Aliyə Qarayeva

Aliyə Qarayeva (1 yanvar 1988, Yekaterinburq) — Azərbaycanı təmsil edən bədii gimnast, 2007-ci il Avropa Çempionatının qalibi.[1]

Aliyə Qarayeva
Anna Qurbanova 2008-ci ildə
Anna Qurbanova 2008-ci ildə
Şəxsi məlumatlar
Tam adı Aliyə Nurqayanovna Qarayeva
Vətəndaşlığı Rusiya Rusiya
Azərbaycan Azərbaycan
Doğum tarixi (36 yaş)
Doğum yeri Yekaterinburq, Rusiya SFSR
Boyu 160 sm. (5 ft 6 in)
İdman növü Bədii gimnastika
Məşqçisi Mariana Vasileva
Medallar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aliyə Qarayeva 2005-ci ilə qədər Rusiya yığmasında çıxış edirdi. Komanda da rəqabət səbəbilə "bir nömrə" ola bilməyəcəyini başa düşən Aliyə Qarayeva 2006-cı ildə Azərbaycan vətəndaşlığını qəbul elədi və Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə apardı. 2006-cı ildə Aliyə Qarayeva Azərbaycan Çempionatının qalibi oldu. Həmin ilin sentyabrında Rusiyada Avropa Çempionatında çıxış edən Aliyə Qarayeva turniri altıncı pillədə başa vurdu.

Karyerası ərzində Aliyə Qarayeva birinci uğurlarına isə 2007-ci ildə imza atdı. Həmin ilin iyununda Azərbaycanda baş tutan Avropa Çempionatında Aliyə Qarayeva, Anna QurbanovaDinarə Gimatovadan ibarət Azərbaycan yığması turnirinin nəticələrinə əsasən bürünc medalların sahibi oldu. İplə turnirdə isə Aliyə Qarayeva 18.150 bal topladı və Avropa Çempionatının qalibi oldu. Bununla da Aliyə Qarayeva Azərbaycan idmanı tarixində Avropa çempionu olan birinci bədii gimnast oldu. Sentyabrda isə Aliyə Qarayeva, Anna QurbanovaDinarə Gimatovadan ibarət Azərbaycan yığması bu səfər Yunanıstanın Patras şəhərində baş tutan Dünya Çempionatının bürünc medallarına sahib oldu. Həmin Dünya Çempionatını 6-cı pillədə başa vuran Aliyə Qarayeva olimpiya lisenziyasına sahib oldu.

Aliyə Qarayeva Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi.[1] Aliyə Qarayeva avqustun 21-də təsnifat mərhələsində mübarizə apardı.[2] 20 yaşlı Aliyə Qarayeva iplə turnirdə 17.875 bal topladı və üçüncü pillədə qərarlaşdı.[2] Halqa ilə turnirdə isə Aliyə Qarayeva 16.850 balla doqquzuncu pillənin sahibi oldu.[2] Təsnifat mərhələsinin birinci günündən sonra Aliyə Qarayeva yeddinci pillədə qərarlaşdı.[2] Avqustun 22-də təsnifat mərhələsinin son günü idi.[2] Aliyə Qarayeva gürzlərlə turnirdə 17.625 balla beşinci, lentlər turnirdə isə 16.850 balla yeddinci pillənin sahibi oldu.[2] Bununla da ümumi nəticədə Aliyə Qarayeva təsnifat mərhələsini 69.200 balla 24 idmançı sırasında yeddinci pillədə başa vurdu və olimpiadanın final mərhələsinə vəsiqə qazandı.[2] Bununla da Aliyə Qarayeva olimpiadalarda final mərhələsinə vəsiqə qazanan birinci azərbaycalı gimnast oldu.[2] Avqustun 23-də isə olimpiadanın final mərhələsi baş tutdu.[2] Aliyə Qarayeva əvvəl iplə turnirdə çıxış elədi.[2] Nəticədə Aliyə Qarayeva 17.750 balla turniri altıncı pillədə başa vurdu.[2] Bu təsnifat mərhələsinin nəticəsindən zəif idi.[2] Daha sonra Aliyə Qarayeva halqa ilə turnirdə mübarizə apardı və 18.075 balla dördüncü pillənin sahibi oldu.[2] Gürzlərlə turnirdə isə Aliyə Qarayeva 17.225 balla altıncı pillədə qərarlaşdı.[2] Sonda Aliyə Qarayeva lentlə turnirdə çıxış elədi.[2] Bu turnirdə uğursuz çıxış edən Aliyə Qarayeva 16.625 balla turniri 8-ci pillədə başa vurdu.[2] Ümumi nəticədə isə Aliyə Qarayeva 69.675 balla olimpiadanı altıncı pillədə başa vurdu.[2]

2008-ci ildə olimpiadasından sonra Aliyə Qarayeva 2009-cu ildə Avropa və Dünya Çempionatlarında növbəti uğurlarına imza atdı. Mayda Azərbaycanda baş tutan Avropa Çempionatında Aliyə Qarayeva, Anna QurbanovaZeynəb Cavadlıdan ibarət Azərbaycan yığması turnirin gümüş medallarına sahib oldu. İyulda isə Aliyə Qarayeva Tayvanda baş tutan VIII Dünya Oyunlarında lentlə proqramda bürünc medala sahib oldu. Sentyabrda isə Yaponiyanın İse şəhərində baş tutan Dünya Çempionatında Aliyə Qarayeva, Anna QurbanovaZeynəb Cavadlıdan ibarət Azərbaycan yığması növbəti dəfə Dünya Çempionatını bürünc medalla başa vurdu. Fərdi turnirlərdə isə Aliyə Qarayeva topla proqramda 27.325 bal topladı və Dünya Çempionatını gümüş medalla başa vurdu.

