Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Timon
Timon — Əsl kərtənkələlər fəsiləsinə aid cins. Əvvəllər bu cins Lacertaya daxil edilirdi. İri kərtənkələlərdir. Gözlü kərtənkələlərin uzunluğu 90 sm çatır.
Timor
Timor (ind. Pulau Timor, tetum Timor) — Malay arxipelaqının cənubunda, iki müstəqil ölkə arasında bölünən ada. Adanın şərq hissəsində Şərqi Timor, qərbində isə İndoneziyanın ərazisi yerləşir. == Coğrafiya == Adanın sahəsi 30,8 min. km² təşkil edir. Adı Malay dilində "Şərq" mənasını verir. Buda fakdır ki, ada Malay arxipelaqının şərqində yerləşir. == İnzibati bölgü == Ada iki ölkə arasında bölünmüşdür: İndoneziya və Şərqi Timor. Şərqi Timor — 15 007 km², 1 066 409 nəf. (2010) İndoneziya — 14 660 км², 1 662 056 nəf.
Timor dənizi
Timor dənizi (ind. Laut Timor,port. Mar Timor — narıncı dəniz) — Hind okeanında dənizdir. Avstraliya və Timor adası arasında yerləşir. Dənizin sahəsi — 432 min km²-dir. Ən dayaz yeri 200 metrdən az, ən dərin yeri — 3310 metrdir. Dənizin ən böyük körfəzi — Cozef-Bonopart körfəzidir.
Timor plitəsi
Timor plitəsi — mikroplitə olaraq Cənub-şərqi Asiya ərazisində yerləşir. Timor adasının təməlini təşkil edir. Sahəsi 0,0087 steradiondur. Adətən Avrasiya plitəsinin tərkib hissəsini təşkil edir. Hind-Avstraliya plitəsi ilə cənubdan, qərb və şimaldan isə Banda dəniz plitəsi ilə sərhədlənir. == Mənbə == Bird, P. "An updated digital model of plate boundaries". Geochemistry, Geophysics, Geosystems. 4 (3). 2003: 1027. doi:10.1029/2001GC000252.
Timor çəkçəkisi
Timor çəkçəkisi (lat. Saxicola gutturalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Şərqi Timor
Timor-Leste Demokratik Respublikası (tetum. Repúblika Demokrátika Timór-Leste; port. República Democrática de Timor-Leste) — Cənub-Şərqi Asiyada dövlət. Şərqi Timor Timor adasının şərq hissəsində yerləşir. Ölkə Atauro və Jaku adaları ilə Oekussi-Ambeno anklav bölgəsini əhatə edir. Adanın qalan hissəsi Qərbi Timor isə İndoneziyanın tərkibindədir. Paytaxtı və ən böyük şəhəri Dili, ümumi sahəsi 15,007 kvadrat kilometrdir. Respublika ərazisi 13 regiona (distrito) bölünmüşdür. Şərqi Timor həm də XXI əsrdə yaranmış ilk dövlətdir. == Etimologiyası == "Timor" sözünün mənşəyi timur sözdən götürülüb və malay dilində "şərq" deməkdir.
Timo Bol
Timo Bol (8 mart 1981) — Almaniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Timo Bol Almaniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Timo Bol Almaniyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Timo Bol Almaniyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin, Komanda turnirində isə gümüş medalın sahibi olub. Daha sonra Timo Bol Almaniyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin, Komanda turnirində isə bürünc medalın sahibi olub. Timo Bol Almaniyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin sahibi olub.
