Hürmələk təpəsi


Aslanbəyli (əvvəlki adı: Əli Bayramlı) — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd.

Aslanbəyli
41°13′57″ şm. e. 45°10′13″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
Mərkəzin hündürlüyü 373 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 4.165 nəf. (2010)[1]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 3513
Aslanbəyli xəritədə
Aslanbəyli
Aslanbəyli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kəndin adı tayfa başçısının (Aslan bəy) adından yaranmışdır. Keçmiş adı da Aslanbəyli olmuşdur. Sovet vaxtı yaşayış məntəqəsi inqilabçı Əli Bayramovun adı ilə adlandırılmışdır.[2]

  • Kəndin çox qədim tarixi var. Kənddə tunc dövrünə məxsus 5 ədəd kurqan yerləşir. Qədimdə incə dərəsində İncu (Aslanbəyli kəndi), Kimer (Kəmərli kəndi) və Qamak (Qaymaqlı kəndi) tayfaları yaşamışdır.Bunlardan ən qədimi "İncu" (Aslanbəyli) tayfasıdır.[mənbə göstərin]
  • 1982-ci ildə kənd ərazisinin bir hissəsi Sov. İKP Mərkəzi Komitəsinin qərarı ilə Ermənistan SSR-yə verilmişdir.[3]
  • Sovet dövründə kənd bolşevik inqilabçısı Əli Bayramovun adı ilə "Əli Bayramlı" adlandırılmışdır.[4] 29 may 1996-cı ildə ad dəyişdirilərək "Aslanbəyli" adı bərpa edilmişdir.[5]
  • Qarabağ müharibəsi zamanı kənd sakinləri Barana rayonu (Noyemberyan) tərəfdəki erməni həmləsinin qarşısını layiqincə aldılar. Qonşu QaymaqlıKəmərli kəndliləri ilə birləşərək arvad-uşaq yalın əllə, quş tüfəngi, tapança ilə döyüşə girdilər. Kəndlilər vətən məhəbbəti, qeyrət adlı silahları ilə mənfur düşmənin layiqli cavabını verərək, Qazaxın İncə dərəsi torpaqlarını qorumuşlar. Aslanbəyli kəndi Qarabağ müharibəsi ve Qazax tərəflərdə döyüşlər zamanı 24, 2016-ci ilin aprelində Dördgünlük müharibədə isə 1 şəhid vermişdir
  • Hal-hazırda kənddə 400-500 illik tarixi olan qəbir daşları var. 1977-ci ildə kəndin qurtaracağında olan şiş təpədə olan daşları çıxardarkən məqbərə aşkar edilir. Məqbəri qırmızı daşdan düzəldilib. Qazax rayonunda belə daşlardan qırmızı körpünün tikilişində istifadə edilmişdir. Məqbərənin girəcəyi şah saraylarının qapısındakı ornamentlərə oxşayır. Məqbərə Gəncə şəhərində olan sərdabəyə çox bənzəyir. Məqbərədəki tabutda boyu 2 metrdən qısa olmayan bir kişi150 metr boyda qadın yanaşı qoyulmuşdu. Onların saçı, əl və üzlərinin rəngi, paltarları olduğu kimi qalırdı. Bir çoxları belə güman etdilər ki, tabutdakı cəsəd kəndin adını daşıyan Aslanbəydir. Kəndin adını daşıyan Aslanbəy 400-500 il bundan əvvəl yaşamışdır.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Aslanbəyli kəndi Qazax rayonunun qərbində, İncə dərəsində, İncəsu çayının (Kürün qolu) vadisində, düzənlikdə yerləşir. İncə dərəsində yerləşən üç kənddən biridir. Rayonun mərkəzi olan Qazax şəhərindən 30 kilometr şimal-qərbdə, Bakı - Gürcüstan magistral yolundan 7 kilometr aralıda yerləşir. Kəndin ərazisi qərbdən Qaymaqlı kəndiylə, İncə dərəsinə gedən əsas yoldan şərq istiqamətində Yuxarı Salahlı kəndiylə, çöllük ərazilərdən cənub və cənub-şərqdən Avey dağıDaş Salahlı kəndiylə, şimaldan Birinci Şıxlı kəndiylə, cənub-qərbdən Qərbi Azərbaycanın Barana rayonu (Noyemberyan) rayonunun Qurumsu kəndiylə qonşudur. Vadidə yerləşən Aslanbəyli, QaymaqlıKəmərli kəndlərinin yerləşdiyi əraziyə İncə dərəsi deyilir.[4] Aslanbəyli kəndi, əhalisinin və ərazisinin böyüklüyünə görə dərədə ən böyük kənddir.

