Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Quşquna kəsilişi
Quşquna kəsilişi üst pliosenin ağçaqıl regiomərtəbəsinin istinad kəsi­lişi sayılır. Eyniadlı antiklinalın tağının və qanadlarının quruluşunda iştirak edərək Kür-Qabırrı çayarası ərazidə üzə çıxır. Burada alt ağçaqıl (113 m) dəniz fasiyasında (nazik qum, qumdaşı, vulkan külü və qabıqlı əhəngdaşı təbəqəcikli gillər) təmsil olunur və sarmat çöküntülərinin müxtəlif horizont­ları üzərində transqressiv və qeyri-uyğun yatır. Bu çöküntülər tərkibində mol­yusk faunası ilə yanaşı, qədim fil və digər onurğalıların sümüklərinin olması ilə də diqqəti cəlb edir. Üst ağçaqıl kontinental fasiya (225 m) ilə təm­sil olunmuşdur. Bu çöküntülərdə də onurğalıların, o cümlədən filin sümük­lərinə rast gəlinir.
Quşçu
Quşçu bu mənalarda gələ bilər: == Xalqlar == Quşçu tayfası — qədim türk tayfası. == Şəxsiyyətlər == Əli Quşçu — Özbək astronomu, riyaziyyatçısı və dilşünası. == Yer adları == === Azərbaycan === Quşçu (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Quşçu (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Quşçu (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd. Quşçu (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Quşçu (Daşkəsən) Quşçu (qəsəbə, Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda qəsəbə. Quşçu (kənd, Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Quşçu (Tovuz) Aşağı Quşçu — Azərbaycanın Tovuz rayonunda kənd. Dondar Quşçu — Azərbaycanın Tovuz rayonunda kənd.
Yeni Zelandiya uzunquyruq ququ quşu
Yeni Zelandiya uzunquyruq ququ quşu— Uzunquyruq ququ quşu, uzunquyruq koel, Maori dilində isə koekoeā adlanır. Ququkimilər fəsiləsinin növlərindən biridir. Bu növ Yeni Zelandiyada bala verir və qışda cənub-qərbi Sakit Okean adalarına miqrasiya edir. Uzunquyruq ququ quşu tüfeyli həyat tərzi keçirir. O, öz yumurtalarını Ağbaşlı moxua, Sarıbaşlı moxua və Pipipi yuvalarına qoyur. Yuvanın sahibi olan quş yumurtaların üzərində kürt yatır. Yeni çıxmış quş balaları həmin quşun yumurtalarını yuvadan atır. Uzunquyruq ququ quşu balaları öz sahibinin balalarının çağırışlarını yamsılamağı bacarır. == İstinadlar == == Xarici keçidlər == "Urodynamis taitensis". Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi.
Ququ quşu yuvasının üzərindən uçarkən (film)
Ququ quşu yuvasının üzərindən uçarkən (ing. One Flew Over the Cuckoo's Nest) – Miloş Formanın rejissorluğunu etdiyi 1975-ci il ABŞ istehsalı komediya-dram janrında filmdir. Film Ken Kizinin eyni adlı romanı əsasında çəkilmişdir. Filmin premyerası 19 noyabr 1975-ci ildə Çikaqo Film Festivalında baş tutmuşdur. Baş rolları Cek Nikolson, Luiza Fletçer və Vilyam Redfild ifa edirlər. Bununla yanaşı, Vill Sempson, Sidni Lassik, Denni De Vito, Bred Durif, Kristofer Lloyd kimi önəmli aktyorlar bu filmlə karyeralarına debüt ediblər. Psixiatrik xəstəxanada cərəyan edən hadisələr haqqında bu film demək olar bütünlüklə Oreqon ştatında ruhi xəstələr üçün xəstəxana şöbəsində çəkilmişdir. "Ququ quşu yuvasının üzərindən uçarkən" ən yaxşı filmlərdən biri hesab edilir. Ekran işi Amerika Film İnstitutunun 100 ən yaxşı filmlər siyahısında 33-cü sıraya daxil edilib. Bununla yanaşı, o, film tarixində 5 əsas Oskar mükafatını (Ən yaxşı film, aktyor, aktrisa, rejissor və ssenari) qazanan ikinci film olmuşdur.
