən 12-ci ordunun 436-cı Novoladojskiy piyada alayının tərkibində döyüşlərdə iştirak edib. Bu dövrdə podporuçik rütbəsinə qədər yüksəlir. === Vətəndaş müharibəsi === 1918-ci ilin fevral ayından Qırmızı Orduya daxil olur və Şərq cəbhəsindəki Kozlovskiy dəstəsinin batalyon komadiri təyin edilir, iyul ayından həmin dəstənin komandir köməkçisi olur. 1918-ci ilin iyul ayından Şərq cəbhəsindəki 2-ci Simbir alayının komandiri olur.
Mixail Vlasov
Mixail Aleksandroviç Vlasov (2 iyul 1898, Sankt-Peterburq – 12 dekabr 1972, Bakı) — Azərbaycan-sovet rəssamı, Azərbaycan SSR xalq rəssamı (1964). == Həyatı == Mixail Vlasov 1898-ci ildə Sankt-Peterburqda anadan olmuşdur. 1918-ci ildə Peterburqda rəssamlıq studiyasını bitirmişdir. 1920-ci ildə XI Qızıl Ordu sıralarında Bakıya gəlmiş, 1926–1928-ci illərdə "Azdövlətkino"da rəssam işləmişdir. 1928-ci ildən kitab tərtibatı sahəsində fəaliyyət göstərmişdir. Nizaminin "Leyli və Məcnun" poemasına (1942), Şota Rustaveli, Aleksandr Puşkin, Migel de Servantes, Taras Şevçenko, Viktor Hüqo, İvan Krılov və başqalarının əsərlərinə, habelə Mirzə Ələkbər Sabirin "Şeirlər" kitabına (1949), "Azərbaycan nağılları"na (1951), Nikolay Qoqolun "Seçilmiş əsərləri"nə (1952; "Köhnə dünya mülkədarları", "Neva prospekti", "Burun", "Portret", "Kolyaska" və b.), Anna Zegersin "Yeddinci xaç" romanına (1943) illüstrasiyalar çəkmişdir. == Mükafatları == "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 29 iyun 1964 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 24 may 1960 == İstinadlar == == Ədəbiyyat == Искусство Советского Азербайджана. Живопись, скульптура, графика. Коллектив авторов. Москва: Советский художник.
Mixail Vorontsov
Mixail Semyonoviç Vorontsov (rus. Михаи́л Семёнович Воронцо́в; 19 (30) may 1782, Sankt-Peterburq – 6 (18) noyabr 1856, Odessa, Xerson quberniyası) — Qafqaz canişini, general-feldmarşal == Həyatı == 1844-cü ildə Baş hakimlik ləğv edildi və Qafqaz canişinliyi yaradıldı. Qafqazın bütün hərbi və mülki hakimiyyəti canişinə məxsus idi. O, yalnız çarın qarşısında hesabat verirdi. Qafqazın ilk canişini qraf S.M.Vorontsov oldu. S. M. Vorontsov öz vəzifəsinin icrasına başlayan kimi mülki işlər üzrə idarə rəisi P. A. Ladinskinin köməyi ilə bəy və ağaların torpaq hüquqları haqqında layihə hazırlayıb İ. Nikolaya göndərdi. İki illik müzakirədən sonra 1846-cı il 6 dekabrda bəy və ağaların hüquqları haqqında reskript (qanun gücündə olan rəsmi dövlət sənədi) imzalandı. 1847-ci ildə Qafqazın canişini (sərdarı) Qraf Mixail Semyonoviç Vorontsov əmr edir ki, Gəncədə möhtəşəm bir bağ salsınlar. Vaxtında bütün cənubi Rusiyada ən gözəl bağ hesab olunan bu yeri də gəncəlilər müvafiq olaraq Sərdar bağı, ya da Rus Sərdarının bağı adlandırırlar. 1849-cu ildə Qafqaz canişini knyaz Vorontsovun tapşırığı ilə xarici işlər nazirliyinin əməkdaşı N.Xanıkov "Məhəmmədi ruhanilərin təşkili barədə əsasnamə" layihəsini hazırladı.
