Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Təsirsiz qaz
VIII qrup elementləri təsirsiz qaz adlanır. Bu o deməkdir ki, onlar digər elementlərlə energetik səviyyələrini elektronla doldurmaq üçün reaksiyaya girmirlər. Buna səbəb onların sonuncu energetik səviyyələrinin dolu olmasıdır. Buna görədə onlar digər qruplara nibətən daha zəifdirlər. Helium(He), Neon(Ne), Arqon(Ar), Kripton(Kr), Ksenon(Xe) və radioaktiv Radon(Rn) təsirsiz qazlara misal göstərilə bilər. Təsirsiz qazlara eyni zamanda nəcib qazlar da deyilir. Mendeleyev cədvəlində öz əksini tapmışdır.
Təsirsiz qazlar
VIII qrup elementləri təsirsiz qaz adlanır. Bu o deməkdir ki, onlar digər elementlərlə energetik səviyyələrini elektronla doldurmaq üçün reaksiyaya girmirlər. Buna səbəb onların sonuncu energetik səviyyələrinin dolu olmasıdır. Buna görədə onlar digər qruplara nibətən daha zəifdirlər. Helium(He), Neon(Ne), Arqon(Ar), Kripton(Kr), Ksenon(Xe) və radioaktiv Radon(Rn) təsirsiz qazlara misal göstərilə bilər. Təsirsiz qazlara eyni zamanda nəcib qazlar da deyilir. Mendeleyev cədvəlində öz əksini tapmışdır.
Zərərsiz dəlibəng
Zərərsiz dəlibəng (lat. Datura innoxia) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin dəlibəng cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik (kulturada birillik) ot bitkisi olub, yabaşəkilli-budaqlanan, qırmızımtıl-bənövşəyi gövdəyə malikdir. Yarpaqları növbəli, enli yumurtavari, dayaz oyuqlu, sıx tükcüklü, uzun saplaqlı, kəskin məstedici iyi vardır. Çiçəkləri tək, düzgün, beşüzvlü, ikiqat çiçək yatağı vardır. Kasacığı boruşəkilli, yaşıl, tacı boruşəkilli-qıfabənzər, ağ rəngli olub, uzunluğu 20 sm-dir. Meyvəsi başı aşağı əyilmiş, demək olar ki, şarşəkilli qutucuqdan ibarət, sıx yumşaq tikancıqlardan ibarətdir. Toxumları çoxsaylı, yastılaşmış, böyrəkvari olmaqla, açıq-sarı rənglidir. İyuldan oktyabr ayına qədər çiçəkləyir, meyvələri isə avqustda yetişir. Qutucuqları əl ilə toplanılmalıdır.
Şəkərsiz diabet
Şəkərsiz diabet (lat. diabetes insipidus) — poliuriya (gündə 6–15 litr sidik ifraz etmək) və polidipsiya (susuzluq) ilə xarakterizə olunan hipotalamusun və ya hipofiz vəzinin disfunksiyası ilə əlaqəli nadir xəstəlik (təxminən 100.000-ə 3-ü). İfraz olunan sidiyin miqdarı gündə təxminən 20 litrə qədər çata bilər. Maye miqdarının azaldılması sidiyin konsentrasiyasına az təsir edir. Fəsadları bədənin susuzlaşması və ya qıcolma ola bilər. Şəkərsiz diabet həm böyüklərdə, həm də uşaqlarda, hər iki cinsdə baş verən xroniki xəstəlikdir. Çox vaxt gənc yaşda olan insanlar bu xəstəliyə tutulurlar (18–25 yaş). Həmçinin 1 yaşa qədər olan uşaqlarda xəstəliyin məlum halları olub. == Təsnifatı == Dörd növ şəkərsiz diabet vardır: Mərkəzi şəkərsiz diabet. Vazopressin (antidiuretik hormon) istehsalının olmaması ilə əlaqədardır.[1] Bu, hipotalamusun və ya hipofiz vəzinin zədələnməsi və ya genetika ilə bağlı ola bilər.
