Mixail Borisoviç Xodorkovski (26 iyun 1963, Moskva) — rusiyalı sahibkar, ictimai xadim, publisist. Hal-hazırda Segejada (Kareliya Respublikası) ümumi rejimli koloniyada 11 illik azadlıqdan məhrum edilmə cəzasını çəkib,[1] Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 20 dekabr 2013-cü il tarixli sərəncamı ilə o əfv olunaraq azadlığa çıxıb .
Mixail Xodorkovski | |
---|---|
rus. Михаил Ходорковский | |
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Moskva, RSFSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Rusiya |
Təhsili | |
Fəaliyyəti | sahibkar, xeyriyyəçi |
Atası | Boris Moiseyeviç |
Anası | Marina Filippovna |
Həyat yoldaşı | İnna Valentinovna |
Uşağı | 4 |
khodorkovsky.ru | |
Vikianbarda əlaqəli mediafayllar |
1997—2004-cü illərdə "YUKOS" neft şirkətinin əsas sahibi və rəhbəri olmuşdur. 2003-cü ildə həbs olunub. Həbs olunduğu zaman dünyanın ən zəngin insanlarından biri olmuşdur.[2][3][4] 2005-ci ildə məhkəmə barəsində hökm çıxararaq dələduzluq və başqa cinayətlərin törədilməsində təqdirli bilmişdir. "YUKOS" şirkəti müflis elan edilmişdir. 2010-2011-ci illərdə Xodorkovski barəsində yeni hallara görə yeni hökm verilmişdir.
Xodorkovskinin cinayət təqibi Rusiya və beynəlxalq ictimaiyyət tərəfindən ziddiyyətli qiymət aldı: bəziləri Xodorkovskinin ədalətli şəkildə məhkum olunduğunu, digəriləri siyasi motivlərlə təqib olunan vicdan məhbusu hesab edirlər.[5][6][7]
"Beynəlxalq amnistiya" Xodorkovski və onun həmkarı Platon Lebedevə "Vicdan məhbusu" statusu vermişdir.[8] Avropa insan haqları məhkəməsi 2011-ci ilin mayında çıxardığı qərarında həbs zamanı prosedur pozuntularının olduğunu, ibtidai istintaq və məhkəmə baxışı, həbsdə saxlanılmaya dair şikayətlərə baxılma zamanı insan ləyaqətini alçaldan faktların mövcudluğunu müəyyən etmiş.[9] Eyni zamanda AİHM hesab etmişdir ki, Xodorkovskinin cinayət təqibinin siyasi motivlərinin təkzibedilməz sübutları təqdim olunmamışdılar.[10][11][12]
24 iyul 2012-ci ildə Xodorkovskinin şikayəti əsasında Rusiya Federasiyası Ali Məhkəməsinin hakimi V.M. Lebedev tərəfindən nəzarəti icraatı başlandığı məlum oldu.[13] 20 dekabr 2012-ci ildə Moskva şəhər məhkəməsinin rəyasət heyəti qanunvericiliyin liberallaşması ilə əlaəqdar həbs müddətini 13 ildən 11 ilədək azaltmışdır. 29 may 2013-cü ildə Rusiya Federasiyası Ali Məhkəməsi Xodorkovski və Lebedevə daha yüngül cəzanın təyin olunmasının mümkünlüyü ilə əlaqədar yenidən nəzarət icraatına başladı.[14]
Qüvvədə olan hökmlərə əsasən Xodorkovski azadlığa 25 oktyabr 2014-cü ildə çıxmalı idi.[1] Ancaq Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 20 dekabr 2013-cü il tarixli sərəncamı ilə o əfv olunaraq azadlığa çıxdı.[15]