Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Tonqal qalamaq
Tonqal qalamaq — Novruz bayramının adət ənənələrindən biri. == Haqqında == Çərşənbələrdə (və Novruz axşamında) tonqal qalanması, göyə yanar fişənglər, tarixən üskü — lopa atılması, bayram süfrəsi düzəldilməsi Azərbaycanda qədim el adətidir. Tonqal qalamaq, oddan atdanmaq, başı üzərinde lopa-üskü fırlayıb göyə atmaq əski mifik dünyagörüşlə bağlı məsələdir. İşığın, günəşin gücünə inanan qədim insan odun-alovun köməyi ilə yad-yabançi ruhları, soyuq, qaranlıq, xəstəlik gətirən, yaşayışa sıxıntı verən pis — şər qüvvələri qovub uzaqlaşdırmağın mümkünlüyünə inanırdı. Burada bütün məqamlarda od — Günəşin rəmzi kimi düşünülürdü. Çillədən-qışdan çıxmaq üçün tonqal, od yandırılması əslində dolayısı ilə həm də Günəşin-yazın çağrılması mərasimidir. Bu aktın icrası zamanı tonqalın üstündən atılarkən: söylənməsi də əski təsəvvürlə, çillədən, qışın ağrı-acısından qurtulmaq üçün oda — mikrogünəşə bir xilaskar kimi yanaşılması qənaəti ilə bağlıdır. Əsasən də yetkinlik yaşına çatan gənc qızlar kənardan onun dediklərini eşitməsinlər deyə ürəyində bu nəğməni oxuyarlar. Od yaşamaq, yaşatmaq rəmzidir. == Tarixi qaynaqlarda Novruz == Yazılı mənbələrə istinadən demək olar ki, Novruz bayramı eradan əvvəl 505-ci ildə yaranmışdır.
Azərbaycanda tonqal qalamaq adəti

Qalamşa
Qalamşa (gürc. განთიადი - Gantiadi) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd.
Qamaşma (roman)
Korlaşma — Almaniya yazıçısı və Nobel mükafatı laureatı Elias Kanettinin 1935-ci ildə yazdığı roman. == Haqqında == "Korlaşma" romanında yazılıdığı dövrə aid izlərə rast gəlmək mümkündür. Əsər 1930-cu illərdə, hələ nasistlərin hakimiyyətə yenicə gəldiyi dövrdə yəhudi əsilli alman Elias Kanetti tərəfindən yazılmışdır. Bu ilk romanında Kanettinin hakimiyyətə olan marağı hiss ediliməkdədir. Kanetti bu romanını 26 yaşında yazmışdır. Roman Birinci dünya müharibəsi ilə İkinci dünya müharibəsi arasındakı dövrdə Almaniyadakı vəziyyəti, Almaniyanın Birinci dünya müharibəsindəki məğlubiyyətinin təsirini qaldırmaq üçün nasistlərin fəaliyyətindən bəhs edir. Kitabın anti-qəhrəmanı olan Kin kitablara və elmə bağlıdır. Evində 25.000 kitabı olan Kin xarici dünyadan soyumuş, evindən qıraqda olan hər kəsə cahil, savadsız gözü ilə baxır. == Hekayə == Roman 3 hissədən ibarətdir: Dünyasız bir baş : Evindəki kitabları ilə yaşayan Kinin evindəki həyatından bəhs edən bu bölümdə xidmətçisi Terezaya kitablarını göstərən Kinin onunla evlənməsi də danışılır. Kin xarici dünyadan ayrı yaşayır.
Sağ qalmaq
"Sağ qalmaq" (orijinal adı "Lost") – amerikan teleserialıdır. İlk dəfə 2004-cü il sentyabrın 22-də Amerikanın ABC kanalında yayımlanmışdır. == Süjet == Sidneydən Los-Ancelesə uçan təyyarə qəflətən qəzaya uğrayır. Sağ qalan 48 sərnişin tropik adada peyda olurlar. 6 mövsümdən ibarət olan serial 121-ci bölümü ilə 23 May 2010 tarixində sona çatmışdır. Hər epizod təqribən 43 dəqiqədən ibarətdir. Serialın mükafatları arasında Emmi mükafatı və Qızıl Qlobus və s. qeyd oluna bilər. Azərbaycanda ANS kanalında yayımlanmışdır. 2004-cü ilin sentyabr ayının 22-də Amerikanının ABC telekanalında ilk dəfə yayımlanan sözügedən serialın 1-ci epizodu ekran başına təqribən 19 milyon tamaşaçı toplamışdır.
