Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Hacker
Haker (ing. hacker, hack - yarmaq, sındırmaq) — əməliyyat sistemlərini bütünlüyü ilə bilən, dərinliklərinə enən, kompüterlərlə dərinləməsinə maraqlanan, proqramlamanı profesional dərəcədə bilən kompüter mütəxəssisləridir, deyə bilərik. Hakerlər hər hansı bir sistemin quruluşu üzərində sistem xətası və ya sistem açıqları tapa bilər, bu açıqların səbələrini bilərlər. Heç bir zaman öyrəndikləri ilə kifayətlənməz, daima daha çoxunu öyrənmək cəhdi içərisindədirlər. == Yaranma tarixi == Haker sözü XX əsrin 60-cı illərində informasiya texnologiyalarının inkişafı nəticəsində əmələ gəlmişdir. Haker sözü ümumiyyətlə əksərən sərt mənada başa düşülür, lakin onun çoxlu mənaları da var: Hakerlər əksər adi istifadəçilərdən fərqli olaraq proqramları detallarına kimi tədqiq etməkdən həzz alır, onların imkanlarını genişləndirməyə çalışır. Bir kəs ki, proqramlaşdırmanı çox həvəslə, şövqlə aparır və ya proqramlaşdırmanı nəzəriyyədən daha çox real şəkildə aparmağı xoşlayır. Bir şəxs ki, sürətli proqramlaşdırmanı bacarır. Öz peşəsi üzrə ekspert, öz peşəsində şövqlə işləyən. Ola bilsin ki, astronomiya hakeri.
Slayer
Slayer — Kaliforniyanın Hantinqton şəhərində yaradılmış treş metal qrupu. Qrup 1981-ci ildə bassist-vokalist Tom Araya, və gitaraçılar Kerri Kinq və Ceff Hanneman tərəfindən yaradılmışdır. Slayer-in sürətli və aqressiv musiqi stili onları Metallica, Megadeth və Anthrax da treş metalın əsas "böyük dördlüy"ündən biri etmişdir. Slayer-in hazırkı heyəti Kinq, Araya, zərbçi Pol Bostaf və gitaraçı Qeri Holtdan ibarətdir. Hanneman və zərbçilər Dave Lombardo, Con Dette qrupun keçmiş üzvləridir. Qrupun orijinal heyətində Kinq, Hanneman, Araya mahnıların sözlərini yazmış, Kinq və Hanneman isə qrupun bütün musiqiləri bəstələmişdirlər. Qrupun mahnılarının sözləri və albom üzlükləri qətl, seriyalı qatillər, nekrofiliya, işgəncə, insanlar üzərində aparılan eksperimentlər, satanizm, nifrət, terrorizm, din, anti-din, Nazism və mühəribələr mövzusunda olduğu üçün qrupun albomları qadağalara, gecikmələrə, məhkəmə işlərinə və dini qruplar və cəmiyyətin bir sıra dəstələri tərəfindən tənqidə məruz qalmışdır. Buna baxmayaraq onun musiqiləri yüksək dərəcədə təsirli olmuş və bir çox qruplar tərəfindən musiqisi, vizual imici və mahnı sözləri baxımından təsir mənbəyi olduğu vurğulanmış, qrupun üçüncü albomu olan Reign in Blood (1986) treş metal albomları arasında ən ağırlardan biri və ən təsirlisi olması hesab edilir. Slayer bugünədək 12 studiya, 2 canlı albom, bir boks-set, 6 musiqi klipi, 2 EP və bir kover-albom buraxıb. Qrupun studiya albomlarından dördü ABŞ-də qızıl sertifikata layiq görülmüşdür.
Drosera slackii
Drosera slackii (lat. Drosera slackii) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin şehçiçəyikimilər fəsiləsinin şehçiçəyi cinsinə aid bitki növü.
Request Tracker
Request Tracker — sorğuları işləmək üçün pulsuz sistemdir. Request Tracker anlayışını müxtəlif cür konfiqurasiya etmək olar. Request Tracker e-poçtla göndərilən insident məlumatını avtomatik qeydiyyata alır və bu məlumatı göndərən istifadəçiyə bilet verir. İnformasiya verilənlər bazasında saxlanılır.
