Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mordent
Mordent (it. mordente, — dişləyən, kəskin. ) Bu melizm iki növ olur: sadə və ikiqat. Sadə mordent iki eyni səs və bir də bunların arasındakı qonşu olan üçüncü səsdən ibarətdir. İkiqat mordent, əsas səs ilə onun qonşu səsinin iki dəfə təkrar olunaraq, yenə də əvvəlki əsas səsdə qurtarmasından əmələ gəlir.
Penni Mordont
Penelope Meri Mordont (ing. Penelope Mary Mordaunt; 4 mart 1973, Torki, Devon qraflığı) — Böyük Britaniyanın siyasi və dövlət xadimi. 15 sentyabr 2021-ci ildən Böyük Britaniyanın ticarət siyasəti üzrə dövlət naziri. Əvvəlllər Böyük Britaniyanın ilk qadın müdafiə naziri olub (1 may — 24 iyul 2019-cu il). == Həyatı == Penni Mordont 4 mart 1973-cü ildə Devon krallığının Torki şəhərində anadan olub.[daha etibarlı mənbəyə ehtiyac var]. O bildirir ki, o atası desantçı olduğuna görə ona Arethusa HMS sinifli Penelope adlı kreyserin adı verilib . Atası Con Mordont, Hilsi kazarmalarında anadan olub, desant polkunda qulluq edib, sonra müəllim ixtisasına keçib, sonda isə Hempşir şurasında gənclər üzrə işçi kimi çalışıb. Anası Cennifer ( qızlıq soyadı Snouden), Purbrukun bir neçə məktəbində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəllim kimi çalışıb. Ana xətti ilə o ilk leyborist xəzinədarlıq kansleri Filip Snoudenin qohunudur, aktrisa Anjela Lensberi onun nənəsinin əmisi qızıdır, beləlikə o leyboristlərin keçmiş lideri Cor Lensberinin uşaq qohumudur. Prnninin iki qardaşı var : ekiz qardaşı Ceyms və kiçik qardaşı Edvard.
Formant
Formant (lat. formans (formantis) – doğuran, formalaşdıran) – nitq səslərinin tezliyinin səviyyəsi ilə əlaqəli olan və səsin tembrini əmələ gətirən akustik xarakteristikasıdır. Formantalar – səs tonu spektrinin hissəsidir, ortalama tezlik qiymətinə görə müəyyən edilmiş tezliklər oblastıdır. Səsin tanınması prosesi əsas etibarlı ilə formantların qavranılması ilə şərtlənir. Formant nitq siqnalının spektrini (enerjinin və ya amplitudun tezliklər üzrə paylanmasını) xarakterizə edən vacib parametrdir, formantı məhdud tezlik oblastında enerjinin konsentrasiyası kimi müəyyən etmək olar. Formant tezlik, en və amplitud ilə xarakterizə edilir. Formantın tezliyi olaraq maksimal amplitudun tezliyi götürülür. Başqa sözlə, formant – spektrin qrafikində amplitudun müəyyən kəskin yüksəlişi, onun tezliyi isə bu yüksəlişdə pikin tezliyidir. Şəkildə tezlikləri F0, F1, F2, F3 olan dörd formant göstərilib. F0 formantı nitq siqnalının əsas ton tezliyi də adlanır.
Mordenit
Mordenit — mineral, seolit, (Ca, K2, Na2) [AlSi5O12]2×6H2O. == Haqqında == Mordenit - Rombik. Habitus iynəvari. Ayrılması {010} üzrə mükəmməl. Aqreqat: kip, qönçələr, xovlu. Vulkanik şüşələrin hidratlaşma məhsulu; effuziv süxurların boşluqlarında qumdaşı və alevrolitlərdə autigen mineraldır. Sinonim: Flokit. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Jordan
David Star Cordan (ing. David Starr Jordan, 19 yanvar 1851[…] – 19 sentyabr 1931[…], Stenford[d], Kaliforniya) — Amerika ixtioloqu, zooloqu və pasifisti.
