Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Türkmənlər
Türkmənlər — türk xalqlarının Oğuz qrupunu təşkil edən Azərbaycanlıların və Oğuz qrupundan olan digər xalqların etnogenezində iştirak etmiş ən qədim və ilk Oğuz əsilli türk xalqıdır. Türkmənistan Respublikasında, Əfqanıstan İslam Respublikasında və İran İslam Respublikasında kompakt halda yaşayan türkmənlər türk xalqları arasında Türkiyə türklərindən, Azərbaycanlılardan , özbəklərdən , uyğurlardan və qazaxlardan sonra ən böyük Türk xalqı hesab olunurlar. == Tarixi == Bugünkü Türkmənistan Respublikasının yerli türk əhalisi olan türkmənlər əsas etibarilə VIII əsrdən sonra tarix səhnəsinə çıxan kınık, salur, qayı, bayat, beydilli boylarının birləşməsi ilə meydana gələn Oğuz qövmlərindəndirlər. Oğuz-Türkmən mədəniyyətinin formalaşmasında bu bölgədə yaşamış olan qədim Türk alanların, aakaların və xəzərlərin də mühüm rolu olmuşdur. "Türkmən" etnik adı tarixi mənbələrə görə, V əsrdən bəlli olsa da, bu ad X əsrdə kəsinlik qazanmışdır. Qərb tarixçiləri Türkmənləri saf qanlı Türk adlandırdıqları kimi, bəzi müəlliflər də Türkmənləri Türk xalqlarının kökü olaraq qəbul edirlər. Çünki Türkmənistan böyük tarixi Türküstanın ən qədim insan yaşayan bölgələrindən biridir. Burada aparılan arxeoloji tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, Türkmənistan ərazisində 300 min il bundan əvvəl insanlar yaşamışlar. Qərb Türklərinin və səlcuqluların əsasını təşkil edən Oğuz və ya Türkmənlər moğol tipindən tamamilə fərqlidirlər. Məşhur orta əsr tarixçisi Rəşidəddinə görə, "Oğuzların Mavəraünnəhr, İran və Azərbaycanda nəsilləri çoxalmış, digər yerli Türklərlə qaynayıb-qarışdığından taciklər onlara "Türk-manənd", yəni "Türkə bənzər" adını vermişlər… Oğuzlar "Türkmən" adı aldıqdan sonra digər Türk tayfaları olan qarluq, xələc, qıpçaq, kanqlı və uyğurlardan ayrılmışlar", halbuki Mahmud Kaşğarlı müsəlman olan qarluq, çigil və yağmalara da əvvəllər "Türkmən" deyildiyini yazmışdır.
Taxtaçı türkmənlər
Taxtaçı türkmənlər "Ağac əri" türkmənlərinin nəslindəndir. Taxta işləriylə məşğul olduqları üçün belə adlanırlar. Taxtaçılar Oğuz türklərindəndir. Alp Arslandan əvvəl Anadoluya gəlmiş və burada məskunlaşmışlar. Daha əvvəllər yaşadıqları yerlər Türküstan, Xorasan və Azərbaycandır. Taxtaçılar indi də özlərinə türkmən deyirlər. Onların xalq yaradıcılığı başqa oğuz xalqlarının ənənəvi şer biçimlərindədir.
Atal türkmənləri
Atal türkmənləri (türkm. Аталың түркменлери Atalyň Türkmenleri) — Rusiyanın Həştərxan oblastının Atal kəndində yaşayan və türkmənlərin bir qolu olan xalq. 5 qəbilədən ibarət olan Atal türkmənlərinin əsas hissəsi 1793-cü ildə buraya köç edən İğdır boyundan olan Türkmənistan türkmənlərinin nəslidən gəlirlər. Bu türkmənlərin gəldikləri yer kimi Manqışlaq yarımadası qəbul edilir. Dini baxımdan sünni müsəlmandırlar. == Tarix == Əsilləri Mnaqışlar yarımadasından XVII və XVIII əsrin əvvəllərində köç edən İğdır boyundan olan Türkmənistan türkmənlərinə dayanır. 5 qəbilədən (Mamıt, Gökler, Tever, Qoldağlı, Yaxşıxoca) ibarətdirlər. Bundan əlavə, kənddə adları türkmən dilində açıqlanmayan, ehtimal ki, Xəzər xaqanlığından qalma Peçenek soyları (Ellindel, An-Bollar, Arindan, İrrahir, İntedaal) da vardır. Müasir Atal türkmənlərinin əsas hissəsi 1793-cü ildə köç edən İğdır türkmənlərin nəsilləridir. Manqışlaq yarımadasından, Çovdur və Soyunaji tayfaları ilə birlikdə türkmən ığdır tayfasından ayrıldı.
