Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gənc qələmlər
Gənc qələmlər — 1925-1926-ci illərdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ədəbi dərnək == Haqqında == Dərnəyin təşkilində Vahab Həsənzadə, Əvəz Sadıq, Abbas Gülməmmədov, Əyyub Abbasov, Məşdi Babayev yaxından iştirak etmişdir. Naxçıvan ədəbi gəncliyin inkişafında "Şərq qapısı" qəzeti də mühüm rol oynamışdır. Lətif Hüseynzadə, Məmməd Əkbər, Seyid Səbri, Nemət Hüseynov, Əli Zəbun, Məmmədəli Tarverdiyev, Məmmədhüseyn Təhmasib və başqa gənc şairlərin şeirləri müntəzəm olaraq qəzetdə dərc olunurdu. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 165. ISBN 5-8066-1468-9.
Qızıl qələmlər
Qızıl qələmlər — Azərbaycanda ədəbi cəmiyyət (1925-1932). "Qızıl qələmlər" ədəbi cəmiyyəti 1925-ci ilin dekabr ayında Bakıda yaranmışdır. Gənc yazıçılar “Kommunist” qəzeti ətrafında birləşərək “Gənc qızıl qələmlər cəmiyyəti”ni təşkil edirlər. “Gənc qızıl qələmlər” cəmiyyətinin başlıca vəzifəsi fəhlə və kəndlilərin zövqünə müvafiq ədəbiyyat yaratmaq idi. 30 noyabr 1926-cı ildə “Gənc qızıl qələmlər” təşkilatı “Ədəbiyyat cəmiyyəti”ni sıxışdırdığından və üstün mövqe qazandığından bu iki təşkilatın müştərək iclasında onların birləşdirilməsi qərara alındı. Həmin gündən bu cəmiyyət “Qızıl qələmlər ittifaqı” adını daşıdı. Azərbaycanın bir sıra şəhərlərində - Naxçıvanda, Gəncədə, Şəkidə “Qızıl qələmlər ittifaqı”nın şöbələri açıldı. 1927-ci ildən “Maarif və mədəniyyət” jurnalı “Qızıl qələmlər ittifaqı”nın orqanı oldu. 1927-ci ilin fevral ayındə Azərbaycan KP Mərkəzi Komitəsinin qərarı ilə respublika ədəbiyyat təşkilatları “Qızıl qələmlər” ədəbiyyat cəmiyyətində birləşdirilir. “Qızıl qələmlər” ədəbiyyat cəmiyyəti heyətinə Ruhulla Axundov, Mustafa Quliyev, T. Hüseynov (sədr), Ə. İbrahimov, Hacıbaba Nəzərli, Süleyman Rüstəm (katib) seçilirlər.
Qələmə qovağı
Kelemen Mikeş
Kelemen Mikeş (mac. Mikes Kelemen; avqust 1690, Zebala[d], Kovasna – 2 oktyabr 1761, Təkirdağ) — Transilvaniya doğumlu macar siyası xadimi. Habsburq monarxiyası əleyhinə etdiyi üsyankar fəaliyyətlərinə görə tanınır. Mikeşə "Macarıstanın Götesi" deyə istinad edirlər. "Türkiyədən məktublar" adlı əsəri ilə məşhurlaşmışdır. Mikeş macar ədəbi nəsrinin banislərindəndir və Macarıstanın ilk nasirlərindən hesab olunur. Zaqonda anadan olmuş və Zebaledə böyümüşdür. Reç Pospolitaya, Fransaya və, nəhayət, sonunda Osmanlı İmperiyasına qaçmağa məcbur olanadək Habsburqlara qarşı mübarizə aparmışdır. Transilvaniya şahzadəsi Ferens Rakoçi ilə birlikdə Təkirdağda sürgündə olarkən məqalələrini tamamlamışdır. 1735-ci ildə Rakoçinin ölümündən sonra ölümünə qədər sürgündə qaldı.
Gələrsən-Görərsən qalası
Gələrsən-Görərsən qalası — Şəki rayonunda qədim qala. "Gələrsən-Görərsən" qalası Kiş kəndinin şimal-şərqində, Kiş çayının qollarından biri olan Damarçın çayının sol sahilində, Qaratəpə dağının üzərində yerləşir. Qaratəpə dağının arxasında isə yüksək dağlar sıralanır. Qalanın belə bir yerdə salınmasının əsas məqsədi odur ki, qalaya öndən, arxadan və çay tərəfdən qaya sıldırım olduğuna görə hücum etmək mümkün deyil. Qala ilə Kiş kəndi arasındakı ərazi Qala düzü də adlanır. Lev Tolstoyun "Hacı Murad" povestinin qəhrəmanlarının başına gələn hadisələr bu qalada cərəyan edir. Mənbələr göstərir ki, Şəki xanı Dərviş Məhəmməd xan 1551-ci ildə qalada müdafiə olunmuş və Kiş qalası alındığı zaman qaçmağa cəhd etmiş və şahın adamları tərəfindən qətlə yetirilmişdir. Yenə həmin mənbələr 1743-cü ildə Nadir şahın Şəkiyə hücumu ilə əlaqədar qalanın adını çəkir. 1743-cü ildə Hacı Çələbi xan Şəkini müstəqil xanlığa çevirdi. Yenidən Şəki şah ordusu ilə qarşılaşmalı oldu.
Gələsən Görəsən (Meşkinşəhr)
Gələsən Görəsən (fars. گلسن گورسن‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 30 nəfər yaşayır (9 ailə).