Morane
Morane (fr. Morane) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). == Coğrafiya == Atollun sahəsi 2 km²-dir. Daxilində laqun vardır. Manqareva atollundan 110 km məsafədə yerləşir. == İnzibati bölgüsü == İnzibati baxımından Qambe kommunasına daxildir. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Mordad
Mürdad (fars. مرداد‎) — İran və Əfqanıstanın rəsmi təqviminin beşinci ayı. Mürdad ayında 31 gün var. Bu ay adətən 23 iyulda başlayıb 22 avqustda sona çatır (bəzi illərdə 22 iyulda başlayıb 21 avqustda bitir). Mürdad yayın ikinci ayıdır.
Mərdan
Mərdan — Azərbaycanlı adı. Mərdan Mehdizadə — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Mərdan Muradxanov — azərbaycanlı pedaqoq-alim, professor Mərdan Feyzullayev — "Tərəqqi" medalı laureatı Mərdan Musayev — Sovet İttifaqı Qəhrəmanı (03.06.1944). Mərdan Camalov — Mərdan Cəlilov — Tanınmış azərbaycanlı alim. Təxəllüs Orxan Mərdan — Prodüser, Rejissor, Ssenarist.
İordan
İordan (təq. VI əsr, güm. Roma imperiyası – təq. VI əsr) – erkən orta əsrlərin yazıçı və tarixçisi. == Həyatı == Bizanslı İordan Orta əsrlərin görkəmli yazıçı və tarixçilərindən olmuşdur. Onun həyatı haqqında çox az məlumat var. Mövcud məlumatlar yalnız yazıçının öz əsərində verilmişdir(ilk ədəbi bioqrafiya nümunəsi). Məlumdur ki, İordan Vl əsrdə yaşamışdır, milliyyətcə qot(ostqot) olmuşdur. Bəzi mənbələrdə onun alan tayfasından olduğu da deyilir(T. Mommzen hesab edir ki, İordan qot olmaqla yanaşı, alan da ola bilər). İordan məşhur sərkərdə Qunqis Bazanın notarisi (salnaməçisi, katibi)olmuşdur(İordanın babası Pariy də alanların başçısı Konlakın notarisi olmuşdur).
Moran
Moran Germi şəhristanının bəxşlərindən biridir.bu bəxşin mərkəzi Zahra kəndində yerləşir.Germinin doğusunda yerləşən bu diyar quzey Azərbaycan sınırına yanaşiıdır.gözəl iqlimi var,meşələr,dağlar,gurultulu çaylar ,sərin sulu bulaqlar və sair.50dən artıq kənd bu bəxşə tabe`dir.
Bruno Cordano
Bruno Cordano (it. Bruno Giordano; 13 avqust 1956, Roma) — İtalyalı keçmiş futbolçu. Mərkəz hücumçusu mövqeyində oynayıb. 1978/79 mövsümündə İtaliya çempionatının bombardiri olub. 2013-cü ildən — Askoli klubunun baş məşqçisidir. == Karyera == === Klub === Cordano peşəkar karyerasına karyerasının çox hissəsini keçirdiyi "Latsio" klubunda başlayıb. "Latsio"nun heyətində 1978/79 mövsümündə A Seriyasının bombardiri olub. 1985-ci ildə "Napoli"yə keçir. Cordano burada Maradona və Kareko ilə birlikdə məşhur Ma-Gi-Ka hücum triosunu yaradır. Futbolçu Napoli ilə birlikdə İtaliya çempionluğunu və İtaliya Kubokunu qazanır.
