Elza Lasker-Şüler(alm. Else Lasker-Schüler, tam adı alm. Elisabeth Lasker-Schüler; 11.2.1869, Elberfeld, müasir Vuppertal — 22.1.1945, Qüds, Fələstin) —Alman şairəsi.
Elza Lasker-Şüler | |
---|---|
alm. Elisabeth Lasker-Schüler | |
Doğum adı | Elisabeth Schüler |
Doğum tarixi | |
Doğum yeri | Elberfeld, müasir Vuppertal |
Vəfat tarixi | (75 yaşında) |
Vəfat yeri | Qüds, Fələstin |
Dəfn yeri |
|
Fəaliyyəti | şair, yazıçı, sahibə[d], dramaturq |
Əsərlərinin dili | alman dili |
else-lasker-schueler-gesellschaft.de | |
Elza Lasker-Şüler Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Elza Lasker-Şüler 1869-cu ildə, Wuppertal şəhərində, zəngin və yəhudi bir ailədə dünyaya göz açdı. O altı bacı-qardaşın ən kiçiyi idi. Hələ dörd yaşında ikən yazıb oxumağa başladı. Sonrakı illərdə məktəb həyatına özünü uyğunlaşdıra bilmədiyinə görə on bir yaşında məktəbi buraxıb evdə dərs almağa başladı. On üç yaşında çox sevdiyi qardaşını itirdi və iyirmi bir yaşında isə anasının ölümü onda dərin izlər buraxdı. O bu itkini öz ömründə "Cənnətdən qovulmaq" kimi dəyərləndirdi və onun acısını hər zaman duydu. Anası üçün həsrət və kədərlə dolu şeirlər yazdı.
Elza Lasker-Şüler üç dəfə evləndi və hər üçü də uğursuzluqla qarşılandı. Berlin şəhərində uzun illər yaşadı və bir çox şair, bəstəçi, rəssam və yazıçılarla dostluq və ilgidə oldu. Özü də rəssam kimi çalışdı və ara-sıra əsərlərindən sata bilsə də ömrü boyu, keçinə bilmək üçün dostlarının yardımından asılı qaldı. Oğlunun 27 yaşında ölümü onu dərindən sarsıtdı və ömrünün sonunadək onun acısıyla yaşadı.
1933-cü ildə şeirlərinə görə Almaniyanın o zaman ən önəmli Kleist ödülünü qazandı. 1934-cü ildə faşıstlərin iş başına gəlməsiylə vətəndaşlıq haqqı ləğv edildi. Açıq şəkildə aşağılandı və küçədə gedərkən döyüldü! İsveçrəyə qaçmalı olsa da orada yaşamısına imkan verilmədiyinə görə Fələstinə getdi; çox korluqlar və aclıqlar çəkdi. Yoxsul və kədərli bir durumda Yerusəlim şəhərində dünyaya göz yumdu.
Səhər röyasından aslanardı ruhumuz
Sanki gilaslardı ürək kimi,
Və gülən qandı ağaclarda.
Uşaqdı hələ ruhumuz,
Həyatla oynadığı vaxtlarda,
Söylədikləri əfsanələr kimiydilər.
Ağ açalya çiçəklərindən oxuyardı
Batı küləyində,
Başımız üzərində yay göyləri.
Bir inamdı, bir də öpüş;
Üç göyərçindi ruhumuz,
Birləşmiş.