Aşağı Quşçu
Aşağı Quşçu — Azərbaycan Respublikasının Tovuz rayonunun Aşağı Quşçu kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim "aşağıda yerləşən Quşçu kəndi" deməkdir. Etnotoponimdir. == Tarixi == Aşağı Quşçu kəndinin sakinləri əsli Qədim Azərbaycan torpağı olan Qarabağdan — Şuşadandır. Ağa Məhəmməd şah Qacarın 1797-ci ildə yürüşü zamanı Şuşanın Aşağı Quşçu kəndindən köçüb Tovuzun dağlarında yaşamağa başlamışlar. Sonralar zaman keçdikcə bəziləri aşagılara (arana) köçməyə başlamışlar. O dövürdən Aşağı Quşçu yaranmışdır. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 7 km cənub-şərqdə, Bakı-Tbilisi şose və dəmiryolunun kənarında, Əsrikçayın sahilində, dağ ətəyində yerləşir. Həm yayı, həm də qışı mülayim keçir.
Dağ Quşçu
Dağ Quşçu — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 539 nəfərdir.
Dondar Quşçu
Dondar Quşçu — Azərbaycan Respublikasının Tovuz rayonunun Dondar Quşçu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsi tərkibindəki Tovuz şəhəri ilə həmsərhəd olan Dondar Quşçu kənd inzibati ərazi dairəsi tərkibindəki Dondar Quşçu kəndinin ərazisindən 182,74 ha (bundan dövlət mülkiyyətində olan 167,75 ha, bələdiyyə mülkiyyətində olan 11,09 ha və xüsusi mülkiyyətdə olan 3,90 ha) torpaq sahəsi Tovuz şəhərinin inzibati ərazisinə verilmişdir. == Toponimikası == 1968-ci ilədək rayonun ərazisində Dondar Azaflı adlı yaşayış məntəqəsinin olması məlumdur. Oykonim Dondar (etnotoponim) və Quşçu (etnotoponim) komponentlərindən düzəlib, ərazidəki Quşçu adlı kəndləri bir-birindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır. Dondar Quşçu sözünün birinci komponenti yuxarıda qeyd edildiyi kimi Dondar etnotoponimi ilə bağlıdır. Dondar Qafqaz Albaniyasında yaşayann 26 tayfadan biridir. Qədim türk tayfalarından olan dondarlar haqqında, onların Qafqazda və Azov dənizi sahillərində yaşaması barədə Miletli Hekateydən (e.ə.VI-V əsrlər) başlamış, Strabon, Tasit, Plutarx və Lukulla qədər bir çoxları məlumat vermişlər. Onların Kuban ərazisində yaşadıqları və irandilli olduqları, dondar sözünün osetin dilində "çayı saxlayanlar" mənasında işləndiyi barədə mülahizələr də söylənmişdir. Lakin dondarlarla bağlı bütün izlər onların türk tayfalarından olduğunu göstərir. Tovuz və Qubadlı rayonlarında Dondarlı, Tovuzda Dondar Quşçu, Şabran rayonu ərazisində Qala Dondar qala xarabalıqları və s.
Dəli Quşçu
Dəli Quşçu — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == === Tanınmış şəxslər === Seyfi Mehrəliyev — Sosialist Əməyi Qəhrəmanı.
Köhnə Quşçu
Köhnə Quşçu — Azərbaycan Respublikasının Siyəzən rayonunun Ərziküş inzibati ərazi vahidində kənd. Aydınlar çayının (Gilgilçayın qolu) sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. == Əhalisi == Əhalisinin sayı 40 nəfərdir. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrin əvvəllərində Dağ Quşçu kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Çöl Quşçu kəndindən fərqləndirmək üçün və həmin kənddən əvvəl yarandığına görə Köhnə Quşçu adlandırılmışdır. Oykonim quşçu tayfasının adını əks etdirir.
Quşlu (Pərsabad)
Quşlu (fars. گوشلو‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,680 nəfər yaşayır (355 ailə).
Quşçu (Daşkəsən)
Quşçu (qəsəbə, Daşkəsən)
Quşçu (Dərələyəz)
Quşçu — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd. == Tarixi == Arpaçayın sol sahilində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Quşçu xarabası kimi, Qafqazın 5 verstlik xəritəsində Quşi formasında qeyd edilmişdir. Toponim qədim quşçu türk etnonimi əsasında yaranmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Sovetinin 12.11.1946-cı il fərmanı ilə adı dəyişdirilərək Keçud qoyulmuşdur. == Əhalisi == Kənddə 1897-ci ildə 631 nəfər, 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar ərazidən 1905-1906-cı illərdə kütləvi surətdə deportasiya olunmuşdur.
