Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Maksim Tirli
Tirli Maksim (Μάξιμος Τύριος, lat. Cassius Maximus Tyrius; II yüzillik) — antik filosof, orta platonizmin nümayəndəsi. O, Romada istedadlı natiq kimi tanınmışdır. == Əsərləri == Maksimin qırxa qədər fəlsəfi nitqləri zamanımıza gəlib çatmışdır. Onlar əsasən dini-fəlfəsi və əxlaqi məzmunludur. “Platona görə Tanrı nədir”, “Sokratın demonu”, “Tanrıya yalvarmağın mənası var, ya yox?”, “Hər şey taleyə tabedirsə, iradə azadlığı var, ya yox?” adlanan fəlsəfi nitqləri daha çox maraq kəsb edir. Burada din fəlsəfəsinin əsas problemləri olan Tanrının varlığı, şərin təbiəti, azad iradə və tale problemlərinə diqqət yetirilir. Bütün bu problemlər sonralar, yəni ortaəsr fəlsəfəsinin ən mübahisəli məsələlərinə çevrilmişdir. == Tanrılara inanc haqqında düşüncələri == “Tanrıya yalvarmağın mənası var, ya yox?” nitqində Maksim demişdir ki, Tanrıdan nəsə istəyən insan istədiyi şeyə layiq olmalıdır. Əgər layiqdirsə, onda dua etməyin mənası yoxdur, çünki səbəb-nəticə qanununa görə istədiyi şeyi duasız da əldə edər.
Tirli Marin
Tirli Marin — qədim coğrafiyaçı, kartoqraf, riyazi kartoqrafiyanın banisi hesab olunur. == Tərcümeyi-halı == Marin I əsrin II yarısında Tiranada anadan olmuşdur. O dövrdə Suriya Roma imperiyası müstəmləkəsi idi. Bundan əlavə, onun həyatı haqqında məlumat yoxdur. Onun əsərləri bizim dövrümüzə gəlib çatmayıb. Ptolomeyin Coğrafiya kitabında adı çəkilir. == Kartoqrafiya == Ptolomeyə görə Marin dəniz xəritəsini işləmişdir. O ilk dəfə coğrafi uzunluq və enliyi elmə gətirib. ptolemoy onun bir çox əsərlərinin adlarını çəkir. Marin ilk dəfə ekvatorun uzunluğunun 180000 stadiyev olduğu demişdir.
Tirli Giyom
Tirli Vilhelm (lat. Willelmus Tyrensis) və ya Tirli Giyom (fr. Guillaume de Tyr; təq. 1130, Qüds – 29 sentyabr 1186, Qüds) — Yerusəlim krallığında ruhani və ictimai xadimi, kral I Amorinin saray tarixçisi, səlib yürüşlərinin ən mühüm salnaməçilərindən biri. == Həyatı == Onun ailəsinin regiona Fransadan, ya da İtaliyadan gəldiyi güman edilir. Tarixçilər onun valideynlərin krallıqda məskunlaşmış "varlı tacirlər" olduqlarını ehtimal edirlər, lakin onların Birinci Səlib yürüşündə iştirak edib-etmədikləri və ya sonradan region məskunlaşıb-məskunlaşmadıqları məlum deyil. Vilhelm təxminən 1130-cu ildə Yerusəlim şəhərində anadan olmuşdur. Onun ən azı Ralf adında bir qardaşı var idi. Anasının 1165-ci ildən əvvəl vəfat etməsi istisna olmaqla, ailəsi haqqında başqa heç nə məlum deyil. Vilhelm latın, fransız, yunan, ərəb, süryani və alman dillərini mükəmməl bilirdi.
