Piterson 1999-cu ildə nəşr olunan "Mənanın Xəritəsi: İnancın Arxitekturası" adlı ilk kitabında inanc və mif sistemlərinin strukturunu, onların duyğu tənzimlənməsində rolunu, mənanın yaranışını və bir çox başqa mövzuları təsvir etmək üçün bir sıra akademik sahələri araşdırmışdır.[11][12][13] Onun "Həyatın 12 qaydası: Xaos üçün antidot" adlı ikinci kitabı isə 2018-ci ilin yanvar ayında dərc edilmişdir.[14][15][16]
2016-cı ildə Cordan Piterson YouTubeda siyasi dürüstlüyü və Kanada hökumətinin Bill C-16-nı ( Kanada İnsan Haqları Aktına və Cinayət Məcəlləsinə dəyişiklik edilməsi aktı) tənqid edən bir sıra videolar yayınlamış[17], həm dəstək, həm də tənqid hədəfi olaraq medianı əhəmiyyətli dərəcədə özünə cəlb edə bilmişdir. O, "İntellektual Qaranlıq Web" kimi bilinən cərəyan ilə geniş şəkildə təmasda olmuşdur.[18][19][20]
Cordan Piterson 1962-ci il iyunun 12-də anadan olmuş[21], Kanadada, Edmonton şəhərinin şimal-qərbindəki kiçik bir qəsəbə olan Feyrvyuda böyümüşdür.[22] Üç uşaqdan ən böyüyü olan Cordanın valideynləri Beverli və Volter Pitersondur.[23][24] Bernt adı onun norveçli babasının şərəfinə qoyulmuşdur.[25]
O, 13 yaşında olarkən məktəb kitabxanaçısı Sendi Notlinin yardımı ilə Corc Oruell, Oldos Haksli, Aleksandr Soljenitsın və Ayn Rand kimi yazıçıların əsərləri ilə yaxından tanış olmuşdur.[26] Yeniyetməlik illərində Yeni Demokrat Partiyası (NDP) üçün işləmiş, ancaq zamanla onların idealarına qarşı rəğbəti azalmış və 18 yaşı olanda partiyanı tərk etmişdir.
1993-cü ilin iyulundan 1998-ci ilin iyununa kimi[31]Arlinqton, Massaçusetsdə yaşamış, Harvard Universitetinin psixologiya kafedrasında assistent professor kimi dərs demiş və tədqiqat aparmışdır. Harvardda olduğu müddət ərzində narkotik maddə və spirtli içkidən istifadənin yaratdığı aqressiyanı araşdırmış, bir sıra qeyri-ənənəvi tezis təkliflərinə nəzarət etmişdir[10]. 1998-ci ilin iyulunda Kanadaya qayıtmış və nəhayət, Toronto Universitetində professor olmuşdur.[31]
Pitersonun araşdırma və tədqiqat sahələri psixofarmakologiya, anormal, neyro, klinik, sosial, təşkilati[31], dini, ideoloji[8], siyasi psixologiyanı, şəxsiyyət, sənaye və yaradıcılıq psixologiyasını[32] əhatə edir. Piterson 100-dən çox akademik məqalənin[33] müəllifi və ya həmmüəllifidir.
