Monofagiya (q.yun. μόνος – tək; φαγεῖν – yemək) — heyvanların eyni qida hesabına qidalanmaya ixtisaslaşmasının son dərəcəsi. Əsasən, çoxlu növləri olan qruplarda, xüsusən həşəratlarda, bəzi qurdlarda, xərçəngkimilərdə və molyusklarda yayılmışdır. Onurğalılarda çox azdır. Monofagiya bitkiyeyən növlərə (məsələn, uzunburun böcəyin xırda forması yalnız buğda, iriləri isə qarğıdalı ilə qidalanır və s.), həmçinin heyvan parazitlərinə xasdır. Monofagiya bir sıra bərabəryağlı xərçənglər və qansoran parazitlər (gənələr, birələr) üçün də xarakterikdir.[1]