Ruhangiz Qarayeva

Qarayeva Ruhangiz Mehman qızı (1975, Marneuli rayonu) — psixologiya üzrə fəlsəfə doktoru, İctimai Televiziyanın Gənclər, Elm və Təhsil Departamentinin direktor müavini və televiziya aparıcısıdır.

Ruhangiz Qarayeva
Qarayeva Ruhangiz Mehman qızı
Ruhangiz Qarayeva.JPG
Doğum tarixi 1975
Doğum yeri
Təhsili

Həyatı[redaktə | mənbəni redaktə et]

Ruhangiz Qarayeva Mehman qızı 1975-ci ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. 1992-ci ildə Qaradağ rayonu 106 saylı orta məktəbini bitirib. Elə həmin ildə Bakı Dövlət Universitetinin “Sosial elmlər və psixologiya” fakültəsinin Psixologiya ixtisasına daxil olub.

1997-ci ildə ali təhsilini başa vurub və həmin ildən müəllim kimi Bakı Dövlət Universitetində fəaliyyətə başlayıb. 1998-2005-ci illərdə Qızlar Universitetində müəlim kimi çalışıb. 1999-cu ildə BDU-nun dissertantı olub “Yeniyetmə qızların şəxsiyyətinin etnopsixoloji xüsusiyyətləri” mövzusunda dissertasiyasını 2010–cu idə müdafiə edib, psixologiya üzrə fəlsəfə doktorudur.

2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində çalışır. “Psixoloq pəncərəsi” müəllif verlişi ilə aparıcılıq fəaliyyətinə başlayıb. Daha sonra “Virtual – rinq” intellektual verlişinin aparıcısı olub. Hal- hazırda isə “Addım-Addım” verlişinin müəllifi və aparıcısıdır. 2 övladı var.

İstinadlar[redaktə | mənbəni redaktə et]