Aventin təpəsi
Aventin (lat. Collis Aventinus, it. Aventino) — Qədim Roma şəhərinin salındığı yeddi təpədən biri. Rəvayətə görə, patrisilərlə mübarizə zamanı plebeylərin sığınacaq yeri idi. E.ə. V əsrin 50-ci illərindən Aventin torpaqları plebeylər arasında bölüşdürülmüşdür. == İstinadlar == == Əlavə ədəbiyyat == Авентин, римский холм // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Ağsu təpəsi
Ağsu təpəsi - Laçın rayonunun Budaqdərə kəndi ərazisində yüksəklik.
Bardarevo təpəsi
Bardarevo təpəsi (bolq. Бърдаревски хълм, ‘Bardarevski Halm’ \bar-'da-rev-ski 'h&lm\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən şimalda yerləşən, 660 m hündürlüklü qaya zirvəsidir. Mareskot silsiləsinin şiaml hissəsidir. Zirvə şiaml-şərqi Bolqarıstanda yerləşən Bardarevo şəhərinin adını daşıyır. == Yerləşməsi == Bardarevo təpəsi 63°30′58″ c. e. 58°31′53″ q. u. koordinatlarında yerləşmişdir. Kroun zirvəsindən 5.1 km şimal-şərqdə, Mareskot burnundan 4.1 km cənub-şərqdə, Oqled zirvəsindən 11.32 km cənub-qərbdə yerləşmişdir.
Battenberq təpəsi
Battenberq təpəsi (bolq. хълм Батенберг, ‘Halm Battenberg’ \'h&lm 'ba-ten-berg\) — Antarktidanın Cənubi Şetland adalarının Livinqston adasının sahillərindən cənub-şərqdə yerləşən, 166 m hündürlüklü təpədir. Təpə buzlaqlardan azaddır. Təpə Bolqarıstan şəhzadəsi Aleksander Battenberqin (1857–1893) adını daşıyır. == Yerləşməsi == Battenberq təpəsi 62°35′43″ c. e. 61°08′31″ q. u. koordinatlarında yerləşmişdir. Təpə Start təpəsindən 1.8 km şərqdə, Voyteh burnundan 1.8 km cənubda, Penka təpəsindən 2.19 km şimal-qərbdə yerləşmişdir.
Camalxan təpəsi
Camalxan təpəsi — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Alqasımlı və Şiləvəngə kəndləri arasındakı ərazidə yerləşən arxeoloji abidə. == Haqqında == Camalxan təpəsinin hündürlüyü 2,5 - 3 metr, diametri 150 km.-dir. 1970-ci illərdə burada təlim-məşq keçirən hərbçilər səngərlər qazmış və abidəni ciddi zədələmişlər. Təpənin özündən və onun ətrafından X-XII əsrlərə aid müxtəlif təyinatlı şirli və sadə qabların fraqmentləri, tikinti qalıqları tapılmışdır. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası. V cild.
Draqor təpəsi
Draqor təpəsi (bolq. хълм Драгор, ‘Halm Dragor’ \'h&lm 'dra-gor\) — Antarktidanın Triniti yarımadasının Vaytklaud buzlağı sahillərindən şərqdə yerləşən, 748 m hündürlüklü qaya zirvəsidir. Zirvə cənubi Bolqarıstanda yerləşən Draqor şəhərinin adını daşıyır. == Yerləşməsi == Draqor təpəsi 63°54′20″ c. e. 59°30′57″ q. u. koordinatlarında yerləşmişdir. Nikyup burnundan 7.85 km cənub-şərqdə, Almond burnundan 2.85 km cənubda, Borovan təpəsindən 1.85 km şimal-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Dulo təpəsi
Dulo təpəsi (bolq. хълм Дуло, ‘Halm Dulo’ \'h&lm 'du-lo\) — Antarktidanın Cənubi Şetland adalarının Livinqston adasının sahillərindən cənub-şərqdə yerləşən, 210 m hündürlüklü təpədir. Təpə buzlaqlardan azaddır. Təpə Bolqarıstan sülaləsi olan Dulonun (7-ci–10-cu əsr) adını daşıyır. == Yerləşməsi == Dulo təpəsi 62°36′05″ c. e. 61°09′22″ q. u. koordinatlarında yerləşmişdir. Təpə Start təpəsindən 1.2 km cənub-şərqdə, Voyteh burnundan 2.52 km cənubda, Penka təpəsindən 2.49 km şimal-qərbdə yerləşmişdir.
