Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Karl Vilhelm Şeyele
Karl Vilhelm Şeyele (9 dekabr 1742[…], Stralsund[d][…] – 21 may 1786[…]) — İsveç kimyaçısı. == Fəaliyyəti == 1772-ci ildə havanın oksigen və azotdan ibarət olduğunu müəyyən etmişdir.
Segelər
Segelər – Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kənd. == Əhali == Milli tərkibi: Azərbaycanlılar, Darginlər. Dini baxımdan islam dininin sünnə məzhəbində etiqad etsələrdə burada qismən şiələrdə yaşayırlar. 2010-cu il məlumatına görə kənddə 196 nəfər yaşayır. == Coğrafiya == Xəzər dənizi sahilində, Ulluçay çayının mənsəbində, Dərbənd şəhərindən 37 km şimal-qərbdə yerləşir. == Tarixi == Kənd 1976-cı ildə salınmışdır. == Mənbə == Topoqrafik xəritə K-39-XIII — 1 : 200 000 Topoqrafik xəritə K-39-61 — 1 : 100 000 Администрация Дербентского района == İstinadlar == == Ədəbiyyat == Дагестанская АССР: Административно-территориальное деление. — Махачкала: Дагестанское кн. изд-во, 1966. Дагестанская АССР: Административно-территориальное деление.
Seyşlər
Seyşlər (fr. seiche – batma) — böyük göllərdə və körfəzlərdə xarici qüvvələrin təsiri ilə yaranan durğun dalğaları seyş adlandırırlar. Seyşlər durğun dalğalardır. Belə dalğalar hərəkət etmir, yalnız sakit vəziyyətdə tərəddüd edir. Suyun səthinin aşağı-yuxarı hərəkət etdiyi sahələr qarın adlanır. Bu zaman bəzi nöqtələrdə suyun səviyyəsi daima eyni vəziyyətdə qalır və yerini dəyişmir. Onlara durğun dalğaların düyünləri deyilir. İlk seyşlər Cenevrə gölündə İsveçrə alimi Oqyust Forel (1848–1931) tərəfindən müəyyən edilmişdir. Seyş termini latın sözü olan "siecus"-dan (quru) yaranmışdır. Cenevrə gölündə suyun səviyyəsi aşağı düşərkən gölün quruyan dibi belə adlanırdı.
Şekeleş
Şekeleş — Yeni padşahlıq dövrünə aid bir sıra Qədim Misir mənbələrində haqqında məlumat verilən və mənşəyi tarixçilər arasında hələ də mübahisə mövzusu kimi qalan antik dövrün "dəniz xalqları"ndan biri. == Mənşəyi və məskunlaşması == "Şekeles" adı çox vaxt "sikiler" kimi transkripsiya edilir və buna görə də onların Siciliyada yaşamış sikanlar və ya sikullar olduğu güman edilir. Eyni zamanda, Qədim Misir mənbələrində onlar Egey adalarından, Kiprdən və ya Yunanıstandan gələn dəniz quldurları kimi xarakterizə olunur. Fələstin ərazisində Mikena və ya Kipr-Mikena mədəniyyətlərinə aid arxeoloji tapıntılar göstərir ki, burada olan şekellər, görünür, Mikena tacirləri kimi fəaliyyət göstərirdilər. Buna baxmayaraq, başqa bir versiyaya görə, bu tapıntılar onu göstərir ki, onlar Fələstinin bəzi sahilyanı şəhərlərini ələ keçirərək bir müddət hakimiyyətdə qalmışdılar. Bəzi İsrail arxeoloqlarına görə, "Şekeleş" Karmel sahillərində və Şaron vadisinin şimalında məskunlaşmışdı. == Mənbə == === İstinadlar === === Əlavə ədəbiyyat === Ephraim Stern: Dor, Ruler of the Seas. Israel Exploration Society, Jerusalem 2000. ISBN 965-221-042-0 Abraham Malamat: The Egyptian decline in Canaan and the Sea-Peoples. Massadah, Tel-Aviv 1971.
Şeyxlər
‎Şeyxlər (Meşkinşəhr)
Seeley
Harri Seeley (ing. Harry Govier Seeley; 18 fevral 1839, London – 8 yanvar 1909, Kensinqton) — Britaniya palentoloqu.
Vladislav Şepelev
Vladislav Aleksandroviç Şepelev (rus. Владислав Александрович Шепелев; 19 iyul 2000-ci ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Leninqrad klubunda yarımmüdafiəçi kimi çıxış edən Rusiyalı peşəkar futbolçudur. == Karyerası == Şepelev öz peşəkar karyerasında debütünü 18 iyul 2018-ci ildə Leninqrad klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Kazanka Moskva klubuna qarşı oyunda etmişdir.
