Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rihanna
Robin Rihanna Fenti (ing. Robyn Rihanna Fenty; 20 fevral 1988[…]) — barbadoslu müğənni, aktrisa, dəb dizayneri və iş qadını. XXI əsrin ən nüfuzlu musiqiçilərindən biri hesab olunur. 2005-ci ildə Rihanna, Def Jam Recordings ilə müqavilə bağladı və ilk iki albomu olan "Music of the Sun" və "A Girl Like Me" adlı albomlarının buraxılması ilə tez bir zamanda məşhur oldu. Karib musiqisinin elementlərini özündə birləşdirən bu albomların hər ikisi ABŞ Billboard 200 hit-paradında ilk onluğa daxil oldu. Rihanna 2007-ci ildə buraxdığı dans-pop janrında olan üçüncü studiya albomu "Good Girl Gone Bad" sayəsində dünya şöhrəti qazandı. Albomun ilk sinqlı "Umbrella" ABŞ Billboard Hot 100-də birinci pilləyə yüksəlmiş və ona "Qremmi" mükafatı qazandırmışdır. Rihanna pop, rəqs və R&B janrlarını qarışdıraraq "Rated R" (2009), "Loud" (2010), "Talk That Talk" (2011) və "Unapologetic" (2012) adlı studiya albomlarını təqdim etmişdir. Bu albomların hər biri Billboard 200 hit-paradına başçılıq etmişdir. Bu albomlar "Rude Boy", "Only Girl (In the World)", "What's My Name?", "S&M", "We Found Love" və "Diamonds" kimi bir sıra hitin yaranmasına səbəb oldu.
Rihey Sano
Rihey Sano (21 sentyabr 1912 - 26 mart 1992) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Riho Sakamoto
Riho Sakamoto (7 iyul 1992, Toçiqi prefekturası) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Rich.
Lui Klod Rişar və ya Lui Klod Mari Rişar (fr. Louis Claude Richard və ya fr. Louis Claude Marie Richard, 19 sentyabr 1754 — 6 iyun 1821) — fransız botaniki. == Elmi əsərləri == Flora Borealis Americana, 1803. Analyse du Fruit, 1808. Demonstrations botaniques, Париж, 1808. De Orchideis Europaeis Annotationes, Париж, 1817. Observations on the Structure of Fruits and Seeds; en colab. con Lindley, John. 1819.
Rif
Rif (nid. rif – qabırğa, til) — dayaz su sahələrində sualtı və suüstü yüksəkliklər. Sualtı və sahil qayalıqlarının dağılması və ya mərcan polip koloniyalarının, yosunların və digər rifyaradıcı orqanizmlərin çoxalması və artması nəticəsində yaranır. == Geomorofloji termin == Rif – (rus. риф, ing. reef) Mərcan koloniyalarının, əhəngli yosunların, mamırların və rif əmələgətirən başqa orqanizmlərin sualtı əhəngli qurğuları. Ancaq isti dənizlərdə yayılmışdır. Rif müxtəlif tipləri ayrılır: çəpər, sahil, həlqəvi /atollar/ və b.
Rig
Rig və ya Bəndər Rig— İranın Buşehr ostanının Günavə şəhristanının Rig bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,257 nəfər və 1,169ailədən ibarət idi.
Ris
Eris və ya Ris — Təbrizə aid olan konfet. Süd, şəkər, vanil, püstə və kakao ilə hazırlanır.
Riz
Riz— İranın Buşehr ostanının Cəm şəhristanının Riz bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,802 nəfər və 415 ailədən ibarət idi.
Rsh
Rsh (Remote Shell) - terminal vasitəsi ilə uzaqdakı (remote) komputeri idarə etmək üçün alət. TCP protokolundan və 514-cü portdan istifadə edir. Əsas mənfi cəhəti, təhlükəsiz olmamısıdır. Çünki şəbəkədən məlumatı şifrələnməmiş halda göndərir. == Xarici keçidlər == rsh - remote shell Arxivləşdirilib 2004-12-05 at the Wayback Machine - rsh Bələdçi səhifəsi.
Ruh
Ruh — dilimizdə vətəndaşlıq haqqı qazanmış "ruh" anlamının fərqli mənaları var. İnsanın qəlbi, canı, ruhu bizdə eyni sözlə ifadə olunur- "ruh". Məsələn, rus dilində "dux", "duşa" sözləri bu fərqli anlamı ortaya qoya bilir. Biz bunları birləşdirib ümumilikdə hər ikisinə "ruh" deyirik. == İslamda ruh barədə == Quranda belə bir ayə var: "Səndən ruh barədə soruşsalar, de ki, Rəbbimin işindəndir bu. Sizə elmdən az verilmiş" (İsra- "Gecə aparılma" surəsi, 85-ci ayə). İnsan öz təfəkkürünün məkana və zamana görə müəyyənləşən sərhədləri çərçivəsində Allahı dərk etməyə, Ona ibadətdə olmağa borcludur. O sərhədlərdən kənarda olan məfhumlar- təfəkkürə sığmaz məfhumlardır. Onlardan biri də ruhdur. Quranda bu barədə açıqlama da verilir.