Emanuel Lasker
Emanuil Lasker— Alman şahmatçısı, riyaziyyatçısı və filosofu. O, şahmat üzrə ikinci dünya çempionu olmuş və bu adı 27 il ərzində özündə saxlamışdır (1894-dən 1921-ci ilə kimi). == Həyatı == Emanuil Lasker 1869-ci il dekabrın 24-də anadan olmuşdur. Uşaqlıqdan riyaziyyata həvəs göstərirdi. Ona görə də valideynləri onu Berlinə oxumağa göndərirlər. Laskerin şahmata maraq göstərməsinin iki səbəbi olmuşdur. Birincisi, yanında yaşadığı böyük qardaşı yaxşı şahmat oynayırdı.Bir dəfə Lasker xəstə olarkən qardaşı ona şahmat oynamağı öyrətmiş və şahmat dərsliyi hədiyyə vermişdir. İkinci səbəb isə, onun oxuduğu məktəbin direktorunun yerli şahmat klubunun çempionu və prezidenti olması idi. Direktor gələcək çempionun şahmat qüvvəsinin inkişafına böyük kömək etmişdir. == Şahmat Karyerası == Məktəbi qurtardıqdan sonra Lasker Berlin universitetinin riyaziyyat fakültəsinə daxil olur.
Emanuil Lasker
Emanuil Lasker— Alman şahmatçısı, riyaziyyatçısı və filosofu. O, şahmat üzrə ikinci dünya çempionu olmuş və bu adı 27 il ərzində özündə saxlamışdır (1894-dən 1921-ci ilə kimi). == Həyatı == Emanuil Lasker 1869-ci il dekabrın 24-də anadan olmuşdur. Uşaqlıqdan riyaziyyata həvəs göstərirdi. Ona görə də valideynləri onu Berlinə oxumağa göndərirlər. Laskerin şahmata maraq göstərməsinin iki səbəbi olmuşdur. Birincisi, yanında yaşadığı böyük qardaşı yaxşı şahmat oynayırdı.Bir dəfə Lasker xəstə olarkən qardaşı ona şahmat oynamağı öyrətmiş və şahmat dərsliyi hədiyyə vermişdir. İkinci səbəb isə, onun oxuduğu məktəbin direktorunun yerli şahmat klubunun çempionu və prezidenti olması idi. Direktor gələcək çempionun şahmat qüvvəsinin inkişafına böyük kömək etmişdir. == Şahmat Karyerası == Məktəbi qurtardıqdan sonra Lasker Berlin universitetinin riyaziyyat fakültəsinə daxil olur.
Slayer diskoqrafiyası
Slayer 1981-ci ildə gitaraçılar — Kerri Kinq və Ceff Hannemanin yaratdığı, Tom Araya və Deyv Lombardonu üzv olmağa dəvət etdikləri Amerikan treş-metal qrupudur. Slayer-in Metal Blade Records-da qeydə alınmış ilk iki albomu – Show No Mercy (1983) və Hell Awaits (1985) ABŞ-də hit-parada daxil ola bilməmişdir. Bundan sonra qrup Def Jam Recordings səsyazma studiyasına qoşulur və onun sahibi Rik Rubin qrupun Reign in Blood (1986) albomunun prodüserliyini edir. Bu albom Slayer-in ilk dəfə Billboard 200-ə daxil olmasına kömək edir və albom 94-cü pilləyə qədər yüksələ bilir. South of Heaven (1988) albomundan sonra Slayer Rubinin yeni albom şirkəti olan Def American ilə müqavilə imzalayır və 1990-cı ildə Seasons in the Abyss albomu yayımlanır. Albom yayımlandıqdan sonra Lombardo qrupdan ayrılır və Pol Bostaf barabanda onu əvəz edir. 1994-cü ildə yayımlanmış Divine Intervention albomunda Bostafın qrupla ilk albomu olur və albom ABŞ-də səkkizinci pilləyədək yüksəlir. Bu, qrupun həmin dövrədək ən yüksək hit-parad göstəricisi idi. Diabolus in Musica (1998) albomu nu-metal elementlərinə görə tənqid olumuş, God Hates Us All (2001) isə albom üzlüyünə görə mübahisələrə səbəb olmuşdu. Bostaf dirsək zədəsinə görə qrupu tərk etdikdən sonra əvvəlki üzv Lombardo onu əvəz edir.
