Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sasnaj
Sasnaj və ya Sassenaj (fr. Sassenage) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Fonten-Sassenaj kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38474. Kommunanın 2007-ci il üçün əhalisi 10631 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 199 ilə 1649 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 90 km cənub-şərqdə, Qrenobldan 6 km şimal-qərbdə yerləşir.
Siqnax
Siqnax Tiflis quberniyasının qəzalarından birinin adı.İndi Siqnax rayonu və onun mərkəzinin adıdır. == Toponimkası == Siqnax- Tiflis quberniyasının qəzalarından birinin adı.İndi Siqnax rayonu və onun mərkəzinin adıdır.Mirzə Camal Cavanşir (XVIII əsr) "Sığnaq qalası kimi qeyd etmişdir.Qarabağın Gülüstan mahalında da bir kəndin Sığnaq adlandığı göstərilmişdir.Qarabağda Xankəndi rayonunda bir kənd indi Siqnaq adlanır.Qıpçaq çölündə (Dəşti Qıpçaqda) yaşamış qıpçaqların paytaxt şəhərinin adı Suqnax idi.V.V.Bartolda görə, şəhər Orta Asiyada Ətrar şəhərindən 24 fərsəng aralıda idi.Bu şəhərin xarabalıqları Suqnak Kurqan adı ilə Sırdərya çayının sahilindədir.Azərbaycan Sacilər dövlətinin əsasını qoymuş Əbu Saç Divdad da əslən Suqnak şəhərindən idi.XII əsrdə qıpçaqların Gürcüstan ərazisinə köçürülməsi ilə əlaqədar şəhərin adı da gətirilmişdir.Qazax qəzasında Siqnax dağ və Siqnax Daş qışlaq,Şuşa qəzasında Siqnax kənd,Qars əyalətinin Kaqızman dairəsində Siqnax dağ adları ilə mənşəcə eynidir.
Sığnax
Sığnaq və ya Sığnax — Azərbaycan Respublikasının Xocalı rayonunun Çanaqçı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Sığnaq kəndi Qarabağ silsiləsinin ətəyindədir. Signax/signaq keçmişdə müdafiə məqsədilə istifada olunan “sığınacaq yeri” mənasındadır. Erkən orta əsrlərdə Daşlı Qipçaq çölündə qipçaqların Siqnak/Suqnak adlı mərkəz şəhəri mövcud olmuşdur. Azərbaycan Sacilər sülalasinin banisi Əbu-Sac Divdad (IX əsr) mənşəcə Siqnak mahalından idi. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Əhalisi == 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Sığnax kəndinin əhalisinin faktiki sayı 225 nəfər, qeydiyyatdakı əhalinin sayı 251 nəfər təşkil edirdi.
Vaynax
Vaynax (ansambl)
Banax
Stefan Banax (pol. Stefan Banach; 30 mart 1892[…], Krakov, Sisleytaniya – 31 avqust 1945[…], Lvov) — polyak riyaziyyatçısı. == Həyatı == 1924-cü ildən Lvov Universitetinin professoru olub. Müasir funksional analizin yaradıcılarından biri. Xətti funksionalların və operatorların öyrənildiyi xətti fəzanı (Banax fəzası) daxil etmiş və onun əsas xassələrini öyrənmişdir. "Xətti operasiyalar nəzəriyyəsi" əsəri polyak (1931), fransız (1933) və ukrayn (1948) dillərində nəşr edilmişdir.
Panax
Jenşen (lat. Panax) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinə aid bitki cinsi. Jenşen şəfalı bitki kimi yüz ildən çoxdur ki, istifadə edilməkdədir. Çin ölkələrində becərilsə də vətəni Çənubi Amerikanın qərb hissəsi hesab edilir. XIX əsrdən bu bitkinin kökləri və yarpaqları ABŞ-də ağdərililər tərəfından müalicə məqsədilə Çin və Hong-Konglu tacirlərə satılır. Nyu-York və Kanadanın Ontario bölgəsində yayılmışdır. Ancaq məşhurluğu və şəfalı bitki kimi tez-tez istifadə edilməsinə məruz qalması, çox toplanması səbəbindən məhvolma altındadır. Artıq ABŞ ilə Kanadanın bir çox sahələrində çətin rast gəlinən hala gəlmişdir. Yeni şəhərsalma, marallar tərəfindən istehlak edilmə də həyat sahələrinin daralmasına gətirib çıxarmışdır.
