Sağ qalmaq (teleserial)

"Sağ qalmaq" (orijinal adı "Lost") – amerikan teleserialıdır. İlk dəfə 2004-cü il sentyabrın 22-də Amerikanın ABC kanalında yayımlanmışdır.

Sağ qalmaq
ing. Lost
Loqonun şəkli
Janr Dram filmi
İlk baxış tarixləri 22 sentyabr 2004
Rejissor Jek Bender
Stiven Vilyams
Pol A. Edvards
Operator Cey Cey Abrams
Yaradıcısı Cey Cey Abrams[1]
Rollarda
Bəstəkar
  • Maykl Cakkino[d]
İstehsalçı ölkə ABŞ ABŞ
İl 2004
Studiya Bad Robot Productions[d]
Dil İngilis dili
Növü detektiv
triller
macəra
fentezi
Rəng Rəngli
Seriya vaxtı Hər epizod 43 dəqiqə
Davametmə müddəti 42 dəq.
IMDb ID0411008
abc.go.com/shows/lost
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sidneydən Los-Ancelesə uçan təyyarə qəflətən qəzaya uğrayır. Sağ qalan 48 sərnişin tropik adada peyda olurlar. 6 mövsümdən ibarət olan serial 121-ci bölümü ilə 23 May 2010 tarixində sona çatmışdır. Hər epizod təqribən 43 dəqiqədən ibarətdir. Serialın mükafatları arasında Emmi mükafatıQızıl Qlobus və s. qeyd oluna bilər. Azərbaycanda ANS kanalında yayımlanmışdır. 2004-cü ilin sentyabr ayının 22-də Amerikanının ABC telekanalında ilk dəfə yayımlanan sözügedən serialın 1-ci epizodu ekran başına təqribən 19 milyon tamaşaçı toplamışdır. Əsas çəkilişlər Oahu adasında (Havay) aparılır. İlk iki hissəlik pilot bölümü dünya tarixinin ən bahalı serial bölümlərindən biridir, təxminən 14 milyon dollara başa gəlmişdir.

Bütün film boyu hadisələr 4 8 15 16 23 42 rəqəmləri ilə əlaqədardır. Ümumiyyətlə, serialda dominant (aparıcı) xətti zamanda yerdəyismə məsələsi təşkil edir. Əvvəlki mövsümlərdə (5-ci mövsümə qədər) bu, hiss olunmasa da, 5-ci və 2010-cu ilin fevralın 2-sindən yayımlanacaq sonuncu — 6-cı mövsümdə bu, aydın şəkildə özünü göstərir. Belə ki, qəhrəmanlar, hansı ki 2004-cü ildə təyyarə qəzası nəticəsində Sakit okeanın cənubunda yerləşən naməlum adaya düşüblər, adada yerləşən Orxideya stansiyasında baş verən qeyri-adi dəyişiklik səbəbindən bir neçe il geriyə (adada 1970-ci illərdən fəaliyyət göstərən "Dharma İnitiative" təşkilatının zamanına) qayıdırlar. Beləliklə, zamanda yerdəyişmə nəticəsində keçmişə getmiş "sağ qalanlar" yenidən müasir dövrə qayıdırlar.

Əsas personajları

[redaktə | mənbəni redaktə et]

Xarici keçidləri

[redaktə | mənbəni redaktə et]
  1. Smith D. Abrams, J.J. // Disney A to Z: The Official Encyclopedia (ing.). 1996.
  2. 1 2 3 4 5 6 Česko-Slovenská filmová databáze (çeş.). 2001.