Slack (proqram)
Slack - Stewart Butterfield tərəfindən əsası qoyulmuş, bulud texnologiya əsaslı komandanın birgə işləməsi üçün alətlər və xidmətlərdən ibarət proqram. Slack 2013-cu ilin Avqoust ayında istifadəyə verilmişdir. 2015-ci ilin yanvar ayında Slack Screenheronu almışdır. 2015-ci ilin mart ayında Slack 2015-ci ilin fevralında dörd gün müddətinə hakerlər tərəfindən yarılması və bəzi istifadəçilərin verilənlərinin hakerlər tərəfindən ələ keçirildiyini bildirmişdir. Bu ələ keçirilən verilənlərə email addresi, istifadəçi adı, hash olunmuş şifrələr, və bəzi hallarda mobil nömrə və Skype istifadəçi adı daxildir. Buna cavab olaraq Slack öz xidmətlərinə iki faktorlu identifikasiya ilə daxil olmağı əlavə etmişdir.
Elza Lasker-Şüler
Elza Lasker-Şüler(alm. Else Lasker-Schüler‎, tam adı alm. Elisabeth Lasker-Schüler‎; 11.2.1869, Elberfeld, müasir Vuppertal — 22.1.1945, Qüds, Fələstin) —Alman şairəsi. == Həyatı == Elza Lasker-Şüler 1869-cu ildə, Wuppertal şəhərində, zəngin və yəhudi bir ailədə dünyaya göz açdı. O altı bacı-qardaşın ən kiçiyi idi. Hələ dörd yaşında ikən yazıb oxumağa başladı. Sonrakı illərdə məktəb həyatına özünü uyğunlaşdıra bilmədiyinə görə on bir yaşında məktəbi buraxıb evdə dərs almağa başladı. On üç yaşında çox sevdiyi qardaşını itirdi və iyirmi bir yaşında isə anasının ölümü onda dərin izlər buraxdı. O bu itkini öz ömründə "Cənnətdən qovulmaq" kimi dəyərləndirdi və onun acısını hər zaman duydu. Anası üçün həsrət və kədərlə dolu şeirlər yazdı.
Demon Slayer: Kimetsu no Yaiba
İblis Qatilinin Bıçağı (鬼滅の刃, Kimetsu no Yaiba) — Koyoharı Qotouge tərəfindən yazılıb illüstrə edilən yapon manqa seriyası. Hekayələr ailəsi qətlə yetirildiktən və bacısı bir iblisə çevrildikdən sonra iblis qatili olmaq üçün çalışan yeniyetmə Tanciro Kamadonu izləyir. Şueişanın şonen manqa jurnalı Weekly Shōnen Jumpda 2016 fevralından 2020 mayınadək nəşr olunmuş və bölümləri 23 tankobonda toplanmışdır. Ufotable tərəfindən istehsal olunan 26 bölümlük bir anime TV serialı adaptasiyası 2019-un aprelindən sentyabrınadək yayımlanmışdır. Bir sikvel filmi olan Demon Slayer: Kimetsu no Yaiba — The Movie: Mugen Train isə 2020-nin oktyabrında bazara çıxarılmış və bütün dövrlərin ən çox gəlir gətirən anime filmi olmuşdur. Anime serialının 18 bölümlük ikinci sezonu isə 2021-in oktyabrından 2022-nin fevralınadək yayımlanmışdır. İkinci mövsümdə bir orijinal bölüm, Sonsuzluq Qatarı filmindən yenidən redaktə edilmiş 6 bölüm və manqanın Əyləncə Rayonu hissəsini ehtiva edən 11 bölüm mövcuddur. Manqadakı Svordsmit Kəndi bölümünün olacağı 3-cü sezonun isə 2023-ün aprelində çıxmağı gözlənilir. 2021-ci ilin fevral ayı etibarilə bütün zamanların ən çox satılan 9-cu manqa seriyasının dövriyyədə rəqəmsal versiyalar da daxil olmaqla 150 milyondan artıq kopiyası var idi. Seriya, habelə 2019 və 2020-nin ən çox satan manqası olmuşdu.
Osqud-Şlatter xəstəliyi
Osqud-Şlatter xəstəliyi (ing. Osgood-Schlatter) – budun dördbaşlı əzələsinin vətərinin birləşdiyi qamış sümüyünün qabarcığının iltihabı və periostitidir. Daha çox yeniyetmə oğlanlarda fiziki yükdən sonra yaranır.
Mohammad Şaker Karqar
Mohammad Şaker Karqar — Əfqanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2012-2014).