Timo Stavitski
Timo Stavitski (17 iyul 1999) — Liqa 1 təmsilçilərindən olan Stad Malerbe Kann klubunda hücumçu kimi çıxış edən peşəkar Finlandiyalı futbolçudur. == Klub karyerası == Stavitski 2017-ci ilin əvvəlində Veikkausliqa klublarından olan RoPS klubuna transfer olmuşdur. O, peşəkar karyerasında ilk qolunu İnter Turku klubuna qarşı oyunda vurmuş və komandası 2–6 hesabı ilə məğlub olmuşdur. 2017-ci ilin dekabr ayında Barselona klubunda baxışdan keçdikdən sonra Stavitski Liqa 1 təmsilçilərindən olan Kann klubuna transfer olmuşdur. == Karyera statistikası == 17 Fevral 2018 tarixində yenilənib 1Finlandiya və Fransa Kuboku görüşləri daxildir. 2Finlandiya və Fransa Liqa Kuboku görüşləri daxildir.
Timo Verner
Timo Verner (6 mart 1996-cı ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan RB Leypziq klubunda və Almaniya milli futbol komandasında hücumçu kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. == Klub karyerası == === VfB Ştutqart === Verner Ştutqart klubu ilə debütünü 1 avqust 2013-cü ildə 2013-14 UEFA Avropa Liqası təsnifat mərhələsində Botev Plovdiv klubunaq qarşı oyunda etmişdir. 17 yaş, 4 ay və 25 günlüyündə meydana çıxan Verner rəsmi oyunlarda oyuna daxil olan ən gənc futbolçu kimi Bundesliqa klubu olan Ştutqart klubunun tarixinə düşmüşdür. O, Bundesliqada debütünü 17 avqust 2013-cü ildə Bayer Leverkuzen klubuna qarşı oyunda etmişdir. Verner Bundesliqada ilk qolunu 22 sentyabr 2013-cü ildə Ştutqart klubu ilə Ayntraxt Frankfurt klubuna qarşı oyunda vurmuşdur. 10 noyabr 2013-cü ildə Verner Frayburq klubuna qarşı oyunda iki qolla yadda qalmışdır. O, ikinci və üçüncü qolun müəllifi olmuş və komandası 3-1 hesabı ilə qalib gəlmişdir. Bu nəticə ilə Verner Bundesliqa tarixində bir oyunda iki qol vuran ən gənc futbolçu kimi tarixə düşmüşdür. Verner 18-ci ad günündə Ştutqart klubu ilə 2018-ci ilin iyun ayına qədər peşəkar müqavilə imzalamışdır. Amma Leypziq 2016-cı ilin yayında 10 milyon avro qarşılığında onu transfer etmişdir.
Şərqi Timor bayrağı
Şərqi Timor bayrağı — Şərqi Timorun Dövlət bayrağı
Şərqi Timor coğrafiyası
Şərqi Timor — Cənub-Şərqi Asiyada, İndoneziya və Avstraliya arasında yerləşən ada dövləti. Timor adasının yarısını (şərqi) əhatə edir. Atauro və Jaco adaları ilə Oecussi-Ambeno bölgəsi də Şərqi Timora məxsusdur. Şərqi Timorun coğrafi kordinatları: 125° şərq uzunluğu və 8°Cənub enliyi. Şərqi Timor İndoneziya ilə quru sərhəddinə malikdir (253 km). Timor adası Malay arxipelaqının bir hissəsi hesab olunur. Ada Kiçik Zond adalarının ən böyüyü və ən şərqdə yerləşənidir. Şərqi Timor cənub yarımkürəsində yerləşən yeganə asiya dövlətidir. Ümumi sahəsi — 14 954 km². Sahil xəttlərinin uzunluğu 6789 km-dir.
Şərqi Timor himni
Şərqi Timor dövlət himni — «Pátria» (azərb. «Vətən»‎). Birinci dəfə 28 noyabr 1979-cu (Protuqaliyadan İstiqlal Bəyannaməsi günü) ildə ifa olunub. Ondan sonra 7 dekabr 1979-cu ildə indoneziyalı qoşunlar Şərqi Timora daxil olunmuşdular. Qoşunlar çıxandan sonra, 20 may 2002-ci ildə Şərqi Timor son olaraq azadlığın alandan sonra «Pátria» dövlət himni himni elan ifa olunmu.dur. Musiqini qoşan — Afonsu Redentor de Araju (port. Afonso Redentor de Araújo), sözlərinin müəllifi — Fransişku Borja da Koşta (port. Francisco Borja da Costa). Fransişku Borja da Koşta İndoneziya ilə işğal birinci günüdə öldürülmüşdür. Bugünkü vaxtda himn ancaq portuqal dilində ifa edilir, tetum dilində (ölkənin dövlət və rəsmi dili) versiyası yoxdur.
Azərbaycan–Şərqi Timor münasibətləri
Azərbaycan–Şərqi Timor münasibətləri — Azərbaycan Respublikası ilə Şərqi Timor Demokratik Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 2004-cü ilin aprel ayının 5-də qurulmuşdur.
Şərqi Timor Demokratik Respublikası
Timor-Leste Demokratik Respublikası (tetum. Repúblika Demokrátika Timór-Leste; port. República Democrática de Timor-Leste) — Cənub-Şərqi Asiyada dövlət. Şərqi Timor Timor adasının şərq hissəsində yerləşir. Ölkə Atauro və Jaku adaları ilə Oekussi-Ambeno anklav bölgəsini əhatə edir. Adanın qalan hissəsi Qərbi Timor isə İndoneziyanın tərkibindədir. Paytaxtı və ən böyük şəhəri Dili, ümumi sahəsi 15,007 kvadrat kilometrdir. Respublika ərazisi 13 regiona (distrito) bölünmüşdür. Şərqi Timor həm də XXI əsrdə yaranmış ilk dövlətdir. == Etimologiyası == "Timor" sözünün mənşəyi timur sözdən götürülüb və malay dilində "şərq" deməkdir.
Kral Şir: Timon və Pumba
Kral Şir: Timon və Pumba - 1995-1998-ci illərdə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi serialıdır. Cizgi serialına baş qəhrəmanları Timon və Pumbadır. Bu cizgi serialı özündə "Kral Şir" cizgi filmindən "Kral Şir - 2" cizgi filminə qədər olan hadisələri ehtiva edir.
Şərqi Timor 2018 Qış Olimpiya Oyunlarında
Şərqi Timor 2018 Qış Olimpiya Oyunlarında' dağ xizəyi idman növündə bir idmançı ilə təmsil olunacaqdır. Bu ölkə artıq ikinci dəfədir ki, qış olimpiyadasında iştirak edir. 2010-cu il Qış Olimpya oyunlarında ölkəni xizək yarışlaında Matyo Razanakolina təmsil etmişdir. == Millinin tərkibi == == Yarışmanın nəticələri == === Xizək idmanı növləri === ==== Dağ xizəyi idmanı ==== Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən Eritreya «B» kateqoriyası üzrə təmsil olunacaqdır. Ölkəsini təmsil etmək hüququ Yohann Qutt Qonsalvesə məxsusdur.
Kirov (Kirov)
Kirov — Rusiya Federasiyasında yerləşən şəhər Kirov vilayətinə daxildir
Digov
Digov — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 18 nəfərdir. == Toponimiyası == Lerik rayonunun Mistan inzibati ərazi vahidində yerləşən bu kənd Peştəsər silsiləsinin ətəklərindədir. Oykonim Digah coğrafi adının yerli tələffüz forması olub, "kənd yeri" mənasındadır.
Girov
Girov və ya əsir — müharibə və ya müəyyən hərəkətlərdə qabaqlayıcı tədbir kimi təhlükəsizlik məqsədləri üçün varlıqların və ya şəxslərin tutulması və ya saxlanmasıdır. Girov qismində tutulan varlıq və ya şəxs girov və ya əsir adlanır. İndiki müasir istifadədə, müharibələrdə deyil, hər hansı bir cinayətdə iştirak etmiş şəxsin və qrupun, işəgötürən, hüquq-mühafizə orqanları və ya hökumət orqanlarına zorla tələblərini qəbul etdirməyə və tələb yerinə yetirildikdən sonra sərbəst buraxılan şəxsə deyilir. Girov götürən şəxs məhkumlara fiziki zərər verə bilər.
