Maksim Tirli

Tirli Maksim (Μάξιμος Τύριος, lat. Cassius Maximus Tyrius; II yüzillik) — antik filosof, orta platonizmin nümayəndəsi. O, Romada istedadlı natiq kimi tanınmışdır.

Maksim Tirli
Doğum tarixi II əsr
Doğum yeri
Vəfat tarixi II əsr
Fəaliyyəti filosof, orator
Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm  • Homer  • Hesiod  • Ferekid  • Yeddi yunan müdriki  • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit  • Anaksaqor  • Empedokl
Qədim yunan atomçuları
Levkipp  • Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor  • Prodikus  • Qorqias  • Hippias

"Kiçik" sofistlərTrasimaxus  • Likofron  • Kritius  • Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka  • Epiktet  • Mark Avreli  • Siseron

Orta platonizm
Alkinous  • Apuleyus  • Qalen  • Plutarx  • Maksim  • Filon  • Selsus  • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas  • Plotin  • Porfirius  • Amelius
Apameya məktəbi → Yamblix  • Sopater
Perqama məktəbi → Sallustius  • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx  • Proklus  • Marinus  • Simplikius  • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles  • Hipatiya  • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm  • Hermetizm  • Mitraizm
NeopifaqorçuluqApollonius  • Nikomaxus  • Numenius  • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement  • Origen  • Avqustin Avrelius  • Boesius  • Saxta Dionisius Areopagit

Maksimin qırxa qədər fəlsəfi nitqləri zamanımıza gəlib çatmışdır. Onlar əsasən dini-fəlfəsi və əxlaqi məzmunludur. “Platona görə Tanrı nədir”“Sokratın demonu”“Tanrıya yalvarmağın mənası var, ya yox?”, “Hər şey taleyə tabedirsə, iradə azadlığı var, ya yox?” adlanan fəlsəfi nitqləri daha çox maraq kəsb edir. Burada din fəlsəfəsinin əsas problemləri olan Tanrının varlığışərin təbiətiazad iradətale problemlərinə diqqət yetirilir. Bütün bu problemlər sonralar, yəni ortaəsr fəlsəfəsinin ən mübahisəli məsələlərinə çevrilmişdir.

Tanrılara inanc haqqında düşüncələri

[redaktə | mənbəni redaktə et]

“Tanrıya yalvarmağın mənası var, ya yox?” nitqində Maksim demişdir ki, Tanrıdan nəsə istəyən insan istədiyi şeyə layiq olmalıdır. Əgər layiqdirsə, onda dua etməyin mənası yoxdur, çünki səbəb-nəticə qanununa görə istədiyi şeyi duasız da əldə edər. Layiq deyilsə, duaları etsə belə heç nə almaz. Heç olmasa ona görə ki, layiq olmayana nəsə vermək ədalətsizlikdir. Tanrı isə ədalətsiz ola bilməz. Dua etmək heç də istədiyin şeyə layiq olmaq demək deyil. Layiq olan təvazökar olar, yalvarmaqla heç kəsə əziyyət verməz. Əziyyət verən və həyasızlıq edən layiq olmayandır. Ona görə də, dua etməyən layiq olan adam dua edən layiq olmayandan yaxşıdır. Məsələn, Tanrı sərkərdə olsaydı və bir qul ondan əsgər olmaq istəyində olduğunu bildirsəydi, məgər o ona istədiyini verərdimi? Ordu yaşasın deyə əsgərliyə layiq olanı əsgər edər, qulu isə qul yerində qoyardı, hətta o ona nə qədər yalvarsaydı belə. Beləliklə, yalvarmağın mənası yoxdur.[1]

Daha sonra Maksim Platona istinad edərək yazmışdır ki, tanrılar insanlara tale yazmışdırlarsa, onda onlara dua etməyin mənası yoxdur. Çünki, insan istəyi ilə tale dəyişməz. Hər şey ümumifərdidən ibarətdir. İnsan da kainatın tamlığında bir hissəcikdir. Tanrı isə taleyi ümumi üçün yazıbsa, fərd olan ayrıca insanın duasını təmin etməz. Çünki, fərdə görə o tamlığı pozmaz. Tanrı hər fərdin istədiyini təmin etsə, onda tamlıq pozular. Bir yerdə zəlzələdirsə, onun sakinlərinin duaları ilə ona son qoyulmaz, çünki o zəlzələ kainat tamlığının bir hissəsidir.

Əlbəttə ki, taledən başqa təsadüf də vardır. Ancaq, təsadüfün düzəni və düşüncəsi yoxdur. Çünki, öz ehtiraslarını təmin etmək üçün hökmdarlıq edən kralın düşünülmüş siyasəti yoxdursa, hər şey hərcmərclikdədirsə, onda kraldan nəyi diləmək olar? Beləliklə, təsadüf olsa belə tanrılara dua etməyin mənası yoxdur.

Dualar etməkdənsə insan öz işini möhkəm tutmalı, bacarıqlı olmalı, öz üzərində işləməlidir ki, istədiyinə layiq olsun. Belə olarsa, onda duasız da istənilən şeyi əldə edə bilər.

Maksimə görə Sokrat və Platon kimi filosoflar tanrılara ona görə müraciət etmirdilər ki, özləri üçün nəsə əldə etsinlər. Onların istəyi yalnız ərdəmli ruh, sakit həyat və ləyaqətli ölüm idi.[1]

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 214-216. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.

Həmçinin bax:

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Максим Тирский. О том, следует ли молиться Arxivləşdirilib 2021-02-27 at the Wayback Machine / Перевод И. И. Ковалевой. // Античность в контексте современности. М.: МГУ, 1990, s. 196-204.