Aliyə Qarayeva 2010-cu ilin aprelində Almaniyanın Bremen şəhərində baş tutan Avropa Çempionatının bürünc medalına sahib oldu. Sentyabrda Aliyə Qarayeva Rusiyada baş tutan Dünya Çempionatında Anna QurbanovaSamirə Mustafayevanın da olduğu Azərbaycan yığması ilə birgə turniri bürünc medalla başa vurdu. Fərdi turnirlərdə isə Aliyə Qarayeva halqa, top və lentlərlə proqramlarda bürünc medalların sahibi oldu. 2011-ci ilin avqustunda Çinin Şençjen şəhərində baş tutan XXVI Universiada Oyunlarında güzrlərlə proqramı gümüş medalla başa vuran Aliyə Qarayeva həmin ilin sentyabrında Fransanın Monpelye şəhərində Dünya Çempionatının həm bürünc medalına, həm də olimpiya lisenziyasına sahib oldu.

2012-ci ilin mayında Aliyə Qarayeva Rusiyanın Nijni Novqorod şəhərində baş tutan Avropa Çempionatıı bürünc medalla başa vurdu. Son Dünya və Avropa Çempionatlarının bürünc medalçısı Aliyə Qarayeva avqustda London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı.[1] Avqustun 11-də Aliyə Qarayeva təsnifat mərhələsində mübarizə apardı.[3] 24 yaşlı Aliyə Qarayeva topla turnirdə 28.350 bal topladı və dördüncü pillədə qərarlaşdı.[3] Halqa ilə turnirdə isə Aliyə Qarayeva uğursuz çıxış elədi və 27.450 balla yeddinci pillənin sahibi oldu.[3] Daha sonra Aliyə Qarayeva gürzlərlə turnirdə 27.850 bal topladə və sadəcə Rusiya nümayəndəsi Yevgeniya Kanayevadan geri qaldı.[3] Lentlə turnirdə də Aliyə Qarayeva uğurla çıxış elədi və nəticədə 28.200 balla üçüncü pillənin sahibi oldu.[3] Bununla da ümumi nəticədə Aliyə Qarayeva təsnifat mərhələsini 111.850 balla 24 idmançı sırasında üçüncü pillədə başa vurdu və olimpiadanın final mərhələsinə vəsiqə qazandı.[3] Avqustun 12-də isə London Olimpiadasının final mərhələsi baş tutdu.[3] Aliyə Qarayeva əvvəl topa turnirdə çıxış elədi.[3] Nəticədə Aliyə Qarayeva 27.825 balla turniri dördüncü pillədə başa vurdu.[3] Bu təsnifat mərhələsinin nəticəsindən zəif idi.[3] Daha sonra Aliyə Qarayeva halqa ilə turnirdə mübarizə apardı və 27.925 balla altıncı pillənin sahibi oldu.[3] Bu nəticə Aliyə Qarayevanın final mərhələsində ən zəif nəticəsi idi və məhz bu nəticə onun medala sahib ola bilməməsinə ciddi təsir elədi.[3] Gürzlərlə turnirdə Aliyə Qarayeva 27.575 balla dördüncü pillədə qərarlaşdı.[3] Sonda Aliyə Qarayeva lentlə turnirdə çıxış elədi.[3] Bu turniri Aliyə Qarayeva 28.250 balla dördüncü pillədə başa vurdu.[3] Ümumi nəticədə isə Aliyə Qarayeva 111.575 balla London Olimpiadasını dördüncü pillədə başa vurdu.[3] Aliyə Qarayevanı bürünc medaldan cəmi 0.125 bal ayırdı.[3]

Karyerası ərzində bir sıra beynəlxalq turnirlərdə və Qran-Prilərdə medallara sahib olan, 2007-ci il Avropa Çempionatının qalibi, ardıcıl dörd Dünya Çempionatında 8 medala sahib olan Aliyə Qarayeva 2012-ci ildə 24 yaşında idmanla vidalaşdı. Aliyə Qarayevanın bu nəticəsi Azərbaycanın Olimpiya Oyunları tarixində bədii gimnastları qazandığı ən uğurlu nəticə olaraq tarixdə qalır.

Aliyə Qarayeva ailəlidir, 2 oğlu var. Hal-hazırda Almaniyada yaşayır.

  1. 1 2 3 Olympedia.org. "Aliyə QARAYEVA". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 Olympedia.org. "2008 Summer Olympics / Rhythmic Gymnastics / Individual / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 Olympedia.org. "2012 Summer Olympics / Rhythmic Gymnastics / Individual / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.