Cordano Bruno
Cordano Bruno (it. Giordano Bruno; ən tezi yanvar 1548 və ən geci fevral 1548 – 17 fevral 1600[…], Roma[…]) — italyan filosof-panteisti və şairi. == Həyat və fəaliyyəti == Böyük İtaliya mütəfəkkiri Cordano əsl qəhrəman, elm fədaisi oldu. Valideynləri onu yeniyetmə ikən monastıra vermişdilər. Lakin Cordano hələ uşaq yaşlarından başlayaraq biliyə böyük maraq göstərir, özünü ibadətə yox, elmə həsr edirdi. Bruno monastır başçılarından gizlin Nikolay Kopernikin kitabını oxudu və başa düşdü ki, dini dünyagörüş yalan və cəfəngiyyatdan başqa bir şey deyil. Onun haqqında monastır başçılarına dayanmadan çuğulluq etməyə başladılar və Bruno monastırdan qaçmalı oldu. Sərgərdanlıq, təhlükə ilə dolu, lakin parlaq və qaynar həyat başlandı. Katolik və protestant ruhaniləri alimi rahat yaşamağa və işləməyə qoymurdular. 16 il ərzində o, Fransa, İngiltərə, Almaniya və Çexiyada olmuşdu.
Fundiseius morgani
Fundiseius morgani (lat. Fundiseius morgani) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin fundiseius cinsinə aid heyvan növü.
Merçant Siti
Merçant Siti (ing. Merchant City) — Qlazqo şəhərinin rayonu.
Morqana Qmaç
Morqana Qmaç (17 iyun 1994) — Braziliyanı təmsil edən bədii gimnast. Morqana Qmaç 2016-cı ildə Braziliyanı XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Qmaç həm də 2015-ci ildə Pan Amerika Oyunlarında iki qızıl və bir gümüş medal qazanıb. == Karyerası == Morqana Qmaç 2016-cı ildə Braziliya bayrağı altında elə Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Emanuelle Lima, Cessika Mayer, Qabrielle da Silva və Fransielle Pereyra ilə birgə təsnifat mərhələsində 32.649 xal topladı və 9-cu yeri tutaraq mübarizəni dayandırdı.
Yakob Yordans
Yakob Yordans (19 may 1593[…], Antverpen, Brabant hersoqluğu[d] – 18 oktyabr 1678[…], Antverpen, Brabant hersoqluğu[d]) — flamand rəssamı, flamand barokkosunun görkəmli nümayəndələrindən biri. == Həyatı == Yakob Yordans 19 May 1593-cü ildə on bir uşağın birincisi kimi Antverpendəki varlı kətan taciri Jacob Jordaens Sr və Barbara van Wolschaten-dən olub. Yordanesin erkən təhsili haqqında az şey bilinir. Ümumiyyətlə sosial təbəqəsinin uşaqları üçün verilən təhsilin üstünlüklərini aldığını güman etmək olar. Bu fərziyyə aydın yazısı, fransız dilindəki bacarığı və mifoloji biliyi ilə dəstəklənir. Yprdanesin İncildəki mövzularla tanışlığı onun bir çox dini rəsmlərində aydın görünür və sonradan Katoliklikdən Protestantlığa keçməsiylə İncil ilə şəxsi maraqları gücləndi. Yakob Yordanes Peter Paul Rubens və Antonio Van Deykdən sonra gününün aparıcı Flamand Barokko rəssamı idi. Bu müasirlərindən fərqli olaraq, İtalyan rəsmini öyrənmək üçün heç vaxt xaricə getməmiş və karyerası onların intellektual və nəzakətli istəklərinə laqeyd münasibətilə yadda qalmışdır. Əslində, Aşağı Ölkələrdəki yerlərə bir neçə qısa səyahət istisna olmaqla, bütün ömrü boyunca Antverpendə qaldı. Uğurlu bir rəssam olmaqla yanaşı, görkəmli gobelen dizayneri idi.
Nəsrullah Mərdani
Nəsrullah Mərdani (fars. نصرالله مردانی‎) — İranın məşhur şairlərindən biri. 1947-ci ildə Kazirunda anadan olub, 2003-cü ildə Kərbəlada vəfat edib.