İqlimi mülayim qış və isti yayla xarakterizə olunur. Qışı quraq keçir.

Hürmələk təpəsi

[redaktə | mənbəni redaktə et]

Yuxarı Salahlı-Aslanbəyli yolunun qırağında bir təpə yerləşir. Bu təpə XİX əsrdə yaşamış Hürmələk nənənin adı ilə tanılır.

Müqəddəs adətinə bir dəfə də olsun naxələflik etməyən Hürmələk nənə hər cümə günü Aslanbəyli kəndinə gedib cümə namazlarını Hacı Mahmud Əfəndi həzrətlərinin evində qılar, bu ulu Övlüyanın camalından nur payını götürərdi. Günorta namazını isə həmişə olduğu kimi həmin təpənin üstündə qılıb Salahlıya - evlərinə tələsərdi. Bir gün namaz üstündə dünyasını dəyişən Hürmələk nənə elə bu təpədə torpağa tapşırılmışdır. Buna görə də camaat həmin təpəni "Hürmələk təpəsi" adlandırmışdır.

Uzun illər ötüşdü, tək məzar adlanan həmin yer ocaq yerinə cevrildi. Kimi ehsanat kimi həmin məzarın ətrafını hördurdü, kimi başdaşı qoydu, kimi isə məzarı ziyarət etmək üçün təpənin üstünə qədər pilləkən saldırdı. Hər yoldan keçən təpənin qarşısında ayaq saxlayır, Allahdan Hürmələk nənəyə rəhmət diləyir.

Aslanbəyli bələdiyyəsi Aslanbəyli kəndini əhatə edir.[6]

939 təsərrüfatı olan kənddə 4,165 nəfər əhali yaşayır. Aslanbəyli kəndi əhalisinin sayına görə, rayonun inzibati mərkəzi olan Qazax şəhəri başda olmaqla, Daş SalahlıÇaylı kəndlərindən sonra rayonda 3-cü böyük kənddir.

Tanınmış soyları

[redaktə | mənbəni redaktə et]

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]

Kənddə Məhəmməd Peyğəmbər dövründə yaşamış, Yəmənli və Osman Türk əsilli bir müsəlman, övliya, mistikfilosof olan Veysəl Qaraninin qəbri var və bu soydan törəyən nəsillərə Qaranallılar (Qaranilər) deyirlər. Kənddəki nəsillərin əksəriyyətinin soyu Qaranilərdən gəlir.Seyidovlar nəslidə bu soyun qollarından biridir.

Müridizm baxış bucağından burası qutsal bir məkandır. Hər kənd məşhur bir şəxsiyyəti ilə daha çox tanındığı kimi Aslanbəyli də hər şeydən öncə bu kənddə yaşayıb torpağa tapşırılan böyük nəkşibəndi övliyası Hacı Mahmud Əfəndinin adı, onun inanclıların ziyarət etdiyi Türbəsi ilə tanınır. Elə bundan dolayıdır ki, kənd sazın, sözün beşiyi olmaqdan öncə, eyni zamanda ruhani bir məkan - İslam dininin pərvəriş tapdığı inanclı insanların yurdu kimi bilinir

Mədəniyyət və incəsənət

[redaktə | mənbəni redaktə et]
  • Səma rəqsi.
  • Qım–qıma.

