Rəvanə Qurbanova

Rəvanə Qurbanova (Rəvanə Söhrab qızı Ərəbova, 21 iyun 1988, Şəki)[1] — solo-ifaçı, Beynəlxalq Muğam MərkəzininAzərbaycan Dövlət Akademik Filarmoniyasının solisti.

Rəvanə Qurbanova
Rəvanə Söhrab qızı Qurbanova (Ərəbova)
Ümumi məlumatlar
Doğum tarixi (35 yaş)
Doğum yeri Şəki
Vətəndaşlığı Azərbaycan Azərbaycan , SSRİ SSRİ
Həyat yoldaşı Rövşən Qurbanov
Atası Söhrab Arabov
Anası Leyla Arabova
Musiqiçi məlumatları
Fəaliyyəti Xanəndə
Janr Muğam
Təhsili Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Həyatı[redaktə | mənbəni redaktə et]

21 iyun 1988-ci il tarixində Şəkidə anadan olub. Azərbaycan teatr rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü — Söhrab Ərəbovun[2] qızıdır.

2002-ci ildə Şəki şəhər 2 saylı uşaq musiqi məktəbinin xanəndəlik sinfini, 2006-cı ildə Şəki şəhər 19 saylı orta məktəbini bitirib. 2007–2011-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqi sənəti fakültəsində bakalavr pilləsi üzrə, 2011–2013-cü illərdə isə magistr pilləsi üzrə təhsil alıb.

Təhsil illərində xalq artistləri Canəli ƏkbərovSəkinə İsmayılovadan dərs alıb.

2011-ci ildə tarzən Rövşən Qurbanovla ailə həyatı qurub. Bir qızı və bir oğlu var.

2019-cu ildən Beynəlxalq Muğam MərkəzininAzərbaycan Dövlət Akademik Filarmoniyasının solistidir.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

2007-ci ildə keçirilən Muğam Televiziya Müsabiqəsində III yeri tutub.[3][4] 2009-cu ildə keçirilən "Muğam aləmi" I Beynəlxalq Muğam Festivalının diplomantıdır.

2008-ci ildə İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə layiq görülüb, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilib.[5]

2017-ci il dekabr ayının 10-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmuş Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında baş rolu – Leyli rolunu ifa edib.[6][7] [8] 2018-ci il 10 iyun tarixində Zülfüqar Hacıbəyovun "Aşıq Qərib" operasında baş rolu — Şahsənəm rolunu ifa edib.[9]

2018-ci ildə Beynəlxalq Muğam Mərkəzində "Vətənim" adlı solo-konserti olub.[10] 2019-cu ildə Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə "Oxu tar" adlı solo-konserti baş tutub.[11]

2011-ci ildə Qəbələ III Beynəlxalq Musiqi Festivalında[12], 2013-cü ildə "Muğam aləmi" III Beynəlxalq Muğam festivalında[13], 2021-ci ilin may ayının 12–13-də Şuşada keçirilmiş tarixi Xarıbülbül Musiqi Festivalında solo-ifaçı kimi iştirak edib.[14] [15]

Səfərləri[redaktə | mənbəni redaktə et]

Rəvanə Qurbanova ölkə hüdudlarından kənarda da Azərbaycan milli musiqi sənətini təbliğ edir.