AİH
Azərbaycan İnvestisiya Holdinqi — Azərbaycanda həyata keçirilən davamlı struktur islahatları iqtisadiyyatın səmərəliliyinin daha da artırılması məqsədi ilə yaradılmış holdinq. 2020-ci il avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında Fərmanına əsasən təşkil olunmuşdur. == Tarixi == "Azərbaycan İnvestisiya Holdinqi" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il avqustun 7-də imzaladığı fərmanla təşkil olunmuşdur. Fərmanla “Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxs kimi yaradılıb. “Azərbaycan İnvestisiya Holdinqinin Nizamnaməsi”ndə bildirilir ki, Azərbaycan İnvestisiya Holdinqi - onun idarəetməsinə verilmiş dövlət şirkətlərinin və müəssisələrinin, dövlət payı olan təsərrüfat cəmiyyətlərinin (dövlət müəssisələri) vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. “Azərbaycan İnvestisiya Holdinqi”nin nizamnamə fondu 10 milyon manatdır. Prezident İlham Əliyev 2021-ci il fevralın 12-də verdiyi sərəncamla “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin və Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsini təsdiqləyib. 2021-ci il aprelin 27-də Prezident İlham Əliyev “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nda dəyişiklik edilməsi haqqında 5 noyabr 2020-ci il tarixli fərmanına dəyişiklik edib. Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Fərmana əsasən, Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti“, eləcə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti və “Bakı Telefon Rabitəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti (“Baktelecom”), holdinqin idarəetməsindən çıxarılıb.
Rie
Rie — Yaponiya soyadı. Rie Matsubara — Yaponiyanı təmsil edən bədii gimnast. Rie Nakaşima — Yaponiyanı təmsil edən bədii gimnast. Rie Kimura — keçmiş Yaponiya qadın futbolçusu. Rie Usuy — Yaponiya qadın futbolçusu. Rie Yamaki — keçmiş Yaponiya qadın futbolçusu. Rie Azami — Yaponiya qadın futbolçusu.
Riu-Branku (Riu-Neqru)
Riu-Branku (port. Rio Branco) — Cənubi Amerikada yerləşən çay. Çay əsasən Braziliyanın Rorayma ştatı ərazisindən axır. Uzunluğu 584 km, sahəsi 195 km təşkil edir. İri qollara sahibdir. Mənsəbi Riu-Neqru çayıdır. Yağışlar mövsümündə Karakarai şəhərinə qədər gəmiçilik üçün əlverişli olur. Gursululuq dövrü oktyabrdan aprel — may aylarına qədər uzanır. == İstinadlar == == Mənbə == Branco River. (2009).
Adrienna Riç
Adrienna Riç (ing. Adrienne Cecile Rich; 16 may 1929[…], Baltimor, Merilend[…] – 27 mart 2012[…], Santa-Kruz[d], Kaliforniya) — Amerikalı şairə, publisist, feminizmin ikinci dalğasının nümayəndəsi. == Bioqrafiyası == Anası — pianoçu və bəstəkar, metodistlərə aid idi, atası bioloq və yəhudi əsilli həkim idi. Kembricdəki Radkliff Kollecini bitirib. O, 1951-ci ildə Hyu Oden şəxsi seçimi ilə Gənc Şairlər üçün Yel Mükafatını alan "Dünyanın Dəyişməsi" (ing. A Change of World) adlı şeirlər kitabı ilə debüt etdi (Oden kolleksiyanı ön sözlə müşayiət etdi). 1966-cı ildən əri və üç oğlu ilə Nyu-Yorkda yaşayırdı. O, yeni solçular ilə yaxınlaşdı, müharibə əleyhinə nümayişlərdə, vətəndaş hüquqları hərəkatında iştirak etdi. O, 1960-cı illərin sonunda ərindən boşanıb. 1976-cı ildən o, həyatını Yamayka əsilli yazıçı Mişel Klifflə (1946-cı il təvəllüdlü) bölüşür.
Bəndər Rig
Rig və ya Bəndər Rig— İranın Buşehr ostanının Günavə şəhristanının Rig bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,257 nəfər və 1,169ailədən ibarət idi.
Cimmi Rid
Ceyms "Cimmi" Rid (ing. James "Jimmy" Reid; d. 9 iyul 1932, Qlazqo, Şotlandiya — ö. 10 avqust 2010, Qrinok, Şotlandiya) — Şotlandiyalı həmkarlar ittifaqı fəalı, siyasətçi və jurnalist.