Tirli Vilhelm
Tirli Vilhelm (lat. Willelmus Tyrensis) və ya Tirli Giyom (fr. Guillaume de Tyr; təq. 1130, Qüds – 29 sentyabr 1186, Qüds) — Yerusəlim krallığında ruhani və ictimai xadimi, kral I Amorinin saray tarixçisi, səlib yürüşlərinin ən mühüm salnaməçilərindən biri. == Həyatı == Onun ailəsinin regiona Fransadan, ya da İtaliyadan gəldiyi güman edilir. Tarixçilər onun valideynlərin krallıqda məskunlaşmış "varlı tacirlər" olduqlarını ehtimal edirlər, lakin onların Birinci Səlib yürüşündə iştirak edib-etmədikləri və ya sonradan region məskunlaşıb-məskunlaşmadıqları məlum deyil. Vilhelm təxminən 1130-cu ildə Yerusəlim şəhərində anadan olmuşdur. Onun ən azı Ralf adında bir qardaşı var idi. Anasının 1165-ci ildən əvvəl vəfat etməsi istisna olmaqla, ailəsi haqqında başqa heç nə məlum deyil. Vilhelm latın, fransız, yunan, ərəb, süryani və alman dillərini mükəmməl bilirdi.
Tinli
Tinli (Cəbrayıl) — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Tinli (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazi vahidində kənd.
Tiri
Tiri — Azərbaycan Respublikasının Zəngilan rayonunun Cahangirbəyli kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin oktyabr ayının 22-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur.
Entoni Şirli
Ser Entoni Şirli (d. 1565, İngiltərə krallığı — ö. 1635, Madrid, İspaniya krallığı) — ingilis səyyahlarından biri. Səfəvi imperiyasında da fəaliyyət göstərmiş, I Abbasla yaxın olmuşdur. 1603-cü ildə onun kral I Ceyms tərəfindən həbs edilməsi İngiltərə Nümayəndələr Palatasının özünün imtiyazlarından biri olan və üzvlərinin həbs edilməməsini nəzərdə tutan qanunu qəbul etməsinə yol açdı. Bu qanun Üzr istəmə və Məmnuniyyət Forması (ingiliscə:The Form of Apology and Satisfaction). == Ailəsi == Entoni Şirli Ser Tomas Şirli ilə Ser Tomas Kempenin qızı Enn Kempenin evliliyindən dünyaya gəlmişdir. O, Tomas Şirlinin böyük, Ser Robert Şirlinin kiçik qardaşıdır. Onların sağ qalmağı bacarmış 6 bacısı da olmuşdur. == Fəaliyyəti == Oksford Universitetində təhsil alan Şirli ingilis ordusu tərkibində Niderlandda döyüşmüş və Fransannı şimalına edilən 1591-ci il yürüşündə iştirak etmişdir.
Pirli (Germi)
Pirli (fars. پيرلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 242 nəfər yaşayır (47 ailə).
Robert Şirli
Robert Şirli (ing. Sir Robert Shirley) — ingilis səyyah və macərapərəst. Şah Abbasın hakimiyyəti dönəmində Səfəvilər ordusunun modernləşdirilməsində mühüm işlər görmüşdür. Şah Abbasın tələbi üzərinə İrana gələn Şirlinin qarşısında ordunun və donanmanın yenilənməsi vəzifəsi qoyulur. Görülən işlər nəticəsində Səfəvilərin əsas rəqibləri olan Osmanlı imperiyasının ordusu ilə rəqabət apara biləcək ordu yaradılmışdır. == Ailəsi == Robert Şirli 1581-ci ildə Şimali Sasseks bölgəsinin Viston kəndində yaşayan Tomas Şirlinin (ata) ailəsində anadan olmuşdur. Özündən böyük olan qardaşları Tomas Şirli və Entoni Şirlidən əlavə altı bacısı vardı. == Fəaliyyəti == === İrana gəlişi === Səyyah 1598-ci ildə Səfəvilər imperiyası ordusunun daha da modernləşdirilməsi və mövcud düşmənlərlə effektiv mübarizə aparılması üçün imperiyaya dəvət edildi. Robert Şirli Səfəvilər imperiyasına böyük qardaşı Entoni Şirli ilə birlikdə getmişdi və Entoni imperiyanı tərk edən zaman, Robert 14 nəfər ingilis zabiti ilə birlikdə burada qaldı. 1607-ci ilin fevral ayında Robert Şirli yerli xristian-çərkəz zadəganlarından birinin qızı olan Tereza Sapsonia ilə evlənir.
