Mixail Aleksandroviç Vlasov (2 iyul 1898, Sankt-Peterburq – 12 dekabr 1972, Bakı) — Azərbaycan-sovet rəssamı, Azərbaycan SSR xalq rəssamı (1964).
Mixail Vlasov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Sankt-Peterburq, Sankt-Peterburq quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
Rusiya imperiyası→ SSRİ |
Fəaliyyəti | rəssam |
Mükafatları |
Mixail Vlasov 1898-ci ildə Sankt-Peterburqda anadan olmuşdur. 1918-ci ildə Peterburqda rəssamlıq studiyasını bitirmişdir. 1920-ci ildə XI Qızıl Ordu sıralarında Bakıya gəlmiş, 1926–1928-ci illərdə "Azdövlətkino"da rəssam işləmişdir. 1928-ci ildən kitab tərtibatı sahəsində fəaliyyət göstərmişdir.[1]
Nizaminin "Leyli və Məcnun" poemasına (1942), Şota Rustaveli, Aleksandr Puşkin, Migel de Servantes, Taras Şevçenko, Viktor Hüqo, İvan Krılov və başqalarının əsərlərinə, habelə Mirzə Ələkbər Sabirin "Şeirlər" kitabına (1949), "Azərbaycan nağılları"na (1951), Nikolay Qoqolun "Seçilmiş əsərləri"nə (1952; "Köhnə dünya mülkədarları", "Neva prospekti", "Burun", "Portret", "Kolyaska" və b.), Anna Zegersin "Yeddinci xaç" romanına (1943) illüstrasiyalar çəkmişdir.[1]