Dondar Quşçu — Azərbaycan Respublikasının Tovuz rayonunun Dondar Quşçu kənd inzibati ərazi dairəsində kənd.[3] Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 2012-ci il tarixli, 310-IVQ saylı Qərarı ilə Tovuz rayonunun Tovuz şəhər inzibati ərazi dairəsi tərkibindəki Tovuz şəhəri ilə həmsərhəd olan Dondar Quşçu kənd inzibati ərazi dairəsi tərkibindəki Dondar Quşçu kəndinin ərazisindən 182,74 ha (bundan dövlət mülkiyyətində olan 167,75 ha, bələdiyyə mülkiyyətində olan 11,09 ha və xüsusi mülkiyyətdə olan 3,90 ha) torpaq sahəsi Tovuz şəhərinin inzibati ərazisinə verilmişdir.[4]
Dondar Quşçu | |
---|---|
40°57′27″ şm. e. 45°37′19″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ6022[2] |
Vikianbarda əlaqəli mediafayllar |
1968-ci ilədək rayonun ərazisində Dondar Azaflı adlı yaşayış məntəqəsinin olması məlumdur. Oykonim Dondar (etnotoponim) və Quşçu (etnotoponim) komponentlərindən düzəlib, ərazidəki Quşçu adlı kəndləri bir-birindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır.[5]
Dondar Quşçu sözünün birinci komponenti yuxarıda qeyd edildiyi kimi Dondar etnotoponimi ilə bağlıdır. Dondar Qafqaz Albaniyasında yaşayann 26 tayfadan biridir. Qədim türk tayfalarından olan dondarlar haqqında, onların Qafqazda və Azov dənizi sahillərində yaşaması barədə Miletli Hekateydən (e.ə.VI-V əsrlər) başlamış, Strabon, Tasit, Plutarx və Lukulla qədər bir çoxları məlumat vermişlər. Onların Kuban ərazisində yaşadıqları və irandilli olduqları, dondar sözünün osetin dilində "çayı saxlayanlar" mənasında işləndiyi barədə mülahizələr də söylənmişdir. Lakin dondarlarla bağlı bütün izlər onların türk tayfalarından olduğunu göstərir. Tovuz və Qubadlı rayonlarında Dondarlı, Tovuzda Dondar Quşçu, Şabran rayonu ərazisində Qala Dondar qala xarabalıqları və s. kimi toponimlərdən aydın olur ki, dondarlar Qafqaz Albaniyasının şimal-qərb ərazilərində yaşamışlar.
Güman olunur ki, türkdilli dondarlar Qafqaz Albaniyası ərazisinə III-IV əsrlərdə tərtər, aran, kəngər, xurs, savar tayfaları ilə, VI-VIII əsrlərdə isə xəzərlər, avarlar, qismən suvarlar və başqaları ilə eyni vaxtda daxil olmuşlar. XIII əsrin Kiçik Asiya türk tayfalarından biri "dondarlı" adlanırdı. Dondar şəxs adları türkcə izah olunur. Plutarx dondar hakiminin adının Oltak olduğunu göstərir. Bu sözü "oğul" (Oul) və "tək" sözlərinə ayırmaq olur.
Sözün ikinci komponenti "quşçu" etnotoponimi ilə bağlıdır. Bu etnotoponim qədim mifoloji inamlara söykənir.
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd Gəncə-Qazax düzənliyində yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[6] | 3302 | 1636 | 1666 |
2009[7] | ↗3754 | ↗1882 | ↗1872 |
Kənddə Dondar Quşçu kənd kitabxana filialı,[10] Dondar Quşçu kənd klubu,[11] Dondar Quşçu poçt şöbəsi (AZ6022)[12] fəaliyyət göstərir.
Kənddə kinoklub fəaliyyət göstərir.
Kənddə Dondar Quşçu kənd tam orta məktəbi fəaliyyət göstərir.[13][14]
Bundan başqa kənddə Dondar Quşçu kənd körpələr evi-uşaq bağçası fəaliyyətdədir.[15]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə Dondar Quşçu həkim məntəqəsi yerləşir.[16]