Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Monofagiya
Monofagiya (q.yun. μόνος – tək; φαγεῖν – yemək) — heyvanların eyni qida hesabına qidalanmaya ixtisaslaşmasının son dərəcəsi. Əsasən, çoxlu növləri olan qruplarda, xüsusən həşəratlarda, bəzi qurdlarda, xərçəngkimilərdə və molyusklarda yayılmışdır. Onurğalılarda çox azdır. Monofagiya bitkiyeyən növlərə (məsələn, uzunburun böcəyin xırda forması yalnız buğda, iriləri isə qarğıdalı ilə qidalanır və s.), həmçinin heyvan parazitlərinə xasdır. Monofagiya bir sıra bərabəryağlı xərçənglər və qansoran parazitlər (gənələr, birələr) üçün də xarakterikdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Биологический энциклопедический словарь / глав. ред. М. С. Гиляров. — М.: Советская энциклопедия, 1986.
Monofoniya
Monofoniya (q.yun. μόνος – tək; φωνή – səs) — bir neçə mənbədən (məsələn, orkestr alətlərindən) gələn səs dalğalarını birlikdə bir daşıyıcı üzərinə yazan səsyazma üsulu. Yazı ümumi qurğudan (məsələn, renroduktordan) səsləndirilir. Bu zaman müxtəlif mənbələrdən alınmış səslər sanki bir nöqtədən eşidildiyi üçün səslənmənin perspektivliyi təhrif olunur, səsin tembri dəyişir, ayrı-ayrı mənbələrə uyğun səslərin eşidilmə dəqiqliyi azalır və s. Monofonik səsyazma tədricən daha təkmil stereofonik səsyazma ilə əvəz olunur.
Monomeriya
Monomeriya (lat. Monomeria) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Monomeria barbata Lindl. Monomeria longipes (Rchb.f.) Aver.
Monoqamiya
Monoqamiya — təkkəbinlilik; nikah və ailənin tarixi forması. == İnsanlar arasında monoqamiya == Monoqamiya ibtidai icma cəmiyyəti dağıldıqdan sonra qoşa nikahdan təşəkkül tapmışdır. Əmlakın kişiyə məxsus olması və varislərə keçməsi, qadının hüquqsuzluğu və s. monoqamiyanın xarakterik xüsusiyyətləri idi. == Heyvanlar arasında monoqamiya == Monoqamiya erkək və dişi cinslər arasında əlaqədir. Erkək fərd az, yaxud çox uzun müddətdə müəyyən bir dişi fərdlə çütləşir və adətən dişi ilə birgə nəsil qayğısına qalır. Leyləklərdə, qartallarda, qu quşlarında və s. təsadüf olunur. Bir mövsüm, yaxud ömür boyu davam edir. Vəhşi qazlarda monoqamiya bir mövsüm, bəzi ördəklərdə yuva quranadək, canavar, tülkü, qunduzda və s.
Oniomaniya
Oniomaniya və ya Şopaqolik — son zamanlar dilimizə əlavə olan əcnəbi sözlərdən biridir. XX əsrdə ABŞ-də yayılmağa başlayan şopaqolizm alış-verişə qarşı qarşısıalınmaz qüvvədir. Şopaqolik sözü "Şopaqolik" filmindən sonra daha da populyarlaşdı. Filmin baş qəhrəmanı bir dərgidə maliyyə mövzusunda yazan jurnalistdir. Özü şopaqolizmdən əziyyət çəkən və daim lazımsız şeylərə çoxlu pul xərcləyən xanım oxucularına qənaət etməyin yollarından yazır. == Ümumi məlumat == Təqribən 70% alış-verişi biz qeyri-iradi edirik. İnsan bəyəndiyi şeyi görəndə hər şeyi unudur, nəfəsalma yavaşıyır, dünya sanki yerində durur! Psixoloqlar deyir ki, bu zaman şopaqoliklər transa (özünü itirmək) girirlər. Onlar üçün qiymət əhəmiyyətsiz olur ki, bu da satıcılara əl verir. Geyim seçərkən şopaqoliklər onun brend olmasına üstünlük verirlər: don Dolce&Cabanna, ayaqqabı Miu-Miu, çanta Chanel və s.
Heyvanlarda monoqamiya
Monoqamiya (heyvanlarda) — erkək və dişi cinslər arasında əlaqə; erkək fərd az, yaxud çox uzun müddətdə müəyyən bir dişi fərdlə çütləşir və adətən dişi ilə birgə nəsil qayğısına qalır. Leyləklərdə, qartallarda, qu quşlarında və. s. təsadüf olunur. Bir mövsüm, yaxud ömür boyu davam edir. Vəhşi qazlarda monoqamiya bir mövsüm, bəzi ördəklərdə yuva quranadək, canavar, tülkü, qunduzda və. s. adətən, bir mövsüm, meymunlarda isə bir neçə il davam edir.