Din Rid
Din Rid (ing. Dean Cyril Reed; 22 sentyabr 1938, Denver, Kolorado – 13 iyun 1986) — SSRİ, Latın Amerikası və Şərqi Avropada çox məşhur olan Amerikalı müğənni, kino aktyoru, kino rejissoru və ictimai xadim. == Həyatı və təhsili == Din Rid Kolorado ştatının Denver şəhərində anadan olub. Atası liseydə riyaziyyat və tarix müəllimi, anası evdar xanım olub. Onun Dale və Vernon adlı iki böyük qardaşı olub. 1940-cı illərdə ailəsi Kaliforniya və Yuta ştatlarında müxtəlif şəhərlərdə yaşayıb və sonradan Koloradoya qayıdıblar. 1956-cı ildə orta məktəbini bitirib, trek komandasında ulduz idmançı olub. Atası Kiril, oğlunun hərbi akademiyada təhsil almasını istəyən, anti-marksist olub. Kolorado Universitetinin meterologiya fakültəsidə təhsil aldığı müddətdə barlarda musiqilər ifa edib.
Ferdinand Ris
Ferdinand Ris (d. 28.11.1784, Bonn, Almaniya - ö. 13.1.1838, Frankfurt-Mayn, Almaniya) — alman bəstəkarı və pianoçusu. Frans Antonin Risin böyük oğlu.
Kari Rid
Kari Rid (4 sentyabr 1970) — Kanadanı təmsil edən sinxron üzgüçü. == Karyerası == Kari Rid Kanadanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Kari Rid Olimpiadanın gümüş medalına sahib olub.
Kommand-Ric
Kommand-Ric — Naurunun ən hündür nöqtəsi. Hündürlüyü 71 metrdir (233 fut). == Yerləşməsi == Zirvə Nauru adasının cənub-qərbində yerləşir. Ayvo dairəsində, Buada dairəsi sərhəddinə yaxın qərarlaşır. Təpə uzanmış bir təpə formasındadır. Təpədən fosfat çıxarılır. Buradan dəmir yolu keçir. == Tarixi == İkinci dünya müharibəsi dönəmində yapon ordusu 1942-ci ildə adanı ələ keçirir. Onlar burada istehkamlar qurur və bunkerlər inşa etmişlər. Bun istehkamların bir qismi günümüzdə belə qalır.
Kristofer Riv
Kristofer Riv (ing. Christopher D'Olier Reeve; 25 sentyabr 1952 – 10 oktyabr 2004) — ABŞ aktyoru. == Həyatı == Riv 25 sentyabr 1952-ci ildə New York şəhərində anadan olub. Christopher Reeve, 1978–1987 arasında dörd dəfə çəkilən Superman film seriyasında Clark Kent rolunu, daha sonra isə fövqəladə güclərə sahib Xalq Qəhrəmanı Superman rolu ilə tanınır. Reeve, 1992-ci ilin aprelində Dana Morosini ilə evləndi. Bu evlilikdən William adlı bir oğlu var idi. Reeve'nin əvvəlki münasibətlərindən 2 övladı (Matta və Aleksandra) var. Riv 27 may 1995-ci ildə Virginia ştatının Culpeper şəhərində keçirilən bir atçılıq yarışında atdan yıxıldı və iflic oldu. Qəzadan sonra əlil arabasında yaşamaq məcburiyyətində qaldı və ömrünün sonuna qədər nəfəs almaq üçün portativ bir ventilyatora ehtiyac duydu. Onurğa beyni zədələnmələri ilə insan embrion kök hüceyrə araşdırması üçün lobbiçilik etdi, Christopher Reeve Vəqfi və Reeve-Irvine Araşdırma Mərkəzini qurdu.
Lindon Riv
Lindon Riv (ing. Lyndon Rive; 22 yanvar 1977, Pretoriya) — CAR sahibkarı. Riv SolarCity-nin həmtəsisçisi və 2016-cı ilə qədər baş icraçı direktoru olmuşdur. 2006-cı ildə qardaşı Piter ilə birlikdə SolarCity-ni təsis etmişdir. == Mükafatları == Riv 2013-cü ildə "Ernst & Young Entrepreneur of the Year Award" mükafatına layiq görülmüşdür.
