Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qoçuluq
Qoçuluq — qolugüclülük, zorakılıq, güc göstərməklə nüfuz sahibi olmaq. Qoçuluq ictimai bir hadisə kimi XX əsrin ortalarında Bakıda neft sənayesinin inkişafı ilə bağlı yaranmış və yayılmışdır. Qoçu sözünə həmin dövrdə fəaliyyətdə olan dövrü mətbuatda tez-tez rast gəlinir. Klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Məmməd Səid Ordubadi öz xatirələrində qoçuları belə xatırlayır: "Qoçuların həyatını da öyrənməklə maraqlanırdım. Xüsusən onların həbsxana içərisindəki nüfuzu və həbsxana işçilərinin onlara bu qədər qorxa-qorxa yanaşması məni maraqlandıracaq işlərdən idi." Bakıda hər bir məhəllənin və hər bir kəndin qoçusu var idi. Qoçular arasında tez-tez münaqişələr baş verirdi. Əksər qoçuların kiçik silahlı dəstələri olurdu. Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" komediyasında qoçuların davranışı tənqidi və komik şəkildə göstərilmişdir. == Mart soyqırımı və Bakı qoçuları == 1918-ci ilin mart faciəsində və o illər ətrafında Bakı qoçuları ermənilərə layiqli cavab verməklə Bakını və bakılıları müdafiə etmişdilər. Bu haqda “Bakı və bakılılar” kitabında müəllif yazır ki: “1905 və 1918-ci illərdə erməni-müsəlman qırğınında qoçuların fəaliyyətini qeyd etməmək mümkün deyil.
Qoçulu
Qoçulu — təxəllüs. Bu təxəllüsü olan tanınmış şəxslər Ömər Qoçulu — Azərbaycan Respublikasının əməkdar memarı Yaşayış məntəqələri Qoçulu (Borçalı) — Gürcüstanın Borçalı bölgəsində kənd. Qoçulu (Kürdəmir) — Azərbaycanın Kürdəmir rayonunda kənd. Digər Qoçulu dağı — Şərur rayonunda dağ.
Qoçulu (Borçalı)
Qoçulu — Gürcüstan Respublikasının Borçalı mahalı bölgəsində kənd. İnzibati cəhətdən Bolnisi rayonunun tabeçiliyindədir. 90-cı illərin əvvəllərində rayonun digər 32 azərbaycanlı kəndində olduğu kimi adı dəyişdirilərək Çapala halına salınmışdır. Faruq Sümərin məlumatına görə XVI əsrin sonu XVII əsrin əvvəllərində Qoçulu Ustaclı oymağının obalarından biri idi. == Coğrafi mövqeyi == Qoçulu kəndi Maşavera çayının sağ sahilində dəniz səviyyəsindən 430–440 m. yüksəklikdə yerləşir. Ərazi baxımdan rayonun İmirhəsən, Daşlıqullar, Hasanxocalı, Cəfərli və Əsmələr kəndləri ilə qonşuluqdadır. Kənd rayon mərkəzindən 14 km şərqdə yerləşir. Coğrafi koordinatları 41° 26' 14" şimal enliyi, 44° 37' 51" şərq uzunluğudur.Kənddə məktəb yerləşir. Kənddə xüsusi körpü vardır ki, deyilənlərə görə yumurta qabığından inşa edilib.[mənbə göstərin] == Əhalisi == 2002-ci il əhali siyahıyaalmasının nəticələrinə əsasən Qoçulu kəndində 1623 nəfər sakin (rayon əhalisinin 2,2%-i) yaşayır.