Sauna
Sauna — tərləmə yolu ilə bədəndəki su və toksinlərin normaya salınması, dəridəki məsamələrin açılması və dərinin təmizlənməsi kimi öhdəlikləri özündə cəmləşdirən yüksək istilikli otaqlardır. Adətən 5–6 nəfərlik otaqlardan ibarət sauna günümüzdə bir çox idman zallarında, hamamlarda və gözəllik mərkəzlərində fəaliyyət göstərir. Bununla yanaşı, bir sıra yaşayış sahələrində də sauna otağı mövcuddur. Ənənəvi saunalarda, daxili mühit müəyyən ağac növləri istifadə edilərək hazırlanır və strukturu pillə şəklində oturma yerlərindən ibarət olur. Saunalarda taxtadan istifadə edilməsində əsas məqsəd, yüksək istilik şəraitində istifadəçinin rahatlığını maksimallaşdırmaqdır. Sauna sobası, adətən otağın orta hissəsində yer alır və əsas istilik mənbəyidir. Ənənəvi saunalarda soba odun alovu ilə, müasir saunalarda isə elektrik ilə çalışır. Sobanın üst hissində yerləşən sauna daşları, sobanın qızması ilə isinir. Zaman-zaman otaqdakı nəmişlik və istilik dərəcəsini artırmaq üçün bu daşların üstünə su tökülərək buxar əldə edilir. Xüsusilə Skandinaviya regionunda sauna daşlarının üstünə tökülən suya müxtəlif ətirlər qarışdırılır.
Tanax
Tanax (ibrani dilində תנַ"ךְ) – yəhudilərin Müqəddəs Yazılar toplusu. Bu Kitab xristianlar tərəfindən Əhdi-Ətiq adlandırılır və Bibliyanın birinci hissəsini təşkil edir. Tanax üç hissədən ibarətdir: Tövrat (תּוֹרָה Tora), Peyğəmbərlər (נְבִיאִים Nəviim) və Yazılar (כְּתוּבִים Kətuvim). Əslində, "TaNaX" sözü bu bölmələrin adlarının ilk hərflərinin qısaldılmış şəklidir. Xristianlara görə, Əhdi-Ətiq 39 əsərdən ibarətdir. Yəhudilər isə Tanaxın 24 kitabdan ibarət olduğunu deyirlər. Buna səbəb, yəhudilər bəzi əsərləri birləşdirmələridir. Nəticədə 39 deyil, 24 əsər alınır. Katoliklər, yəhudilər, pravoslavlar və protestantlar tərəfindən "qeyri-kanonik" sayılan 11 əsəri əlavə olaraq kanon kimi qəbul edirlər. == Tanaxın bölmələri == Tanaxın ilk bölməsi olan Tövratda (תּוֹרָה Tora) kainatın və ilk insanın yaradılışından, Adəm peyğəmbərdən (ə), Habil və Qabildən, Nuh tufanından, Yusifin (ə) həyatından, Musanın (ə) fironla mübarizəsindən və onun yəhudiləri Misirdən çıxarmasından, yəhudilərin Allahla əhd bağlamaqlarından, haramlardan, halallardan və digər bir çox məsələlərdən bəhs olunur.
Saltax körpüsü
Saltax körpüsü- Culfa rayonu ərazisində Saltax kəndinin şərqində,Əlincəçay üzərindədir. Uzunluğu 60 metrdir.1998-ci ildə Saltax körpüsünün əsaslı surətdə bərpası və yenidən qurulması nəticəsində Saltax,Kırna, Kal,Şurud kəndlərinin rayon mərkəzi ilə əlaqədar təmin edilmişdir.