Kamov
Kamov — Nikolay İliç Kamov və dostu N. K. Skrzhinskii tərəfindən 1929-cu ildə yaradılmış rotorlu təyyarə şirkəti. Helikopterə oxşamasına baxmayaraq rotorlu təyyarələrin arxa pəri olmur. 1929-cu ildən etibarən Kamov dizayn bürosu köhnə SSRİ zamanından müasir dövrə kimi hərbi məqsədli helikopter və rotorlu təyyarə istehsal edir.
Kimon
Kimon (yun. Κίμων; Kímon; e.ə. 510, Qədim Afina – e.ə. 450, Larnaka və ya Salamin, Famaqusta rayonu[d]) — Yunan-İran müharibələri dövrünün afinalı sərkərdəsi. Miltiadın və Frakiya padşahı Olorun qızı Hehespilanın oğlu, Filaid zadəgan nəslinə aiddir. Sıravi döyüşçü və sərkərdə kimi bir sıra döyüşlərdə (o cümlədən, Salamin və Evrimedont döyüşlərində) iştirak etmişdir. Femistoklun qovulmasından sonra Afiananın ən mühüm siyasi fiquruna çevrilmişdir. Hakimiyyət başında olarkən, bir sıra mühüm tikinti proseslərini həyata keçirmişdir. Onun dövründə ucaldılmış tikililər vasitəsilə adı, dolayı da olsa da antik fəlsəfə tarixinə dolayı da olsa daxil olmuşdur. onun tərəfindən yaradılmış zeytunluq "Akademiya" ilk öncə Platonun məşhur məktəbinin üzvlərinin toplandığı yer, sonra isə elmi təşkilatlar –aka demiyaların eponiminə çevrilmişdir.
Kirov
Kirov (Kirov) — Rusiya Federasiyasında yerləşən şəhər, Kirov vilayətinə daxildir. Kirov (Vedibasar) — Vedibasar mahalında kənd.
Limon
Limon (lat. Citrus limon) — Sədokimilər fəsiləsinə aid bitki növü. == Ümumi məlumat == Limon çox faydalı bitkidir. Azərbaycanın subtropik rayonlarında (Lənkəran, Astara və s.) son illərdə müvəffəqiyyətlə becərilir və onun əkin sahələri ildən-ilə genişləndirilir. Limonun vətəni qədim Hindistan torpağıdır. Əfsanəvi hindli yoqları onu sağlamlığın qorunmasında universal bir vasitə sayırlar. Onların dediklərinə görə hər adam özünü gündə bir limon yeməyə və bir limonun şirəsini içməyə öyrətməlidir. Güman edilir ki, "limon" sözü malay dilində bu meyvəni adlandıran "lerno" sözündən əmələ gəlib. Çində isə bu bitkini "limunq" adlandırırlar və tərcümədə bu "analar üçün xeyirli" deməkdir. 18-ci əsrdə İngilis donanmasında uzun səfər zamanı matroslara gündə 30 q limon şirəsi qəbul etmək məcburi sayılırdı ki, bu da onları sinqa xəstəliyindən qoruyurdu.
