Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yarpızlı
Yarpızlı — Göyçə mahalının Basarkeçər rayonunda kənd. (İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı) Yarpızlı İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Basarkeçər (Vardenis) rayonunda kənd. Rayon mərkəzindən 12 km cənub-qərbdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Mənbələrdə Yarpuzlu kimi qeyd edilir. Toponim yabanı bitki olan yarpız sözünə çoxluq, cəmlik anlayışı bildirən -lı şəkilçisi artırmaqla düzəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25. V.1967-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lçavan (Gölkənd) qoyulmuşdur.XIX əsrin ortalarında qışlaq əsasında yaranmışdır.
Çırpılı
Çırpılı - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. Rayon mərkəzindən 36 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Çirpili kimi qeyd edilmişdir. Toponim «quru budaq, kol qırıntısı» mənasında işlənən çırpı sözünə mənsubluq bildirən -lı şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca düzəltmə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.ll.1947-ci il fərmanı ilə adı dəyişdirilib Crapi, sonra Nerkin Crapi qoyulmuşdur.
Aşıq İslam Yarpızlı
Əmirzadayev İslam Məhəmmədəli oğlu (1910, Yarpızlı, Yeni Bəyazid qəzası – 1943) — Azərbaycanlı aşıq. == Həyatı == 1910-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Yarpızlı kəndində anadan olub. Anası Qaratel mahalın Daşkənd kəndində yaşamış "Dərzilər" nəslindən Məsimin qızı olmuşdur. 1943-cü ildə Aşıq İslam Böyük Vətən Müharibəsinə səfərbər olunmuş, İrana göndərilən hərbi hissənin tərkibində İrana getmiş və bir daha geri qayıtmamışdır. Daşkəndli el şairi Muxayıl Göyçəli (1918–1944) Aşıq İslamın dayısı Budağın oğludur. Qeyd olunan qohumluq əlaqələrinə görə Aşıq İslam Daşkəndlə sıx təmasda olmuş, həftələrlə kənddə qalmış və toy məclisləri, el şənlikləri keçirmişdir. Elə bu səbəbdən də ustad aşıqlardan biri olan Aşıq İslam Yarpızlı Daşkənddən Aşıq Abbasəli Xəlilovun (1913–2007) və Aşıq Abbasəli Nəzərovun (1919–1992) ustadı olmuş, onların aşıq kimi yetişməsində əvəzsiz rol oynamışdır. Aşıq İslam Muxayıl Göyçəliyə də saz havalarını və ifaçılığı öyrətsə də, o aşıq kimi yox, el şairi kimi tanınmışdır. == İstinadlar == == Mənbə == Araz Yaquboğlu, "Aşıq İslam Yarpızlının həyat və yaradıcılığı haqqında", (elmi məqalə), "Filologiya məsələri" elmi toplusu, № 2, 2011-ci il, səh.350–354.
Qızıl Irqızlı (Arxangel)
Qızıl Irqızlı (başq. Ҡыҙыл Ырғыҙлы, rus. Красная Регизла) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Arx-Latış kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Arxangel): 15 km, kənd sovetliyindən (Maksim Qorki): 8 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 20 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (80%) üstünlük təşkil edir.
Pirili
Pirili (Ağstafa) — Azərbaycanın Ağstafa rayonunda kənd. Pirili (Kürdəmir) — Azərbaycanın Kürdəmir rayonunda kənd.
Kirpikli acılıq
Kirpikli infuzorlar
Kirpikli infuzorlar (lat. Oligohymenophorea) İbtidailərin infuzorlar tipinə aid sinif. Bu sinfə daxil olan nümayəndələrin bədəni xaricdən çoxlu sayda kirpikİərlə örtülmüşdür. Bədəndə, 2 cür nüvə vardır. Çoxalma qeyri-cinsi və cinsi yolla baş verir. Tənəffüs bədən səthi ilə tənzim olunur. Həzm və ifrazat sistemi həzm qovuqcuqlarından, iki ədəd yığılıb-açılan qovuqcuqdan və tullantı dəliyindən ibarətdir. Sərbəst yaşayan və parazit nümayəndələri vardır.