Qoçulu (Kürdəmir)
Qoçulu — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Qoçulu kəndi Axtaçı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Mehdili kəndi mərkəz olmaqla, Mehdili kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsini qoçulu nəslinə məxsus ailələr saldığına görə bələ adlandırılmışdır. == Tarixi == Kənd 1993-cü ildə yaradılmışdır. Faruq Sümərin məlumatına görə XVI əsrin sonu XVII əsrin əvvəllərində Qoçulu Ustaclı oymağının obalarından biri idi. == Coğrafiyası və iqlimi == Kənd Kür çayının sahilində, Şirvan düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 630 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Ömər Qoçulu
Ömər Qoçulu (azərb. Ömər Məmməd oğlu Ömərov‎; 24 yanvar 1943, Qoçulu, Bolnisi bələdiyyəsi) — Memarlıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının əməkdar memarı, Azərbaycan Memarlar İttifaqının Rəyasət heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan yazıçısı. == Həyatı == Ömər Qoçulu 1943-cü ildə Bolnisi rayonunun Qoçulu kəndində ziyalı ailəsində anadan olub. 1960-cı ildə orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olmuşdur. 1967-ci ildə "Bakıda İdman-Konsert Kompleksi" diplom layihəsi "əla" qiymətləndirilmiş və gənc memar təyinatla "Azərdövlətsənayelayihə" İnstitutuna göndərilmişdir. Burada o, əsl sənət məktəbi keçərək zəngin təcrübə toplamış və bir sıra ciddi memarlıq layihələri hazırlamışdır. Bakı məişət kondisionerləri zavodu, Azərbaycan AES, Gəncə avtomobil zavodu, Bakı və Quba avtovağzalları, Bakı zərgərlik fabriki və digər obyektlərin layihələri həmin illərin məhsuludur. Ömər Qoçulu 1970-ci ildə Azərbaycan Politexnik İnstitutuna müəllim dəvət olundu və burada öz bilik və təcrubəsini tələbə memarlara öyrətməyə çalışdı. 1973-cü ildə Ömər Qoçulu Layihə İnstitutuna qayıtdı və yenidən yaradıcılıq fəaliyyətinə başladı, Azərbaycan memarlıhına bir-birindən zəngin əsərlər bəxş etdi. == Ailəsi == O, Borçalıda məşhur olan "Omarlar" nəslindəndir (Bu nəslin bir qolu da əsrin əvvəllərində Turkiyəyə keçmiş, "Qoçulu" soyadı ilə Qars və İstanbul bölgələrində məskunlaşmışdır.
Ovçuluq
Ovçuluq — quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra — vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növü Ov obyekti qanunvericiliklə müəyyən edilmiş qaydada ovlanmasına icazə verilmiş təbii sərbəstlik və yarımsərbəst şəraitində xüsusi ayrılmış yerlərdə yaşayan, habelə ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən yetişdirilib artırılan vəhşi heyvan növləri olur. == Ovçuluğun növləri == Balıq və su canlıları ovu - Kürk ovçuluğu — kürkləri qiymətli heyvanların ovunu nəzərdə tutur. Məsələn, qunduz, porsuq, tülkü, vaşaq, canavar və s.; Boynuz (diş) ovçuluğu — fil, dağkeçisi, maral kimi heyvanların ovu nəzərdə tutulur; == Ovlanmanın növləri == Quş (qartal, şahin və s.) və ya it ilə ovlanma; Tələ ilə ovlanma == Ovçuluq resursları == Heyvanat aləmi resurslarının ovçuluq təsərrüfatında istifadə olunan hissəsi (həmçinin idman və rekreasiya ovu). == Ovçuluq təsərrüfatı == Heyvanların optimal sayını populyasiya səviyyəsində saxlamaq üçün maksimal miqdarda ov məhsulları almaq məqsədi ilə vəhşi heyvanların və quşların əldə olunmasını təmin edən təsərrüfat sistemi. O.t. vəhşi heyvan və quşların coğrafi və mösümi xüsusiyyətlərinin uçotu ilə yanaşı ov müddətləri və üsulları müəyyən etmişdir. Təhlükəli ov üsulları, çoxalma və balaların yemlənməsi dövründə faydalı heyvanların ovlanması və s. qadağan edilmişdir. Qiymətli vəhşi heyvan növlərini mühafizə edən və çoxaldan qoruqlar, qoruq-ovçuluq təsərrüfatları təşkil edilmişdir.
Oxçuluq
Oxatma — qədim idman növü. Mənşəyi ovçuluq qədər köhnədir. Oxu bir yay vasitəsilə hədəfə göndərməyi məqsəd qoyan idmandır. Oxatma ilk dəfə 1904 Yay Olimpiya Oyunlarında olimpiya proqramına salınıb, 1972-ci ildən isə hər olimpiya oyunlarında idmanın bu növü üzrə yarış keçirlir. Burada 30, 50, 60, 70, 90 m məsafələrə ox atmada yarışırlar. İdman oxatması üzrə 45 ölkənin idmançıları Beynəlxalq Federasiyada (FİTA) birləşir. Bu federasiya 1931-ci ildən dünya çempionatları keçirir. Terminlərdən asılı olaraq oxatan hədəfə 30-dan 288-ə qədər ox atır. Yaylar ağacdan və metaldan müxtəlif formalı və çəkili (400-700 q) düzəldilir. Oxun gövdəsi ağacdan, metaldan, plastmasdan, ucluğu isə metaldan hazırlanır.