Tarix Tədbirlər
8–14 aprel 2008 Türkmənistanın Aşqabad şəhərində keçirilən Musiqi festivalı[16]
23–26 may 2008 Belarusiyanın Minsk şəhərində keçirilən "Ulu Öndər Heydər Əliyev"in 85 illik anım gecəsi
18–20 dekabr 2008 Avstriyanın Vyana şəhərində Avstriya Milli Kitabxanasında Azərbaycan guşəsinin açılış mərasimi[17]
24–27 noyabr 2009 Almaniyanın Berlin şəhərində Qarabağla bağlı təşkil edilmiş konsert proqramı
13–15 may 2010 Litvanın Vilnus şəhərində Azərbaycan milli musiqisinin təbliği ile bağlı konsert proqramı[18]
24–27 yanvar 2011 Fransanın Strasburq şəhərində təşkil edilmiş Muğam Jazz kompozisiya konserti
4–22 may 2011 Amerikanın Texas ve Kaliforniya Ştatının şəhərlərində (Hyuston, Los Angeles, San-Fransisko, Vaşinqton) Əməkdar artist Emil Əfrasiyabın Muğam Jazz kompozisiya silsilə konsertləri[19][20]
8–14 may 2012 Londonda Kraliça II Elizabetin taxta çıxmasının 60 illik yubileyi ilə bağlı tədbir[21]
27–30 avqust 2014 Gürcüstanın Tiflis şəhərində keçirilən "Musiqi Festivalı"
13–15 may 2018 Dubayda keçirilən "Azərbaycan Mədəniyyət günləri"
25–27 oktyabr 2019 Finlandiyanın Helsinki şəhərində keçirilən Azərbaycan mədəniyyət günləri[22]
22–28 sentyabr 2021 Meksikanin Tampiko şəhərində ölkə mustəqilliyinin 200 illiyi münasibətilə yubiley tədbiri[23]
25–26 sentyabr 2021 Moskvada Rusiya Milli Musiqi Muzeyi BMM (Beynəlxalq Mətbuat Mərkəzi) ile əməkdaşlıq muqaviləsinin imzalanması ilə əlaqədar konsert proqramı[24]
6–8 noyabr 2021 İstanbulda keçirilən "Zəfər Günü" ilə bağlı tədbir[25]
2–6 dekabr 2021 İsveçrənin Bazel şəhərində Nizami Gəncəvinin 880 illiyi ilə bağlı təşkil edilən tədbir[26]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Şəki Ensiklopediyası səhifəsi Arxivləşdirilib 2021-12-06 at the Wayback Machine,
  2. Söhrab Arabov "Arxivlənmiş surət". Archived from the original on 2022-03-31. İstifadə tarixi: 2023-04-27., Vikipediya.
  3. 2-ci Muğam Televiziya Müsabiqəsi 2007 Arxivləşdirilib 2022-12-04 at the Wayback Machine,.
  4. Üç aydan çox davam edən "Muğam Müsabiqəsi – 2007" maraqlı final yarışması ilə başa çatdı Arxivləşdirilib 2023-03-18 at the Wayback Machine mehribanaliyeva.preslib.az
  5. Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Arxivləşdirilib 2023-03-18 at the Wayback Machine SƏRƏNCAM 05.03.2008
  6. Opera səhnəmizdə yeni Əsli və Leyli Arxivləşdirilib 2021-10-09 at the Wayback Machine, anl.az
  7. Hacıbəyov — "Leyli və Məcnun" operası , Mədəniyyət TV.
  8. "Opera Səhnəmizdə yeni Leyli və Əsli ifaçıları". 2023-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-17.
  9. "Aşıq Qərib" operası:Şahsənəm Arxivləşdirilib 2023-03-17 at the Wayback Machine,
  10. "Vətənim" Rəvanə Qurbanova və "Buta" instrumental ansamblının konserti, Mədəniyyət TV.
  11. Rəvane Qurbanova — Solo konsert,
  12. Qəbələ III Beynəlxalq Musiqi Festivalının iştirakçıları Şəkidə konsert vermişlər Arxivləşdirilib 2011-11-08 at the Wayback Machine anl.az
  13. "Bakıda "Muğam aləmi" III Beynəlxalq Festival başladı". 2023-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-30.
  14. IV Festival — 2021 Arxivləşdirilib 2022-06-11 at the Wayback Machine, "Xaribülbül" Beynəlxalq Folklor Festivalı.
  15. "Xarıbülbül" Musiqi Festivalı Arxivləşdirilib 2021-05-23 at the Wayback Machine,
  16. Türkmənistanda beynəlxalq musiqi festivalı keçirilir, anl.az.
  17. "VYANA ŞƏHƏR BAŞ KİTABXANASINDA AZƏRBAYCAN GUŞƏSİ AÇILMIŞDIR". 2023-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-18.
  18. Litvada Azərbaycanın milli musiqisi səslənəcək, medeniyyet.az.
  19. Мастера азербайджанской культуры выступили в США Arxivləşdirilib 2023-03-17 at the Wayback Machine, anl.az
  20. В рамках визита в США мастера искусств Азербайджана выступили в Вашингтоне с итоговой концертной программой, azertag.az.
  21. Azerbaijani Karabakh breed horses presented at jubilee of British Queen's reign (PHOTO) Arxivləşdirilib 2023-03-17 at the Wayback Machine, trend.az. 15.05.2012.
  22. Helsinkidə Azərbaycan mədəniyyət günü keçirilib Arxivləşdirilib 2023-03-17 at the Wayback Machine, 27.10.2019
  23. Azərbaycanın musiqisi və rəqsləri Meksika səhnəsində, medeniyyet.az
  24. Beynəlxalq Muğam Mərkəzinin Rusiya Milli Musiqi Muzeyi ilə əməkdaşlığı, medeniyyet.az.
  25. Azərbaycanın İstanbuldakı Baş konsulluğunda Zəfər Günü ilə bağlı tədbir keçirilib
  26. Bazel şəhərində Nizami Gəncəvi gecəsi və muğam axşamı təşkil edilib, azertag.az. 06.12.2021

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]