Sarnaq (Salmas)
Sarna və ya Sarnaq (fars. سرنق‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 914 nəfər (223 ailə) yaşayır. Etnik baxımdan əhalisi Azərbaycan türklərindən ibarətdir.
Vaynax (ansambl)
Vaynax Dövlət rəqs ansamblı — 1939-cu ildə yaradılan Çeçenistan Respublikasının milli rəqs ansamblı. == Tarixi == Vaynax ansamblı 1939-cu ildə mahnı və rəqs kollektivi olaraq təşkil edilmişdir. SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Mahmud Esambayev, Andarbek Sadıkov, Vaxa Dakaşev, Gelani Yusupov və Çeçenistanda digər məşhur rəqqaslar karyeralarına burada başlamışdılar. Çeçenlərin və inquşların deportasiyasından sonra ansambl fəaliyyətini dayandırmışdır. 1956-cı ildə ansambl yenidən yaradıldı. Bütün Orta Asiyada yaşayan çeçenlər və inquşlar arasında müsabiqə elan edildi və nəticələrinə görə ansamblın yeni tərkibi quruldu. Ansamblın yaradılmasında çeçen aktyoru, yazıçısı, şairi, dramaturqu, tərcüməçisi, teatr xadimi, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının xalq artisti Əbdülhəmid Həmidovun böyük rolu olmuşdur. N.Xalebski ansamblın bədii rəhbəri, Qelani Yusupov isə xoreoqraf idi. 1957-ci ilin may ayında canlanan ansamblın ilk konserti baş tutdu və bununla da kollektiv böyük uğur qazanmağa başladı. === Bərpadan sonra === 1969-1994-cü illərdə Topa Elimbayev ansamblın bədii rəhbəri idi.
Vaynax (jurnal)
Vaynax — Çeçenistanın paytaxtı Qroznıda nəşr olunan aylıq ədəbiyyat və incəsənət dərgisi. 1991-ci ildən nəşr olunur. Əvvəlllər "Ədəbi Çeçen-İnquşetiya" adlanırdı. İlk baş redaktor şair Alvadi Şayxiyev olub. == Tarixi == Vaynax bədii-ədəbi jurnal 1991-ci ildən Qroznıda nəşr olunmağa başlamışdır. Jurnal aylıq dərc olunur. Onun səhifələrində ədəbiyyatla yanaşı incəsənətə də yer verilir. Dərgi yarandığı ilk dövrlər "Ədəbi Çeçen-İnquşetiya" adlanırdı. Jurnalın ilk baş redaktoru şair Alvadi Şayxiyev olub. Sonradan dərginin baş redaktorları Berdukayev, Xamzat Sarakayev, Ramzan Baysultanov olublar.
Vaynax dilləri
Vaynax dilləri — çeçen və inquşlar tərəfindən Çeçenistan və İnquşetiyada və həmçinin, çeçenlərin yaşadığı digər bölgələrdə danışılan dillər. Gürcüstandakı batslarla birlikdə Nax-Dağıstan dillərinin Nax qolunu təşkil edirlər.
Sana
Səna (ərəb. صنعاء‎) — Yəmənin paytaxtı və böyük şəhəri. == Haqqında == Bütün göstəricilərə görə Səna Yəmənin ən böyük şəhəridir. Əhalisinin sayı 1,0 mln. nəfərə çatmış Səna dəniz səviyyəsindən 2150 metr hündürlükdə, qərbdən və şərqdən dağlarla əhatə olunan geniş və məhsuldar torpaqları olan düzənliyin ortasında yerləşir. Səna ölkənin əsas siyasi-inzibati, mədəni-maarif və sənaye mərkəzidir. Burada dövləti idarə edən idarələr, mühüm tədris müəssisələri, əsas sənaye sahələri cəmlənmişdir. Paytaxtın iqtisadi həyatında metal emalı, tikinti, yüngül və yeyinti sənaye sahələri üstünlük təşkil edir. Səna müasir tələblərə cavab verən şose yolları vasitəsilə Taiz, Hodeyda, Ədən şəhərləri ilə sıx əlaqə saxlayır. Şəhərin yaxınlığında beynəlxalq dərəcəli təyyarə meydanı var.
