Oxatma — qədim idman növü. Mənşəyi ovçuluq qədər köhnədir. Oxu bir yay vasitəsilə hədəfə göndərməyi məqsəd qoyan idmandır. Oxatma ilk dəfə 1904 Yay Olimpiya Oyunlarında olimpiya proqramına salınıb, 1972-ci ildən isə hər olimpiya oyunlarında idmanın bu növü üzrə yarış keçirlir. Burada 30, 50, 60, 70, 90 m məsafələrə ox atmada yarışırlar. İdman oxatması üzrə 45 ölkənin idmançıları Beynəlxalq Federasiyada (FİTA) birləşir. Bu federasiya 1931-ci ildən dünya çempionatları keçirir. Terminlərdən asılı olaraq oxatan hədəfə 30-dan 288-ə qədər ox atır. Yaylar ağacdan və metaldan müxtəlif formalı və çəkili (400-700 q) düzəldilir. Oxun gövdəsi ağacdan, metaldan, plastmasdan, ucluğu isə metaldan hazırlanır. Metal ox 20-25 q, ağac ox 30 q olur.
Oxatma | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
İdman haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |