Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Həməşərə sortu
Həməşərə sortu - Azərbaycanın ən qədim üzüm sortudur. Qiymətli yerli texniki üzüm sortlarındandır. Meyvəsi əsasən tünd-göy və qara rəngdədir. Yüksək məhsuldar sortdur. Barlı zoğların miqdarı 62,7%; bar əmsalı 0,76; məhsuldarlıq əmsalı 1,20; salxımların sayı 34 ədəd; salxımların orta kütləsi 256 qr; məhsuldarlığı 8,6 kq; hektardan məhsuldarlıq 191,1 s/ha təşkil edir. Sort Qara dəniz hövzəsi qrupuna (convar pontica Negr.) mənsubdur. Yarpaqları orta ölçüdə (uzunluğu 14-18 sm, eni 13-17 sm), dəyirmi formada olub, 5 dilimlidir. Ayanın kəsikləri dərindir. Səthi torşəkilli qırışıqlı olub, tünd-yaşıl rəngdədir. Alt səthi isə nisbətən açıq rəngdədir.
Aleatiko sortu
Aleatiko sortu — İtaliyanın üzüm sortudur. Texniki üzüm sortlarındandır. Meyvəsi əsasən tünd-göy və qara rəngdədir. Sort İspaniya, Fransa, Ukraynada, Orta Asiya respublikalarında geniş əkilib-becərilir. Sort Qərbi Avropa sortları qrupuna (convar orentalis subconvar occidentalis Negr.) mənsubdur. Yarpaqları orta ölçüdə (uzunluğu 12–16 sm, eni 11–15 sm), dəyirmi, bəzən oval formada, zəif yarılmış, 3–5 dilimlidir. Ayanın müstəvisi nisbətən düz, üzəri hamar olub, tünd-yaşıl rəngdədir. Yuxarı kəsikləri açıq, yaxud bağlı olub, tam bağlı, ellipsvari, yumurtavari formada, yaxud açıq, qayışşəkilli və ya liraşəkillidir. Aşağı kəsikləri girintili bucaq şəklindədir, yaxud izi görünür. Saplaq oyuğu bağlı, iti dibli, ellipsvari, bəzən açıq oxvari, liraşəkilli, yaxud enli-tağşəkillidir.
Aliqote sortu
Aliqote sortu — Fransanın yerli üzüm sortudur. Sort Avropanın 17 ölkəsində və ABŞ-da geniş əkilib-becərilir. Dünyanın üzümçülük ölkələrində 80 min hektara qədər əkin sahəsi vardır. Texniki üzüm sortlarındandır. Meyvəsi əsasən sarı rəngdədir. Sort Qərbi Avropa sortları qrupuna (convar occidentalis Negr.) mənsubdur. Aliqote sortu Azərbaycan ərazisində XIX əsrin sonlarından əkilib-becərilir. Yarpaqları orta ölçüdə, yaxud iri (uzunluğu 14-20 sm, eni 13-19 sm), dəyirmi formada, ayası dilimsiz, yaxud 5 dilimlidir. Yuxarı və aşağı kəsiklərinin izi görünür, yaxud girintili bucaq şəklindədir. Dilimlərin ucundakı dişciklər enli, iti uclu üçbucaqşəkilli, kənar dişciklər isə tərəfləri nisbətən qabarıq üçbucaqşəkilli-mişarvaridir.
Sortes (Qədim Roma)
Sortes (lat. sors) — Qədim romalılar arasında fal atmaqla gələcək hadisələr haqqında bilik əldə etmək üsulu. Qədim italyan məbədlərində bu eyni zamanda tanrılara müraciət üsulu idi. Fallar ağac və ya digər materiallardan hazırlanaraq, boş və ya su ilə doldurulmuş qaba atılırdı. Fallar bəzən zər kimi də atılırmış. Bu təcrübədən sonralar bir sıra dinlərdə kitab açmaq üsulunda istifadə edilirdi. Bu fəaliyyətlə məşğul olan kahinlər Sortigeli adlandırılmışlar..
Sortino əmsalı
Sortino əmsalı — investisiya alətinin, portfelinin və ya strategiyasının gəlirliliyini və riskini qiymətləndirməyə imkan verən göstərici. Sortino nisbəti Sharpe nisbətinə bənzər şəkildə hesablanır, lakin portfel dəyişkənliyi əvəzinə "aşağı dəyişkənlik" istifadə olunur. Bu halda volatillik minimum portfel gəlirindən (MAR) aşağı olan gəlirlərdən hesablanır. S = R − T σ {\displaystyle S={\frac {R-T}{\sigma }}} , burada: R {\displaystyle R} — orta portfel gəliri, T {\displaystyle T} — minimum icazə verilən portfel gəliri, σ {\displaystyle {\sigma }} — "dəyişkənlik azaldı": σ = ∫ − ∞ T ( T − x ) 2 f ( x ) d x {\displaystyle {\sigma }={\sqrt {\int _{-\infty }^{T}(T-x)^{2}\,f(x)\,dx}}} . Aşağıda qeyd olunan səbəblərə görə, davamlı düstur bir sıra gəlirlərdən götürülmüş hədəf dəyərdən aşağı dövri gəlirlərin standart kənarlaşmasını təyin edən daha sadə diskret versiyaya üstünlük verilir. Davamlı forma, bütün sonrakı hesablamaları illik gəlirlərdən istifadə etməklə aparmağa imkan verir ki, bu da investorların investisiya məqsədlərini bildirməsinin təbii yoludur. Diskret forma aylıq gəlirləri tələb edir ki, mənalı hesablamalar aparmaq üçün kifayət qədər məlumat nöqtəsi olsun ki, bu da öz növbəsində illik hədəfin aylıq hədəfə çevrilməsini tələb edir. Bu, müəyyən edilmiş riskin miqyasına əhəmiyyətli dərəcədə təsir göstərir. Məsələn, bir il ərzində hər ay 1% qazanmaq məqsədi, illik 12% qazanmaq kimi görünən ekvivalent hədəfdən daha çox risklə nəticələnir. Davamlı formanın diskret formaya üstünlük verməsinin ikinci səbəbi Sortino və Forsey (1996) tərəfindən təklif edilmişdir: “İnvestisiya etməzdən əvvəl biz nəticənin nə olacağını bilmirik...
Fort-Uort (Texas)
Fort-Uort (ing. Fort Worth) — ABŞ-nin Texas mərkəzi-şərq hissəsində yerləşən şəhər.
Şort
Şort, şortik və ya qısa şalvar (ing. shorts, ing. short — azərb. qısa‎ sözündən) — şalvarın qısaldılmış növü. Uzun zaman şort uşaq geyimi kimi olub, indi isə bütün yaş dəstələri üçün geyim sayılır. Şortların təsnifatı uzunluğuna görə görə olur. Mini-şortlar (ing. hot pants) — ən qısa şortlar, demək olar ki, omba açıq Klassik şortlar — ombanın 1/2 və ya 1/3 açıq Bermud — uzunluğu dizdən yuxarı Bric — uzunluğu dizə qədər Qeyd etmək lazımdır ki, dizdən aşağı olan şalvarlar şort sayılmır.
Port
Liman və ya port – sahilyanı yarımqapalı su hövzələri. Onlar şirinsulu və dəniz ekosistemləri arasında ekoton kimi özünü göstərir. Liman müxtəlif tipli gəmilərin sahilə yaxınlaşmaq üçün yan aldıqları xüsusi hazırlanmış dənizkənarı yerdir. Limanlar iqtisadi cəhətdən yüksək əhəmiyyətə malik olmalarına baxmayaraq, ekoloji cəhətdən müəyyən fəsadlara səbəb olurlar. Limanlar adətən litoral zonaya daxil olur və qabarma-çəkilmələrə məruz qalır. Limanlar yüksək məhsuldar olur. Onlar biogen maddələrin "tələsi" hesab olunur. Bütün il ərzində dənizlərdə avtotroflar – makrofitlər (bataqlıq və dəniz otları, yosunlar), dib yosunları, fitoplankton aktiv olur. Onlar cavan (körpə) balıqların yemləmə yeridir. Limanlar insanın təsərrüfat fəaliyyəti altına düşdükdə su mühitinin çirklənməsi nəticəsində məhsuldarlığını itirir.
Sirt
Sirt və ya Surt (ərəb. سرت‎) — Liviyanın Sirt vilayətin paytaxtı. Müəmmər əl-Qəzzafinin doğum yeridir.