Saxa
Saxa Respublikası (Yakutiya) (rus. Респу́блика Саха́ (Яку́тия), saxa Саха Өрөспүүбүлүкэтэ) – Rusiya Federasiyası subyektlərindən biri. Rusiya Federasiyası Konstitutsiyası və Saxa Respublikası Konstitutsiyasına görə konstitutsiya-müqavilə prinsiplərinə əsasən, Rusiya Federasiyasının tərkibinə daxildir. Uzaq Şərq Federal Dairəsinə aiddir. 1922-ci il aprelin 27-si RSFSR-in tərkibində Yakutiya MSSR şəklində yaradılmışdır. 1990-cı ildə Yakutiyanın dövlət suverenitetinə dair akt qəbul edilmişdir. 1991-ci ildə hazırkı adını (Saxa Respublikası) almışdır. Saxa Rusiya Federasiyasının ən böyük regionu, habelə dünyanın ən böyük inzibati vahididir. Əgər Saxa müstəqil dövlət olsa idi, dünyada ərazisinə görə yeddinci dövlət olardı. (3103.2 min km²), lakin əhali sıxlığına görə Rusiyada ən son yerlərdən birini tutur.
Arianna Sanna
Axvax dili
Axvax dili — axvaxlarıın dili. Məişət dili kimi Dağıstanın Axvax və Şamil rayonlanın bəzi kəndlərində və Azərbaycanın Axvaxdərə kəndində yayılıb. Rusiyada axvax dilində danışanların sayı 210 nəfərdir (siyahıyalma, 2010). == Ədəbiyyat == Магомедбекова З. М. Ахвахский язык: Грамматический анализ, тексты, словарь. Тбилиси, Мецниереба, 1967, стр.255. Богуславская О. Ю. Ахвахский язык // Языки Российской Федерации и соседних государств: Энциклопедия. Т. 1, М., Наука, г. 2001, стр. 432. Алексеев М. Е. Ахвахский язык // Языки народов России.
Axvax rayonu
Axvax rayonu – Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublkasının rayonlarından biri. == Coğrafiyası == Rayonun sahəsi 291,1 km², inzibati mərkəzi Karata kəndidir.
Sanae Mişima
Sanae Mişima (d. 3 may 1957) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Sanak adaları
Sanak adaları (ing. Sanak Islands) — Alyaska körfəzindəki yaşayış olmayan adalar qrupudur və Şərqi Aleut adalarının bir hissəsidir. İnzibati cəhətdən onlar Alyaska ştatının bir hissəsidir. Qrupun ən böyük adası Sanakdır. Ən kiçik adası isə Katon adasıdır. Qrupa həmçinin kiçik Long adaları (Sanakın qərbində), Elma (Sanak və Katon arasında) və bir sıra çox kiçik adalar və riflər daxildir.
Sanak adası
Sanak adası (ing. Sanak Island, aleut. Sanaĝax) — Aleut adaları qrupuna, Tülkü adalarına daxil olan ada. İnzibati baxımından Amerika Birləşmiş Ştatlarının Alyasaka ştatına daxildir. == Tarixi == 1778-ci ildə Potap Kuzmiç Zaykov «Müqəddəs Vladimir» botunda Sanak adası sahilinə yan alır və adanın iqlimini, təbiətini və coğrafi yerləşməsini qeydə alır. Ada ətrafında iki gəmi qəzası qeydə alınmışdır: birinci 1906, ikinci 1943. Adanın Aleutca adınını ilk dəfə 1826-cı ildə Qavril Sarıçev xəritəyə qeyd etmişdir.