Mixail Xakimov
Mixail (İsmayıl) Kəbiroviç Xakimov (1 noyabr 1916, Kazan quberniyası – 19 noyabr 1986, Kazan) — Sovet İttifaqı Qəhrəmanı. Mixail 1916-cı ildə Bakıda anadan olmuşdur. Tatardır. Böyük Vətən müharibəsinədək Bakının Keşlə qəsəbəsindəki Tramvay küçəsinin 16 saylı evində yaşamışdır. Ordu sırlarına 1941-ci ildə çağırılmışdır. M. Xakimovun hərbi tərcümeyi-halı maraqlıdır. O, özü bu haqda yazırdı: "1938-ci ildə Belaya Serkov şəhərində xidmət edirdim. Ukraynalı Mixail Pençukla dostlaşmışdım. Xidmət müddəti qurtardıqdan sonra biz ayrıldıq. 1942-ci ildə soyuq qış günlərinin birində Poti şəhərində yenidən görüşdük.
Mixail Xaneke
Mixail Haneke (alm. Michael Haneke‎) — Avstriya kino sənətçisi Mixail Haneke 1942-ci il martın 23-də Almaniyanın Münhen şəhərində aktyor ailəsində doğulub. İkinci Dünya müharibəsi Hanekelər ailəsini Avstriyadakı sakit, müharibənin səs-küyündən uzaq bir şəhərciyə - Viner Noyştadta köçməyə məcbur edir. Mixail tələbəlik illərini Vyana Universitetində psixologiya, filologiya və teatr sənətinin öyrənməklə keçirib. Ali təhsilini başa vurduqdan sonra alman telekanallarından birində redaktor işləməyə başlayıb. 1970-ci ildən etibarən televiziya filmləri üçün ssenarilər yazıb. Kiçik ekranda rejissor kimi ilk debütü 1974-cü ildə çəkdiyi "Liverpuldan sonra" filmi olub. 1974-86-cı illər arasında səkkiz televiziya filmi çəkib və paralel olaraq Vyana, Münhen, Berlin, Hamburq teatrlarında tamaşalar qoyub. İlk tammetrajlı bədii filmini 1989-cu ildə çəkib. "Yeddinci qitə" filmi Lokarno festivalının müsabiqə proqramında iştirak edib.
Mixail Xodorkovski
Mixail Borisoviç Xodorkovski (26 iyun 1963, Moskva) — rusiyalı sahibkar, ictimai xadim, publisist. Hal-hazırda Segejada (Kareliya Respublikası) ümumi rejimli koloniyada 11 illik azadlıqdan məhrum edilmə cəzasını çəkib, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 20 dekabr 2013-cü il tarixli sərəncamı ilə o əfv olunaraq azadlığa çıxıb . == Həyatı == 1997—2004-cü illərdə "YUKOS" neft şirkətinin əsas sahibi və rəhbəri olmuşdur. 2003-cü ildə həbs olunub. Həbs olunduğu zaman dünyanın ən zəngin insanlarından biri olmuşdur. 2005-ci ildə məhkəmə barəsində hökm çıxararaq dələduzluq və başqa cinayətlərin törədilməsində təqdirli bilmişdir. "YUKOS" şirkəti müflis elan edilmişdir. 2010-2011-ci illərdə Xodorkovski barəsində yeni hallara görə yeni hökm verilmişdir. Xodorkovskinin cinayət təqibi Rusiya və beynəlxalq ictimaiyyət tərəfindən ziddiyyətli qiymət aldı: bəziləri Xodorkovskinin ədalətli şəkildə məhkum olunduğunu, digəriləri siyasi motivlərlə təqib olunan vicdan məhbusu hesab edirlər. "Beynəlxalq amnistiya" Xodorkovski və onun həmkarı Platon Lebedevə "Vicdan məhbusu" statusu vermişdir.