Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qəmərvan
Qəmərvan — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Qəmərvan mərkəzdən 18 km. şimal-qərbdə Bum çayının (Türyan çayının qolu) sol sahilində, Baş Qafqaz silsiləsinin yamacında salınmış bu kəndin təbiəti kimi insanları da mehriban, gülər üzlü, qonaqsevərdirlər. Bu kəndin tarixi XIX əsrin ortalarından başlayır. Dağıstanda yaşayan ləzgilərin bu zonada yaylaqları olmuş və onların müəyyən bir hissəsi oturaq hala keçərək bu kəndi yaratmışlar. Rayonun digər yerlərindən fərqi odur ki, bu kənd müasir gündə də köçəridir. Qoyunçuluğun artımı olan yerlərdə var-dövlət də çox olur. Kənd camaatı yerli turistlərdən də gəlir götürür. Ecazkar görünüşü olduğundan ilin bütün fəsillərində kəndin qonaqları olur. Yayı kimi qışı da mözücə olan bu diyarı şəhərlilər çox xoşladığından kənd evlərini kirayələyirlər.
Qəmərvan bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qəmərşah Cavadov
Qəmərşah Cavadov (23 fevral 1938, Aydınkənd, Quba rayonu – 27 aprel 2005, Bakı) — Azərbaycan tarixçisi, etnoqrafi, tarix elmləri doktoru, professor. == Həyatı == Qəmərşah Cavadov 1938-ci il fevral ayının 23-də Quba rayonunun Aydınkənd kəndində anadan olmuşdur. Atası və beş əmisini Böyük Vətən Müharibəsində itirmişdir. Orta məktəbi bitirdikdən sonra 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşdur. Universiteti tarixçi ixtisası ilə bitirdikdən sonra bir müddət Dəvəçi rayonunun (indiki Şabran rayonu) Aygünlü kənd məktəbində müəllim işləmişdir. Sonra Azərbaycan EA Tarix İnstitutunda etnoqrafiya ixtisası üzrə aspiranturaya qəbul olmuşdur. Qəmərşah Cavadov ilk dəfə olaraq xalq əkinçilik texnikasının məhəlli köklərini və inkişaf mənbələrini müəyyən etməklə azərbaycanlıları gəlmə etnos sayanlara tutarlı cavab verdi. Akademik V.K.Bondarçuk Qəmərşah Cavadovun elmi monoqrafiyasına yazdığı rəydə bildirirdi: "Q.Cavadovun monoqrafiyası onun müəllifinin Azərbaycan xalqının əkinçilik texnikasının öyrənilməsi və tədqiqi sahəsində nə kimi böyük, əzəmətli işlər gördüyünü qiymətləndirməyə əsas verir. Gənc alimin tədqiqatları… dünya etnoqrafiya elminə böyük töhfədir". Q.Cavadov 300-ə yaxın elmi məqalənin və 10 monoqrafiyanın müəllifidir.
Qəmərşah Sultan
Qəmərşah Sultan (1473, Amasya ili – yanvar 1520, Bursa) — 8. Osmanlı sultanı II Bəyazidin qızı. == Həyatı == Aynişah Sultan 1476-cı ildə Amasyada dünyaya gəldi. Atası Fateh Sultan Mehmedin oğlu və o illərdə Amasya sancaqbəyi olan Şahzadə Bəyazid, anası isə onun kənizlərindən Gülruh Xatundur. Uşaqlıq illəri Amasyada keçən Qəmərşah Sultan 1491-ci ildə Qoca Mustafa Paşayla nigahlandı. Bu nigahdan adı məlum olmayan bir qızı dünyaya gəldi və bu qızını Məsih bəylə evləndirdi. Atası və qardaşları arasında gedən taxt mübarizəsində ögey qardaşı Şahzadə Əhmədi dəstəklədi. Ancaq bu mübarizədə digər qardaşı Yavuz Sultan Səlim qalib gəldi və əri Qoca Mustafa Paşa 10 aylıq sədarətin ardından edam olundu. Ərinin edamından sonra Bursaya sürgün edilən Qəmərşah Sultan qalan ömrünü burada keçirdi. 1520-ci ildə vəfat edən Qəmərşah Sultan anasının Muradiyə külliyəsində özü üçün inşa etdirdiyi türbəsinə dəfn edildi.