Sanna Marin
Sanna Mirella Marin (16 noyabr 1985, Helsinki) — 10 dekabr 2019-cu ildən etibarən Finlandiyanın Baş naziri. O, 2015-ci ildən Sosial Demokrat partiyasından Finlandiya Parlamentinin üzvü və 6 iyun 2019 – 10 dekabr 2019-cu il arasında Nəqliyyat və Rabitə Naziridir. Antti Rinne baş nazir vəzifəsindən ayrıldıqdan sonra Finlandiya Sosial Demokrat Partiyası 8 dekabr 2019-cu ildə Marini yeni baş nazir vəzifəsinə namizəd seçdi. Parlament tərəfindən təsdiqləndikdən sonra, 34 yaşında Marin həm dünyanın ən gənc baş naziri, həm də Finlandiyanın ən gənc baş naziri oldu. O, həmçinin Mari Kiviniyemi və Anneli Yattenmyakidən sonra ölkəsinin üçüncü qadın baş naziridir. == Həyatı == Marin 16 noyabr 1985-ci ildə Helsinkidə anadan olub və Tampereya köçməzdən əvvəl Espoo və Pirkkalada yaşayıb. == Karyerası == Marin 2004-cü ildə 19 yaşında Pirkkala liseyini bitirib. 2017-ci ildə Tampere Universitetində inzibati elmlər magistri dərəcəsinə yiyələnib. Marin 2006-cı ildə Sosial Demokratik Gənclik partiyasına qoşulub və 2010-cu ildən 2012-ci ilə qədər birinci vitse-prezident vəzifəsində çalışmışdır. Marin 2008-ci ildə Finlandiya bələdiyyə seçkilərində namizəd idi, lakin seçilmədi.
Sanna Nilsen
Sanna Nilsen — İsveç müğənnisi. == Həyatı == Nilsen Melodifestivalen 2014-ü qazanaraq 2014 Eurovision Mahnı Yarışmasında İsveçi "Undo" isimli mahnı ilə təmsil etməyə haqq qazandı. 2014 Eurovision mahnı Yarışmasının finalında isə 218 xalla 3-cü olmuşdu.
Sarna (Salmas)
Sarna və ya Sarnaq (fars. سرنق‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 914 nəfər (223 ailə) yaşayır. Etnik baxımdan əhalisi Azərbaycan türklərindən ibarətdir.
Saxta xəbərlər
Saxta xəbərlər (ing. fake news) və ya yanlış xəbərlər — Sarı jurnalistikanın növü sayılır və ənənəvi çap, yayım xəbərləri mediası və ya onlayn sosial media vasitəsi ilə yayılmış qəsdən səhv məlumatlar və ya xaoslardan ibarətdir. Saxta və ya yanlış xəbərlərin arxasında müxtəlif məqsədlər durur, lakin ekspertlərin fikrincə, bu xəbərlər əsasən maddi gəlir və ya siyasi hədəflərdən ilhamlanır.
Şanxay
Şanxay (çin. 上海, ing. Shanghai) — Çində şəhər. Çinin ən böyük şəhəridir. Çinin şərq sahilində Yangtze çayı deltasında qurulmuşdu. Olduqca sıxlıq olan bu şəhər ayrıca Çin Xalq Respublikasının ən əhəmiyyətli liman şəhəridir. Şanghay, Şərq Çində Yangtze Çayı Deltasının sahilində iştirak edən Çin Xalq Respublikasının ən böyük və dünyanın da səkkizinci ən böyük şəhəridir. Məşhur olaraq Çinin müasir iqtisadiyyatının qalası olaraq hesab edilən şəhər bu istiqamətiylə, xalqın ən əhəmiyyətli mədəni, ticari, sənaye və ünsiyyət mərkəzlərindən biri olaraq xidmət görər. İnzibati olaraq Şangay Çin Xalq Respublikasının əyalət statusundakı bir bələdiyyəsidir. Bununla birlikdə Şangay dünyanın ən sıx limanlarından biridir və 2005də dünyadakı ən böyük yük limanı olmuşdur.