Sirli ada
Sirli ada — Jül Vernin 1875-ci ildə qələmə aldığı “Sirli ada” əsəri hava şarı ilə əsirlikdən qaçmış mühəndis Sayres Smit və onun dörd yoldaşının qəza nəticəsində kimsəsiz adaya düşmələrindən və oradakı macəralarından bəhs edir. == Məzmun == Onun yaradıcılığında "Sirli ada" romanı xüsusi bir yer tutur. Əsər qasırğa nəticəsində qəzaya uğrayıb Sakit okeanın kimsəsiz bir adasına düşən 5 nəfərin yaşamaq uğrunda mübarizəsindən bəhs edir. Yazıçının kolonistlər adlandırdığı bu insanlar adadakı həyatlarından razıdırlar. Bu azad insanlar (azad yaşamağa layiq insanlar) Riçmondda quldarların əhatəsində qalmaqdansa adada yaşamağı üstün tuturlar. Bu isə Amerikada vətandaş müharibəsinin böyük dəhşətlərindən xəbər verirdi. Həmin namuslu insanlar vəhşi təbiəti ram edib, adanı sivil ölkələrin kəndlərindən birinə çevirirlər. Təsadüfən Herbertin cibindən tapılan bir buğda dənəsindən yüz kiloqramlarla taxıl yetişdirirlər. Adada xariqələr yarada-yarada vətənə qayıtmaq ümidlərini bir an olsa belə itirmirlər. Lakin həyat həmişə uğur gətirmir, nə vaxtsa verdiklərini geri alır.
Sirli ulduz
Sirli ulduz — Məşhur belçikalı komiks yazıçısı Erjenin qələmə aldığı Tintin macəralarının bir seriyası. Bu seriyanın qəhrəmanı Yerə düşən meteoriti tapmaq üçün Şimal dənizinə yollanan müxbir Tintindir. "Sirli ulduz" Tintin macəralarının 10-cu hissəsidir. Macəra 1941-ci il 20 oktyabrından 21 may 1942-ci ilə qədər "Le Soir" qəzetində yayımlanmışdır. == Mövzu == Tintin bir isti yay günü Milu ilə gəzişərkən göydə əvvəl heç vaxt görmədiyi parlaq ulduz diqqətini çəkir. Ulduz haqqında məlumat almaq üçün rəsədxanaya baş vuran Tintin onun əslində ulduz yox, Yerlə toqquşacaq olan kometa olduğunu öyrənir. Dünyanın sonun gəldiyini düşünən Tintin kədərlənir. Amma sabahısı gün zəlzələdən başqa hadisə baş vermir. Astronomlar kometanın trayektoriyasını səhv hesablamışdılar. Kometa Yer ilə toqquşmamışdır, amma bir hissəsi Şimal dənizinə düşmüşdür.
Tilli daşdələn
Tilli daşdələn — (lat. Saxifraga cymbalaria) == Qısa morfoloji təsviri == Birillik bitkidir. Gövdəsi zəif, budaqlı, qalxan və ya əsasən sərilən, uzunluğu 30 sm qədər, demək olar ki, çılpaq bitkidir. Yarpaqları uzunsaplaqlı, yuvarlaq-böyrəkvari, əsası ürəkvari, qıraqları 3–11 dişli, qısa codtüklü, üstü yaşıl, altı solğun qonur rəngdə, yuxardakı yarpaqları daha xırdadır. Çiçəkləri nazik 20–35 mm uzunluqda çiçəksaplağı üstündə yerləşərək, azçiçəkli çiçəkqrupunda yığılmışlar. Kasacığı demək olar, əsasına kimi 2 mm uzunluqda yumurtavari-üçkünc və ya uzunsov-küttəhəri hissələrə yarılmışdır. Ləçəkləri (3) 4–5 (6) mm uzunluqda, uzunsov-ellipsvari, çox qısa dırnaqcıqlı, sarı (qurudulanda çəhrayı) rəngdədir. Qutucuğü 4 mm uzunluqda, ovalvaridir. Toxumları iri, kürəvari, xırda qabarıqlıdır. == Yayılması == BQ qərbi rayonlarında aşağı dağ qurşağından yuxarı dağ qurşağına kimi yayıılmışdır.
Tinli (Cəbrayıl)
Tinli — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 21 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Tinli oyk., düz. Cəbrayıl rayonunun Şahvəlli inzibati ərazi vahidində kənddir. Düzənlikdədir. Yaşayış məntəqəsini XIX əsrin axırlarında Cənubi Azərbaycanın Tin kəndindən köçüb gəlmiş ailələr saldığı üçün belə adlanmışdır; Qubadlı rayonunun Xocahan inzibati ərazi vahidində kənddir. Həkəri çayının sahilində, dağətəyi ərazidədir. Yerli məlumata görə, kəndi Cəbrayıl rayonunun Tinli kəndindən köçüb gəlmiş ailələr saldığı üçün belə adlandırılmışdır. Türk dillərində tirildin “sakinləşmək, yerləşmək, dincəlmək”, “düşərgə” mənalarında işlənir.
Tinli (Qubadlı)
Tinli — Azərbaycan Respublikasının Qubadlı rayonunun Xocahan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 9 noyabr 2020- ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Toponimikası == Tinli kəndi Həkəri çayının sahilində, dağətəyi ərazidədir. Yerli məlumata görə, kəndi Cəbrayıl r-nunun Tinli kəndindən köçüb gəlmiş ailələr saldığı üçün belə adlandırılmışdır. Türk dillərində tirildin “sakinləşmək, yerləşmək, dincəlmək”, “düşərgə” mənalarında işlənir.
Uilyam Torli
Vilyam Torli
Çarlz Tilli
Çarlz Tilli (27 may 1929 – 29 aprel 2008[…], Bronks, Nyu-York ştatı) siyasətlə cəmiyyət arasındakı əlaqələr haqqında yazan Amerikalı sosioloq, siyasətçi və tarixçi idi. 1969–1984-cü illərdə Miçiqan Universitetinin tarix, sosiologiya və sosial elmlər üzrə professoru və son olaraq Kolumbiya Universitetinin Sosial Elmlər Cozef L. Battenvayzer professoru idi. O, "21-ci əsrin sosiologiyasının qurucu atası" və "dünyanın ən görkəmli sosioloqlarından və tarixçilərindən" biri kimi təsvir edilmişdir. Ölümündən sonra şərəfinə çox sayda xüsusi jurnal mövzusu, konfrans, mükafat və cənazə lövhələri çıxdı. == Şəxsi həyatı və təhsili == Tilli İllinoyz ştatı, Lombard şəhərində (Çikaqo yaxınlığında) anadan olub. 1950-ci ildə Harvard Universitetini yüksək dərəcəli diplom (magna cum laude) ilə bitirib. Koreya müharibəsi dövründə ABŞ Hərbi Donanmasında amfibiya heyətinin xəzinədarı vəzifəsində çalışıb. Tilli Harvardda Sosiologiya fəlsəfə doktorunu 1958-ci ildə bitirdi. Harvardda ikən, sosial şəbəkə analizindəki Harvard inqilabı əsnasında, o, İctimai Əlaqələr şöbəsinin tələbəsi idi. Tillinin Miçiqan Universitetindəki məzun tələbələrindən olan Dr.
Ətirli söyüdgülü
Adi oleandr (lat. Nerium oleander) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin oleandr cinsinə aid bitki növü. == Təbii yayılması == Oleandrın vətəni — qərbdə Mərakeş və Portuqaliyadan şərqdə cənubi Çinə qədər quru və yarımquru subtropiklərin geniş zolağıdır. Təbii halda Aralıq dənizi sahili ölkələrində, Yaponiyada və Hindistanda yayılan 3 növü məlumdur. == Botaniki təsviri == Hündürlüyü 6 m olan həmişəyaşıl kol və ya kiçik ağacdır. Budaqlanan gövdələri qonur rəngli, yumru qabıqlarla örtülmüşdür. Yarpaqlarının uzunluğu 12 sm olub, neştərvari formalı, bozumtul-yaşıl rənglidir, üzbəüz və ya dəstələrdə 3-4 ədəd lansetvari və ya xətvari, kənarları bütöv və ya oyuqlu, qısa saplaqda, çılpaq, dərili, açıq orta damarcıqlıdır. Çiçəkləri parlaq, iri, beşləçəkli, qalxanvari çiçək qruplarında yerləşmişdir. Yayda çiçəkləyir. Əsasən toxumla, qələmlə, pöhrələrlə çoxaldılır.
Ətirli sədo
Ətirli sədo, İyli sədo (lat. Ruta graveolens) — sədo cinsinə aid bitki növü.