Sorit
Sorit (yun. σωρός) — əvvəlki sillogizmin nəticəsinin ondan sonra gələn sillogizmin müqəddimələrindən biri kimi çıxış etdiyi və bu halda müqəddimələrdən birinin aydın formada ifadə olunmadığı sillogizmlər zənciridir.
Sors
Sors — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Sorus kəndi Şingədulan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Molalan kəndi mərkəz olmaqla Molalan kənd inzibati ərazi dairəsi yaradılmışdır. Əhalisi 824 nəfərdir.
Soru
Soru — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Nüvədi kənd inzibati ərazi vahidinin Soru kəndi Əliabad kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. Bəzi tədqiqatçıların fikrincə, oykonim talış dilindəki so (həyət, təsərrüfat) və ru (çay) sözlərindən ibarət olub, "çay kənarındakı təsərrüfat" mənasındadır. Digər tədqiqatçılar isə hesab edirlər ki, oykonim talış dilində sə və ros sözlərindən yaranmışdır, mənası "başıuca" deməkdir, "düz dik yer" mənası da verir. Əslində oykonim türkdilli xalqların toponimiyasında geniş yayılmış soru (bataqlıq, dərə, çeyillik) sözündəndir. Altayda Soru (çay), Soruqlu (şəhər, qəsəbə), Soruqlu-Ayn (şəhər), Sorulu göl və s. qeydə alınmışdır. Əhalisi 1388 nəfərdir. 1859-1864-cü ilə olan məlumata əsasən Alaşa çayı sahilində yerləşən Soru kəndində 23 evdə 97 nəfəri kişilər, 58 nəfəri qadınlar olmaqla 155 nəfər şiə talışlar yaşayırdı. Soru kəndi Vətən müharibəsinin qəhrəman şəhidlərindən olan Hərbi Dəniz Qüvvələrinin "Sualtı hücüm" (SAH) Xüsusi Təyinatlı Qüvvərinin miçmanı "Qarabağ orden"li Elvin Səfərovun kəndidir.
Tort
Tort (it. torta, isp. tortilla) — dünya xalqlarının mətbəxində geniş yayılmış un məmulatı və şirniyyat növüdü Hər bir ölkənin mədəniyyətinə uyğun reseptlərdən yararlanaraq tortlar bişirilir. Tortları müxtəlif mərasimlərlə əlaqədar hazırladıqlarına görə onların forma və ölçüləri də kəskin surətdə fərqlənir. Tortla əlaqədar çoxsaylı faktlar və maraqlı məlumatlar verilmişdir. Bunların çox hissəsi hətta Ginnesin rekordlar kitabına daxil edilmişdir. Bunlara misal olaraq ABŞ–ın Miçiqan ştatında hazırlanmış tortu göstərmək olar. Bu tort stoldan 13 metr hündür idi və 100 pillədən təşkil edilmişdi. Həmçinin ən ağır tort da ABŞ–da yaradılıb, lakin bu tort Alabama ştatına aid edilir. 50 tondan ibarət olan tort ağırlığına görə seçilir.
Sor Sor
Sor Sor — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Kənd Qarasuçayın sahilində yerləşir. Etnooykonimdir. Oykonim özündə Azərbaycanın sorsor/sorsur tayfasının adını əks etdirir. Sorsorlar XV əsrdə Səfəvi hökmdarı I Şah İsmayıl Xətainin hakimiyyətə gəlməsində və Səhvilər dövlətinin möhkəmlənməsində yaxından iştirak etmiş qızılbaş tayfalarından biri olmuşdur. Sonralar onlar Azarbaycanın müxtəlif zonalarında məskunlaşmışdılar. XVI əsrin əvvəllərində sorsorlann bir qismi Şirvanda yaşayırdı. Sorsor etnotoponiminə tarixən Azərbaycanın müxtəlif yərlərində rast gəlinirdi, məsələn: Göyçay quberniyasında Sorsor kəndi, Qubada Sursur Bilici kəndi, Şamaxıda Sorsor kəndi, Lənkəranda Son, Sorə kəndi, Cəbrayılda Sur kəndi və s. 2022-ci ilin siyahıyaalınmasına əsasən kənddə 2320 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Sor
Sor (əvvəlki adı: Tsur) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Binədərəsi kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Tsur kəndi Sor kəndi adlandırılmışdır. 1993-cü ilin avqust ayından 9 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Sor kəndi 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Kənd XIX əsrin 20-ci illərində İrandan gəlmiş erməni ailələrinin məskunlaşmasından sonra Tsur adlanmışdır. 1992-ci ildə kənd əvvəlki adı ilə rəsmləşdirilmişdir. Sor sözü türkdilli xalqların toponimiyasında coğrafi termin kimi "duzlu çöl", "bataqlıq", "kiçik göl", "aşağı yer, ətək" mənalarında işlənir. Konkret olaraq dağ ətəyində yerlaşən bu kəndin adı məhz "aşağı yer, ətək" mənasındadır. Kəndin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nahiyəsinin Sur kəndi olaraq keçir. Kənd ilk dəfə 1992-ci ilin əvvəllərində erməni quldurlarının əlinə keçmişdir.
Sor-Sor xalçaları
Sor-Sor xalçaları — Şirvan xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Sor Sor bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Duqlas Nort
Duqlas Nort (ing. Douglass Cecil North; 5 noyabr 1920[…], Kembric, Massaçusets – 23 noyabr 2015[…]) — amerikalı iqtisadçı. 1993-cü ildə Robert Fogellə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. İsveç Kral Elmlər Akademiyası İqtisadiyyat üzrə Nobel mükafatının Duqlas Nort və Robert Fogelə verilməsinin səbəbini belə izah etmişdir: "İqtisadi və nəzəri dəyişmələri izah etmək üçün iqtisadi nəzəriyyə və kəmiyyət metodları tətbiq edərək iqtisadi tarix mövzusundakı tədqiqatları yenilədikləri üçün təltif olunurlar". The Economic Growth of the United States, 1790–1860, Prentice Hall, 1961. Institutional Change and American Economic Growth, Cambridge University Press, 1971 (Lens Devislə birlikdə). The Rise of the Western World: A New Economic History, 1973 (Robert Tomasla birlikdə). Growth and Welfare in the American Past, Prentice-Hall, 1974. Structure and Change in Economic History, Norton, 1981. Institutions, Institutional Change and Economic Performance, Cambridge University Press, 1990.
Esra Sərt
Esra Sərt Köseoğlu(14 fevral 1976, Adapazarı[d]) — türkiyəli jurnalist, server. 1994-cü ildə Sakarya Atatürk Liseyindən məzun oldu. İstanbul Universiteti Ünsiyyət Fakültəsini bitirdi. 1999-cu ildə girdiyi NTV kanalında əvvəllər xəbər spikerliyi etmiş, daha sonra Yaxın Plan, Günün İçindən adlı gündüz qurşağı xəbər proqramlarını təqdim etmişdir. 2010-cu ildə NTV səhər xəbər qurşağı proqramı Günə Cihazın işə salınması aparıcılığını boynuna götürdü. Aprel 2011-də bu proqramdakı vəzifəsini təhvil edərək NTV-də nəşr olunan Seçkiyə Doğru proqramının aparıcılığını etmişdir. 2011-ci ilin son dövrlərində CNBC-də kamera arxasında başqa bir vəzifəyə təyin edilmişdir. Esra Sərt 2008-ci ildə evlənmiş, Ladin Köseoğlu adlı bir qız uşağı sahibidir. NTV-dən öz istəyiylə istefa edərək ayrılmış; Haber Türk qəzetində 2013-dən bu yana Ht Hayat adlı hissədə məqalələr dərc edir.
Fort-500
"Fort-500" silahı — Ukrayna Daxili İşlər Nazirliyinin "Fort" Elimi-Tədqiqat Birliyi tərəfindən 1990-cı illərdə işlənib hazırlanmış lüləli silah. Ukrayna polisinin və xüsusi xidmət orqanları əməkdaşlarının istifadəsi üçün yaradılmışdır. Hal-hazırda eyni zamanda ölkə vətəndaşlarına da ovçuluq üçün satılır. Onun konstruksiyasında amerika silahı Remington 870un müəyyən elementlərindən istifadə edilib. Hal-hazırda baza variantı olan Fort-500 ilə yanaşı "polis" variantı olan Fort-500M də buraxılır. Onun 3355 mm uzunluğunda dəstəyi və müxtəlif aksesuarlar üçün imkanları da vardır. Silah əllə nizama gətirilir, polis variantında gözyaşardıcı qaz bombası atmaq üçün yer də vardır. O dəsətyi bərkidilmiş, yığılan və dəsətksiz ola bilər.
