Sağ qalmaq (film, 2006)

Sağ qalmaq (norv. Fritt Vilt) — Norveç istehsalı olan və rejissor Roar Uthauq tərəfindən çəkilmiş qorxutriller filmidir. 2006-cı ildə premyerası baş tutmuş bu film müasir Norveç qorxu filmləri arasında ən yaxşılarından hesab olunur. Film eləcə də bir sıra ölkələrdə də nümayiş etdirilib.[3]

Sağ qalmaq
Fritt Vilt
bukmol Fritt vilt[1]
Janr qorxu
triller
Rejissor Roar Uthauq
Prodüserlər Martin Sundland
Maqni Linqner
Ssenari müəllifi Tomas Moldestand
Baş rollarda İngrid Bolso Berdal
Rolf Kristian Larsen
Viktoriya Vinqe
Endre Martin Midtstiqen
Tomas Alf Larsen
Run Melbi
Bəstəkar Maqnus Beit
İstehsalçı SF Norge AS
Distribütor Netflix
İlk baxış tarixi 13 oktyabr 2006
Filmin növü Bədii film
Müddət 97 dəqiqə
Gəlir $3,724,383[2]
Ölkələr Norveç Norveç
Dil Norveçcə
İl 2006
Sonrakı film Sağ qalmaq 2: Dirilmə
Rəng Rəngli
IMDb ID0808276

Məzmun[redaktə | mənbəni redaktə et]

Beş norveçli gənc pasxa tətilini keçirtmək məqsədilə ölkənin şimalındakı dağlara üz tuturlar. Həm tətil həm də xizək sürməyi planlaşdıran gənclərin bu istəyi dostlarından birinin ayağının qırılması ilə yarımçıq qalır. Maşınlarında da uzaq düşən bu gənclər sığınacaq axtarmağa başlayırlar və tərk edilmiş köhnə bir otel tapırlar. Əvvəlcə hər şey qaydasında görünür. Hətta əylənməyə də başlayan gənclər sonradan başlarına gələcəklərdən xəbərsizdirlər. Oteldə bilmədikləri bir adam onları bir-bir pldürməyə başladığında artıq vəziyyət dəyişir. İndi gənclər sağ qalmaq mübarizəsi verməlidirlər.

Rollarda[redaktə | mənbəni redaktə et]

  • İnqrid Borso Berday / Yannike
  • Rolf Kristian Larsen / Morten Tobias
  • Viktoria Uinq / İnqun
  • Tomas Alf Larsen / Erik
  • Endre Martin Midtstiqen / Mikail
  • Run Melbi / Dağda yaşayan adam
  • Erik Skceqqedal / Dağda yaşayan adamın uşaqlığı
  • Toni Lande / Anası
  • Hallvard Holmen / Atası

İstehsalı[redaktə | mənbəni redaktə et]

Filmin çəkilişləri Norveçin şimalında yerləşən Jotunheimen (Nəhənglərin Evi) dağlarında baş tutub. Helikopterlər 20 tonluq avadanlıqla -25 dərəcə olan dağların başı ilə uçaraq çəkilişləri aparıblar. Filmin çəkilişləri 2 il çəkdi və əlavə olaraq xüsusi effektlər üçün isə 9 ay vaxt sərf edildi.[4]

Qəbulu[redaktə | mənbəni redaktə et]

Film 2007-ci ildə Trondheimdə beynəlxalq Kosmorama Film festivalında Martin Sundland və Maqne Laynqer Ən yaxşı produser mükafatlarını qazandılar. kristian Çanninq isə Ən yaxşı bəstəkar mükafatını aldı. 2007-ci ildə Grossmann film and wine festival mərasimində film, "Vicious Cat Award" mükafatına layiq görüldü.

Davamı[redaktə | mənbəni redaktə et]

Filmin 2-ci hissəsi olan Sağ qalmaq 2: Dirilmə rejissor Mats Stenberg tərəfindən lentə alındı və 2008-ci ildə yayımlandı.[5] Sağ qalmaq 3 isə 2010-cu ildə nümayiş etdirildi.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. http://www.nb.no/filmografi/show?id=545915.
  2. "Arxivlənmiş surət". 2014-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-18.
  3. "Arxivlənmiş surət". 2017-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-16.
  4. "Arxivlənmiş surət". 2011-07-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-08-16.
  5. "Arxivlənmiş surət". 2012-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-16.