Aleksis Jordan
Klod Toma Aleksis Jordan (29 oktyabr 1814[…], Lion – 7 fevral 1897[…]) — fransız botaniki, nəbatət alimi. Görkəmli Azərbaycan yazıçısı Mirzə Fətəli Axundzadənin "Hekayəti Müsyo Jordan həkimi nəbatət və Dərviş Məstəli şah cadukuni məşhur" komediyasında Müsyo Jordan obrazının prototipi. == Jordanın şərəfinə adlandırılmış taksonlar == Thalictrum jordani F.W.Schultz ex Jordan Centaurea jordaniana Gren. et Godr. Viola jordani Hanry Rosa jordani Déségl. Asperula jordani E.P.Perrier et Songeon ex Nyman == Filmoqrafiya == Dərviş Parisi partladır (film, 1976) == Mənbə == Надир Мамедов. Реализм М.Ф. Ахундова. Баку: Маариф, 1982.
Bəzniçıraq Mərdan
Bəzniçıraq Mərdan — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Qaraağac bölgəsinin Çaharoymaq kəndistanında, Qaraağac qəsəbəsindən 47 km. şimal-şərqdə, Marağa-Miyanə avtomobil yolundan 3 kilometr cənubdadır.
Ceremi Cordan
Ceremi Maykl Cordan (ing. Jeremy Michael Jordan; 20 noyabr 1984, Korpus Kristi, Texas) — ABŞ teatr, film və televiziya aktyoru və müğənnisi. O, daha çox "Smeş" və "Supergörl" teleseriallarındakı rolları ilə tanınır. == Həyatı == Ceremi Maykl Cordan 20 noyabr 1984-cü il tarixində ABŞ-nin Texas ştatında yerləşən Korpus-Kristi şəhərində anadan olmuşdur. Cordan Nyu-York ştatının İtaka şəhərində yerləşən İtaka Kollecindən musiqili teatrda təsviri incəsənət üzrə bakalavr ilə məzun olmuşdur. == Karyerası == Ceremi Cordan Brodvey teatrında müxtəlif müzikllarda rol almışdır. Cordanın ən məşhur ekran işlərinə "NBC" telekanalında yayımlanan "Smeş" və "The CW" telekanalında yayımlanan "Supergörl" teleseriallarıdır. == Şəxsi həyatı == Ceremi Cordan 2012-ci ildən bəri aktrisa Eşli Spenser ilə evlidir. Onların qızı Klara 2019-cu ildə anadan olmuşdur.
Cordan Agiye
Cordan Agiye (14 noyabr 1994) — Sent-Lüsiyalı üzgüçü. Cordan Agiye Sent-Lüsiyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Cordan Agiye birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 23.28 saniyəlik nəticəsi ilə 45-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Cordan Larson
Cordan Larson – 1986-cı ildə anadan olmuş Amerikalı qadın voleybolçu. == Karyerası == Hal-hazırkı komandası Əczacıbaşıdır. O, bu klubda hücumçu mövqeyində çıxış edir. Əczacıbaşı klubuna 2014-cü ildə Dinamo Kazan. Dinamo Kazanda 2013-14 sezonunda CEV Qadınlar Çempionlar Liqasını başı üzərinə qaldıran bacarıqlı voleybolçu mövsüm bitmədən türk klubu ilə anlaşmış, 2014-15 sezonunu başlamımışdan isə müqavilə imzalamışdı.