Eremiya təpəsi
Eremiya təpəsi (bolq. Еремийски хълм, ‘Eremiyski Halm’ \e-re-'miy-ski 'h&lm\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən qərbdə yerləşən, 863 m hündürlüklü təpədir. Təpə Mareskot silsiləsinə daxildir və Malorad buzlağından cənub-qərbdə yerləşmişdir. Təpə qərbi Bolqarıstanda yerləşən Eremiya şəhərinin adını daşıyır. == Yerləşməsi == Eremiya təpəsi 63°32′45″ c. e. 58°37′46″ q. u. koordinatlarında yerləşmişdir. Kroun zirvəsindən 3.48 km şimal-qərbdə, Korner zirvəsindən 4.83 km şimal-şərqdə, Tanaron burnundan 6 km cənub-şərqdə, Bardarevo təpəsindən 5.89 km cənub-qərbdə yerləşmişdir.
Gəmiqaya təpəsi
Gamigaya təpəsi Bakı-Tbilisi avtomagistralın sağ tərəfində, Birinci Şıxlı kəndinin yaxınlığında yerləşir.Təpənin sağ tərəfi uçurumdur. Təpənin zirvəsindən Kür çayına görüntü açılır.Gamigaya təpəsinin səthində qədim saxsı qabların parçaları və qırıntıları asanlıqla təsadüf edilir. Bu parçalar göstərir ki, bu ərazidə çoxsaylı qırmızı, sarı və qara rəngli, müxtəlif ölçülü və təsərrüfat təyinatlı gil qablar, küplər mövcud olmuşdur. Qabların üzərinə yapma, cızma və çəkmə üsulu ilə naxışlar vurulmuşdur. Gamigayada sistematik arxeoloji qazıntılar aparılmamışdır. Lakin, buradakı saxsı parçaların Qazax rayonun başqa yerlərində tapılan analoji əşyalarla müqayisəsi, Gamigaya qədim yaşayış məskənini erkən Dəmir dövrünə (e.ə. 8-6 əsrlər) aid etməyə imkan verir.
Hürmələk təpəsi
Aslanbəyli (əvvəlki adı: Əli Bayramlı) — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kəndin adı tayfa başçısının (Aslan bəy) adından yaranmışdır. Keçmiş adı da Aslanbəyli olmuşdur. Sovet vaxtı yaşayış məntəqəsi inqilabçı Əli Bayramovun adı ilə adlandırılmışdır. == Tarixi == Kəndin çox qədim tarixi var. Kənddə tunc dövrünə məxsus 5 ədəd kurqan yerləşir. Qədimdə incə dərəsində İncu (Aslanbəyli kəndi), Kimer (Kəmərli kəndi) və Qamak (Qaymaqlı kəndi) tayfaları yaşamışdır.Bunlardan ən qədimi "İncu" (Aslanbəyli) tayfasıdır.[mənbə göstərin] 1982-ci ildə kənd ərazisinin bir hissəsi Sov. İKP Mərkəzi Komitəsinin qərarı ilə Ermənistan SSR-yə verilmişdir. Sovet dövründə kənd bolşevik inqilabçısı Əli Bayramovun adı ilə "Əli Bayramlı" adlandırılmışdır. 29 may 1996-cı ildə ad dəyişdirilərək "Aslanbəyli" adı bərpa edilmişdir.
Konuş təpəsi
Konuş təpəsi (bolq. Конушки хълм, ‘Konushki Halm’ \'ko-nush-ki 'h&lm\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən şimalda yerləşən, 550 m hündürlüklü qaya zirvəsidir. Luis Filipp yaylasından şimadla yerləşmişdir və buzlaqlardan azaddır. Zirvə cənubi Bolqarıstanda yerləşən Konuş şəhərinin adını daşıyır. == Yerləşməsi == Konuş təpəsi 63°29′28″ c. e. 58°11′47″ q. u. koordinatlarında yerləşmişdir. D’Urville dağından 2.03 km şimalda, Tintyava zirvəsindən 3.52 km şimal-şərqdə, Oqled zirvəsindən 5.64 km şimal-şərqdə, Argentina təpəsindən 5.51 km cənubda yerləşmişdir.