Qohumluq
Qohumluq münasibətləri — yaxın genetik münasibətləri olan insanların sosial qrupu.
Qorçulu
Qorçulu (Şərur) — Şərur rayonunda kənd. Qorçulu (Dərəçiçək) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd.
Qovuşuq
Qovuşuq (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu Hacıxanlı kənd inzibati ərazi dairəsində kənd. Qovuşuq (Dərələyəz) — Dərələyəz mahalının Keşişkənd rayonuda kənd.
Quşçuluq
Quşçuluq kənd təsərrüfatının çox xeyirli sahəsidir. Toyuqlar 5 aylığında yumurtalamağa başlayır. 10 toyuq yumurtası 1kq mal ətinə bərabər qidalılığa bərabərdir. Beləliklə məhsuldarlığı 230-250 yumurtadan ibarət bir toyuq ildə təqribən 25 kq ətə bərabər məhsul verir və buna da ət istehsalına nisbətən 2-4 dəfə az yem sərf edilir. Toyuqçuluq birinci növbədə yumurta istehsalı istiqamətində ixtisaslaşdırılmalıdır. Broyler (çolpa) istehsalı yalnız o vaxt müvəffəqiyyətli olur ki, onların yetişdirilməsində mələz quşlar və ixtisaslaşdırılmış ətlik xətlər (korniş, ağ plimutrok, susseks, ağ quyruqlu qırmızı toyuq cinsləri) bir-birilə düzgün əlaqələndirilib istifadə edilsin. Hind toyuqlarının yetişdirilməsi birinci növbədə sürünün yaxşı yemlənməsi və saxlanmasından cavan quşların düzgün bəslənməsindən və damazlıq işinin lazımı səviyyədə təşkilindən aslıdır. Planlı cins olaraq Şımali-Qafqaz hind toyuğunu tövsiyə etmək olar. Yerli hind toyuqları iqlim şəraıtınə yaxşı uyğunlaşsalar da az məhsuldardır (Yaşlı hind toyuğu cəmi 5-7 kq gəlir). Şimali-Qafqaz hind toyuqları isə yerli cinslərdən məhsuldar (10-12 kq) olmaqla daha əlverişlıdir.
Solçuluq
Solçuluq — mövcud olan sosial iyerarxiyanı (təbəqələşməni) məhv etmək istəyən və zənginliyin bərabər bölgüsünü dəstəkləyən siyasi mövqe. Solçuluq termini ilk dəfə olaraq Fransız inqilabı sonrasında yaradılan məclisdəki yerləşmə uyğunluqundan ilham alınaraq yaranmışdır. Zimbabve, Kuba və ya Şimali Koreya kimi ölkələrdəki sol, kommunizm və ya sosializmin fərqli növləriylə uyğunlaşdırıla bilər; bunlar Stalinizm, Maoizm və Afrika sosiyalizmini öz içində yerləşdirə bilər. Fransa, Hindistan və ya Braziliya kimi ölkələrdə sol, demokratik sosiyalist və ya sosial demokrat siyasətləri üçün mübarizə aparırlar. Müasir sosial demokratiya həm sosiyalist həm də kapitalist proqramlara sahibdir və vətəndaşların maddi rifahını müdafiə edir. Sosial demokratlar kapitalizmdə gördüyü əskikləri silmək və ya onları yaxşılaşdıracaq proqramların yaradılmasını, sağlam kapitalizm sisteminin yaradılmasını istəyir. == Tarixi == Sağ və sol adlı siyasi anlayışlar Fransız İnqilabı (1789–1799) zamanında, ayrı fikirdəki siyasətçilərin fransız parlamentinin sağında və ya solunda oturmalarından sonra ortaya çıxmışdır.
Yolçuluq
Yolçuluq və ya dilənmək — bir şey üçün ciddi və ya təvazökarlıqla müraciət. Küçə dilənçiləri, nəqliyyat marşrutları, şəhər parkları və məşğul bazarlar kimi ictimai yerlərdə tapıla bilər. Puldan başqa, onlar ərzaq, içki, siqaret və ya digər kiçik əşyalar da istəyə bilər. İnternet dilənçiliyi internetdən başqalarına pul vermək üçün yaranan müasir təcrübədir. İnternet dilənçiliyi adətən dilənçi ilə tanış olan insanlara yönəldilir, ancaq kənar adamlara da yönələ bilər.
