Quşquna kəsilişi üst pliosenin ağçaqıl regiomərtəbəsinin istinad kəsilişi sayılır. Eyniadlı antiklinalın tağının və qanadlarının quruluşunda iştirak edərək Kür-Qabırrı çayarası ərazidə üzə çıxır. Burada alt ağçaqıl (113 m) dəniz fasiyasında (nazik qum, qumdaşı, vulkan külü və qabıqlı əhəngdaşı təbəqəcikli gillər) təmsil olunur və sarmat çöküntülərinin müxtəlif horizontları üzərində transqressiv və qeyri-uyğun yatır. Bu çöküntülər tərkibində molyusk faunası ilə yanaşı, qədim fil və digər onurğalıların sümüklərinin olması ilə də diqqəti cəlb edir. Üst ağçaqıl kontinental fasiya (225 m) ilə təmsil olunmuşdur. Bu çöküntülərdə də onurğalıların, o cümlədən filin sümüklərinə rast gəlinir.
Quşquna kəsilişi | |
---|---|
Yerləşməsi | |
Ölkə | Azərbaycan |