Əfqanıstan türkmənləri [1][2] — Əfqanıstanın Əfqan Türkistanı və ya Cənubi Türkistan deyilən hissəsində çoxu Türkmənistan sərhədinə yaxın, bir hissəsi isə İran (Məşhəd) sərhədində yaşayan türkmənlərin bir qolu olan türk xalqı. Sünni müsalman olub Əfqan özbəklərindən sonra Əfqanıstan türklərini təşkil edən ikinci böyük xalqdır. Özbəklərdən fərqli olaraq oturaq yox, köçəridirlər və heyvandarlıqla məşğul olurlar. 1885-ci ildə Rusiya və Əfqanıstan arasında sərhəd təyinindən sonra Türkmənistan türkmənləri ilə Xorasan türkmənləri ayırılmışlardır. Əfqanıstan türkmənlərinin əsas uruqları Ersarı, Çavdır, Yamut, Göklən, Təkə, Sarıq, Salur və Abdal uruqlarıdır. Ən böyükləri isə Ersarı uruğudur.
Əfqanıstan türkmənləri | |
---|---|
Adlandırılırlar | اوغانستان تركمنلرى, Owganystan Türkmenleri |
Sayları və yaşadığı ərazilər | |
Dili | Türkməncə |
Qohumluluğu | Türk xalqları |
Mənşəyi | Oğuz (Türk) |
1990-cı illərdə əhali sayı 200000 nəfər olmuşdur[3]. Hal-hazırda əhali sayı təxmini olaraq -1000000 600000 -1000000 nəfər təşkil edir. Əfqanıstanda olan əhalinin siyahıya alınması zamanı türkmənlərin yaşadığı bəzi kənd və qəsəbələr saya daxil edilməmişdir və demək olar ki, türkmən qadınlarının heç biri siyahıya alınmamışdır. Bunlarla birlikdə Əfqanıstan türkmənlərinin sayı 3 milyon olaraq təxmin edilir[4].
İsveçli diplomat və türkoloq Gunnar Jarring Əfqanıstan türkmənlərini beş qrupa ayırmışdır[5].
1930-cu illərdə SSRİ-dən köç etmiş türkmənlər isə Anhoya yerləşmişdir və ticarətlə məşğul olurlar.
Türkməncə əsər Türkmənistandan sonra ən çox Əfqanıstanda qələmə alınmışdır. Lakin Əfqanıstanda yazılan bu əsərlərdə standart Türkmənistan türkməncəsində görülməyən bir çox şəkilçi fərqləri var. Bu şəkilçilərin çoxu Oğuz qrupu türk yazı dillərində görülməyən şəkilçilər olub Çağatay-Özbək yazı dili qoluna aid xüsusisyyətlərdir.