Fort-MakMerrey
Fort Mak-Murrey — Kanadanın Alberta vilayətində şəhər.
Fort-Ueyn
Fort Veyn (ing. Fort Wayne) — İndiananın ikinci böyük şəhəri, ştatın simal-şərqində yerləşir.
Fort Hud
Fort Kavasos - dünyada ən iri ABŞ hərbi bazası 1942-ci ildə tikilmiş Fort Hud dünyada ən iri ABŞ hərbi bazasıdır. ABŞ-nin Texasda ştatının Fort Hood şəhərində yerləşir. Burada 40 min hərbçi var, ailə üzvləri və digər mülki şəxslərlə birlikdə bazanın sakinlərinin sayı 80 minə çatır. Bazada iki muzey, məktəblər, xəstəxana və göl var. 2009-cu ilin noyabr ayının 5-də burada mayor Malik Nadal Hasan silahsız əsgərləri atəşə tutması nəticəsində 13 nəfər ölüb, 31 nəfər yaralanıb.
Fort Mackmurey
Fort Mak-Murrey — Kanadanın Alberta vilayətində şəhər.
Din Kort
Din Kort (ing. Dean Court) — İngiltərənin Dorset qraflığının, Bornmut şəhərində yerləşən futbol stadionu. 11.464 tamaşaçı tutumuna malik stadionda yerli "Bornmut" futbol klubu ev oyunlarını keçirir. Stadion əvvəllər "Faytness Fyost" adı ilə tanınırdı, lakin 2011-ci ilin iyulunda, stadionu adlandırmaq hüququnun "Syuard Mühərrik Qrup"una satılmasından sonra, stadionun adı dəyişdirilərək "Syuard" adlandırılıb. 2012-ci ilin fevralında, stadion iki il müddətinə "Qoldsends" adlandırılıb. Hazırda sponsor müqaviləsinə görə Vitaliti Stadionu (ing. Vitality Stadium) kimi tanınır. "Din Kort" 1910-cu ildə futbol klubuna stadion tikmək üçün torpaq sahəsi bağışlayan, Din Kort ailəsinin şərəfinə adlandırılıb. Stadionun tribunalarından biri 1924-cü ildə "Uembli" sərgisi üçün istifadə olunub. Stadionda rekord tamaşaçı sayı, 1957-ci ildə, İngiltərə Kuboku çərçivəsində "Mançester Yunayted"ə qarşı oynanılan görüşdə qeydə alınıb, bu oyunu canlı olaraq stadiondan 28.799 tamaşaçı izləyib.
Fort Veyn
Fort Veyn (ing. Fort Wayne) — İndiananın ikinci böyük şəhəri, ştatın simal-şərqində yerləşir.
Fort körpüsü
Fort körpüsü (Forth Bridge və ya Forth Rail Bridge) — Şotlandiyada dəmiryolu körpüsü. 1890-cı ildə fəaliyyətə verilib. Üç əsas hissədən ibarətdir və hər biri təxminən 520 m uzunluğundadır. Körpü 2529 metr uzunluğunda və okean səviyyəsinin 46 metr hündürlüyündədir.
Hempton Kort
Hempton Kort Sarayı- Londonda yerləşən saray-park ansamblıdır. Şəhər mərkəzindən 18 km məsafədə (1965-ci ilədək - Midlseks qraflığı), Riçmond-apon-Tems rayonunda, Temza çayının sol sahilində yerləşir. Təxmini 1514-cü ildə Kralın əsabəsi Tomas Uolsi üçün tikilən sarayı 1529-cu ildə VIII Henriyə hədiyyə etmişdir. XVII əsrin ikinci yarısında Hempton Kortu ingilis Versalına çevirməyi arzulayan III Vilhelmin krallığı zamanı, memar K.Renom tərəfindən barok tərzdə inşa edilmişdir. 1760-cı ilədək krallıq iqamətgahı kimi xidmət göstərmişdir. "Tarixi Krallıq sarayları" fondunun nəzarəti altındadır. Fransa parkının sahəsi 60 ha ərazidə yerləşir. Krallıq kolleksiyasından olan əntiq əşyaların, Mantenyanın, Rafaelin, Böyük Breygelin və başqalarının rəsm əsərləri mövcuddur. Sarayın tarixinin başlanğıcı kral VIII Henrinin əsabəsi - Kardinal Tomas Uolsinin 1514-cü ildə əvvəllər qospitalyerlər (İoannçılar, eləcə də Yerusəlim, Rodos, Malta- Müstəqil Hərbi Müqəddəs İoann ordeni) ordeninə aid olan torpaq sahəsini alması ilə başlamışdır. Sonrakı 7 ildə Uolsinin 200 min qızıl "qızılgüllü kron" pul xərclədiyi renessans və qotik tərzlərdə inşası davam etmişdir.
