Bruno Cordano (it. Bruno Giordano; 13 avqust 1956[1], Roma) — İtalyalı keçmiş futbolçu. Mərkəz hücumçusu mövqeyində oynayıb[2]. 1978/79 mövsümündə İtaliya çempionatının bombardiri olub. 2013-cü ildən — Askoli klubunun baş məşqçisidir.[3]
Bruno Cordano | |
---|---|
it. Bruno Giordano | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 13 avqust 1956[1] (68 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Boyu | 175 sm |
Çəkisi | 68 kq |
Mövqeyi | hücumçu |
Vikianbarda əlaqəli mediafayllar |
Cordano peşəkar karyerasına karyerasının çox hissəsini keçirdiyi "Latsio" klubunda başlayıb. "Latsio"nun heyətində 1978/79 mövsümündə A Seriyasının bombardiri olub.
1985-ci ildə "Napoli"yə keçir. Cordano burada Maradona və Kareko ilə birlikdə məşhur Ma-Gi-Ka hücum triosunu yaradır. Futbolçu Napoli ilə birlikdə İtaliya çempionluğunu və İtaliya Kubokunu qazanır.
Daha sonra "Askoli" və "Bolonya" klublarında oynayır.
21 dekabr 1978-ci ildə İspaniya millisinə qarşı matçda İtaliya millisində debüt etdi. Ümumilikdə, 1 qol vurduğu milli komandada 13 oyun keçirib. Futbolçu yeganə qolunu Yunanıstan millisinə qarşı yoldaşlıq görüşündə vurub.
Oyunçu karyerasını bitirdikdən bir il sonra, 1993-cü ildə İtaliya D Seriyası klubu olan "Monterotondo" klubunun baş məşqçisi təyin olunur. Daha sonra əsasən aşağı liqa klublarına rəhbərlik edərək tədricən məşqçi karyerasında yüksəlir və 2006-cı ildə A Seriyasında çıxış edən "Messina" klubunun baş məşqçisi təyin olur, lakin burada qənaətbəxş nəticə göstərə bilmədikdən sonra istefaya göndərilir.
2013-cü ildə İtaliya C1 Seriyasında oynayan "Askoli" klubunun baş məşqçisi təyin edilir.
Mövsum | Klub | Oyun | Qol |
---|---|---|---|
91/92 | Askoli | 17 | 2 |
90/91 | Askoli | 20 | 1 |
89/90 | Bolonya | 33 | 7 |
88/89 | Askoli | 26 | 10 |
88/89 | Napoli | 0 | 0 |
87/88 | Napoli | 27 | 8 |
86/87 | Napoli | 26 | 5 |
85/86 | Napoli | 25 | 10 |
84/85 | Latsio | 25 | 5 |
83/84 | Latsio | 18 | 8 |
82/83 | Latsio | 38 | 18 |
81/82 | Latsio | 0 | 0 |
80/81 | Latsio | 0 | 0 |
79/80 | Latsio | 23 | 9 |
78/79 | Latsio | 30 | 19 |
77/78 | Latsio | 29 | 12 |
76/77 | Latsio | 26 | 10 |
75/76 | Latsio | 14 | 5 |
Cəmi | 377 | 129 |