Rəfayel Məcid oğlu Məcidov (11 mart 1949, Zaqatala rayonu) — Zaqatala Rayon İcra Hakimiyyətinin Başçısı (1993–2002-ci illərdə).
Rəfayel Məcidov | |
---|---|
1993 – 2002 | |
Əvvəlki | İbadulla Qurbanov |
Sonrakı | Vaqif Rəhimov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 mart 1949 (75 yaş) |
Doğum yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi |
1949-cu il martın 11-də Azərbaycan SSR Zaqatala rayonunun Qımır kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Ali Partiya Məktəbini bitirib. Əmək fəaliyyətinə 1971-ci ildə Mingəçevir Toxuculuq Kombinatında növbə ustası kimi başlayıb. 1973–1975-ci illərdə Zaqatala Tütün Fermentləmə Zavodunda baş usta, 1975–1980-ci illərdə Zaqatala Rayon Xalq Nəzarəti Komitəsində inspektor işləyib. 1980-ci ildə partiya işinə irəli çəkilib, 1980–1983-cü illərdə Zaqatala rayon partiya komitəsində təlimatçı, Sənaye-Nəqliyyat şöbəsinin müdiri, 1983–1985-ci illərdə II katib olub. 1985–1987-ci illərdə Zaqatala rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri işləyib. 1987–1988-ci illərdə Azərbaycan KP Xaçmaz rayon komitəsinin birinci katibi olub.
1988–1991-ci illərdə Zaqatala rayon partiya komitəsi yanında Partiya Komissiyasının sədri, Zaqatala rayon İcra Hakimiyyətinin şöbə müdiri vəzifələrində işləyib. 1993-cü ildən 2002-ci ilədək Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı olub. 2002–2010-cu illərdə fərdi əmək fəaliyyəti ilə məşğul olub. 2010–2012-ci illərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şimal-Qərb bölgəsi üzrə şöbə müdiri işləyib. 2012-ci ilin aprelindən pensiyaçıdır. 1986-cı ildə Zaqatala rayon XDS İcraiyyə Komitəsinin sədri işləyərkən, rayonun sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi nailliyyətlərə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. 1993-cü ilin fevral ayında Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatını yaratmış və onun sədri seçilmişdir.
Ailəlidir, 4 övladı vardır.