Həmərsin
Həmərsin (lat. Rosa canina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Hündürlüyü 1,5-2,5 m ə çatan koldur. Budaqları qövsşəkilli əyilən, bəzən demək olar ki, düz budaqlı koldur; tikanları bərkdir, oraqşəkilli əyilmişdir, əsas budaqlarda tikanlar demək olar ki, düzdür, uzərində çiçək formalaşan budaqlarda isə həmişə qarmaqşəkilli dartılmış formada olub, coxsaylıdır. == Yarpaq == Orta yarpaqların uzunluğu 7-9 sm olub, çılpaqdır, yalnız əsas ox boyunca bəzən qısa tükcüklər yerləşmişdir. Yalançı zoğlar çox zaman ensiz olur, kənarları vəzili-kirpikciklidir və sivri qulaqcıqlıdır. Yarpaqcıqları 7 ədəd, nadir hallarda 5 və ya 9 ədəd olur, hər iki tərəfdən həmişə çılpaq və hamardır, çox hallarda ellipsvari qısa sivriləşmiş uca malikdir, uzunluğu 2-2,5 sm, eni 1-1,5 sm-dir, ümumiyyətlə, iti-mişarvaridir, çox vaxt dişcikləri vəziciklə sonlanır. == Çiçək == Çiçəkləri çiçək qrupunda 3-5 ədəd, bəzən isə tək olur, və ya çiçək qrupu çox çoxçiçəklidir; çiçək saplağı 12–18 mm uzunluqda olub, çox vaxt yetişmiş meyvənin ölçüsünə bərabər olur. Nadir hallarda isə ondan uzun və ya qısa olur, adətən tükcük və vəzilərdən məhrum olur. Ləçəkləri ağımtıl-çəhrayı rəngdə olur və kasa yarpaqlarından qısadır.
Jemerson
Jemerson de Xesus Naskimento (24 avqust 1992-ci ildə anadan olub) — Jemerson kimi də tanınan, Liqa 1 təmsilçilərindən olan Monako FK klubunda müdafiənin mərkəz cinahında çıxış edən peşəkar Braziliya futbolçusudur. == Klub karyerası == Jemerson Baiyanın Jeremoabo bələdiyyəsində anadan olmuşdur. Jemerson 2009-cu ilə qədər həvəskar olaraq futbol oynamışdır. 2009-cu ildə Konfiança klubu ilə müqavilə imzalamışdır. Jemerson Palmeyras, Santos, Vasko klublarının akademiyasına seçilə bilmədiyi üçün Atletiko Mineyro klubunun gənclər akademiyasına qəbul olundu. === Atletiko Mineyro === Jemerson karyerasında debütünü 2012-ci ildə etmişdir. 2012-ci ildə Jemerson Demokrata klubuna icarəyə verilmiş və klub ilə 12 oyuna çıxmışdır. Avqust ayında o, yenidən Qalo klubuna geri qayıtmışdır. Dekabr ayında isə əsas komanda ilə debüt etmişdir. Jemerson Seriya A-da əsas komanda ilə debütünü 7 iyul 2013-cü ildə Krisiuma klubuna qarşı oyunda etmişdir.
Emerson Smit
Emerson Smit (13 fevral 1997) — ABŞ-lı fristaylçı. Emerson Smit ABŞ-ni 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Emerson Smit birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər moqul yarışlarında iştirak etdi. Smit ümumilikdə 72.59 xal toplayaraq öz cığırında 22-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Gələrsən-Görərsən qalası
Gələrsən-Görərsən qalası — Şəki rayonunda qədim qala. "Gələrsən-Görərsən" qalası Kiş kəndinin şimal-şərqində, Kiş çayının qollarından biri olan Damarçın çayının sol sahilində, Qaratəpə dağının üzərində yerləşir. Qaratəpə dağının arxasında isə yüksək dağlar sıralanır. Qalanın belə bir yerdə salınmasının əsas məqsədi odur ki, qalaya öndən, arxadan və çay tərəfdən qaya sıldırım olduğuna görə hücum etmək mümkün deyil. Qala ilə Kiş kəndi arasındakı ərazi Qala düzü də adlanır. Lev Tolstoyun "Hacı Murad" povestinin qəhrəmanlarının başına gələn hadisələr bu qalada cərəyan edir. Mənbələr göstərir ki, Şəki xanı Dərviş Məhəmməd xan 1551-ci ildə qalada müdafiə olunmuş və Kiş qalası alındığı zaman qaçmağa cəhd etmiş və şahın adamları tərəfindən qətlə yetirilmişdir. Yenə həmin mənbələr 1743-cü ildə Nadir şahın Şəkiyə hücumu ilə əlaqədar qalanın adını çəkir. 1743-cü ildə Hacı Çələbi xan Şəkini müstəqil xanlığa çevirdi. Yenidən Şəki şah ordusu ilə qarşılaşmalı oldu.
Erik Emerson Şmidt
Erik Emerson Şmidt (ing. Eric Emerson Schmidt; 27 aprel 1955, Vaşinqton, ABŞ[…]) — amerikalı iş adamı və 2001-2011-ci illərdə Google-un baş direktoru və 2011-2015-ci illərdə şirkətin icraçı sədri vəzifələrində çalışmış keçmiş proqram mühəndisi. O, həmçinin 2015-2017-ci illərdə Alphabet-in icraçı sədri və 2017-2020-ci illərdə Alphabet-də texniki məsləhətçi vəzifələrində çalışıb. 2022-ci ilin aprel ayında Bloomberg Milyarderlər İndeksi onun xalis sərvətini 25,1 milyard ABŞ dolları olaraq qiymətləndirdi. Bell Labs-da təcrübə keçən Şmidt 1975-ci ildə Unix kompüter əməliyyat sistemi üçün leksik analizatorlar yaradan proqram təminatı olan Lex-in müəlliflərindən biri idi. 1997-2001-ci illərdə Novell şirkətinin baş icraçı direktoru olub. Şmidt, Karnegi Mellon Universiteti, Apple, Prinston Universiteti və Meyo Klinikasının qəyyumlar şuraları da daxil olmaqla, akademik və sənayedə müxtəlif şuralarda çalışıb. O, həmçinin Milli Futbol Liqasındakı Vaşinqton Kommanders klubunda kiçik paya sahibdir. 2008-ci ildə, Google-un sədri olduğu müddətdə Şmidt Barak Obama seçki kampaniyasında iştirak etdi və daha sonra Erik Lender ilə birlikdə Obamanın Elm və Texnologiya üzrə Məsləhətçilər Şurasının üzvü oldu. Lender daha sonra Co Baydenin elmi müşaviri oldu.
Ralf Uold Emerson
Ralf Uold Emerson (25 may 1803[…], Boston – 27 aprel 1882[…], Konkord[d], Massaçusets) – Amerika yazıçısı və filosofu, Transsendentalizm fəlsəfi hərəkatının banisi. Baxışları ziddiyyətli kimi qəbul edilir. Ona Platon və ya yeni platonçular – Göte, Karleyl, ingilis romantik şairləri U.Vordsvort və S.Kolric, həmçinin Şərq mistikləri təsir göstərmişdir düşünürlər. E-un T-inə görə "fəlsəfənin əbədi problemi" Ruh və Materiyanın münasibətlərindən ibarətdir. O bu problemi idealist kimi həll edir: "Təbiət ruhun rəmzidir". Varlığın ən yüksək sintetik prinsipi fövqəlruhdur, Allahdır. Qnoseologiyada isə Emerson İntuitivizmə yaxın olmuşdur; seyr, sonra isə intuisiya və vəcdəgəlmə şeylərin mahiyyətinə nüfuz etməyin ən yaxşı üsullarıdır. Dünyada hər yerdə gözəllik mövcuddur; harmoniya, kamillik və mənəvilik gözəlliyin əsas cəhətləridir. "Gözəlliyi yaratmaq sənətdir, incəsənətdir". Emersona görə tarixdə həlledici rol böyük adamlara xasdır (və ümmumiyyətlə "bütün dərin biliyə nüfuz etmək, fərdiyyətçiliyin nəsibidir"); onlar cəmiyyətin, şəxsiyyətin əxlaqi təkmilləşməsindən ibarət tərəqqisinə kömək edirlər.
Persicaria amphibia var. emersa
Su qırxbuğumu (lat. Polygonum amphibium) – qırxbuğum cinsinə aid bitki növü. == Sinonim == Chulusium amphibium (L.) Raf. Chulusium fluitans Raf. Chulusium natans Raf. Persicaria amphibia (L.) Gray Persicaria amphibia var. emersa (Michx.) J.C. Hickman Persicaria amphibia var. stipulacea (N. Coleman) H. Hara Persicaria amphibia var. terrestris (Leyss.) Munshi & Javeid Persicaria amurensis (Korsh.) Nieuwl. Persicaria coccinea (Muhl.