Kribul təpəsi
Kribul təpəsi (bolq. Крибулски хълм, ‘Kribulski Halm’ \'kri-bul-ski 'h&lm\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənub-şərqdə yerləşən, 520 m hündürlüklü təpədir. Təpə cənub-qərbi Bolqarıstanda yerləşən Kribul şəhərinin adını daşıyır. == Yerləşməsi == Kribul təpəsi 63°37′59″ c. e. 57°54′32″ q. u. koordinatlarında yerləşmişdir. Qornik təpəsindən 2.71 km cənub-qərbdə, Çörç burnundan 5.27 km şimalda, Marten qayasından 7.88 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Kumata təpəsi
Kumata təpəsi (bolq. хълм Кумата, ‘Halm Kumata’ \'h&lm 'ku-mata\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən şərqdə yerləşən, 614 m hündürlüklü təpədir. Təpə Bolqarıstanda yerləşən Vitoşa dağındakı Kumata ərazisinin adını daşıyır. == Yerləşməsi == Kumata təpəsi 63°33′35″ c. e. 57°49′30″ q. u. koordinatlarında yerləşmişdir. MakKolman zirvəsindən 6.9 km şimal-qərbdə, Marten qayasından 3.08 km şərqdə, Kanitz nunatakından 7.88 km cənub-qərbdə, Kain nunatakından 3.37 km cənub-qərbdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Lopyan təpəsi
Lopyan təpəsi (bolq. Лопянски камък, ‘Lopyanski Kamak’ \lo-'pyan-ski 'ka-m&k\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən 1.7 km cənubda yerləşən, 583 m hündürlüklü təpədir. Təpə Erul yüksəkliyindən və Russell İst buzlağından cənubda yerləşmişdir. Təpə qərbi Bolqarıstanda yerləşən Lopyan şəhərinin adını daşıyır. == Yerləşməsi == Lopyan təpəsi 63°42′11″ c. e. 58°23′29″ q. u. koordinatlarında yerləşmişdir. Giqen zirvəsindən 1.98 km cənub-şərqdə, Koburq zirvəsindən 2.27 km cənub-qərbdə, Panhard nuntakından 4.96 km şimal-qərbdə, Siniger nunatakından 2.64 km şimal-şərqdə, Roman təpəsindən 3.63 km şərqdə yerləşmişdir.
Qornik təpəsi
Qornik təpəsi (bolq. хълм Горник, ‘Halm Gornik’ \'h&lm 'gor-nik\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən cənub-şərqdə yerləşən, 466 m hündürlüklü qaya zirvəsidir. Zirvə şimali Bolqarıstanda yerləşən Qornik şəhərinin adını daşıyır. == Yerləşməsi == Qornik təpəsi 63°37′36″ c. e. 57°51′22″ q. u. koordinatlarında yerləşmişdir. MakKolman zirvəsindən 3.97 km cənub-qərbdə, Kribul təpəsindən 2.71 km şimal-şərqdə, Marten qayasından 7.25 km cənub-şərqdə yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Qreben təpəsi
Qreben təpəsi (bolq. хълм Гребен, ‘Halm Greben’ \'h&lm 'gre-ben\) — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən şimal-qərbdə yerləşən, 924 m hündürlüklü təpədir. Təpə Srednoqori yüksəkliyinə daxildir və Malorad buzlağından şimalda yerləşmişdir.. Təpə qərbi Bolqarıstanda yerləşən Qreben dağının adını daşıyır. == Yerləşməsi == Qreben təpəsi 63°36′19″ c. e. 58°46′11″ q. u. koordinatlarında yerləşmişdir. Ledenika zirvəsindən 2.81 km şimal-qərbdə, Korner zirvəsindən 5.12 km cənub-qərbdə, Henson təpəsindən 3.42 km cənub-şərqdə, Eremiya təpəsindən 4.78 km cənub-qərbdə yerləşmişdir.