Şeyxlər (Bukan)
Şeyxlər (fars. شرفكند‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 367 nəfər yaşayır (63 ailə).
Şeyxlər (Meşkinşəhr)
Şeyxlər (fars. شيخلار‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 139 nəfər yaşayır (31 ailə).
Şeyxlər (Miyanə)
Şeyxlər (fars. شيخلر‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 102 nəfər yaşayır (36 ailə).
Şeyxlər (Mahnişan)
Şeyxlər (fars. شيخ لر‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 188 nəfər yaşayır (41 ailə).
Seylem (dairə)
Seylem dairəsi (ing. Salem County) — ABŞ-nin Nyu-Cersi ştatının dairəsi.
Aşağı Şeyxlər (Marağa)
Aşağı Şeyxlər (fars. شيخ لرسفلي‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 88 nəfər yaşayır (16 ailə).
Kiçik şeylər (kitab)
Kiçik Şeylər (türk. Küçük Şeyler, osman. كوچك شيلر) — Sami Paşazadə Səzai tərəfindən yazılan və 1891-ci ildə nəşr olunan hekayə kitabı. Qısa hekayənin qərb ədəbiyyatındakı hekayələrə oxşar xüsusiyyətlərə malik olan türk ədəbiyyatının ilk nümunəsi olaraq qəbul edilir. Kitab ədəbiyyat tarixçilərinin qısa qiymətləndirmələrindən başqa çox diqqət cəlb etməmişdir. Hekayə ilk dəfə nəşr olunmasından sonra bir də nəşr olunmamışdır. Hekayə Türkiyənin öz rəsmi dilini latın qrafikasına çevirməsindən sonra, yeni hərflərlə nəşr olunmamışdır. Qısa həmcli olan hekayə, yazıçının bütün əsərlərini bir araya gətirən Zeynəb Kərman tərəfindən tərcümə edilmişdir. Hekayə hal-hazırda nəşriyyat evlərində müasir türk dilində, Küçük Şeyler (azərb. Kiçik Şeylər‎) adı ilə nəşr olunur.
Ludolf van Seylen
Ludolf van Seylen (ing. Ludolph van Ceulen; 28 yanvar 1540 və ya 1540[…], Hildeshaym[d], Aşağı Saksoniya – 31 dekabr 1610[…], Leyden, Hollandiya qraflığı) — Holland riyaziyyatçısıdır; 1615-ci ildə p-i ədədinin 32 onluq işarəyə qədər hesablanmasını çap etdirmişdir.
Seeley Tarixi Kitabxanası
Seeley Tarixi Kitabxanası — Böyük Britaniyanın Kembric Universitetinə məxsus tarix kitabxanasıdır. Kembricdəki Qərb Yolu üzərindəki Sidqvik Əmlakında yerləşən Tarix fakültəsinin bir hissəsidir. 2003-cü ilin oktyabr ayından alınan kitablar Konqres Kitabxanasının Təsnifat Sistemi ilə təsnif edilir. Əvvəllər bu kitabxanaya xas olan sistemdən istifadə edilirdi. Yalnız universitet tələbələri üçün açıq olan kitabxana iş günləri səhər saat 9.00-dan axşam 19.15-ə kimi fəaliyyət göstərir. Şənbə günləri səhər 9-dan axşam 18.00-a qədər açıqdır. Kitabxana bazar günləri bağlıdır. == Kitabxananın tarixi == Tarix kitabxanası 1807-ci ildə Con Symonds tərəfindən bir araya gətirilən minə yaxın kitabla yaradılmışdır. Bir müddət baxımsız qalan kitabxana 1884-cü ildə Oscar Brovning sayəsində yenidən təmir edildi.1890-cı ildə onun tarixi kitabxanası Fəlsəfə Kitabxanasından Kral Kollecinin saytına köçürüldü. 1897-ci ildə bu kitabxana tarixçi Con Silinin şərəfinə Seeley Tarixi Kitabxanası adlandırıldı.
Novcadeh-i Şeyxlər (Mərənd)
Novcadeh-i Şeyxlər (fars. نوجه ده شيخلر‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 303 nəfər yaşayır (68 ailə).
Zəviyə-i Şeyxlər (Xoy)
Zəviyə-i Şeyxlər (fars. زاويه شيخلر‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 569 nəfər yaşayır (100 ailə).