Maoçuluq
Maoçuluq və ya maoizm — adını Mao Tszedundan alan, kapitalizmin Avropadakı kimi bir inkişaf seyri izlemediği Uzaq Şərq cəmiyyətlərinə xas Marksizmin praktikası olaraq ifadə edilə bilər. Maoizm, Marksizm-Leninizm siyasət elminin 3. keyfiyyət mərhələsidir və çöllərdə şəhərləri əhatə edərək proletar diktatorluğuna çatmağın tək qızıl açarıdır. Maocuların minimum proqramlarında isə , müstəqilliyin təmin edilməsi və feodalizmin təmizliyi vardır. Asiya tipi istehsal tərzi olaraq ifadə edilən və Şərq cəmiyyətlərinə xas olan bu vəziyyət Avrupa'dakinden fərqli bir mülkiyyət quruluşlanmasının bir nəticəsidir. Avropada torpaq sahibi Lordlar olduqları bölgədə Kralın səlahiyyətlərini paylaşar öz bölgələrində müstəqil hərəkət edərkən Asiya cəmiyyətlərində belə bir vəziyyət görülməz , mərkəzi avtoritet güclü quruluşunu davam etdirə bilmək üçün torpağı bəzi kəslərə mülk olaraq devretmez , ancaq torpağın istifadə haqqını bəzi şərtlər altında təhvil verər . Beləcə ölkə torpaqlarının hamısı dövlətə ya da eyni mənanı gəlmək üzrə mərkəzi nüfuza asılıdır. Belə bir mülkiyyət quruluşlanmasının nəticəsi olaraq Asiya cəmiyyətlərinin istehsal quruluşu Avropadakı istehsal yapısınından farklılaşmıştır Mao bu ikili quruluş içərisində Marksizmin həyata keçirilməsi və sosialist iqtidarın qurula bilməsi üçün Asiya cəmiyyətlərinə fərqli bir təşkilatlanma tətbiq etmişdir. Mao dövründə Çin əhalisinin əhəmiyyətli bir hissəsi köylüydü . İşçi sinfi isə bir neçə böyük şəhərdə çox məhdud sayda mövcud idi.
Qovluq
Qovluq termini (ing. folder) fayl sistemi obyektlərini qrafik istifadəçi interfeysində, office qovluqlarına bənzər təsvir etmək üçün tətbiq edilmişdir. İlk olaraq Mac OS-da istifadə edilib və Microsoft Windows sistemləri ailəsində Windows 95 ilə tətbiq olunmağa başlayıb. Bu gün bir çox əməliyyat sistemlərində istifadə olunur. Bu təsvirə əsasən, başqa bir qovluqda yerləşən qovluq, altqovluq və ya daxili qovluq adlanır. Kompüterdəki bütün qovluqlar birlikdə iyerarxik bir struktur əmələ gətirir ki, buna kataloqlar ağacı deyilir.
Qozluq
Qozluq (türk. Kozluk) — Türkiyənin Batman vilayətində şəhər və rayon..Tarixi adı Hazodur (kürd. Hezzo). == Tarixi == Şəhərin adı "Hazo" kimi "Şərəfnamə" və "Səyahətnamə" əsərlərində çəkilir. "Səyahətnamə"də yazılana görə, Teymurləng Hazonu Ağqoyunlulardan ələ keçirmiş və məhv etmişdir, lakin sonradan şəhər yenidən dirçəlmişdir. 1502-ci ildə Şah İsmayıl tərəfindən ələ keçirilmişdir. 1514-cü ildəÇaldıran döyüşündən sonra Hazo Osmanlı imperiyasının bir hissəsi olmuşdur. Türkiyə Respublikası qurulduqdan sonra Hazo 1 iyun 1938-ci ilə qədər Sason mahalının tərkibində olmuş, sonra Qozluq adlandırılmış və Siirt vilayətinin tərkibinə daxil edilmişdir. 18 may 1990-cı ildə Qozluq Batman vilayətinin tərkibinə daxil olmuşdur.