Mayn Rid
Mayn Rid (ing. Thomas Mayne Reid) İrland yazıçısı. Ən məşhur əsəri 1865-ci ildə yazılmış "Başsız atlı" romanıdır. Vəhşi Qərb mövzusunda yazılmış roman dünya miqyaslı şöhrət qazanmışdır. Corc Bayronun əsərlərindən təsirlənən Mayn Ridin yaradıcılığında Bayronun üslubu geniş yer tutur. == Haqqında == Mayn Rid Tomas 1818-ci il aprel ayının 4-də İrlandiyanın Ballironi kəndində anadan olmuşdur. Belfast şəhərində orta təhsil almış və 1840-cı ildə Amerikaya getmişdir. 1846–1848-ci illərdə jurnalist kimi Amerika-Meksika müharibəsində iştirak etmişdir. 1849-cu ildə Şimalı İrlandiyaya getmişdir. Yaralandığı üçün 1850-ci ildə Londona qayıtmış və Meksika müharibəsindən bəhs edən "Azad atıcılar" adlı ilk romanını yazmışdır.
Ria (körfəz)
Ria və ya rias — Çay mənsəbində çay vadisinin dəniz suları ilə basılmasından əmələ gələn, adətən konusvari formaya malik körfəzlərə deyilir. İlk əvvəllər bu termin əsasən İspaniya və Portuqaliya sahillərində yerləşən buxtalara deyilirdi. Ria əsasən dəniz səviyyəsinin quru sahələrindən yüksəyə qalxdığı ərazilərdə meydana gəlir. Ria estuari belə ola bilir. Onları adətən fiordlarla səhv salırlar. Ancaq fərq oların kiçik ölçüləri ilə izah olunur. Rialar 50 kilometrdən çox materik daxilinə irəliləmirlər. Tipik Riaları İspaniyanın Qalisiya sahillərində görmək olar.
Rio-Kuarto
Río Cuarto — Argentina şəhəri. Ərazisi 64,25 km².
Rio-Qrande
Rio Qrande (film, 1950)
Rio Ferdinand
Rio Qevin Ferdinand (7 noyabr 1978[…], Kamberuell[d], Böyük London) hazırda BT Sport televiziya kanalında fəaliyyət göstərən keçmiş ingilis futbolçudur. == Karyerası == O, daha çox Mançester Yunayted klubundakı çıxışı ilə tanınmışdır. Müdafiəçi mövqeyində çıxış edən Ferdinand İngiltərə milli yığmasının heyətində üç dəfə (2002, 2006, 2010-cı illərdə) Dünya Çempionatlarında iştirak edib. O, İngiltərədə dəfələrlə fərqli mükafatlara layiq görülüb. Ferdinand İngiltərə Premyer Liqasında ilk oyununa Vest Hem Yunayted klubunun heyətində 1996-cı ildə, hələ 18 yaşı olarkən çıxmışdır. O, sonradan öz inamlı oyunu ilə azarkeşlərin sevimlisinə çevrilmiş və Vest Hem klubunda ilin ən yaxşı futbolçusu mükafatına layiq görülmüşdür. Ferdinand milli yığmanın heyətində ilk oyununu isə 1997-ci ildə Kamerun millisinə qarşı keçirmiş və beləliklə, İngiltərə milli komandasının heyətində ilk oyununa çıxan ən gənc müdafiəçi kimi tarixə düşmüşdür. Onun futbol karyerasındakı uğurları Lids Yunayted klubunu cəzb etmiş və bu da Ferdinandın o dövrdə Lids klubu üçün rekord məbləğə-18 milyon funt-sterlinq qarşılığında transfer olunmasına gətirib çıxarmışdır. Ferdinand iki ilini bu klubda keçirdikdən sonra 2001-ci ildə klubun yeni kapitanı vəzifəsinə yüksəlmişdir. O, 2002-ci ilin iyulunda yenə rekord məbləğ olan 30 milyon funt-sterlinq qarşılığında Mançester Yunaytedə transfer olmuşdur.
Rio Grande
Rio Grande , Rio-Qrandi-du-Sul-da yerləşən Braziliya bələdiyyəsi. 2020-ci il siyahıyaalınmasına görə əhalinin sayı 211.965 nəfər idi.
RIP
RIP (ing. Routing Information Protocol) — Kiçik şəbəkələr üçün nəzərdə tutulmuş dinamik marşuritizasiya protokoludur. Marşrutlar haqqında informasiyaları UDP 520 portundan istifadə etməklə paylaşır. == Anlayışlar == RIP ən yaxşı marşrutu sıçrayışlara əsasən (hop count) təyin edir. Burdakı hər sıçaryış bir router mənasına gəlir. Maksimum gedə biləcəyi router sayı 15-dir. Yəni göndərilən paketlər 16-cı routerdə itir. RIP protokolu hər 30 saniyədə update-lər yayınlayır(öz cədvəlində olan diapazon siyahısı). == RIP versiya 1 == İlk dəfə 1988-ci ildə yaradılmışdır. RIP versiya 1 classful routing protokol hesab olunur yəni bu protokol şəbəkə adreslərin düzgün anons olunmasını əks edə bilmir.