Livan türkmənləri
Livan türkmanları (Livan azərbaycanlıları və ya Livan türkləri) — Livanda yaşayan türklərdir ki, sünni müsəlmandırlar və dilləri Azərbaycan dili və Ərəb dilidir. == Ümumi məlumat == Livanda türk toplumu iki qrupla təmsil olunur, onlardan hər ikisi türk xalqlarının oğuz yarım qrupuna daxildir. Birinci qrup Livan və Suriya vətəndaşları olan və dövlət tərfindən türkman adlandırılan toplumdur ki, danışdıqları ləhçələri azərbaycan dilinə daxil edilir. Livan türkmanları İordaniyada, Suriyada və İraqda yaşayan və bu dövlətlərin mərkəzi ərəb hökumətləri tərəfindən türkman adlandırılan əhali ilə eyni mənşədəndir və onlar kimi azərbaycan dilinin ləhçələrində danışmaqdadırlar. Livanın Şimal əyalətinin Akkar bölgəsində Kobayat şəhəri yaxınlığında iki kənddə 5,050 nəfər, Beqaa əyalətinin Baalbək bölgəsində Baalbək şəhəri ətrafında beş kənddə 3,800 nəfər, 1897-1913-cü illərdə Krit adasının yunan nəzarətinə keçməsi ilə Osmanlı hakimiyyətinin Krit adasından Trablusa köçürdüyü türklər, Suriyadan bura köç etmiş az sayda türkman və 1940-cı illərdə işçi olaraq Livanda əsasən Beyrut şəhərində yerləşmiş Türkiyə vətəndaşları olan türklər bu ölkədə türk toplumunu əmələ gətirirlər. == Yaşayış məntəqələri == Akkar türkmanları Şimal əyaləti: Akkar bölgəsində (Kobayat şəhərinin yaxılığında): Kavaşra kəndi - əhalisi 2,800 nəfərdir (10-20 iyun, 2009). Sakinlərini elliklə sünni türkmanlar təşkil edir. Səsvermə hüququ olan əhalisi 1,066 nəfərdir. Aydamun kəndi - əhalisi 3,000 nəfərdir (10-20 iyun, 2009). Sakinlərinin 2,250 nəfərini sünni türkmanlar, 750 nəfərini isə xristian ərəblər (80% ortodoks, 20% maruni) təşkil edir .
Suriya Türkmənləri
Suriya türkmanları — Suriyada yaşayan, Azərbaycan dilinin Cənubi Azərbaycan ləhcəsində danışan türk cəmiyyəti. == Tarix == Türk tayfalarının "Bələdi Şam" (indiki Suriya, Livan, İordaniya və Fələstin) adlanan ərazidə ilk məskunlaşması Səlcuqlu İmperiyasının zamanına təsadüf etmiş, bölgəyə türk tayfalarının axını Osmanlı İmperiyasının zamanınadək davam etmişdir. Suriyada əfşar, peçeneq, bayandır, baharlı və s. türk tayfaları məskunlaşmışdır. == Əhali == Suriyada milli tərkibi öyrənən əhali siyahıya alınmasının indiyədək aparılmaması bu ölkədə yaşayan etnik qrupların sayını müəyyən etməkdə çətinlik yaradır və bu səbəbdən səslənən bütün rəqəmlər müəyyən təxminlərdən ibarətdir. Suriyada ən aşağı qiymətləndirmələrə əsasən 750,000 maksimum isə 3,500,000 türkmənin yaşadığına dair məlumatlar mövcuddur. 1906-cı ildə çap olunmuş Hələb səlnaməsinə əsasən: Hələb şəhərinin ətrafında 350 türk kəndi vardır, bu kəndlərdə və Hələb şəhərində 200,000 nəfər, Lazikyə bölgəsində 150,000 nəfər, Təlkələ ətrafında 50,000 nəfər, Qüneytrə bölgəsində 100,000 nəfər, indiki Suriya o dövrkü digər bölglərində 300,000 nəfər olmaqla təxminən 800,000 nəfər türk yaşamaqda idi. Son məlumatlara əsasən əhalisinin təxminən sayı 23,000,000 nəfərə yüksəlmiş, türklərin sayı isə 3,500,000 nəfərə qədər artmışdır. Onlardan 1,500,000 nəfəri gündəlik danışıq dili olaraq türkcədən istifadə edir və türklük şüurunu yüksək səviyyədə qorumuşdur, 2,000,000 nəfəri isə türklük süurunu qorusa da çox az türkcə bilməkdədir və ana dillərini unutma mərhələsini yaşamaqdadır. 2010-cu ilə olan təxminə əsasən 23,000,000-luq ümumi Suriya əhalisinin 1,500,000 nəfəri türkcə danışan və etnik olaraq türk olan əhalidən, 2,000,000 nəfəri isə etnik kökən olaraq türk olan ancaq türkcəyi unutma mərhələsində olan əhalidən ibarətdir.
Əfqanıstan türkmənləri
Əfqanıstan türkmənləri — Əfqanıstanın Əfqan Türkistanı və ya Cənubi Türkistan deyilən hissəsində çoxu Türkmənistan sərhədinə yaxın, bir hissəsi isə İran (Məşhəd) sərhədində yaşayan türkmənlərin bir qolu olan türk xalqı. Sünni müsalman olub Əfqan özbəklərindən sonra Əfqanıstan türklərini təşkil edən ikinci böyük xalqdır. Özbəklərdən fərqli olaraq oturaq yox, köçəridirlər və heyvandarlıqla məşğul olurlar. 1885-ci ildə Rusiya və Əfqanıstan arasında sərhəd təyinindən sonra Türkmənistan türkmənləri ilə Xorasan türkmənləri ayırılmışlardır. Əfqanıstan türkmənlərinin əsas uruqları Ersarı, Çavdır, Yamut, Göklən, Təkə, Sarıq, Salur və Abdal uruqlarıdır. Ən böyükləri isə Ersarı uruğudur. == Əhali == 1990-cı illərdə əhali sayı 200000 nəfər olmuşdur. Hal-hazırda əhali sayı təxmini olaraq -1000000 600000 -1000000 nəfər təşkil edir. Əfqanıstanda olan əhalinin siyahıya alınması zamanı türkmənlərin yaşadığı bəzi kənd və qəsəbələr saya daxil edilməmişdir və demək olar ki, türkmən qadınlarının heç biri siyahıya alınmamışdır. Bunlarla birlikdə Əfqanıstan türkmənlərinin sayı 3 milyon olaraq təxmin edilir.
Türkmənlərin Gürcüstana hücumları
Türkmənlərin Gürcüstana hücumları - XV-XVIII əsrlərdə Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətinin Gürcüstan ərazisinə etdiyi səfərlər. Monqol hakimiyyətinin sona çatması ilə Qaraqoyunlu və Ağqoyunlu türkmənləri tarix səhnəsinə çıxmış, bu ərazidə 2 ayrı Türkmən dövlətinin əsasını qoymuşdular. Türk və Dünya tarixində əhəmiyyətli yerə sahib olan bu dövlətlər XV əsrdən başlayaraq Gürcüstan ərazisinə müxtəlif tarixlərdə səfərlər təşkil etmişdi. == Qaraqoyunluların Gürcüstana hücumları == Bu dövrdə Qafqazda yerləşən Gürcüstan Teymurun səfərlərindən zəifləmiş və türk axınları üçün əlverişli bir əraziyə çevrilmişdi. Lakin Teymurun ölümü ilə mirasçıları arasında şiddətli mübarizə başladı. Bu vəziyyətdən istifadə edən gürcü kralı II Konstantin Gürcüstan sərhədlərində qalan simvolik türk əsgərlərini öldürtdü və idarəetməni yenidən təşkil etdi. Teymurilərin burada hökmranlığının sona çatmasından sonra Baqratilərdən olan I Aleksandr (1412-1442) Gürcüstanda hökmranlıq quraraq gürcü birliyini yaratmağa nail olsa da, sonradan Gürcüstan üç krallığa (Kartliya, Kaxetya, İmereti) və beş knyazlığa bölündü. Teymurun hücumlarından zəifləyən gürcü çarlığı yenidən dirçəlməyə başladı. Lakin bu dirçəliş çox çəkmədi. Qısa müddət sonra Gürcüstan sərhədlərinə yeni bir güc peyda olmuşdu.