Çuluq
Azərbaycanda ovçuluq
Azərbaycanda ovçuluq turizmi 1963-cü ildən fəaliyyət göstərir. Son illər bu sahəyə maraq daha da çoxalmışdır. Ovçuluq – quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növüdür. Ov obyekti - qanunvericiliklə müəyyən edilmiş qaydada ovlanmasına icazə verilmiş təbii sərbəstlik və yarımsərbəst şəraitində xüsusi ayrılmış yerlərdə yaşayan, habelə ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən yetişdirilib artırılan vəhşi heyvan növləridir. Azərbaycan ərazisində ovlanmasına icazə verilən heyvan növləri aşağıdakılardır: · Dağıstan turu · Çöl donuzu · Dovşan · Bataqlıq qunduzu (nutriya) - Nutriya təsərrüfatları olan təşkilatlar · Cüllüt (qırıldayan cüllüt, ağquyruq çökükburun, kiçik kroşnep və çöl hamaquyruq cüllütü istisna olmaqla) · Qaz (ağqaş və qırmızıdöş qaz istisna olmaqla) · Ördək (ağgöz qara ördək, göydimdik, qılquyruq ördək və mərmərcürə istisna olmaqla) · Qaşqaldaq · Alabaxta · Bildirçin Ovlanma vaxtı == Ovçuluq təsərrüfatları == Cəbhə zonasına yaxın inzibati rayonların ərazilərində, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə, xüsusi mühafizə olunan ərazilərin daxilində və onların sanitariya-mühafizə zonalarında ov fəaliyyətinin həyata keçirilməsi qadağandır.
Azərbaycanda oxçuluq
Azərbaycanda oxçuluq və ya kamandan oxatma qədim tarixə malikdir. Müasir idman növü olaraq isə sovet dövründən inkişaf etmişdir. Azərbaycan Yay Olimpiadasında oxatma üzrə ilk dəfə 2016-cı ildə çıxış etmişdir. == Arxa plan == === Arxeoloji mədəniyyətlər === Boyalı Qablar mədəniyyəti Xocalı-Gədəbəy mədəniyyəti === Qafqaz Albaniyası ordusu === Antik müəllif hücum və müdafiə silahları haqqında məlumat qoyub getmişdir. Məsələn, qeyd edilir ki, albanlarda zirehləri və uzun dördkünc qalxanları olan nizəçilər və oxatanlar vardı. Akontistlər – nizəçilər və toksotlar – oxatanlar vardısa, deməli, nizələr və oxlar da olmalı idi. Arxeoloji material yazıçıların dediklərini təsdiq edir. Albaniya ərazisində çoxlu silah aşkar edilmişdir və bunun xeyli hissəsi küp, katakomba və taxta qəbirlər mədəniyyətinin daşıyıcılarına məxsusdur. O dövrdə üçpərli, saplaqlı dəmir ox ucluqları oymaqlı, çıxıntılı tunc ucluqları, habelə daha erkən dövr (eramızdan əvvəl VII-VI əsrlər) üçün səciyyəvi olan oymaqlı, üçüzlü tunc və sümük ucluqları sıxışdırıb aradan çıxartmışdı. Bununla yanaşı küp qəbirlərin birindən əvvəlki vaxtların tunc oxlarına nisbətən daha səliqəli hazırlanmış tunc ox ucluğu tapılmışdır.
Qohumluq münasibətləri
Qohumluq münasibətləri — yaxın genetik münasibətləri olan insanların sosial qrupu.
Quyuluq məhəlləsi
Quyuluq məhəlləsi — Şuşanın XVIII əsrdə salınmış aşağı məhəllələrindən biridir. Bu məhəllə su quyuları ilə bol olduğundan belə adlandırılmışdır. Digər məhəllələr kimi bu məhəllədə də məscid, hamam, kiçik meydan və bulaq olmuşdur.
Quyuluq məscidi
Quyuluq məscidi — XVIII əsr də Şuşanın Quyuluq məhəlləsində tikilmişdir. (İNV № 5146) == Haqqında == Quyuluq məscidi Azərbaycanın Qarabağ bölgəsinin Şuşa şəhərində, paytaxt Bakıdan 350 km məsafədə yerləşir. Məscid Şuşanın Güləgül məhəlləsinin Ocaqqulu küçəsində yerləşir. Quyuluq məscidi 19-cu əsrin sonlarında Şuşada fəaliyyət göstərən on yeddi məsciddən biri idi. Təxminən 30 il davam edən işğal dönəmində məscid dağıntılara məruz qalmışdır. Quyuluq məscidi əsas fasadın memarlıq kompozisiyasına görə müxtəlif formalı enli tağları olan eyvanlı Şuşa məhəllə məscidləri tipinə aid edilir. Buna görə də, ibadətxana ilə ibadət zalı üzvi bütövlük təşkil edir. Məscid daxili məkanın memarlıq-konstruktiv həllinə görə təkhəcmli və yastı taxta tavanlı olmuşdur. XVIII əsrdə tikilməsi ehtimal edilən məscid 2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən yerli əhəmiyyətli abidələr siyahısına daxil edilmişdir.