Quşçu (Göygöl)
Quşçu (əvvəlki adları: Quşçu Armavir (? – 29 dekabr 1992); Quşçu Göran (29 dekabr 1992 – 5 oktyabr 1999)) — Azərbaycan Respublikasının Göygöl rayonunun Qarabulaq kənd inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xanlar rayonunun Quşçu Armavir kəndi Quşçu Göran kəndi, Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Xanlar rayonunun Qarabulaq kənd inzibati-ərazi vahidi tərkibindəki Quşçu Göran kəndi Quşçu kəndi adlandırılmışdır. == Toponimikası == 1992-ci ilədək kəndin adı Quşçu Armavir olmuşdur. Oykonim "Goran yaxınlığındakı Quşçu kəndi" mənasındadır. == Tarixi == Erməni-Azərbaycan hadisələri 1989-cu ildən kəskinləşməyə başlamışdır. Ermənistandan gələn qaçqınlarla Xanlarda yaşayan ermənilər arasında danışıqlar gedir, qarşılıqlı köçmələr razılaşdırılırdı. Qarabağ hadisələri başlayandan ötən 2 il ərzində Mirzik, Zurnabad, Qarakeşiş, Əbləh, Kuşi Armavir (indiki Quşçu) kəndləri və Göygöl şəhərinin erməni sakinləri sakit şəkildə Ermənistana köçdülər. Ermənistandan gələn qaçqın azərbaycanlılar isə həmin kəndlərə yerləşdirildi. == Coğrafiyası və iqlimi == Kənd Kürəkçayın sahilində, Kəpəz dağının ətəyində yerləşir.
Quşçu (Kəleybər)
Quşçu (fars. قوشچي‎‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 88 nəfər yaşayır (22 ailə).
Quşçu (Laçın)
Quşçu — Azərbaycan Respublikasının Laçın rayonu Quşçu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Quşçu kəndi Mirik kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Quşçu kənd Soveti yaradılmışdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Oykonim türkdilli quşçu tayfasının adı ilə bağlıdır. Tədqiqatçıların fikrincə, Azərbaycan ərazisində bu tayfanın məskunlaşması nəticəsində yaranmış bir sıra başqa toponimlər vardır: Quşçu dağı (Şamaxı və Daşkəsən rayonları), Quşçu yol ayrıcı (Laçın rayonu), Quşçu qalası dağı (Laçın rayonu), Quşçular dağı (Xocavənd rayonu, Dağdöşü kəndi), Quşçunun yalı (Gədəbəy rayonu, Göyəli kəndi). Eyni zamanda bu topokomponent Orta Asiya (xüsusilə Türkmənistan), Ermənistan, Gürcüstan, Şimali Qafqaz, Türkiyə və Cənubi Azərbaycan ərazisində də yayılmışdır. Ermənistan ərazisindəki quşçu etnonimi ilə bağlı yer adları (sonuncu 1946-cı ildə ləğv olunub) dəyişdirilmişdir. XIX əsrdə Qafqazda quş komponentli 38 toponim qeydə alınmışdır. Quşçu etnonimi ilə bağlı toponimlərin erkən orta əsrlərdə meydana çıxması güman edilir.
Quşçu (Marneuli)
Quşçu — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Marneuli bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Quşçu (Qəzvin)
Quşçu (Qəzvin) (fars. قوشچی‎) iranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 485 nəfər yaşayır (162 ailə).
Quşçu (Sarvan)
Quşçu — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Marneuli bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
Quşçu (Sərab)
Quşçu (fars. قوشچي‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 923 nəfər yaşayır (191 ailə).
Quşçu (Tovuz)
Aşağı Quşçu — Azərbaycanın Tovuz rayonunda kənd. Dondar Quşçu — Azərbaycanın Tovuz rayonunda kənd.