Türkmanlar
Türkmanlar və ya İraq türkmanları — İraqın şimalında yaşayan türk etnosu. Ad oxşarlığına baxmayaraq türkmanlar Orta Asiya türklərinə, Türkmənistanda yaşayan türkmənlərə deyil, Azərbaycan türklərinə, Anadolu türklərinə yaxın olub, oğuz türklərinin qərbi qolundandırlar. Yaşadıqları ərazilərdə isə ilk dəfə Səlcuqların ilk axınları zamanından xeyli əvvəllər məskunlaşmışdılar. Daha sonralar isə Səfəvi hökmdarları ən qədim Azərbaycan tayfalarından biri olan türkmanların yaşayışlarının daha da möhkəmləndirilməsini təmin etmişlər. == Tarix == Ərəb İraqı tarix boyunca bir çox mədəniyyətə beşiklik etmişdir. İraqda türk ünsürünün tarixi eramızdan əvvələki dövrlərə dayansa da tam olaraq indi İraqda etnik qruplar içərisində üçüncü ən çoxsaylı toplum olan türklərin əcdadlarının bu torpaqlara gəlişi 673-cü ilə təsadüf etməkdədir. Qeyd edilən tarixdə Əməvi sülaləsinin (661–750) əmirlərindən biri olan İraqi Ərəb vilayətinin hakimi Übeydullah bin Ziyad 4,000 türk əsilli süvarini bölgənin təhlükəsizliyi məqsədiylə Bəsrə şəhərinə yerləşdirmişdir. Əməvi sülaləsinin xəlifəliyinin bütün dövrlərində və Abbasilər sülaləsinin (750–1258) xəlifəliyinin ilk dövrlərində (750–945) türk əsilli əhali İraqın əsasən mərkəz və cənub hissələrinə yerləşir və bölgənin silahlı qüvvəsinin önəmli hissəsini təşkil edirdilər. 932-ci ildə indiki İranın qərbində Cəbəl bölgəsində əsas hökümdarı şahənşah titulu daşıyan şiə dövləti olan Büveyhilər yarandı. Büveyhilər sülaləsinin nümayəndlərinin müxtəlif bölgələrdə hakimiyyəti 932-ci ildən 1062-ci ilədək davam etmişdir.
Türkməncə
Türkməncə ya da Türkmənistan Türkcəsi (türkm. Türkmen dili) — oğuz qrupu türk dillərinə aiddir. Həmçinin dildə qıpçaq dil qrupunun əlamətləri vardır. Türkmənistanın rəsmi dilidir. Türkmən dilində Türkmənistan ərazisindən başqa İran, Əfqanıstan, Türkiyə, Qaraqalpaq, Tacikistan, Qazaxıstan, Özbəkistan, Stavropolda (Rusiya) danışılır. Türkmən dili Azərbaycan tükcəsinə bənzərliyi ilə fərqlənir. Türkmən dilində ərəb, fars və rus dillərindən külli miqdarda söz vardır. Rus sözlərinin türkməncəyə güclü təsiri SSRİ dövrünə təsadüf edir.