Qorçulu (Dərəçiçək)
Qorçulu - İrəvan əyaləti, Dərəçiçək nahiyəsi, İrəvan xanlığı, Dərəçiçək mahalı, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, indi Axta (Razdan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km şimal-şərqdə, Misxana (Mərmərik) çayının sağ axarında, Zəngi çayının bir qolu olan Böyükçayın sağ və sol sahilində yerləşir. Toponim Səfəvilər dövründə yaranan şah qvardiyasını bildirən qorçu sözünə mənsubluq bildirən –lu şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. «Qorçulara mənsub, qorçuların yaşadığı kənd» mənasını ifadə edir. Qorçulu sonradan nəsil mənasını kəsb etmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. == Əhalisi == Kənddə 1831-ci ildə 82 nəfər, 1873 - cü ildə 170 nəfər, 1886-cı ildə 257 nəfər, 1897-ci ildə 279 nəfər, 1908-ci ildə 300 nəfər, 1914 - cü ildə 440 nəfər, 1916-cı ildə 342 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar böyük qırğınlarla ermənilər tərəfindən qovulmuşlar. İndiki Ermənistanda Sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma torpaqlarına dönə bilmişlər.
Qorçulu (Şərur)
Qorçulu — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası == Şərur rayonunun Şəhriyar i.ə.v. də kənd . Düzənlikdədir. Yaşayış məntəqəsi vaxtilə Laçın rayonunun qorçu kəndindən köçüb gəlmiş ailələr tərəfindən salındığı üçün belə adlandırılmışdır.Coğrafi ad Qorçu oykonimindən və -lu mənsubluq bildirənşək.-dən düzəlib."Qorçu kəndindən gələnlər" mənasındadır.
Qoturluq gənəsi
Qoturluq gənəsi (lat. Sarcoptes scabiei) — insanda və başqa məməlilərdə qotur xəstəliyi törədən dərialtı parazit.
Qocalıq
Qocalıq — orqanizmin nəslin davam etdirilməsi qabiliyyətini itirməsindən ölümə qədər olan insan həyatı dövrü.
Qoçuludağ
Qoçuludağ — Şərur rayonu ərazisində, Dərələyəz silsiləsinin şimal-qərb yamacında, silsilənin suayrıcındakı Qaraquş yüksəkliyindən (hünd. 2600,5 m) qərbə ayrılan Rəmlər qolunun qurtaracağında, Tənənəm kəndindən 1 km şimal-şərqdə dağ (hünd. 1676,8 m). Günbəzvari formadadır. Üst Triasın Karni və Nori mərtəbələrinə aid Tənənəm lay dəstəsinin dolomit və əhəngdaşılarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin cənub-şərq batım sahəsində müşahidə edilən Biləvə-Qoçuludağ sinklinalının nüvə hissəsində yerləşir. Qərb yamaclarından submeridional istiqamətli əks-fay üstəgəlmə qırılması keçir. Faruq Sümərin məlumatına görə XVI əsrin sonu XVII əsrin əvvəllərində Qoçulu Ustaclı oymağının obalarından biri idi.
Gömülü
Gömülü – proqram təminatında: başqa bir proqram kodunun içərisinə yerləşdirilmiş xüsusi kod və ya komandalar. Məsələn, gömülü çap komandaları çapa verilən sənədin formatının (biçiminin) idarəedilməsi üçün sənəddə yerləşdirilmiş kodlardır. Gömülü assembler kodu C kimi yüksək səviyyəli dildə yazılmış proqramda yerləşdirilmiş assambler dilindəki komanda, funksiya və ya altproqramdır. Gömülü koddan proqramın çalışma sürətini və ya səmərəliliyini artırmaq və ya yüksək səviyyəli dillərdə olmayan imkanları gerçəkləşdirmək üçün istifadə edilir. Aparat təminatında: başqa bir qurğunun tərkibində fəaliyyət göstərən (yəni ona inteqrasiya olunmuş) xüsusi təyinatlı qurğu (məsələn, gömülü kompüter).