Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rəvayət
Rəvayət — bir hadisə, əhvalat haqqında nəsillərdən nəsillərə ağızda dolaşan, mövzusu çox zaman fövqəladə xarakter daşıyan qısa nağıl, hekayə. Rəvayətlərdə uzaq və yaxın dövrün tarixi həqiqətləri özünəməxsusluğu qorumaqla bədii təfəkkürə məxsus konkretliyi qoruyub saxlayır. Rəvayətlər konkret bir hadisəni, faktı əhatə edir və ibrətamiz bir sonluqla bitir. == Növləri == Rəvayətlər 2 cür olur: Tarixi şəxsiyyətlərlə bağlı rəvayətlər. Toponimlərlə (coğrafi ərazilərlə) bağlı rəvayətlər. Tarixi şəxsiyyətlərlə bağlı rəvayətlərə Nuh peğəmbər, Süleyman peyğəmbər, Astiaq, Tomris, Nadir şah, Makedoniyalı İsgəndər, Əmir Teymur və başqa ədəbi-tarixi şəxsiyyətlərin həyatına dair rəvayətləri misal göstərmək olar. Toponimlərlə bağlı "Şuşa", "Qırxqız", "Bayandur", "Qız qalası", "Dadməlik dağı", "Qarı dağı", "Sınıq körpü", "Bibiheybət", "Şuşa", "Xatun arxı" rəvayətləri isə yer adları ilə bağlı yaranmış rəvayətlərdir. Yazıçı və şairlərimiz yaradıcılığında bir çox hekayə, nağıl və poemalarda rəvayətlərdən yararlanmışlar. Cəfər Cabbarlı "Qız qalası", Mikayıl Müşfiq "Çoban", Səməd Vurğun "Aslan qayası" poemalarının, İlyas Əfəndiyev "Qarı dağı" hekayəsinin mövzusunu xalq rəvayətlərindən götürmüşdür. Rəvayətlər nə vaxtsa həqiqətən baş vermiş, lakin ağızdan-ağıza keçərkən ilkin dəqiqliyini, təfərrüatını itirmiş söhbətlərdir.
Rəfayel Məcidov
Rəfayel Məcid oğlu Məcidov (11 mart 1949, Zaqatala rayonu) — Zaqatala Rayon İcra Hakimiyyətinin Başçısı (1993–2002-ci illərdə). == Həyatı == 1949-cu il martın 11-də Azərbaycan SSR Zaqatala rayonunun Qımır kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbini bitirib. Əmək fəaliyyətinə 1971-ci ildə Mingəçevir Toxuculuq Kombinatında növbə ustası kimi başlayıb. 1973–1975-ci illərdə Zaqatala Tütün Fermentləmə Zavodunda baş usta, 1975–1980-ci illərdə Zaqatala Rayon Xalq Nəzarəti Komitəsində inspektor işləyib. 1980-ci ildə partiya işinə irəli çəkilib, 1980–1983-cü illərdə Zaqatala rayon partiya komitəsində təlimatçı, Sənaye-Nəqliyyat şöbəsinin müdiri, 1983–1985-ci illərdə II katib olub. 1985–1987-ci illərdə Zaqatala rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri işləyib. 1987–1988-ci illərdə Azərbaycan KP Xaçmaz rayon komitəsinin birinci katibi olub. 1988–1991-ci illərdə Zaqatala rayon partiya komitəsi yanında Partiya Komissiyasının sədri, Zaqatala rayon İcra Hakimiyyətinin şöbə müdiri vəzifələrində işləyib. 1993-cü ildən 2002-ci ilədək Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı olub.
Yekutiel Ravayev
Yekutiel Ravayev (ivr. ‏יקותיאל רבייב‏‎; 1881) — Osmanlı hakimiyyəti dövründə Erets İsrailə köçmüş dağ yəhudisi. == Həyatı == Yekutiel Ravayev 1881-ci ildə Qafqazın Dərbənd ərazisində anadan olmuşdur. 20 yaşında ilk həyat yoldaşı ilə evlənmiş və Erets İsrailə immiqrasiyasını planlaşdırmağa başlamışdır. 1910-cu ildə həyat yoldaşı vəfat edəndə Qafqazı tərk edərək üç uşağı ilə birlikdə səyahətə başlamışdır. Onun kiçik oğullarından biri səfər zamanı dünyasını dəyişmişdir. 1916-cı ilin aprelində kəndini ərəblərdən qoruyarkən həlak olmuşdur. O, Petax-Tıkva qəbiristanlığında dəfn edilmişdir.
Rəvanə Qurbanova