Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qarasavad (zərgərlik)
Qarasavad — zərgərlikdə üsul. XVIII əsrdə Azərbaycanda gümüşdən hazırlanmış məişət əşyaları, silah, zinət şeyləri çox zaman bu üsulla bəzədilirdi. Qarasavad əsas etibarı ilə gümüş üzərində işlənirdi, çünki gümüş qara yerlikdə (tonda) daha təmiz və ağ xətlər verir. Döyülmüş hamar gümüş səthinin üzərində cızma üsulu ilə rəsm çəkilir, sonra onun ətrafı qara məhsulla örtülürdü. Qarasavad üsulu ilə daha çox zinət şeyləri (kəmər, xəncər, tapança, barut qabı və s.) bəzədilirdi.
Aliyə Qarayeva
Aliyə Qarayeva (1 yanvar 1988, Yekaterinburq) — Azərbaycanı təmsil edən bədii gimnast, 2007-ci il Avropa Çempionatının qalibi. == Karyerası == Aliyə Qarayeva 2005-ci ilə qədər Rusiya yığmasında çıxış edirdi. Komanda da rəqabət səbəbilə "bir nömrə" ola bilməyəcəyini başa düşən Aliyə Qarayeva 2006-cı ildə Azərbaycan vətəndaşlığını qəbul elədi və Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə apardı. 2006-cı ildə Aliyə Qarayeva Azərbaycan Çempionatının qalibi oldu. Həmin ilin sentyabrında Rusiyada Avropa Çempionatında çıxış edən Aliyə Qarayeva turniri altıncı pillədə başa vurdu. Karyerası ərzində Aliyə Qarayeva birinci uğurlarına isə 2007-ci ildə imza atdı. Həmin ilin iyununda Azərbaycanda baş tutan Avropa Çempionatında Aliyə Qarayeva, Anna Qurbanova və Dinarə Gimatovadan ibarət Azərbaycan yığması turnirinin nəticələrinə əsasən bürünc medalların sahibi oldu. İplə turnirdə isə Aliyə Qarayeva 18.150 bal topladı və Avropa Çempionatının qalibi oldu. Bununla da Aliyə Qarayeva Azərbaycan idmanı tarixində Avropa çempionu olan birinci bədii gimnast oldu. Sentyabrda isə Aliyə Qarayeva, Anna Qurbanova və Dinarə Gimatovadan ibarət Azərbaycan yığması bu səfər Yunanıstanın Patras şəhərində baş tutan Dünya Çempionatının bürünc medallarına sahib oldu.
Minirə Qarayeva
Qarayeva Minirə Gülməmməd qızı (14 aprel 1937, Qutqaşen – 23 yanvar 2022) — professor, Azərbaycan "Xoş Niyyət" Xeyriyyə İctimai Birliyinin təsisçisi və prezidenti və Azərbaycan Qadınlar Cəmiyyətinin xarici əlaqələr üzrə sədr müavini, Dünya Konstitusiya və Parlament Assosiasiyasının (WCPA) Azərbaycan üzrə Fəxri vitse-prezidentidir. == Həyatı == Minirə Qarayeva 1937-ci ildə Qutqaşın rayonunun (indiki Qəbələ rayonu) Qutqaşın şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1954-cü ildə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutuna daxil olmuş, 1959-cu ildə həmin institutu "Fərqlənmə diplomu" ilə bitirmişdir. Tələbə yoldaşları arasında tək o "Dövlət imtahan komissiyası"nın və eləcə də onun sədri o zamankı ali təhsil naziri M. Mehdizadənin qərarı ilə ali məktəbdə ingilis dili müəllimi hüququna layiq görülmüşdür. Minirə Qarayeva 1994-cü ilə qədər Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunda ingilis dilinin fonetikası kafedrasının müdiri olmuşdur. 23 yanvar 2022-ci il tarixində Bakıda ürək çatışmazlığından vəfat etmişdir. == Fəaliyyəti == Uzun illər məzunu olduğu təhsil ocağında ingilis dilinin fonetikası kafedrasının müdiri işləmişdir. Keçmiş SSRİ dövründə SSRİ Ali Təhsil Nazirliyinin elm adamları üçün təşkil etdiyi uzun müddətli xarici ezamiyyətlərə dəvət olunmuşdur. 1982-ci ildə İngiltərə (London, Oxford, Camdridge, Caventry, Brighton), 1987-ci ildə isə ABŞ (Vaşinqton, Corctaun, Baltimor, Boston, Filadelfiya) universitetlərində tədqiqatla məşğul olmuş, dərs demişdir. Ümumilikdə dünyanın altmışa yaxın ölkə və şəhərindəki elm ocaqlarında olmuş, təhsildə yenilik, təhsil reformu ilə maraqlanmış, bu sahədə məruzələr etmişdir.
Ninel Qarayeva
Ninel İsrafil qızı Qarayeva (25 may 1932, Bakı – 4 aprel 2017, Bakı) — Biologiya elmləri doktoru, professor, 2001-ci ildən AMEA-nın müxbir üzvü. == Həyatı == Ninel Qarayeva 25 may 1932-ci ildə Bakı şəhərində anadan olub. 1955-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin biologiya fakültəsini bitirdikdən sonra 1957-ci ildə AMEA Botanika İnstitutunun məqsədli aspiranturasına daxil olub. 1961-ci ildə Xarkov Dövlət Universitetində “Xəzər dənizinin qərb sahilboyu hissəsinin bentos diatom yosunları” mövzusunda namizədlik, 1975-ci ildə keçmiş SSRİ EA-nın Botanika İnstitutunda (Leninqrad) “Xəzər dənizinin diatom yosunları” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 2001-ci ildə AMEA-nın müxbir üzvü (2001) seçilmişdir. Ninel Qarayeva 4 aprel 2017-ci ildə 84 yaşında Bakı şəhərində dünyasını dəyişib. == Fəaliyyəti == Ninel Qarayevanın əsas elmi fəaliyyət istiqamətləri Xəzər dənizinin və Azərbaycan Respublikasının su hövzələrinin diatom yosunlarının növ tərkibi, morfologiyası (o cümlədən ultrastrukturu), yayılması və ekologiyasının öyrənilməsi olmuşdur. Alim elmi tədqiqatlar nəticəsində Xəzər dənizinin diatom florasının tərkibini öyrənmiş, Xəzər dənizində ilk dəfə aşkar olunan 175 növün morfoloji və ultrastruktur səviyyəsində təsvirini vermiş, elm üçün 1 sıra, 1 fəsilə, 2 cins və 9 növ təsvir etmiş, onların yayılması və autekologiyasını öyrənmişdir. Bu tədqiqat işi elmi tədqiqatçıları maraqlandıran bir çox sualları əhatə etməklə, hazıradək Xəzərin diatom yosunlarının öyrənilməsi sahəsində ən sanballı əsər hesab olunur.Xəzər sularında yosunla örtülməyə qarşı elektroliz məhsulu olan biosidlə mübarizə kimi ekoloji təmiz və böyük praktiki əhəmiyyət kəsb edən üsul işlənib hazırlanmış və tətbiq edilmişdir. Ninel Qarayeva əksəriyyəti xarici ölkələrdə dərc olunmuş 115 elmi əsərin və 1 monoqrafiyanın müəllifidir.
Ruhangiz Qarayeva
Qarasəid (İcrud)
Qarasəid (fars. قره سعيد‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 954 nəfər yaşayır (191 ailə).