Quşçu (Urmiya)
Quşçu (fars. قوشچی‎)— İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Ənzəl bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,832 nəfər və 828 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Quşçu (Yevlax)
Quşçu — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd. SSRİ dövründə kənddə tibb məntəqəsi, kino və kitabxana olsa da, hal hazırda heç bir sosial fəaliyyət üçün mərkəz yoxdur. Kənd ərazisində bir ədəd natamam orta məktəb, bir dükan və bir bərbər fəaliyyət göstərir. Kənddə daimi su problemi var. == Toponimikası == Oykonim türkdilli quşçu tayfasının adı ilə bağlıdır. Tədqiqatçıların fikrincə, Azərbaycan ərazisində bu tayfanın məskunlaşması nəticəsində yaranmış bir sıra başqa toponimlər vardır: Quşçu dağı (Şamaxı və Daşkəsən rayonları), Quşçu yol ayrıcı (Laçın rayonu), Quşçu qalası dağı (Laçın rayonu), Quşçular dağı (Xocavənd rayonu, Dağdöşü kəndi), Quşçunun yalı (Gədəbəy rayonu, Göyəli kəndi). Eyni zamanda bu topokomponent Orta Asiya (xüsusilə Türkmənistan), Ermənistan, Gürcüstan, Şimali Qafqaz, Türkiyə və Cənubi Azərbaycan ərazisində də yayılmışdır. Ermənistan ərazisindəki quşçu etnonimi ilə bağlı yer adları (sonuncu 1946-cı ildə ləğv olunub) dəyişdirilmişdir. XIX əsrdə Qafqazda quş komponentli 38 toponim qeydə alınmışdır. Quşçu etnonimi ilə bağlı toponimlərin erkən orta əsrlərdə meydana çıxması güman edilir.
Quşçu (dəqiqləşdirmə)
Quşçu bu mənalarda gələ bilər: == Xalqlar == Quşçu tayfası — qədim türk tayfası. == Şəxsiyyətlər == Əli Quşçu — Özbək astronomu, riyaziyyatçısı və dilşünası. == Yer adları == === Azərbaycan === Quşçu (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Quşçu (Şamaxı) — Azərbaycanın Şamaxı rayonunda kənd. Quşçu (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd. Quşçu (Göygöl) — Azərbaycanın Göygöl rayonunda kənd. Quşçu (Daşkəsən) Quşçu (qəsəbə, Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda qəsəbə. Quşçu (kənd, Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Quşçu (Tovuz) Aşağı Quşçu — Azərbaycanın Tovuz rayonunda kənd. Dondar Quşçu — Azərbaycanın Tovuz rayonunda kənd.
Quşçu (tayfa)
Quşçu tayfası — qədim türk tayfasıdır. Azərbaycan toponimiyasında bu tayfanın məskunlaşması nəticəsində yaranmış bir sıra toponimlər vardır. == Kuşi tayfasının qısa tarixi == Eramızdan əvvəl II əsrdə Orta Asiyanın əyalətləri hunların hücumlarına məruz qalır. Hunlar tərəfindən məğlub edilmiş və qərbə tərəf sıxışdırılmış xalqlar Çin mənbələrində yosti adı ilə məlumdur. Məhz yosti sözünün transkripsiyası tək halda kuşi və ya quşi, cəm halda quşan formasını vermişdir. Türkistanın şərqindəki indiki Turfan şəhərinin yerləşdiyi vilayət də o zaman Quşi adlanmışdır. N.V.Piqulevskaya yazır ki, quşanların tərkibində türklər də vardır. Q.Ə.Qeybullayev XIX əsrdə Azərbaycanda Quşi/ Quşan/Quşçu variantlarında 38 toponimin olduğunu qeyd etmişdir. Quşçu toponiminin müxtəlif variantları qazaxlarda -quşi, başkirlərdə -quşçu, koşsı; türkmənlərdə -qutçi, qaranoqaylarda -quşsi, qırğızlarda-quşçu və s. variantlarda Şimali Qafqazda, Orta Asiyada, Iran və Türkiyədə də yayılmışdır ..
Quşçu (İcrud)
Quşçu (fars. قوشچي‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 179 nəfər yaşayır (43 ailə).
