Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Oğurluq
Oğurluq — özgəsinə məxsus olan əmlakın ələ keçirilməsi. Oğurluq qanuna ziddir və cinayət sayılır. Oğurluq edən şəxslər cərimə və həbs cəzası kimi nəticələrlə üzləşə bilərlər. Oğurluğun ən geniş yayılmış növlərindən biri şopliftinqdir.
Oğurluq (cinayət)
İtalyansayağı oğurluq (dəqiqləşdirmə)
İtalyansayağı oğurluq (film, 1969) — 1969-cu ildə çəkilmiş kriminal filmi. İtalyansayağı oğurluq (film, 2003) — 2003-cü ildə çəkilmiş döyüş-macəra filmi.
İtalyansayağı oğurluq (film, 1969)
İtalyansayağı oğurluq (orijinal adı: ing. The Italian Job) — 1969-cu ildə çəkilmiş kriminal film. Film qisas almaq üçün böyük bir soyğun planlaşdıran və Mini Kuperlərdən istifadə edərək qaçmağa çalışan oğrulardan bəhs edir və klassik filmlər arasındadır. Rejissoru Piter Kollinson olan film, Maykl Dilinin prodüserliyi ilə Troy Kennedi Martin tərəfindən süjet xətti yazılmış və baş rolda Maykl Keyn çəkilmişdir. Filmin yeni remeyki 2003-cü ildə çəkilmiş olan İtalyansayağı oğurluq filmidir. Mark Uolberq yeni remeyk filmində Keyn rolunu oynamışdır.
İtalyansayağı oğurluq (film, 2003)
İtalyansayağı oğurluq (ing. The Italian Job) ― 2003-cü ildə çəkilmiş döyüş-macəra film. Filmin rejissoru F. Qari Qreydir. 1969-cu ildə Peter Collinsonun rejissoru olduğu və baş rolda Maykl Keynin çəkildiyi eyniadlı filmin remeyki olan filmdə Mark Uolberq, Şarliz Teron, Ceyson Statham və Edvard Norton baş rollarda çəkilib. == Süjet xətti == İtaliyanın Venesiya şəhərində aparıcı oğru ləqəbli Con Bridger (Donald Sazerlend) qızını axtarır. O, qızı Stellaya (Şarliz Teron) deyir ki, bu, onun son işidir. Con Bridger oğrudur və bu son oğurluq ilə bu işə son qoymaq fikrindədir. Seyf üzrə mütəxəssis olan Stella oğurluqdan uzaqdır, amma atasını çox sevir, buna baxmayaraq qeyri-qanuni işlərdən uzaqdır. Bir müddət sonra Con Bridger başqa bir köhnə dostu, Çarli Kroker (Mark Whalberg) adlı peşəkar oğru ilə görüşür. Çarli və Con çox köhnə dostdurlar və peşəkar oğrulardırlar.
İtalyansayağı oğurluq (video oyun, 2001)
İtalyansayağı oğurluq (video oyun, 2003)
Azərbaycan Milli İncəsənət Muzeyində oğurluq
Azərbaycan Milli İncəsənət Muzeyində oğurluq — 1993-cü ilin iyulunda Bakıdakı Azərbaycan Milli İncəsənət Muzeyində oğurluq hadisəsi. Bu zaman ümumilikdə 304 əşya oğurlanıb. Oğurlanmış əşyalara 274 sənət əsəri və 30 orta əsr miniatürü daxildir. Onlardan ən qiymətlisi təxminən 10 milyon dollar dəyərində olan Albrext Dürerin Qadın Hamamı əsəri idi. Digər oğurlanmış sənət əsərlərinə Rembrandt, Antonio Van Deyk, Nikola Pussen, Yakob van Röysdal və Jan-Fransua Mille və başqaları tərəfindən hazırlanmış əsərlər daxil idi. Əsərlər qaçaqmalçılıq yolu ilə ABŞ-a aparılıb, və sonradan oradan tapılıb. 2001-ci ildə on iki sənət əsəri əvvəlki nümayiş yerlərinə, Almaniyadakı Bremen muzeyinə, qalanları isə Azərbaycana qaytarıldı. == Zəmin == Almaniyaya qaytarılan sənət əsərləri 1820-1860-cı illər arasında Bremen muzeyi tərəfindən satın alınmışdı. 1943-cü ildə İkinci Dünya müharibəsi zamanı sənət əsərləri Karnzou qalasına saxlanmaq üçün köçürülmüş 1520 xəzinə arasında idi. İrəliləyən sovet qoşunları qalanı ələ keçirdikdən sonra rəsmlər yoxa çıxdı.
Qumluqca
Qumluqca (lat. Calidris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinə aid heyvan cinsi. Ənənəvi olaraq 18 növə ayrılır, lakin 2 növ cüllütün də bu cinsə aid olduğunu iddia olunur. Əsasən onurğasız heyvanlarla qidalanırlar. Plankton tutmağı bacarmırlar.
Ağquyruq qumluqca
Ağquyruq qumluqca (lat. Calidris temminckii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
Qaradöş qumluqca
Qaradöş qumluqca (lat. Calidris alpina) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
Qırmızıbaş qumluqca
Qırmızıbaş qumluqca (lat. Calidris ferruginea) — Mələrcüllütlər fəsiləsinə aid quş növü.