Ətirli toyçiçəyi
Ətirli toyçiçəyi (lat. Polygonatum odoratum) — toyçiçəyi cinsinə aid bitki növü.
Ətirli xəşənbül
Ətirli xəşənbül (lat. Melilotus suaveolens) — xəşənbül cinsinə aid bitki növü.
Ətirli yovşan
Ətirli yovşan (lat. Artemisia fragrans) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqazda orta dağ qurşaqlarında təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 25 (30-45) sm-ə çatan, bozumtul və ya açıq-bənövşəyi rəngdə çoxillik kol bitkisidir. Cavanlıqda ağa çalan, keçəvari, sonradan çılpaqlaşan, gövdəsi dik, oducaqlı olub, qalınlığı 0,5-1 sm-dir. Yarpaqları ikili, üçər lələkvari-parçalanmış, uc hissələri uzunsov, aşağıdan dəyirmi sapvari hissəciklidir. Səbətləri yumurtavari kürəkşəkilli, bozumtul-bənövşəyi tüklü olub, uzunluğu 2 mm, eni 1,5 mm-dir. Örtüyü kirəmitdişli, yarpaqcıqları ətli, xaricdəkilər dar, daxildəkilər enli, arxa hissə şırımlı, kənardakılar isə arxadan bozumtul, sıx tükcüklüdür. Çiçəkləri qabarıq çiçək yatağında toplaşmışdır, sayı 10 ədəddir. Toxumacası tərs konusşəkillidir.
Ətirli çiyələk
Ətirli çiyələk (lat. Fragaria moschata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü.
Ətirli çobanyastığı
Ətirli çobanyastığı (lat. Matricaria discoidea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin çobanyastığı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik budaqlanan ot bitkisi olub, hündürlüyü 30 sm qədərdir. Yarpaqları növbəli, iki tərəfi bölünmüş lələkvari, ensiz xətti neştərşəkilli paycıqdan ibarətdir. Çiçəkləri kiçik, boruşəkilli, sarımtıl-yaşıl, dairəvi səbətciyi və qısa oturaq çiçəkyatağı vardır. Səbətciyi kiçik, diametri 5–8mm, uzunsov-yumurtaşəkilli yarpaqları geniş dişcikli kənarlara malikdir. Çiçəkləmə başlayan zaman səbətciyi şarşəkilli sonra tədricən yumurtaşəkilli formaya düşür. Ətirli çobanyastiğı — sonra tədricən çılpaq kasacığını, ağ dilşəkilli çiçəklərini itirir. Bütövkənarlı çiçəkləri dairəvi-konusıəkilli formada olub, kasayarpaqsız və ya onun elementlərinə rast gəlinməklə, uzunluğu 1sm-ə bərabərdir. Yalnız boruşəkilli çiçəkləri vardır.
Ətirli çətiryarpaq
Ətirli qatıqotu (lat. Galium odoratum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin qatıqotu cinsinə aid bitki növü. == Arealı == Avropa, Qərbi Asiya və Şimali Afrikada bitir. == Botaniki xarakteristikası == Hündürlüyü 10-60 sm, gövdəsi tək, düz və sadə,dördtilli, hamar və çılpaq olan çoxillik ot bitkisidir.Kökümsovlarl şaxələnmiş, nazik və sürünəndir. Yarpaqları 6-10 ədəd olmaqla, topa halında, enli əksinəyumurtaşəkillidir, uzunluğu(18) 40 (54) mm, eni (4) 10 (13) mm-dir, qısa ucludur, kənarlardan, bəzən alt tərəfdən damar boyunca qısa, yuxarı yönəlmiş cod tüklü və yaxud hər iki tərəfdən dağınıq basıq cod tüklüdür. Çiçək qrupu təpə hissədə yerləşmiş, çəngəlvari və yaxud üç hissədən ibarət olan şaxələnmiş çiçək saplaqlığına malikdir, sonuncu şaxədə üç yarımçətirlidir, nadir halda daha bir ədəd yarımçətiri də olur ki, bunlar da, topa halında olan yuxarı yarpaqların aşağı hissəsində qoltuqda yerləşir, azçiçəklidir; çiçək saplağı tacdan biraz uzundur. Tac ağ rəngdədir, diametri 3–7 mm-dir, qıfaoxşar olub, bölümlərdən qısa olan qısa borucuqludur və dörd uzunsov küt bölümlüdür. Meyvələri bitişikdir. Aprel-iyun aylarında çiçəkləyir, iyul-sentyabr aylarında meyvə verir. == Azərbaycanda yayılması == Samur-Şabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, AlazanƏyriçay,KQ şimal, KQ mərkəzi, KQ cənub,Lənk.
