Şərqi Timor

Timor-Leste Demokratik Respublikası[1][2] (tetum. Repúblika Demokrátika Timór-Leste; port. República Democrática de Timor-Leste) — Cənub-Şərqi Asiyada dövlət. Şərqi Timor Timor adasının şərq hissəsində yerləşir. Ölkə AtauroJaku adaları ilə Oekussi-Ambeno anklav bölgəsini əhatə edir. Adanın qalan hissəsi Qərbi Timor isə İndoneziyanın tərkibindədir. Paytaxtı və ən böyük şəhəri Dili, ümumi sahəsi 15,007 kvadrat kilometrdir. Respublika ərazisi 13 regiona (distrito) bölünmüşdür. Şərqi Timor həm də XXI əsrdə yaranmış ilk dövlətdir.

Şərqi Timor
Repúblika Demokrátika Timór-Leste
República Democrática de Timor-Leste
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
"Honra, Pátria e Povo" (port.)
"Şərəf, Ana vətən və Xalq"
Himn: Pátria
Tarixi
 • Portuqaliyadan müstəqillik 28 noyabr 1975
 • İndoneziya işğalı dekabr 1975
 • İndoneziyadan müstəqillik 20 may 2002
Rəsmi dilləri
Paytaxt Dili
İdarəetmə forması Yarı prezident respublikası
Prezident José Ramos-Horta
Baş nazir Taur Matan Ruak
Sahəsi Dünyada 159-cu
 • Ümumi 15,007 km² km²
Əhalisi
 • Əhali 1,183,000 nəfər (158-ci)
 • Siyahıyaalma (11.07.2010) 1 066 582 nəf.
 • Sıxlıq 78,1 nəf./km² (132-ci)
ÜDM (AQP)
 • Ümumi 2,234 milyard dollar
 • Adambaşına 5 479 dollar  (148-ci)
ÜDM (nominal)
 • Ümumi (2014) 1,293 milyard dollar
 • Adambaşına 3 330 dollar
İİİ (2014) 0.595 (azalış; 133-cü)
Valyuta ABŞ dolları
İnternet domeni .tl
ISO kodu TL
BOK kodu TLS
Telefon kodu +670
Saat qurşaqları
Nəqliyyatın yönü sol[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Şərqi Timor
Şərqi Timor

"Timor" sözünün mənşəyi timur sözdən götürülüb və malay dilində "şərq" deməkdir. Rəsmi olaraq Portuqalca adı Timor-Leste (ti'moɾ 'lɛʃtɨ), qeyri-rəsmi olaraq Tetumca adı Timor Lorosa'e və bəzən İngilis adından istifadə edilir. Birləşmiş Millətlər Təşkilatında Portuqalca olan Timor-Lesteyi istifadə edilir. Lorosae (Tetumcada dünyanın "şərq"i) hərfi hərfinə "doğan günəş" mənasını verir.

Uzun illər Portuqaliya müstəmləkəsi olduqdan sonra 1975-ci ildə qonşusu İndoneziya tərəfindən işğal edilən Şərq Timor 1975-ci ildə qəti olaraq İndoneziyanın 27-ci vilayəti oldu. 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatının vəziyyətə müdaxilə etməsi ilə muxtariyyət verilməsindən sonra Şərqi Timorda öz müqəddəratını təyinetmə ilə bağlı referendum keçirildi. Nəticədə, əhalinin 78.5% müstəqilliyi üçün səs verdi. Bu zorakılıqla nəticələndikdən sonra beynəlxalq sülhməramlı qüvvə tətbiqi tələb edildi. 20 may 2002-ci il keçmiş Portuqaliya müstəmləkəsi rəsmən müstəqil dövlət elan edildi. Müstəqillikdən sonra ölkə Birləşmiş Millətlər Təşkilatına və Portuqaldili ölkələr Birliyinə qoşulmuşdu. 2011-ci ildə Şərqi Timor Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasına qoşulmaq istəyini açıqlayaraq, qrupun on birinci üzvü olmaq niyyətini bildirdi. Cənub-Şərqi Asiyada ikinci əsas xristian ölkəsidir (digəri Filipindir).

1999-cu ildə referendumdan sonra və 2006-ci ildə rəqib siyasi partiyalar, qruplaşmalar və qəbilələr arasındakı qarşıdurmalar və qiyamlar əsnasında paytaxt Dili və digər Şərq Timor qəsəbələri yandırılaraq ağır ziyan görmüşdür. Əhalinin çoxu qaçqın düşərgələrinə qaçmışdır və gərginlik hələ davam etməkdədir.

Şərqi Timorun relyefi əsasən dağlıqdır. Ekvatorial iqlimə malik olan ölkədə il ərzində temperatur daim yüksəkdir və nəmlidir (orta illik 30 °C).

Paytaxtı ən böyük şəhər və liman olan Dilidir və ölkənin şəhər deyilə biləcək tək yaşayış məntəqəsidir. İkinci böyük şəhər isə şərq qəsəbəsi olan Baucaudur. Dilinin beynəlxalq bir havalimanı, Baucau, Suai və Oecusse kimi daha kiçik şəhərlərdə isə kiçik aerodromlar vardır. Dilidəki Havalimanının uçuş-enmə zolağıdan böyük təyyarələr uça bilməz.

Son zamanlarda əhali nisbəti yüksək doğum nisbətləri ilə artmağa başlamışdır, əhalinin artmasında qaçqınların ölkələrinə geri qayıtmasının da təsiri var. Əhali xüsusilə paytaxt və tək şəhəri Dilidə cəmlənmişdir. İllik artım - 2% (artım - qadın başına 3,2 doğum). Şəhər əhalisi - 27%. 2002-ci ilin təxmini məlumatlarına görə təhsil alanlar əhalinin 58% təşkil edir. Etnik tərkibi - Austronesian xalqları (tetum - 45%, Mambai - 15%, Tokode - 12% və s.), Papuan millətlər (Bunak - 11%, Makasai - 3% və s.), Çin - 1%.

Əhalinin dini vəziyyəti (2005-ci ilə görə):

Şərq Timorda 2 rəsmi dil vardır. Bunlar: Portuqal və Austronesian dillərindən biri olan Tetumdur. Xalq arasında Tetum daha çox istifadə edilir. Bu iki dildən başqa İndonezcə və yerli dillər danışılır.


  1. "Timor-Leste Demokratik Respublikası". President.az. 2023-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-07.
  2. (#empty_citation)