Sərçəvi qumluqca
Sərçəvi qumluqca (lat. Calidris minuta) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
Üçbarmaq qumluqca
Üçbarmaq qumluqca (lat. Calidris alba) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
Qaraca qumluqca
Qaraca qumluqca (lat. Calidris falcinellus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
Adam oğurluğu
Adam oğurluğu — gizli və ya aşkar şəkildə, yaxud aldatma yolu ilə şəxsi ələ keçirməyə, onu təbii mikrososial mühitindən çıxarmağa, yaşadığı yerdən köçürməyə, sonra isə öz iradəsinə zidd olaraq başqa yerdə saxlamağa yönəlmiş məqsədyönlü, qanunsuz əməl. Əksər hallarda, bu, eqoist məqsədlərlə törədilir və oğurlanmış şəxsin qohumlarından və ya yaxınlarından fidyə almaq, habelə bu şəxsləri qaçıranlar üçün zəruri olan hərəkətləri etməyə məcbur etmək məqsədi daşıyır. == Hüquqi qiymətləndirmə == 17 dekabr 1979-cu ildə Birləşmiş Millətlər Təşkilatı girov götürmə cinayətini beynəlxalq hüquqi müstəvidə təsbit edən “Əsirlərin girov götürülməsinə qarşı Beynəlxalq Konvensiya”nı qəbul etdi. Bununla belə, girov götürmə institutu bizim dövrümüzdə həm terror aktları şəklində, həm də zorla tutulan şəxs deyil, onun sənədləri və ya nəqliyyat vasitələri ilə “dolayı” girov saxlama formasında mövcud olmaqda davam edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-cü maddəsi adam oğurluğuna həsr olunub.
Du-du qumluqca
Du-du qumluqca (lat. Calidris melanotos) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin qumluqca cinsinə aid heyvan növü.
2014 İquala kütlə oğurluğu
2014 İquala kütlə oğurluğu — 24 sentyabr 2014-cü ildə Ayotzinapanın Raúl Isidro Burgos Kənd Müəllimlər Kollecindən 43 şagird Meksikanın Querrero ştatının İquala şəhərində itiblər. Rəsmi araşdırma qəbul edir ki, onlar böyük ehtimalla öldürülüb.
Uşaq oğurluğu (film, 2017)
== Süjet xətti == ABŞ-də hər 40 saniyədə bir uşaq itir. Korli də bu hadisənin qurbanı olub. O, naməlum şəxslərin onun balaca oğlunu maşına mindirərək uzaqlaşdığını görür və onların arxasınca düşür. Onun heç nəyi yoxdur - telefonunu itirib, kömək də çağıra bilmir. Polis isə məsələyə biganə yanaşır. Holli analıq instikti və intuisiyasına güvənərək oğlunu qaçıranlarla mübarizə apararaq bir çox çətinliklərdən sonra oğlunu xilas edə bilir. Holli oğlunu xilas etməklə yanaşı, beynəlxalq uşaq oğurluğu ilə məşğul olan cinayətkar dəstənin də, ifşasına nail olur.
İquala kütləvi adam oğurluğu
2014 İquala kütlə oğurluğu — 24 sentyabr 2014-cü ildə Ayotzinapanın Raúl Isidro Burgos Kənd Müəllimlər Kollecindən 43 şagird Meksikanın Querrero ştatının İquala şəhərində itiblər. Rəsmi araşdırma qəbul edir ki, onlar böyük ehtimalla öldürülüb.
Rusiya–Ukrayna müharibəsində uşaq oğurluğu
Rusiya–Ukrayna müharibəsində uşaq oğurluğu — Rusiya–Ukrayna müharibəsi zamanı Rusiyanın minlərlə ukraynalı uşağı öz nəzarəti altında olan ərazilərə zorla köçürməsi, onlara Rusiya vətəndaşlığı verməsi, zorla rus ailələrinə övladlığa verməsi və onların valideynlərinə və vətənlərinə qovuşmasına maneələr yaratması. Birləşmiş Millətlər Təşkilatı bu deportasiyaların müharibə cinayəti olduğunu bəyan etmişdir. Beynəlxalq Cinayət Məhkəməsi (BCM) bu prosesdə iştirak etdikləri iddia olunan Rusiya Prezidenti Vladimir Putinin (məcburi övladlığa götürmələri açıq şəkildə dəstəkləmiş, onlara şərait yaradan qanunlar qəbul etmişdir) və Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın həbsinə order vermişdir. Beynəlxalq hüquqa, o cümlədən 1948-ci il Soyqırım Konvensiyasına görə, bu cür hərəkətlər bir milləti və ya etnik qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə həyata keçirilirsə, soyqırım hesab olunur. Ukraynalı uşaqlar onların valideynləri Rusiya işğalçı orqanları tərəfindən həbs edildikdən və ya işğalda öldürüldükdən sonra və ya aktiv müharibə zonasında valideynlərindən ayrıldıqdan sonra Rusiya dövləti tərəfindən oğurlanmışdır. İşğal olunmuş ərazilərdəki Ukrayna dövlət müəssisələrindən və Rusiya ərazisindəki uşaq "yay düşərgələri" vasitəsilə də uşaqlar oğurlanmışdır. Qaçırılan uşaqlar ruslaşdırmaya məruz qalmışdır. Müharibə uşaqlarını yad bir xalqda və mədəniyyətdə böyütmək, onların milli kimliklərini silmək məqsədi güdürsə, soyqırım aktı təşkil edə bilər. Ukrayna hakimiyyət orqanları 19,000-dən çox oğurlanmış uşağın şəxsiyyətini təsdiqləmiş, məlumatları "Müharibə uşaqları" onlayn platformasının bir hissəsi kimi toplayıb fəal şəkildə yeniləyir. Rusiya hakimiyyəti 2023-cü ilin ortalarına qədər 700,000-dən çox ukraynalı uşağın "evakuasiya edildiyini" iddia etmişdir, lakinUkraynanın uşaq hüquqları üzrə ombudsmanı oğurlanmış uşaqların faktiki sayının yüz minlərlə ola biləcəyinə inanır.