Şasnar
Şasnar (fr. Chassenard) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Donjon kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03063. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 935 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 611 nəfər (15-64 yaş) arasında 466 nəfər iqtisadi cəhətdən, 145 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76.3%, 1999-cu ildə 70.1%). Fəal olan 466 nəfərdən 434 nəfər (231 nəfər və 203 qadın), 32 nəfər işsiz (12 kişi və 20 qadın) idi. Aktiv olmayan 145 nəfər arasında 32 nəfər şagird və ya tələbə, 77 nəfər pensiyaçı, 36 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Şaxxat
Şaxxat (ərəb. شحات‎) — Liviyanın şimal-şərqində, Əl-Cəbəl əl-Əxdar rayonunda yerləşən şəhər. Kirena qədim zamanlarda eyni ərazidə yerləşirdi. Əl-baydanın 24 kilometr (15 mil) şərqində yerləşir. Şaxxat Dernayla iki yol ilə: Liviya Sahil Yolunun bir hissəsi və Susa və Ras Əl-Həlalın arasından keçən başqabir sahil yolu ilə bağlıdır. Liviya Vətəndaş Müharibəsi dövründə ilk olaraq şəhər üsyançıların nəzarətinə keçdi.
Şanas
Şanas (fr. Chanas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Russiyon kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38072. Kommunanın 1999-cu il üçün əhalisi 1931 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 142 ilə 223 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 50 km cənub, Qrenobldan 75 km qərbdə yerləşir.
Şaqax
Şahyeri (əvvəlki adı: Şaqax) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Dərəkənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Şaqax kəndi Şahyeri kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Şahyeri kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Qarabağ mahalından gəlmiş ermənilərin burada məskunlaşması nəticəsində Şaqax (fars dilində şah yeri) şəklində düşmüşdür. Əslində oykonim şah və yer sözlərinin birləşməsindən yaranıb, yüksək yer dəməkdir. == Tarixi == === Tarixi abidələri === Şahyeri kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır: == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Şaxta
Şaxta — havanın temperaturunun 0°-dən aşağı göstəricisidir. Bioiqlimşünaslıqda şaxta orqanizmə təsirinə görə: zəif (0°-dən -2,4°-dək), mülayim (-2,5°-12,4°), şaxtalı (-12,5°-22,4°), bərk (-22,5°-32,4°), sərt (-32,5°-42,4°), və şiddətli (-42,4°-dən aşağı) şaxtaya bölünür. Bir neçə dərəcə şaxta şiddətini ("yüngül"dən "çox ağır"a qədər) müəyyən edən bəzi tərəzilər mövcuddur. Şaxtalı havanın əsas əlaməti suyun donmasıdır. Temperatur kifayət qədər uzun müddət aşağı olarsa, göllərdə, çaylarda və dənizdə donma baş verəcək. Bu, hətta yollarda, su təchizatı şəbəkələrində də baş verə bilər. == Şaxtasız dövr == Şaxtasız dövr yazın son şaxtalı (ayazı) orta günü ilə payızın ilk şaxtalı (ayazı) orta günü arasındakı dövrdür. Aqroiqlimşünaslıqda böyük əhəmiyyət daşıyaraq hər hansı bir məkanda bu və ya digər bitkinin yetişdirilməsi imkanını müəyyənləşdirir.
Şahnaz Azad
Şahnaz Rüşdiyyə və ya Şahnaz Azad — jurnalist. O,Həsən Rüşdiyyənin qızı və Əbülqasim Marağayinin həyat yoldaşı idi.