Sağ qalmaq (teleserial)

Sağ qalmaq (film, 2006)
Sağ qalmaq (norv. Fritt Vilt) — Norveç istehsalı olan və rejissor Roar Uthauq tərəfindən çəkilmiş qorxu və triller filmidir. 2006-cı ildə premyerası baş tutmuş bu film müasir Norveç qorxu filmləri arasında ən yaxşılarından hesab olunur. Film eləcə də bir sıra ölkələrdə də nümayiş etdirilib. == Məzmun == Beş norveçli gənc pasxa tətilini keçirtmək məqsədilə ölkənin şimalındakı dağlara üz tuturlar. Həm tətil həm də xizək sürməyi planlaşdıran gənclərin bu istəyi dostlarından birinin ayağının qırılması ilə yarımçıq qalır. Maşınlarında da uzaq düşən bu gənclər sığınacaq axtarmağa başlayırlar və tərk edilmiş köhnə bir otel tapırlar. Əvvəlcə hər şey qaydasında görünür. Hətta əylənməyə də başlayan gənclər sonradan başlarına gələcəklərdən xəbərsizdirlər. Oteldə bilmədikləri bir adam onları bir-bir pldürməyə başladığında artıq vəziyyət dəyişir.
Sağ qalmaq (teleserial, 2004)
"Sağ qalmaq" (orijinal adı "Lost") – amerikan teleserialıdır. İlk dəfə 2004-cü il sentyabrın 22-də Amerikanın ABC kanalında yayımlanmışdır. == Süjet == Sidneydən Los-Ancelesə uçan təyyarə qəflətən qəzaya uğrayır. Sağ qalan 48 sərnişin tropik adada peyda olurlar. 6 mövsümdən ibarət olan serial 121-ci bölümü ilə 23 May 2010 tarixində sona çatmışdır. Hər epizod təqribən 43 dəqiqədən ibarətdir. Serialın mükafatları arasında Emmi mükafatı və Qızıl Qlobus və s. qeyd oluna bilər. Azərbaycanda ANS kanalında yayımlanmışdır. 2004-cü ilin sentyabr ayının 22-də Amerikanının ABC telekanalında ilk dəfə yayımlanan sözügedən serialın 1-ci epizodu ekran başına təqribən 19 milyon tamaşaçı toplamışdır.
Sağ qalmaq 3 (film, 2010)
Sağ qalmaq 3 (norv. Fritt Vilt 3) Norveç istehsalı olan qorxu/triller filmidir. 2006 və 2008-ci illərdə uğurla nümayiş olunmuş Sağ qalmaq və Sağ qalmaq 2: Dirilmə filmlərinin davamıdır. == Məzmun == Beş gənc xizək sürmək və tətillərini keçirtmək üçün Norveçin şimalındakı dağlara üz tuturlar. Lakin burada bilmədikləri sirr var. Naməlum qatil tərəfindən bir-bir öldürüləcək bu gənclər başlarına gələcək fəlakətdən xəbərsizdirlər. == Rollarda == İda Marie Bakkerud / Hedda Kim S. Falk-Yorgqnsen / Anders Pal Stokka / Maqni Culie Rusti / Siri Artur Berninq a/ Saymen Sturla Rui / Knut Terce Ranes / Eynar Nils Conson / Con Hallvard Holmen / Bcorn Braz Trine Viggen / Maqni Braz == İstehsal == Bu filmin çəkilişləri əvvəlki 2 filmdə olduğu kimi Norveçin şimalında olan Jotunheimen (Nəhənglərin Evi) dağlarında baş tutub. == Nümayiş == Filmin premyerası 15 oktyabr 2010-cu ildə Norveçdə keçirilib. == İstinadlar == == Xarici keçidlər == Filmin rəsmi saytı (ing.) Sağ qalmaq 3 — Internet Movie Database saytında.