Quşçu (İran)
Quşçu (fars. قوشچی‎)— İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Ənzəl bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 2,832 nəfər və 828 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Güzgü
Güzgü və ya Ayna — nisbətən hamar səth olub, qayıtma qanununa əsasən səthə düşən işığın paralleliyini təmin edərək səthdə əksin yaranmasına imkan verir. Buna görə də, səthin güzgü kimi işləməsi üçün onun kələkötürlüyü düşən işığın dalğa uzunluğunun yarısına bərabər olmalıdır. Ağ nahamar səth də işığı qaytarır, ancaq burada işıq nizamlanmamış şəkildə olduğundan heç bir əksi görmək olmur. Müstəvi güzgülər eyni ölçülü virtual şəkillər göstərirlər. Refleksion güzgülərdə isə yana dönmüş, başıüstə olan şəkilləri görmək olur. Müstəvi olmayan güzgülərdə əksin keyfiyyəti güzgünün xassələrindən asılı olur (qabarıq, çökük, dalğavari güzgü). Burada güzgüyə olan məsafə də rol oynayır. Beləliklə təhrif olunmuş əkslər alınır. Qabarıq güzgülərdə əkslər böyük, çökük güzgülərdə isə kiçik alınır. Ən geniş yayılmış güzgü növləri məişətdə, əsasən isə evlərdə işlədilən güzgülərdir.
Pusqu
Pusqu — Bir yerdə gizlənib adamı vəya ovu pusma, güdmə, gözləmə deməkdir. Adamı və ya ovu güdmək, gözləmək, pusmaq üçün gizlənilən yer, marıq yeri, pusquyeri adlanır. == Hərbi pusqu == Düşməni və ya terror qruplaşmasının canlı qüvvəsini,texnikasının ələ keçirmək və ya məhv etmək üçün göstərilən fəlaliyyətdir.Pusqu düzlüşləri Xətt üzrə,L,Z,T,V hərfləri şəklində qurulur. Pusqunun məqsədi Terroristlərin,düşmənin,cinayətkarların pusquya düşən qüvvələrini məhv etmək yada ələ keçirmək. Cinayətkarların yaxşı silahlanmış qüvvələrini,silah və sursatı az olan kiçik qüvvələrlə məhv etmək. Terrorist qrupların sərbəst hərəkətlərini çətinləşdirmək. Cinayətkarların silah,sursat və yemək yollarını kəsərək onları möhtac qoymaq. Cinayətkarların əsas adamlarını yada liderlərini məhv etmək və ya ələ keçirmək. == Pusqunun növləri == Yerlərinə görə pusqular: Nöqtə pusqusu Bölgə pusqusu Hədəfə olan məsafələrə görə pusqular: Yaxın pusqu Uzaq pusqu Hazırlıq müddətinə görə pusqular: Tələsik pusqu Hazırlıqlı pusqu == Digər mənaları == Pusqudan ov əldə etmək üçündə istifadə edilir.Əsasən ovçular meşəlik,dağlıq ərazilərdə ümumiyyətlə gizlənmək üçün əlverişli yerlərdə heyvanları ovlamaq üçün pusqu qurub gözləyirlər və ov hədəfə gələn kimi onu məhv edib ondan qida və ya müxtəlif məqsədlər üçün istifadə edirlər.
Güzgü (dəqiqləşdirmə)
Güzgü
Kran (qurğu)
Kran (alm. kranich‎, yəni durna) — əl və ya güc maşınları ilə hərəkətə gətirilə bilən, yükləri şaquli və ya üfüqi istiqamətdə nəql etmək üçün qurğu. Adi halda kranlar gəmilərin, qatarların, yük avtomobillərinin doldurulması və boşaldılması, istehsal müəssisələrində yüklərin nəql edilməsi üçün tətbiq edilir. Kranların iş tsikli aşağıdakı mərhələlərdən ibarətdir: Yükün tutulması, Yükün nəqli, Boş gediş (başlanğıc vəziyyətə qaytarış). == Konstruksiyaları == Yük kranlarının kostruksiyaları aşağıdakı hissələrdən ibarətdir: Aparıcı element. Çevik qaldırıcı orqandan ibarət yükqaldıran qurğu. Burada işin təhlükəsizlyini təmin etmək üçün yükqaldıran mexanizmə müxtəlif sərhədləyicilər quraşdırılır (yükə, momentə, gediş yoluna). Avtomatik və ya qeyri avtomatik tutqac başlığı. Bunlardan əlavə kran yük arabalarının hərəkətini, kran başlığının dönməsi və s. kimi hissələrin hərəkətinə imkan verən mexanizmlə təmin olunur.