Erik Emerson Şmidt

Erik Emerson Şmidt (ing. Eric Emerson Schmidt; 27 aprel 1955[1][2], Vaşinqton, ABŞ[4][5][…]) — amerikalı iş adamı və 2001-2011-ci illərdə Google-un baş direktoru və 2011-2015-ci illərdə şirkətin icraçı sədri vəzifələrində çalışmış keçmiş proqram mühəndisi.[6] O, həmçinin 2015-2017-ci illərdə Alphabet-in icraçı sədri[7][8][9][6] və 2017-2020-ci illərdə Alphabet-də texniki məsləhətçi vəzifələrində çalışıb.[10] 2022-ci ilin aprel ayında Bloomberg Milyarderlər İndeksi onun xalis sərvətini 25,1 milyard ABŞ dolları olaraq qiymətləndirdi.[11]

Erik Şmidt
ing. Eric Emerson Schmidt
Doğum tarixi 27 aprel 1955(1955-04-27)[1][2] (69 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti rəsm kolleksioneri[d], mühəndis, universitet müəllimi[d], informatik, iş adamı, proqram təminatı mühəndisi, elektrik mühəndisi, sahibkar
Fəaliyyət illəri 1982-ci ildən
Elmi dərəcəsi
Üzvlüyü
ericschmidt.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bell Labs-da təcrübə keçən Şmidt 1975-ci ildə Unix kompüter əməliyyat sistemi üçün leksik analizatorlar yaradan proqram təminatı olan Lex-in müəlliflərindən biri idi.[12][13][14] 1997-2001-ci illərdə Novell şirkətinin baş icraçı direktoru olub.[15] Şmidt, Karnegi Mellon Universiteti,[16] Apple,[17] Prinston Universiteti[18]Meyo Klinikasının[19] qəyyumlar şuraları da daxil olmaqla, akademik və sənayedə müxtəlif şuralarda çalışıb. O, həmçinin Milli Futbol Liqasındakı Vaşinqton Kommanders klubunda kiçik paya sahibdir.

2008-ci ildə, Google-un sədri olduğu müddətdə Şmidt Barak Obama seçki kampaniyasında iştirak etdi[20] və daha sonra Erik Lender ilə birlikdə Obamanın Elm və Texnologiya üzrə Məsləhətçilər Şurasının üzvü oldu.[21] Lender daha sonra Co Baydenin elmi müşaviri oldu. Həmin vaxt Şmidt Google-dan ayrıldı və 2017-ci ildə xeyriyyə təşkilatı olan "Schmidt Futures" şirkətini qurdu. Şmidtin dövründə Schmidt Futures Elm və Texnologiya Siyasəti İdarəsində iki elm ofisinin əməkdaşı üçün kompensasiya təmin etmişdi.[22] 2021-ci ilin oktyabrında Şmidt Xüsusi Rəqabətli Tədqiqatlar Layihəsini (SCSP) təsis etdi və o vaxtdan bəri onun sədri vəzifəsini icra edir.[23]

Erkən həyatı

[redaktə | mənbəni redaktə et]

Şmidt ABŞ-nin Virciniya ştatının Fols-Çerç şəhərində anadan olub. Uşaqlığı Fols-Çerç və Blaksberq şəhərlərində keçib.[9][24] O, psixologiya üzrə magistr dərəcəsi almış Elanor və Nikson administrasiyası dövründə ABŞ Maliyyə Departamentində işləmiş, Virginia TechCons Hopkins Universitetlərində beynəlxalq iqtisadiyyat professoru olan Vilson Emerson Şmidtin üç oğlundan biridir.[9][24] Şmidt uşaqlığının bir hissəsini atasının işi ilə əlaqədar olaraq İtaliyada keçirdi və bunun onun dünyagörüşünü dəyişdirdiyini bildirdi.[25]

Şmidt 1972-ci ildə Virciniya ştatının Arlinqton dairəsindəki Yorktoun Liseyini bitirib. Burada o uzun məsafə qaçışında səkkiz universitet məktubu mükafatı qazanıb.[26][27] Prinston Universitetində oxuyub, memarlıq ixtisası ilə başlayıb və daha sonra elektrik mühəndisliyinə keçib, 1976-cı ildə mühəndislik üzrə bakalavr dərəcəsi alıb.[28][29]

1976-1980-ci illərdə Şmidt Berkeley Beynəlxalq Evində yaşayıb və burada gələcək həyat yoldaşı Vendi Boyl ilə tanış olub. 1979-cu ildə Berkli Kaliforniya Universitetində kampus kompüter mərkəzini CS və EECS departamentləri ilə birləşdirən şəbəkənin (Berknet) layihələndirilməsi və həyata keçirilməsinə görə magistr dərəcəsi qazanıb.[30] Orada o, həmçinin 1982-ci ildə EECS-də paylanmış proqram təminatının inkişafının idarə edilməsi problemləri və bu problemlərin həlli üçün alətlər haqqında dissertasiya müdafiə edərək fəlsəfə elmləri doktoru dərəcəsi qazanmışdır.[31]

"Google" şirkətinin baş icraçı direktoru və direktorlar şurasının sədri Erik Emerson Şmidt Şmidt ABŞ prezidenti yanında Elm və Texnologiya üzrə şuranın, Milli Mühəndis İnstitutunun, ABŞ-nin Sənət və Elm Akademiyasının üzvüdür. "New America Foundation" qeyri-kommersiya fonduna rəhbərlik edən Şmidtin sərvəti "Forbes" jurnalının qiymətləndirməsinə əsasən 2010-cu ildə 6,3 milyard ABŞ dolları təşkil edirdi və o, dünyanın ən varlı şəxslərinin siyahısında 117-ci yeri tuturdu.