Sağ qalmaq 2: Dirilmə (film, 2008)
Sağ qalmaq 2: Dirilmə (norv. Fritt Vilt 2) Norveç istehsalı olan qorxu və kriminal janrlı filmdir. Rejissorunun Mats Stenberq olduğu bu film 2008-ci ildə işıq üzü görüb. == Məzmun == Bu filmdə hadisələr qaldığı yerdən davam edir. Oteldə ikən hamını öldürməyə müvəffəq olan qatilin əlindən yalnız Yannike xilas olaraq xəstəxanaya gəlir. Eyni zamanda onu öldürdüyünü düşünən Yannike həqiqətdən xəbərsizdir. Çünki öldürdüyünü fərz etdiyi həmin qatil sağdı və qisas üçün yenidən yeni terrora başlayacaq. == Rollarda == İngrid Bolso Berdal / Yannike Marthe Snorresdotter Rovik / Kamilla Kim Wifladt / Ole Fridtjov Saheim / Herman Cohanna Mork / Audlild Mats Eldoen / Sverre Run Melbi / Dağda yaşayan adam (qatil) == Ev üçün buraxılış == Bu filmin DVD versiyası Shout! Factory tərəfindən 23 aprel 2013-cü ildə satışa çıxarıldı. == İstinadlar == == Xarici keçidlər == Filmin rəsmi saytı (ing.) "Sağ qalmaq 2: Dirilmə" — Internet Movie Database saytında.
Qaladağ
Qaladağ (Ordubad) — Ordubad rayonunda dağ. Qaladağ — Oğuz rayonu ərazisində, Oğuz şəhərindən şimalda dağ. Qaladağ — Samux rayonu ərazisində, Bozdag silsiləsində zirvə. Hündürlüyü 391 m. Qaladağ — Yevlax rayonu ərazisində, Bozdag silsiləsinda dağ.
Qalasar
Qalasar, Qalasər, Qələsər Qalasar (Dərələyəz) — Dərələyəzdə kənd. Qalasər (Salmas) — Salmas şəhristanı ərazisinə daxil olan kənd. Qələsər — Azərbaycanın Lerik rayonunun inzibati ərazi vahidində kənddir.
Qaladağ (Ordubad)
Qaladağ – Ordubad rayonu ərazisində dağ (hünd. 1349,2 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun Göydağ zirvəsindən cənuba uzanan Gəvək şaxəsində zirvə. Gilançayın sağ sahilində, Biləv kəndindən 2,5 km cənub-qərbdədir. Orta Eosenin Lütet mərtəbəsinin orta hissəsinə aid Üst Dərəlik yarımlay dəstəsinin çökmə süxurlarını yarıb çıxmış və Alt Pliosen yaşlı andezit-dasitlərdən təşkil olunmuş ekstruzivə uyğun gələn sıldırım yamaclı günbəzdir. Relyefdə kəskinliyi və ekzotik görünüşü ilə nəzəri cəlb edir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin mərkəzi strukturu olan Şurud-Vənənd sinklinalının cənub-qərb qanadını mürəkkəbləşdirən ikincidərəcəli Xoşkeşin-Düylün sinklinalının cənub-qərb qanadında yerləşir.
Qalasar (Dərələyəz)
Qalasar — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 27 km məsafədə, Aysəsi dərəsinin qərbində yerləşir. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Əsli Qalahasar. Kəndin yaxınlığındakı siklopik qalaçanın adındandır. Ermənistan ərazisində çoxlu miqdarda yaşayış məntəqə adlarında е.əv. III–II minilliklərə aid olan tsiklopik tikintilərin xalq arasında ifadəsi olan "qalaca", "qalacıq", "hasar" sözləri vardır. Azərbaycanda Qazax, Qubadlı, Kəlbəcər, Tovuz, Xanlar, Şərur və b. rayonların ərazilərində də 120-yə qədər kobud yonulmuş, dördkünc formalı nəhəng daşlardan hörgü tikintilər vardır. Bax: Hisar.