Siyov
Siyov — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 1018 nəfərdir. == Toponimikası == Kəndin adı ərazidəki Qarasuçayın və Qarasutəpə dağının adı ilə bağlı yaranmışdır. Oykonim Qarasu adının talış dilindəki qarşılığıdır. == Bitki örtüyü == Taxus baccata – iynə yarpaqlılar nümayəndələrindən olmaqla – Qafqaz meşələrində geniş yayılmışdır. Bu növ iynə yarpaqlı ağac və kollar Hirkan qarışıq meşəliyində yayılmaqla bərabər özü təklikdə Siyov kəndi yaxınlığında qaraçöhrə meşəliyi yaradır. Burada Taxus baccata-dan başqa Carpinus schuschacnsis və Lonicera iberica-nın, ot bitkilərinin 32 növ olduğunu A.A.Qrossheym 1926-cü ildə, müəlliflərdən biri isə (akademik V.Hacıyev) 1979-cu ildə 45 növ olduğunu göstərmişdir. Çox düzgün olaraq A.A.Qrossheym bu meşəliyin sonradan bərpası ilə izah edir. Görünür Siyov ətrafında vaxtı ilə meşələr qırıntıya məruz qalmışdır. Qaraçöhrənin isə bir hissəsi yandırılmışdır.
Tambov
Tambov — Rusiya Federasiyasında yerləşən şəhər. Tambov vilayətinə daxildir.
Timar
Timar — Anadolu bəyliklərində və Osmanlı imperiyasında şərti feodal torpaq mülkiyyəti. 1839-cu ildə hərbi sistem ləğv edilənə qədər mövcud olmuşdur. Sultan I Muradın hakimiyyəti dövründə yaradılmışdır. Bir timardan əldə edilən illik gəlir 20 min akçadan az idi. XVI əsrin sonlarında timar tədricən çiftlik adlanan torpaq mülkiyyətinə çevrilmişdir. Bu, dövlət 1919-cu ildə süqut edənə qədər Osmanlı imperiyasında üstünlük təşkil etmişdir.
Simon
Simon — ad. Simon Minyole — Belçikalı qapıçı. Simon Stevin — Holland riyaziyyatçısı və mühəndisidir; Simon Hoytvill — Norman əsilli Siciliya qrafı. Simon Bolivar – Simon Simonyan — yazıçı, publisist, müəllim. Simon Qerada — Avstraliyanı təmsil edən stolüstü tennisçi. Simon Canaşia — gürcü tarixçisi və ictimai xadimi. Simon Virsaladze — Sovet, gürcü və rus teatr sənətçisi. Simon Açıqgözyan — Qarabağ müharibəsi və Çaykənd əməliyyatında iştirak etmiş erməni əsilli terrorçu. Simon Riekhoff — İsveçrəli suya tullanan. Simon Baxmann — Seyşel adalarını təmsil edən üzgüçü.
Timfi
Timfi (yun. Τύμφη) — Yunanıstanda dağ. Dağ ölkənin şimal-qərbində yerləşir. Yanina prefekturasında yerləşən dağ Yunanıstanın hündürlüyünə görə altıncı dağıdır. Dağ üç pikdən ibarətdir: ən yüksək olan Qamila (Γκαμήλα). Hündürlüyü 2497 metrdir. İkinci zirvə Quradır (Γκούρα) - 2467 metr. Üçüncü zirvə isə Astrakadır (Αστράκα)- 2432 metr. Timfi dağı şərqdən qərbə doğru 20-25 km məsafədə uzanır. Eni isə 15 km-dir.
Timin
Timin (5-metilurasil) — pirimidinin törəməsi, azotlu əsasların beşindən biridir.Dezoksiriboza ilə birlikdə timidin nukleozidin tərkibinə daxil olaraq, bütün canlı orqanizmlərin tərkibində mövcuddur. Timin dezoksiribonukleotidlər DNT-in tərkibinə daxildirlər, RNT-də onun yerində urasilin ribonukleotidi yerləşir. Timin adeninlə 2 hidrogen rabitəsi əmələ gətirərək, ona komplementardır. Orqanizmin ölümündən sonra timin əsasları zamanla hidantoinlərədək oksidləşirlər. Tədqiqatlara əsasən, timin ultrabənövşəyi şualanmanın enerjisini dağıdaraq, DNT-ni onun mənfi təsirindən qoruya bilir.