Qızlar təpəsi
Qızlar təpəsi — Qusar rayonu Qalacıq kəndindən 3 km. şimalda yerləşən, erkən orta əsrlərə aid qala tipli yaşayış yeridir. Təpənin kənarında, müdafiə divarları yanında dərin və enli xəndəyin izləri qalıb. Kəşfiyyat xarakterlı qazıntılar zamanı 1 metr qalınlığında mədəni qat müəyyənləşirilib. Həmçinin 2,1 metr qalınlığında çay daşlarından tikilmiş müdafiə divarlarının xımı da tapılıb. Arxeoloji materiallardan daş və sürtkəclər, açıq çəhrayı rəngli gil qablar və heyvan sümükləridir.
Qəhrəmanbəy təpəsi
Qəhrəmanbəy təpəsi — Laçın rayonu ərazisində dağ. Mıxtökən silsiləsinin cənub yamacında zirvədir. Hündürlüyü 3115 m. Dağın ərazisi vaxtilə Qəhrəman bəyə məxsus yaylaq yurdu olduğundan belə adlandırılmışdır.
Sirius təpəsi
Sirius təpəsi — Antarktidanın Qreyam torpağının Triniti yarımadası sahillərindən şimal-şərqdə yerləşən, 1010 m hündürlüklü təpədir. Buzlaqlardan azaddır. Təpə Folklend Adalarından Asılı ərazilər Sorğusu (FİDS) tərəfindən hazırlanan 1946-ci ildə nizamnaməsinə görə İt ulduzu olan Siriusun adını daşıyır. == Yerləşməsi == Sirius təpəsi 63°43′ c. e. 58°36′ q. u. koordinatlarında yerləşmişdir. Şuyler dağından 2.28 km şimal-şərqdə, Detroyt yaylasından şimal-şərqdə, Russell Vest buzlağından şimalda yerləşmişdir. Alman-Biritaniya xəritəsinə 1996-cı ildə daxil edilmişdir.
Soltanpud təpəsi
Soltanpud yaşayış yeri — Ağdam rayonu ərazisındə Xaçınçayın sağ sahilində qədim yaşayış yeri. Bura yan-yana düzülmüş müxtəlif ölçüdə və formada olan üç təpədən ibarətdir. Üçüncü təpə Soltanpud təpəsidir. Nəhəng ehram kimi ucalan bu təpə əkinçı-maldar icmalara məxsus nadir qədim yaşayış yerlərindən biridir. Bu təpə haqqında müxtəlif əfsanələr, rəvayətlər mövcuddur. Bəzi tədqiqatçılar Sultanpud təpəsini e.ə. VII əsrdə Qara dəniz çöllərindən Şərq ölkələri üzərinə axan saysız-hesabsız köçəri skiflərə məxsus qəbir abidəsi-kurqan, yerli əhali isə Sultan bəyin tapşırığı ilə düzəldilmış təpə hesab etmişdir. Təpənin hündürlüyü 60–70, şimaldan-cənuba diametri 300, şərqdən-qərbə diametri 200 metrdir. Təpə uzunsov-oval formada olub geniş bir ərazini tutur. Abidəni şərq tərəfdən böyük meşəliklər əhatə edir.
Start təpəsi
Start təpəsi — Antarktidanın Cənubi Şetland adalarının Livinqston adasının sahillərindən cənub-şərqdə yerləşən, 265 m hündürlüklü təpədir. Təpə buzlaqlardan azaddır. Təpə Antarktidada yerləşən Start burnunun adını daşıyır. == Yerləşməsi == Start təpəsi 62°35′48″ c. e. 61°10′33″ q. u. koordinatlarında yerləşmişdir. Təpə Dronq təpəsindən 1.8 km cənubda, Battenberq təpəsindən 1.85 km qərbdə, Dulo təpəsindən 1.23 km şimal-şərqdə yerləşmişdir. Bolqarıstan xəritəsinə 2009-cu ildə daxil edilmişdir.