Sor

Sor (əvvəlki adı: Tsur) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Binədərəsi kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Tsur kəndi Sor kəndi adlandırılmışdır.[2] 1993-cü ilin avqust ayından 9 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Sor kəndi 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[3]

Sor
39°29′21″ şm. e. 47°01′20″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Xəritəni göstər/gizlə
Sor xəritədə
Sor
Sor

Kənd XIX əsrin 20-ci illərində İrandan gəlmiş erməni ailələrinin məskunlaşmasından sonra Tsur adlanmışdır. 1992-ci ildə kənd əvvəlki adı ilə rəsmləşdirilmişdir. Sor sözü türkdilli xalqların toponimiyasında coğrafi termin kimi "duzlu çöl", "bataqlıq", "kiçik göl", "aşağı yer, ətək" mənalarında işlənir. Konkret olaraq dağ ətəyində yerlaşən bu kəndin adı məhz "aşağı yer, ətək" mənasındadır.[4]

Kəndin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nahiyəsinin Sur kəndi olaraq keçir.[5] Kənd ilk dəfə 1992-ci ilin əvvəllərində erməni quldurlarının əlinə keçmişdir. Bununla belə, Azərbaycan ordusunun 1992-ci ilin yayında həyata keçirdiyi uğurlu hücum əməliyyatlarının tərkib hissəsi kimi həmin ilin 29 iyununda Azərbaycan Silahlı Qüvvələri tərəfindən geri alınmışdır.

4 iyun 1993-cü ildə baş vermiş Gəncə qiyamından sonra Xocavənd (Hadrut) rayonunun Cəbrayıl rayonu ilə həmsərhəd kəndlərinə, o cümlədən Sor kəndinə erməni hücumları güclənmişdir. Belə hücumların birində, 1993-cü ilin avqust ayında kənd Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur.

9 oktyabr 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmən işğalından azad edilmişdir.

2020-ci il noyabr ayının 26-da Sor kəndində Azərbaycan Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbçilərinə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçu öldürülmüş, 2 nəfər yaralanmışdır. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti dekabr ayında bu ərazidə anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalmışdır.[6]

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

Sor kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır:

İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi
235 Dini kompleks[7] XIII əsr Sor kəndi Memarlıq Ölkə
236 Qala[8] Qeyd olunmayıb Sor kəndi Memarlıq Ölkə
4326 Məbəd[9] XVII əsr Sor kəndi Memarlıq Yerli

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.

İl Daimi əhali Kişilər Qadınlar
1999[10] XXXX XXXX XXXX
2009[11] ↗XXXX ↗XXXX ↗XXXX

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.

Kənddə təhsil müəssisəsi mövcud deyil.

Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Kənddə səhiyyə müəssisəsi mövcud deyil.

  1. "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 58" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-10.
  2. "Azərbaycan Respublikasının bəzi yaşayış məntəqələrinin tarixi adlarının bərpası və dəqiqləşdirilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı". 2022-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
  3. "Xocavəndin işğaldan azad olunmuş yaşayış məntəqələri (https://xocavend-ih.gov.az/)". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-10.
  4. Sor // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. XXXX. ISBN 978-9952-34-156-0.
  5. "Gence-Karabağ Eyâleti'nin Mufassal Defteri"
  6. "Rəsmi Moskva: "Dağlıq Qarabağda həyəcanverici vəziyyət yaranmışdı…"". 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-14.
  7. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 9" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-15.
  8. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 9" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-15.
  9. "Azərbaycandakı dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş siyahısı. səh. 110" (PDF). 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-06-15.
  10. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. XXXX.
  11. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. XXXX.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]