Qızlar təpəsi — Qusar rayonu Qalacıq kəndindən 3 km. şimalda yerləşən, erkən orta əsrlərə aid qala tipli yaşayış yeridir. Təpənin kənarında, müdafiə divarları yanında dərin və enli xəndəyin izləri qalıb. Kəşfiyyat xarakterlı qazıntılar zamanı 1 metr qalınlığında mədəni qat müəyyənləşirilib. Həmçinin 2,1 metr qalınlığında çay daşlarından tikilmiş müdafiə divarlarının xımı da tapılıb. Arxeoloji materiallardan daş və sürtkəclər, açıq çəhrayı rəngli gil qablar və heyvan sümükləridir.