Tıxlı
Tıxlı – Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Tıxlı kəndi Xızı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Tıxlı kənd Soveti yaradılmışdır. == Tarixi == Kəndin tarixi ilə bağlı ciddi araşdırmalar aparılmamışdır. Lakin bəzi evlərin quruluşu kəndin qədim dövrə aid olduğunu göstərir. == Mədəniyyəti == Şeyx Heydər türbəsi — Şeyx Heydərin qəbri üzərində bişmiş kərpicdən tikilmiş məqbərə binası iki otaqdan ibarətdir, üstü uçmuşdur. Günbəzin dayandığı tağ oturacaqları və günbəz dairəsinin qalığı görünməkdədir. Naxçıvan-Marağa memarlıq məktəbinə xas üslubda tikilmiş binanın bəzəklərində yaşıl, qara, qəhvəyi, abı rəngli kaşılı kərpiclərdən istifadə olunmuşdur. Həmçinin "Şəhərgah" deyilən və qədim şəhərin qalıqlarının rast gəlindiyi ərazi vardır. Lakin lazımınca araşdırılmadığı və dəyərlandirilmədiyi səbəbindən oradan tapılan materiallar tam öyrənilməmişdir. Şəhər qalıqları haqda dəqiqi məlumat yoxdur.
İrəli (ictimai birlik)
"İrəli" İctimai Birliyi (ing. Ireli Public Union) — Azərbaycan Respublikasının gənclər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatı. == Tarixi == "İrəli" İctimai Birliyi 26 avqust 2005-ci ildən gənclər hərakatı kimi faliyyətə başlayıb. 3 illik fəaliyyətdən sonra "İrəli" İctimai Birliyi öz fəaliyyətlərini gənclər hərakatı kimi dayandıraraq 24 dekabr 2008-ci ildə yenidən quruldu. Ceyhun Osmanlı 24 dekabr 2008-ci ildə Azərbaycan Dövlət Filarmoniyasında 380 nəfər nümayəndənin iştirakı ilə keçirilən konfransda "İrəli" İctimai Birliyinin sədri seçilmişdir. Konfransdan sonra 16 aprel 2009-cu ildə birinci yığıncaq keçirilib və burada heyət üzvləri, katibliyin əsasnaməsi və baş katib təsdiqlənib. İrəli İctimai Birliyi 19 fevral 2009-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. === Konfransları === Rauf Mərdiyev 5 may 2012-ci ildə keçirilən II hesabat-seçki konfransında təşkilatın yeni sədri seçilib. Bu vaxta qədər Rauf Mərdiyev 2010-cu ildən 2012-ci ilə qədər baş katib kimi işləyib. 27 iyun 2014-cü ildə İrəli İctimai Birliyinin IV hesabat-seçki konfransı keçirilib.
Çırtı, çırtı
ÇIRTI, ÇIRTI-qədim uşaq oyunudur. == Oyunun quruluşu == Uşaqlardan biri başçı seçilir. Başçı ortada dayanır, qalan uşaqlar isə dairəvi düzülurlər. Başçı əlində çubuq oyuna başlayır. Əvvəl-əvvəl sağ tərəfdə olan uşaqlara deyirlər: - Çırtı, çırtı! Sağdakı uşaqlar cavab verirlər: - Can çırtı! Soldakı uşaqlar deyirlər: - Bizim çırtı sizin çırtıya yalan dedi. Sağdakı uşaqlar deyirlər: - Kimin saqqalına yaraşır? Soldakı uşaqlar deyirlər: -Hər kəs ayağını çəp qoysa, onun saqqalına yaraşır. Bütün cərgədə olan uşaqlar soldan sağa bir-bir ayaqlarını irəli çıxarırlar.