  1. 1 2 Eric E. Schmidt // Munzinger Personen (alm.).
  2. 1 2 Davos 2014 Participant List.
  3. 1 2 Deutsche Nationalbibliothek Record #142238074 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. 1 2 http://www.wsj.com/articles/SB10000872396390444375104577594010338735918.
  5. 1 2 http://usatoday30.usatoday.com/news/politics/election2008/hillary-rodham-clinton.htm.
  6. 1 2 "Eric Schmidt is stepping down as the executive chairman of Alphabet". CNBC. December 21, 2017. August 15, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 5, 2023.
  7. "Google Biography for Dr. Eric Schmidt". July 3, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 18, 2016.
  8. "Google's Eric Schmidt Talks About How to Run the World (Not That He Wants To)". Los Angeles Times. June 9, 2008. January 16, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 18, 2016.
  9. 1 2 3 Corona Brezina. Sergey Brin, Larry Page, Eric Schmidt, and Google. July 15, 2012. ISBN 9781448869244. İstifadə tarixi: December 30, 2012.
  10. "Eric Schmidt, who led Google's transformation into a tech giant, has left the company". 2021-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-05.
  11. "Bloomberg Billionaires Index: Eric Scmidt". Bloomberg. October 5, 2021. October 4, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 5, 2021.
  12. Lesk, M.E.; Schmidt, E. "Lex – A Lexical Analyzer Generator". December 18, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 16, 2010.
  13. Lesk, M.E.; Schmidt, E. "Lex – A Lexical Analyzer Generator" (PDF). UNIX TIME-SHARING SYSTEM:UNIX PROGRAMMER’S MANUAL (Seventh). bell-labs.com. July 21, 1975. March 16, 2012 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: December 20, 2011.
  14. Lesk, M.E. "Lex – A Lexical Analyzer Generator". Comp. Sci. Tech. Rep. No. 39. Murray Hill, New Jersey: Bell Laboratories. October 1975.
  15. "Novell's Schmidt Joins Google at Critical Time". CNET. January 2, 2002. April 22, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 3, 2016.
  16. "Google VP Named CMU Dean". Carnegie Mellon University. October 11, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 25, 2015.
  17. "Dr. Eric Schmidt Resigns from Apple's Board of Directors" (Press-reliz). Apple Inc. August 3, 2009. September 28, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 21, 2017.
  18. "Princeton University Board of Trustees". December 2, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 27, 2012.
  19. "Mayo Clinic Board of Trustees". Mayo Clinic. September 12, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 17, 2018.
  20. "Google CEO Backs Obama". The Wall Street Journal. October 20, 2008.
  21. Langley, Monica; Jessica E. Vascellaro. "Google CEO Backs Obama". The Wall Street Journal. October 20, 2008. September 12, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 5, 2023.
  22. Thompson, Alex. "A Google billionaire's fingerprints are all over Biden's science office". Politico. 2022-03-28. 2023-04-10 tarixində arxivləşdirilib.
  23. Wolfe, Frank. "Eric Schmidt to Helm National Artificial Intelligence/Emerging Technologies Project". Defense Daily (ingilis). 2021-10-05. 2023-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-13.
  24. 1 2 Tim Walker. "Is The Executive Chairman of Google Really the Arrogant Defender of Tax Avoidance that His Critics Claim?". The Independent. London. December 14, 2012. December 17, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 17, 2012.
  25. Center, Mercatus. "Eric Schmidt on the Life-Changing Magic of Systematizing, Scaling, and Saying Thanks (Ep. 53-Live)". Medium. November 7, 2018. January 13, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 8, 2018.
  26. McCaffrey, Scott. "New Inductees Named to Yorktown Hall of Fame". Sun Gazette. May 15, 2008. August 24, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 5, 2023.
  27. "HOF – Eric Schmidt". Yorktownalums.org. November 21, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 19, 2012.
  28. Ken Auletta. Googled: The End of the World As We Know It. November 3, 2009. ISBN 9781101151402. İstifadə tarixi: December 17, 2012.
  29. Wolff, Josephine. "University Library joins Google Book Search". The Daily Princetonian. fevral 6, 2007. may 18, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: may 28, 2008.
  30. Eric Schmidt. "The Berkeley Network – A Retrospective" (PDF). Computer Science Division, Department of Electrical Engineering and Computer Science, University of California, Berkeley. 1979. may 28, 2008 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: iyun 14, 2011.
  31. Schmidt, Eric. Controlling Large Software Development in a Distributed Environment (Tezis). University of California, Berkeley. 1982. 2021-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-05.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]