Kirpikli qurdlar
Kirpikli qurdlar (lat. Turbellaria) — heyvanlar aləminin yastı qurdlar tipinə aid heyvan sinfi. Bu sinfin nümayəndələri adətən sərbəst yaşayan yırtıcı formalardır, nadir hallarda parazit və quruda yaşayanlarına rast gəlinir. Dəri örtüyü çox sayda vəzilərlə təchiz olunmuş kirpikli və ya qamçılı epitelidən ibarətdir. Parazit növlərdən fərqli olaraq, turbellarilərin ixtisaslaşmış xüsusi fiksasiya orqanı və mürəkkəb həyat tsikli yoxdur. Kirpikli qurdların 3500 növü məlumdur. Onların çoxu dənizlərdə və şirinsularda, az hissəsi isə quru üzərində nəm yerlərdə, torpaqda rast gəlir, nadir hallarda ektoparazitlik edən formaları mövcuddur. Kirpikli yastı qurdların əsasən də planarilərın bədəni yastılanmış oval və ya uzunsov formadadır. Bədənin ön ucunda hiss orqanları – gözlər, statosist, qoxu (iybilmə) çuxurları yerləşir. Müxtəlif növlərdə bədən ölçüləri müxtəlifdir, yəni həm mikroskopik, həm də 30-40 sm uzunluğa malik olan formalara rast gəlinir.
Kirpikli acılıqotu
Kirpikli acılıqotu (lat. Ephedra ciliata) — bitkilər aləminin qnetokimilər şöbəsinin gnetopsida sinfinin acılıqotukimilər dəstəsinin acılıqotukimilər fəsiləsinin acılıqotu cinsinə aid bitki növü. İranda, Orta Asiyada təbii halda bitir. Hündürlüyü 5 m-ə qədər olan, saemaşan gövdəli və lifli, boz qabıqlı, qol-budaqlı kol bitkisidir. Budaqcıqları dəstəli, sarımtıl, göyümtül-yaşıl olub, uzundur. Yarpaqlarının 2-4-ü bir yerdədir, xətvarı, ucu sivriləşmişdir, uzunluğu 30 mm-ə, eni isə 1 mm-ə qədərdir, qaidəsində zər pərdəcikli qın əmələ gəlmişdir. Tozcuq sünbüllərinin bir neçəsi bir yerdə olub, yumurtavarıdır. Çiçəkləri ikicinsli və bəzən bircinslidir. Erkək çiçəkləri təkdir və ya 2-4 ədəd olmaqla qısa dəstələrdə yığılmışdır. Dişi çiçəkləri tək və ya təbəqə şəklində 2-3 ədədi bir yerdə yerləşir.
Kirpili çayı
Kirpili — Rusiyanın Krasnodar diyarında çay. Çay Kuban-Azov düzənliyin mərkəzindən axır. Çayın uzunluğu— 202 km-dir. Su toplayıcı hövzənin sahəsi isə — 2650 km²-dir. Kirpili sözü türk dillərindən leksema olub körpü deməkdir. Kirpili çayının mənbəyi Ust-Labins rayonun Ladojski stansiyasınnda 8 km şimal-qərbdə yerləşən Yujnu qəsəbəsi yaxınlığındadır. Çayın mənsəbini dəqiq müəyyənləşdirmək olmur. Kirpili çayı Kirpili liman bataqlığına tökülür. Bu ərazi Primorsko-Axtarski rayonun Stepnoy stansiyası yaxınlığındadır. Çay suyu öncə bataqlıqla, daha sonra limanla axır.
Pirili (Ağstafa)
Pirili — Azərbaycan Respublikasının Ağstafa rayonunun Pirili kənd inzibati ərazi dairəsində kənd. Kəndin əhalisinin çoxluğunu azərbaycanlılar təşkil etsə də, kənddə az sayda axısqa türkləri də məskunlaşıb. 90-cı illərdə kəndə yerləşməyə başlayan axısqa türkü ailələrinin sayı çox olsa da, hal-hazırda (2015-ci ildə) kənddə axısqa türkü ailələrin sayı 5-dir. Onlar əsasən Pirilinin "Türklər məhəlləsi" adlı məhəlləsində məskunlaşıblar.
Pirili (Kürdəmir)
Pirili — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Pirili oyk., sadə. Ağstafa r-nunun eyniadlı i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. XVI əsrin əvvəllərinə aid mənbələrdə kəndin adı Qurumsulu Canəli Pirilu, 1798-ci ilə aid sənəddə isə Pirilu kimi qeydə alınmışdır; Kürdəmir r-nunun eyniadlı i.ə.v.-də kənd. Şirvan düzündədir. Yaşayış məntəqələri pirili tayfasının adını daşıyır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2114 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Pirili bələdiyyəsi
Pirili bələdiyyəsi (Ağstafa) — Ağstafa rayonunda bələdiyyə. Pirili bələdiyyəsi (Kürdəmir) — Kürdəmir rayonunda bələdiyyə.
Pirili bələdiyyəsi (Ağstafa)
Ağstafa bələdiyyələri — Ağstafa rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Pirili bələdiyyəsi (Kürdəmir)
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Kirpikli qurdlar və ya Turbellarilər (Turbellaria)