Cordan Piterson
Cordan Bernt Piterson (12 iyun 1962, Edmonton) — psixologiya üzrə Kanadalı professor. Toronto Universitetində fəaliyyət göstərir. O, eyni zamanda təcrübəli klinik psixoloq və ictimai ziyalıdır. Onun əsas işləri anormal psixologiyanı, sosial, şəxsiyyət, dini və ideoloji inam psixologiyasını, şəxsiyyət və fəaliyyətin qiymətləndirilməsini və təkmilləşdirilməsini əhatə edir. O, Alberta Universiteti və MakGill Universitetində təhsil almışdır. MakGilldə 1991-ci ildən 1993-cü ilə qədər post-doktoral araşdırmaçı kimi qaldıqdan sonra Harvard Universitetinin psixologiya kafedrasında əvvəlcə assistent, sonra isə dosent kimi işləmişdir. 1998-ci ildə Kanadaya, Toronto Universitetinin psixologiya kafedrasına köçmüşdür. Hal-hazırda da orada professor kimi işləyir. Piterson 1999-cu ildə nəşr olunan "Mənanın Xəritəsi: İnancın Arxitekturası" adlı ilk kitabında inanc və mif sistemlərinin strukturunu, onların duyğu tənzimlənməsində rolunu, mənanın yaranışını və bir çox başqa mövzuları təsvir etmək üçün bir sıra akademik sahələri araşdırmışdır. Onun "Həyatın 12 qaydası: Xaos üçün antidot" adlı ikinci kitabı isə 2018-ci ilin yanvar ayında dərc edilmişdir.
Cordan Sloan
Cozef Morqan
Cozef Morqan (ing. Joseph Morgan, doğum adı: Cozef Martin) — İngiltərəli aktyor və rejissor. The CW kanalında yayımlanmış Vampirin Gündəlikləri və onun spin-off versiyası olan İlk Doğulmuşlar seriallarında oynadığı Klaus Mayklson rolu ilə tanınır. == Həyatı == Cozef London şəhərində doğulub, lakin 11 il Uelsin Suonsi şəhərində yaşayıb. O ailənin böyük uşağıdır. Cosef əvvəlcə Morriston Comprehensive School məktəbində təhsil aldı. Daha sonra isə incəsənət üzrə Gorseinon Kollecində (hazırda Gower College Swansea adlanır) təhsilini davam etdirdi. Yeniyetməlik vaxtlarında isə Londona qayıdaraq burada Central School of Speech and Drama universitetinə daxil oldu. == Kariyerası == Cozef karyerasına Sky One kanalının serialı olan Cadu serialında Troy rolu ilə başladı. Daha sonra Aleksander, Usta və Komandir: Dünyanın Uzaq Tərəfi kimi filmlərdə eləcədə BBC Two kanalında Gözəllik Xətti serialında rol aldı.
Qlenn Mörkatt
Qlenn Mörkatt (25 iyul 1936, London) — Avstraliyanın ən məşhur memarlarından biridir. == Həyatı == Qlenn Mörkatt 25 iyul 1936-cı ildə Londonda bir avstraliyalı ailədə anadan oldu. Uşaqlığını Papua-Yeni Qvineyada keçirən Qlenn sadə bir memarlıq cərəyanına bu ölkədə üstünlük verməyə başladı. Avstraliyanın Yeni Cənubi Uels əyalətində liseyə gedən Qlenn Mörkatt memarlıq təhsilini də Yeni Cənubi Uels Universitetində 1956–1961-ci illəri arasında aldı. Burada Avstraliyanın məşhur film rejissoru olacaq Cim Şarman, teatr səhnələri dizayneri Brayan Tomson və film senaristi Mat Karroll ilə tanış oldu. Qlenn Mörkatt bütün kariyeri boyunca Avstraliyada bir çox layihəyə imza atdı. Memarlıq şirkəti yaratmasa da və ya Avstraliya xaricində layihəsi olmasa da Qlen Markatt ölkə xaricində ölkəsinin memarlığına böyük təsir göstərmişdir. İşlərinin çoxu ekoloji və hərtərəfli olan Qlenn Mörkatt, eyni zamanda küləyin istiqaməti, suyun hərəkəti, temperatur və işığın dəyişməsi kimi amillərə də əhəmiyyət verir. Əsasən üstünlük verdiyi materiallar şüşə, daş, taxta və poladdır. 2002-ci ildə Pritsker mükafatını qazanan kazanan Qlenn Mörkatt, 2009-cu ildə Amerika Memarlıq İnstitutunun qızıl medalı ilə təltif edilmişdir.