Jake Short
Cek Şort (30 may 1997, İndianapolis) — yeniyetmə ABŞ aktyoru. Onun ən məşhur rolu "Şortlar" filmindəki Nous Nousvörtidir. O Disney Channelin komediya "Bacarıq Ferması" serialında Fleçer Kuimbi kimi Çayna Enn MakKlayn və Sierra MakKormik ilə birlikdə baş rola çəkilir.
Cek Şort
Cek Şort (30 may 1997, İndianapolis) — yeniyetmə ABŞ aktyoru. Onun ən məşhur rolu "Şortlar" filmindəki Nous Nousvörtidir. O Disney Channelin komediya "Bacarıq Ferması" serialında Fleçer Kuimbi kimi Çayna Enn MakKlayn və Sierra MakKormik ilə birlikdə baş rola çəkilir.
Martin Şort
Martin Şort (ing. Martin Hayter Short) — Kanada aktyorudur. Emmi mükafatına və Toni mükafatına layiq görülmüşdür. 3 ölkə vətəndaşlığına sahibdir: Kanada, ABŞ, Böyük Britaniya. Şort 1980-cı ildə Nensi Dolman ilə ailə həyatı qurmuşdur. Onların 3 uşaqları vardır. İlk uşağı 1983-cü ildə doğulmuşdur. 2010-cu ildə Şortun həyat yoldaşı vəfat edir.
Şorj
Şorj (fr. Chorges, oks. Chorge) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Şorj kantonuna daxildir. INSEE kodu — 05040. 2008-ci ildə əhalinin sayı 2485 nəfər təşkil edirdi. 2007-ci ildə 1549 nəfər əmək qabiliyyətli insanlar arasında (15-64 yaş) 1114 nəfər iqtisadi fəal, 406 fəaliyyətsizdir (fəaliyyət göstərici 73.8%, 1999-cu ildə bu 68.6%). Aktual 1114 nəfərdən 1038 nəfər (551 kişi və 487 qadın), 105 nəfər işsiz (34 kişi və 71 qadın) işlədi.
Şott
Şott (rus. Шотт; ing. Schott; alm. Schott‎) — çoxmənalı termin. Şəxslər Valter Şott — Alman heykəltaraş. Kaspar Şott — riyaziyyatçı Otto Şott — Alman kimyaçı Digər Şott (termin) — şimal-qərbi Afrikada dibində duz qatı olan qapalı çökəklikdir. Şott gur yağışlarda şor gölə çevrilə bilir.
Şövt
Şövt (fars. شوط‎) — İranın Qərbi Azərbaycan ostanının şəhərlərindən biri və Şövt şəhristanının inzibati mərkəzidir. 2016-cı ilin siyahıya alınması əsasında bu şəhər 25,381 nəfər və 7,219 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Şövt şəhəri Zəgmar çayından 4 kilometr cənubda yerləşir. Şimal-qərbdən Maku, şimal-şərqdən Puldəşt (Ərəblər), cənub-qərbdən Siyahçeşmə (Qaraeyni) və cənub-şərqdən Qaraziyaəddin şəhərləri ilə qonşudur.
Şot
Şövt (fars. شوط‎) — İranın Qərbi Azərbaycan ostanının şəhərlərindən biri və Şövt şəhristanının inzibati mərkəzidir. 2016-cı ilin siyahıya alınması əsasında bu şəhər 25,381 nəfər və 7,219 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Şövt şəhəri Zəgmar çayından 4 kilometr cənubda yerləşir. Şimal-qərbdən Maku, şimal-şərqdən Puldəşt (Ərəblər), cənub-qərbdən Siyahçeşmə (Qaraeyni) və cənub-şərqdən Qaraziyaəddin şəhərləri ilə qonşudur.