Şahnaz Buşaki
Şahnaz Buşaki (22 oktyabr 1985-ci ildə anadan olub) GS Pétroliers və Əlcəzair komandalarında oynayan əlcəzairli basketbolçudur. == Klub karyerası == Bushaki 2002-ci ildən bəri MC Alger-də səkkiz mövsüm oynadı və ilk mövsümünü orada qırmızı köynəklə keçirdi. Peşəkar karyerasına 2010-cu ildə Əlcəzair Qadın Basketbol Kubokunun GS Petroliers komandası ilə başlamışdır. Buşaki final matçında rəqibləri OC Algeri 73-55 hesabı ilə məğlub edən GS Petroliers komandası ilə 2015 Əlcəzair Qadınlar Basketbol Kubokunu qazanmışdır. O, GS Pétroliers komandası ilə Ərəb Klub Basketbol Çempionatı çərçivəsində bir neçə basketbol yarışında iştirak etmişdir, yəni: Misirdə 2014 Ərəb Qadınlar Klub Basketbol Çempionatı. 2016 Ərəb Qadınlar Klub Basketbol Çempionatı 3x3 Şarjada. == Beynəlxalq karyera == Buşaki 2010-cu ildən Əlcəzair milli basketbol komandasının üzvü idi. 2017-ci ildə o, 2017-ci ildə FIBA Afrika Qadın Klublar Çempionlar Kubokuna vəsiqə qazanan Əlcəzair qadın milli basketbol komandasının üzvü idi. === FIBA === O, yüksək səviyyədə dörd FIBA Afrika zonası tədbirində iştirak edib: 2013 Mozambikdə Qadınlar üçün FİBA Afrika Çempionatı. 2015 Qadın Afrobasket Kamerunda.
Şahnaz Haşımova
Şahnaz Həsən qızı Haşımova (d. 2 iyun 1957, Kirovabad) — Azərbaycan müğənnisi və xanəndəsi, Azərbaycan Respublikasının xalq artisti (2000). Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2016). Gəncə Dövlət Filarmoniyasının direktoru (1997–2016), Gəncə Dövlət Filarmoniyası nəzdində Göy-Göl Dövlət Mahnı və Rəqs ansamblının solisti (1975-hal hazıradək), Gəncə Musiqi Kollecinin xanəndə müəllimi (2000-hal hazıradək), Yeni Azərbaycan Partiyasının üzvü (1995-hal hazıradək), Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının siyasi şurasının üzvü, Azərbaycan Ziyalılar Cəmiyyətinin Fəxri üzvü,Azərbaycan Ağsaqqallar Şurasının üzvü, Mədəniyyət işçiləri həmkarlar ittifaqının üzvü. == Həyatı == Şahnaz Həsən qızı Haşımova 2 iyun 1957-ci ildə Gəncə şəhərində anadan olub. Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin rus bölməsini bitirib. 1975–1979-cu ildə Qəmbər Hüseynli adına Gəncə Musiqi Texnikumunun muğam şöbəsində təhsil alıb. 1998–2004-cü ildə Dağıstan Dövlət İdarə Etmə və Biznes İnstitutunun Hüquq fakültəsinində Ali təhsil alıb. 1971–1975-ci ildə bədii özfəaliyyət kollektivlərinin solisti "Oxu, tar" festivalının iştirakçısı olmuşdur. 1975–1977-ci ildə "Göy-Göl" xalq çalğı alətləri ansamblının solisti.
Şahnaz Munni
Şahnaz Munni (Benqalca শাহনাজ মুন্নী, 1969-cu ildə anadan olub) — Banqladeşli jurnalist, yazıçı və şair.
Şahnaz Rüşdiyyə
Şahnaz Rüşdiyyə və ya Şahnaz Azad — jurnalist. O,Həsən Rüşdiyyənin qızı və Əbülqasim Marağayinin həyat yoldaşı idi.
Şanxay Universiteti
Şanxay Universiteti (çin. 上海大学) — Çin Xalq Respublikasının Şanxay şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitet "Şanda" (çin. 上大) adı ilə də tanınır. Çinin ən nüfuzlu ali məktəblərindən biri hesab olunur. == Tarixi == Universitetin əsası 1922-ci ildə qoyulmuşdur. 1994-cü ildə yenidən qurulmuşdur. == İdarəçiliyi == Universitet əyalət hökuməti tərəfindən idarə olunur. Universitetin hazırkı prezidenti Jin Donqhandır. == Kampusları == Universitetin 3 əsas kampusu var: Baoşan kampusu; Yançanq kampusu; Jiadinq kampusu.