Aşıq sənəti

[redaktə | mənbəni redaktə et]

Aslanbəyli qədim vaxtlardan sazın, sözün beşiyidir. Aşıq sənəti çox böyük tarixə malikdir. İncə dərəsi elindən çox ustad, istedadlı aşıqlar çıxmışdır və indi də bu sənəti layiqincə davam etdirirlər.

Aşıq Kərəm İncəli
Aşıq İlham Aslanbəyli

Mədəniyyət və Təhsil müəssisələri

[redaktə | mənbəni redaktə et]

19-cu əsrin ortalarında Hacı Mahmud Əfəndi elmi bilikləri tədris etmək üçün hücrə tikdirir. Onun ətrafına yaxın və uzaq yerlərdən çoxlu sayda tələbələr toplaşır.

Aslanbəylidə ilk oğlan və qız məktəbini professor, əməkdar elm xadimi Əhməd Seyidov təşkil etmişdir. Kənddə elm və maarifin inkişafında, həmin dövrdə savadlı kadrların yetişməsində Əhməd müəllimin böyük rolu olmuşdur.

  • Aslanbəyli kənd tam orta məktəb
  • Aslanbəyli kənd folklor evi
  • Aslanbəyli kənd kitabxana filialı

Maddi-mədəni irsi

[redaktə | mənbəni redaktə et]

Kənd təsərrüfatı

[redaktə | mənbəni redaktə et]

Kənd təsərrüfatının əsasını əkinçilik, heyvandarlıq, taxılçılıq, tərəvəzçilik, bağçılıq, üzümçülüknarçılıq təşkil edir. Əsas kənd-təsərrüfat bitkiləri taxıl, yonca, kartof və başqalarıdır. Kənddə böyük otlaq sahələri var. Aslanbəyli kənd sakinlərinin 1720 hektar əkin sahəsi var ki, bunun da 800 hektara yaxını taxıl, 290 hektarı yonca sahəsi, 700 hektara yaxını, digər əkin sahələridir.

  1. 1 2 http://qazax-ih.gov.az/page/43.html.
  2. Aslanbəyli // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  3. "Erməni işğalının nəticələri" (PDF). 2010-07-03 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2010-06-21.
  4. 1 2 "Qazax rayonunun kəndləri" (az.). Qazax.net. Archived from the original on 2015-10-17. İstifadə tarixi: 2015-10-17..
  5. "Azərbaycan Respublikası Qazax rayonunun bəzi yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi haqqında" Azərbaycan Respublikasının 29 may 1996-cı il tarixli, 91-IQ nömrəli Qanunu Arxivləşdirilib 30 noyabr 2018 at the Wayback Machine  (az.)
  6. ""Bələdiyyələrin əraziləri torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nın yeni redaksiyada verilməsi barədə Azərbaycan Respublikası № 827-IIIQ saylı Qanunu" (az.). e-qanun.az. 29.05.2009. Archived from the original on 2015-06-28. İstifadə tarixi: 2015-06-29..
  7. . [*Telman Qəhrəmanov. Qaçaq İsmayıl. Bakı. Şəms: 2006, 192 səh. ]  (az.)
  8. "Aslanbəyli kəndindəki məscid" (az.). Qazax.net. Archived from the original on 2015-10-22. İstifadə tarixi: 2015-10-22..
  9. "Hürmələk təpəsi" (az.). Qazax.net. Archived from the original on 2015-10-22. İstifadə tarixi: 2015-10-22..
  • Fikrət Seyidov. Aslanbəylidən başlanan xatirələr. Bakı: 2000, 350 səh.
  • Telman Qəhrəmanov. Qaçaq İsmayıl. Bakı. Şəms: 2006, 192 səh.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]