Aşağı Türkmənli
Aşağı Türkmənli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda kənd. == Tarixi == Aşağı Türkmənli - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Rayon mərkəzindən 15 km məsafədə, Böyük Qarasu çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində «Türkmənli» formasında qeyd edilmişdir. Toponim Azərbaycan dilində fərqləndirici əlamət bildirən aşağı sözü ilə -li mənsubluq şəkiliçisi qəbul etmiş qızılbaşların türkmən etnonimindən əmələ gəlib, «Türkmən tayfasının yaşadığı kənd» anlamını verir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm.SSR AS RH-nin 3.1.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Musagyuğ (Musakənd) qoyulmuşdur.
Türkməncə Vikipediya
Türkməncə Vikipediya (türkm. Türkmen Wikipediýasy)— Vikipediyanın türkmən dilində olan bölməsidir.
Yuxarı Türkmənli
Yuxarı Türkmənli — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 8 km cənubda, Böyük Qarasu çayının yanında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən yuxarı sözü ilə qızılbaşların türkmən etnoniminə -li şəkilçisinin qoşulmasından əmələ gəlmiş türkmənli etnonimi əsasında formalaşmışdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.19.1935-ci il fərmanı ilə adı dəyişdirilib Apaqa qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 64 nəfər, 1873 - cü ildə 262 nəfər, 1886-cı ildə 360 nəfər, 1897-ci ildə 438 nəfər, 1904 - cü ildə 510 nəfər, 1914 - cü ildə 540 nəfər, 1916-cı ildə 460 nəfər, 1919 - cu ildə 460 nəfər azərbaycanlı yaşamışdır. Kənd 1919 - cu ilin yazında erməni təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla tarixi-etnik torpaqlarından qovulmuş və kənddə 1915-1918-ci illərdə Türkiyənin Sasun vilayətinin Moqdan əyalətindən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda Sovet hökuməti qurulandan sonra burada ermənilərlə yanaşı 1922-ci ildə 1 nəfər, 1926-cı ildə 11 nəfər, 1931-ci ildə 8 nəfər azərbaycanlı yaşamışdır. Onlar da 1930 - cu illərin ortalarında sıxışdırılaraq kənddən çıxarılmışdır. İndi ermənilər yaşayır.
Türkeşlər
Türkeşlər — on oxların tu-lu qoluna mənsub olan türk mənşəli xalq. == Haqqında == Türkeşlərin ilk yaşadıqları bölgə Altay dağlarının cənub-qərb ətəkləri idi. Türkeşlər eramızın əvvəllərində Balxaş gölü ətrafındakı ərazidə, Çu və İli çayları arasında yaşayırdılar. On boy halında yaşayan türkeşlər, 657-ci ildən sonra Çinin təzyiqi ilə qərbə köçüb ətrafa yayıldılar. Bunlardan daha çoxsaylı beş boy İli çayı boylarına gəlib yerləşdilər. Sarı türkeşlər deyə adlandırılan bu qisimin başında Baqa Tarkan dururdu. Daha qərbdə Talas bölgəsinə gəlmiş olan digər beş boy isə Qara türkeşlər adı ilə bilinməkdədir. Baqa Tarkan, qərbdəkilərin də onlara birləşməsi ilə siyasi birlik meydana gətirmiş, cənubda məşhur bir ticarət mərkəzi olan Toxmaq şəhərini ələ keçirərək buranı paytaxt elan etmişdir. Şəhərləşməyə böyük əhəmiyyət verən Türkeşlər, Türküstanın əhəmiyyətli şəhərlərini ələ keçirmişdilər. Baqa Tarkan öz adına pul da zəbt etdirmişdir.
Qara türkeşlər
Qara türkeşlər — türkeşlər iki tayfadan - mukri və abarlardan yaranmışdır. Hələ VII əsrdə türkeş nəsli sarı (mukrinin nəsli) və qara (abarların nəsli) nəsillərə bölünürdülər. Asiyada sarı rəng adlı-sanlı şəxsləri, qara isə xalqı təmsil edirdi. Bu bölgünün nə vaxtsa öz əsası vardı, lakin artıq VIII əsrdə əcdadlarından irsən keçmiş qarşılıqlı düşmənçilik istisna olunmaq şərtilə sarı və qara nəsillər arasında heç bir fərq hiss etmək mümkün deyildi.