Karyerasının böyük hissəsində aktiv klinik fəaliyyəti olmuş, həftə ərzində təxminən 20 insanla görüşmüşdür. Yeni layihələrə görə, 2017-ci ildə klinik fəaliyyətini kənara qoymuş, 2018-ci ildə müəllimlik fəaliyyətini müvəqqəti olaraq dayandırmışdır.[34][35]
"Mənanın Xəritəsi: İnancın Arxitekturası" 1999-cu ildə çap olunmuş, kitabı tamamlamaq Pitersonun 13 ilini almışdır. Kitab insanların mənanı necə idarə etməsi, mifologiya, din, ədəbiyyat, fəlsəfə, beynin necə işlədiyinə dair müasir elmi anlayışa əsaslanan psixologiya da daxil olmaqla müxtəlif sahələrin ideyalarından istifadə edərək inam formalaşdırması, hekayələr yaratması haqqındakı hərtərəfli nəzəriyyədən ibarətdir.[27][38][39]
Pitersonun dediyinə görə, onun əsas məqsədi fərdlərin, qrupların sosial münaqişələrdə niyə iştirak etməsini araşdırmaq, fərdlərin sonda ölüm və QULAQ, Auşvitz həbs düşərgəsi və Ruanda soyqırımı kimi patoloji amansızlıqlarla nəticələnən inanc sistemlərini dəstəkləmə səbəblərini üzə çıxarmaq idi.[27][38][39]Yunqun arxetipləri kitabda mühüm rol oynayır.[14]
2004-cü ildə TV Ontarioda Pitersonun "Mənanın Xəritəsi: İnancın Arxitekturası" kitabına əsaslanan 13 hissəlik televiziya seriyası yayınlanmışdır.[23][29][40]
Pitersonun ikinci kitabı olan "Həyatın 12 qaydası: Xaos üçün antidot" 2018-ci ilin yanvarında nəşr olunmuşdur. Əsər həyata dair abstrakt əxlaqi prinsiplərdən ibarətdir.[16] Diqqətləri kitab üzərinə çəkmək üçün Piterson dünya turuna çıxır.[41][42][43] Turun bir parçası kimi, "Kanal 4 xəbərləri" proqramında Ketrin Nyumana müsahibə vermiş, bu da kitaba populyarlıq qazandırmışdır.[44][45] Kitab Kanadada, Amerika Birləşmiş Ştatlarında və Birləşmiş Krallıqda ən çox satılanlar siyahısında zirvəyə qalxmışdır.[46][47] 2019-cu ilin yanvarından etibarən, Piterson kitabın ikinci hissəsi üzərində işləyir.[48]
Piterson özünü "klassik britaniyalı liberal"[28][49][50] və "ənənəpərəst"[51] kimi xarakterizə edir. O, çox zaman səhvən sağçı kimi təqdim olunduğunu bildirib[52]. Məsələn, "Nyu York Tayms" onu "mühafizəkarlığa meylli"[53], "Vaşinqton Post" isə "mühafizəkar"[54] biri kimi təsvir etmişdir. Görkəmli libertar sosialist Noam Çomski də Pitersonun daha çox "sağ tərəf"də olduğunu demişdir.[55]
Akademiya və siyasi dürüstlük
Pitersonun siyasi dürüstlüyü tənqid edən yazıları postmodernizm, postmodern feminizm, ağların üstünlüyü, mədəni mənimsəmə, ətraf mühitin mühafizəsi kimi məsələləri əhatə edir.[56][57]
Tələbələrindən biri olan Kristin Brofi ilə birgə siyasi etiqadla şəxsiyyət arasındakı əlaqə haqda apardığı araşdırmaya əsasən, siyasi düzgünlüyün iki növü olduğunu demişdir: bərabərçilik (eqalitarianizm) və avtoritarizm.[58]
Pitersonun fikrincə, Şimali Amerika və Avropada siyasi dürüstlük dalğasının meydana gəlməsində ən çox universitetlər məsuliyyət daşımalıdır.[59] O, 1990-cı illərin əvvəllərindən bəri kampuslarda siyasi dürüstlüyün yüksəlişini izlədiyini, humanitar elmlərin korlandığını, elmlə daha az əlaqəli hala gəldiyini bildirmişdir. "İntellektual söhbətlər əvəzinə ideoloji söhbətlər" edirik. Bir professor kimi, öz təcrübəsinə əsasən, dərslərində iştirak edən tələbələrin kommunist rejimi altında baş verən kütləvi ölümlər, Stalinizm və Maoizm tərəfindən insanlığa qarşı törədilmiş cinayətlər haqda məlumatsız olduğunu açıqlamışdır.[28][60]
Postmodernizm və şəxsiyyət siyasəti
Piterson deyir ki, 1960-cı illərdən[57] bəri postmodern filosoflar və sosioloqlar Marksizm və kommunizmi rədd etmiş kimi görünsələr də, eyni zamanda, hər iki ideologiyanın təməl prinsiplərini yaratmış və genişləndirmişlər. O, həmçinin Yel Universitetinin ingilis kafedrası vasitəsilə FransadanAmerika Birləşmiş Ştatlarına gəlib çıxmış postmodern düşüncənin təsiri olmadan müasir qərb cəmiyyətini anlamağın çətin olduğunu bildirir.