Qəribə şeylər (teleserial, 2016)
Qəribə Şeylər (ing. Stranger Things) - Daffer qardaşları tərəfindən Netflix platforması üçün yaradılmış ABŞ elmi fantastika və qorxu teleserialı. Daffer qardaşları Şon Levi və Den Kohenlə birlikdə serialın icraçı prodüserləridirlər. Serialın birinci mövsümünün əsas rollarında Vaynona Rayder, Devid Harbor, Finn Vulfhard, Milli Bobbi Braun, Qeyten Matarazzo, Kaleb Maklaflin, Nataliya Dayer, Çarli Hiton, Kara Buono və Mettyu Modayn, köməkçi rollarında Noa Şnapp və Co Kiri çıxış edirlər. İkinci mövsümdən etibarən Şnapp və Kiri əsas rol ifaçıları olmuş, Deykr Montqomeri, Şon Astin və Pol Rayzer da onlara qoşulmuşdur. Praya Feryuson isə ikinci mövsümdə köməkçi rolda oynamışdır. Üçüncü mövsümdə Mayya Houk da aktyor heyətinə qatılmış, Ferqyuson əsas rol ifaçısı olmuşdur. Birinci mövsüm 1983-cü ilin noyabrında İndiana ştatının uydurma Houkins qəsəbəsində başlayır. Qəsəbə ətrafında baş verən fövqəltəbii hadisələrdən sonra itən bir gənc oğlanın axtarışları başlanır, eyni zamanda psixokinetik güclərə malik olan müəmmalı qız ortaya çıxır. Qız oğlanın dostları ilə dostlaşır və onu axtarmağa kömək edir.
Qəribə şeylər (1-ci mövsüm)
ABŞ istehsalı Qəribə şeylər (Stranger Things) serialının ilk mövsümü 15 iyul 2016-cı ildə Netflix platformasında yayımlanmışdır. == Mövzu == Haukins Milli labaratoriyasında "Tərs dünya"ya keçid portalı yaranır. Bu keçiddən gələn məxluq Uill Bayers və Barbara adlı iki uşağı qaçırdır. Uillin anası Coys və qəsəbənin polis müdürü Cim Hopper uşaqları axtarmağa başlayırlar. Həmçinin 11 ləqəbli telekinez kiçik qız labaratoriyadan qaçır və Uillin dostlarına - Mayk, Dastin və Lukasa Uilli tapmaqda kömək edir. == Rollarda == === Baş rollar === Vaynona Rayder - Coys Bayers rolunda David Harbor - Cim Hopper rolunda Fin Vulfhard - Mayk Viler rolunda Milli Bobbi Braun - On bir (EI) rolunda Geyt Matarazzo - Dastin Henderson rolunda Kaleb Maklaflin - Lukas Sinkler rolunda Natali Dayer - Nansi Viler rolunda Çarli Haton - Conatan Bayers rolunda Kara Buono - Karen Viler rolunda Metyu Modin - Martin Brenner rolunda === Köməkçi rollar === Noa Şnapp - Uill Bayers rolunda Co Kerri - Stiv Harrinqton rolunda Şannon Purser - Barbara Holland rolunda Ross Partric - Loni Bayers rolunda Co Çest - Ted Viler rolunda Mark Stecer - Qəribə məxluq rolunda Rob Morqan - polis Povell rolunda Con Paul Reynolds - polis Kallahan rolunda Randall Havens - Skott Klark rolunda Aimi Mullins - Terri İves rolunda Katerina Dayer - Conni Freyzr rolunda Piyton Uiç - Troy rolunda Keyd Cons - Ceyms rolunda Çester Raşinq - Tommi rolunda Çelsi Talmec - Kerol rolunda Anniston Prays - Holli Viler rolunda Kris Sullivan - Benni Hammond rolunda Tobia Yelinek - baş agent rolunda Susan Şalhob Larkin - Florens (Flo) rolunda == Epizodlar == Epizod 1 - "Uill Bayersin yoxa çıxması" Dostlarından ayrılıb evə qayıdan Uill yolda qəribə məxluq görür. Həmin məxluq dövlətə məxsus labaratoriyadan qaçan canavardır. Epizod 2 - "Mepl küçəsindəki qəribə məxluq" Lukas, Mayk və Dastin meşədə rastlaşdıqları qızla danışmağa cəhd edirlər. Coysa qəribə telefon zəngi gəlir Epizod 3 - "Milad bayramınız mübarək" Nansi Barbı axtarmağa başlayır və Conatanın nə axtardığını öyrənir. Coys Uillin elektrik vasitəsilə danışdığına inanır.