Timus
Çəngələbənzər vəzi ya timus (lat. thymus) — 15 yaşınadək uşaqlarda olur, sonra reduksiya edərək piy toxuması ilə əvəz olunur, odur ki, uşaqlıq dövrü vəzilərindən hesab olunur. Endokrin sisteminin bronxiogen vəzilərdəndir. Çəngələbənzər vəzinin şəkli müxtəlifdir – gah qısa, qalın, gah uzun, və ensiz olur; embrional dövrdə rəngi çəhrayı, uşaqlarda boz və çəhrayı , böyüklərdə piy toxuması ilə əvəz olunduğu üçün sarımtıl olur. yeni doğulmuşda çəkisi 10-15 q, uzunluğu 5-6 sm, eni (aşağı tərəfdə) 2-4 sm və qlınlığı 1-1,5 sm-dır. Qızlarda çəngələbənzər vəzi oğlanlarınkindən kiçik olur. == Quruluşu == Çəngələbənzər vəzi iki asimmetrik hissədən. sağ və sol paydan – lat. lobus dexter et sinister ibarətdir. Binlar bir -birilə ancaq piy toxuması ilə birləşmişdir, beləliklə bunların hər birini ayrı-ayrı üzv hesab etmək olur.
Timoti
Timoti — ad. Timoti Dalton — Böyük Britaniya aktyoru Timoti Makvey — Timoti Şuttlevort — Böyük Britaniyalı üzgüçü. Timoti Vinter — Yamaykalı üzgüçü. Timoti Van — Birləşmiş Ştatları təmsil edən stolüstü tennisçi.
Qırov
Qırov – ayaz gecələrdə yerin və cisimlərin səthi soyuyaraq mənfi temperatura düşdükdə onların səthinə çökən buz kristalcıqları.
Çilov
Çilov (əvvəlki adı: Jiloy) — Azərbaycan Respublikasının Pirallahı rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Jiloy qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Jiloy şəhər tipli qəsəbə Çilov şəhər tipli qəsəbə, Jiloy qəsəbə inzibati-ərazi vahidi Çilov qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2012-ci il tarixli, 519-IVQ saylı Qərarı ilə Bakı şəhəri Xəzər rayonunun Çilov qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Çilov qəsəbəsi Bakı şəhəri Pirallahı rayonunun inzibati ərazi bölgüsünə daxil edilmiş, Çilov qəsəbə inzibati ərazi dairəsi Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə verilmişdir. == Tarixi == Xəzər dənizinin Abşeron körfəzində eyniadlı arxipelaqa aid olan adadır. Çilov adası səsləşməsinə görə "Jiloy" adlandırılıb. Adanın qədim adı Çilov – Şahilandır, daha əvvəl isə o, Ronis adlanıb. Qəsəbə daha çox neft hasilatı ilə tanınmışdır. 1949-cu ildə qəsəbə statusu almışdır. == Əhalisi == Əhalisi 1,7 min nəfərdir. Əhalisi əsasən sənaye müəssisələrində və qismən də kənd təsərrüfatı sahələrində çalışır.
Əzimov
Əzimov — Azərbaycanda daha çox işlədilən soyad. Araz Əzimov — Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini. Cəbrayıl Əzimov — Azərbaycan kino və geyim rəssamı. Nadir Əzimov — Azərbaycan bəstəkar, kino bəstəkarı, dirijor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Rafiq Əzimov — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının Xalq Artisti. Hacıbaba Əzimov — Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri. Əfrasiyab Əzimov — xalq qəhrəmanı Novruz Əzimov — Azərbaycanlı futbol mütəxəssisi. Böyükağa Əzimov — kibernetika və hesablama texnikası sahəsində sovet alimi. Ayzek Əzimov — Amerika yazıçısı. Aleksandr Əzimov — Sovet futbolçusu. Ənvər Əzimov — Rusiya diplomatı Roza Əzimov — Sovet İttifaqı Qəhrəmanı.