Pitersonun postmodernizmin Şimali Amerika humanitar elmlərinə təsiri haqqında düşüncəsi Mədəni Marksist konspirasiya nəzəriyyələri ilə müqayisə olunmuşdur.[61][62][63]
Piterson birinci kurs tələbələrinə sosiologiya, antropologiya, ingilis ədəbiyyatı, etnik araşdırmalar və neo-Marksist ideologiya tərəfindən korlandığını düşündüyü digər sahələrdən uzaq durmağı məsləhət görmüşdür. Onun fikrincə, bu sahələr akademik araşdırma adı altında elmdən uzaq metodları, radikal solçuluğu təbliğ edir[57], nəşrləri istinadlara əsaslanmır.[64]
29 iyun 2022-ci ildə Petersonun Twitter hesabı, cinsiyyətini pozan və transseksual aktyor Elliot Peyc adının verildiyi tvit dərc etdikdən sonra saytın "nifrət dolu davranış siyasəti" çərçivəsində dayandırıldı.[65][66] Peterson dedi ki, o, "etməkdənsə ölməyi üstün tutacağını" dediyi hesabına girişi bərpa etmək üçün ondan tvit silməsi tələb olunacağı barədə xəbərdar edilib.[67] YouTube Petersonun iki videosunu demonetləşdirdi, biri onun Twitter-də fəaliyyətinin dayandırılması ilə bağlı, digəri isə genderi təsdiq edən qayğının "Nasist tibbi təcrübə səviyyəsində yanlış" olduğunu söylədiyi başqa bir video.[68]
Piterson 1989-cu ildə Temmi Roberts ilə evləndi.[26] Onların bir oğlu, bir qızı var.[23][26]
Piterson fəlsəfi praqmatistdir.[69] 2017-ci ildə bir müsahibədə ondan xristian olub-olmadığı soruşulanda belə cavab vermişdir: "Düşünürəm ki, bunun ən düz cavabı "bəli"dir".[70] Tanrının varlığına inanıb inanmadığı soruşulanda isə "Düşünürəm ki, düzgün cavab "xeyr"dir, amma Onun var ola biləcəyindən qorxuram" deyə cavab vermişdir.[15] "Spectator" jurnalı üçün yazan Tim Lott Pitersonun Yunqun din fəlsəfəsindən ilham aldığını, Sorn Kyerkeqor və Pol Tilliçin xristian ekzistensializminə i oxşar fikirlərə sahib olduğunu, Taosizmə hörmət etdiyini, təbiəti nizam və xaos arasındakı mübarizə olaraq gördüyünü və bu ikilik olmadan həyatın mənasız olacağını düşündüyünü söyləmişdir.[16]
↑Livingstone Smith, David & Kaag, John (2018), Thus Spoke Jordan PetersonArxivləşdirilib 2021-10-25 at the Wayback Machine, Foreign Policy. Retrieved November 28, 2018: "Pundits including Tyler Cowen and David Brooks call Peterson the public intellectual of the moment."
↑Robinson., Nathan J (2018), The Intellectual We DeserveArxivləşdirilib 2022-01-01 at the Wayback Machine, Current Affairs. Retrieved November 28, 2018: "David Brooks thinks Peterson might be "the most influential public intellectual in the Western world right now.""
↑Weiss, Bari & Winter, Damon (2018), the Renegades of the Intellectual Dark Web[ölü keçid], The New York Times. Retrieved November 27, 2018: "The closest thing to a phone book for the I.D.W. is a sleek website that lists the dramatis personae of the network, including Mr. Harris; Mr. Weinstein and his brother and sister-in-law, the evolutionary biologists Bret Weinstein and Heather Heying; Jordan Peterson…"