Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Xəzəl
Xəzəl — yerə tökülən köhnə yarpaqlar xəzəl adlanır. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” (Dərs vəsaiti). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2004, s. 379 – 424.
Şeyx Xəzəl
Şeyx Xəzəl bin Cabir xan əl-Ərəbi (ərəb. الشيخ خزعل بن جابر الكعبي‎) — Qacar dövründə,Xuzistan (o zaman Ərəbistan) yarı-muxtar hökmdarı idi. == Həyatı == Seyx Xəzəl Bəni Kəb qəbiləsindən və İranın İngiltərə yönümlü adamlarından idi ki, məşrutə dövründən etibarən, Xuzistan əyalətində İranın siyasi hadisələrində əhəmmiyyətli rol oynamışdı. O məşrutiyyət inqilabından havadarlıq elədi və ikinci dünya muharibəsində İngiltərəyə dəyərli yardımlar elədi. Beləliklə, o eliyə bildi İngiltərənin tam əminliyin özünə cəlb eləsin və o dövlətin arxa durmasila Xuzistanın güclü və taysız hakiminə çevirilsin. Xuzistan kimi neft çıxan və stratejik reqyonun əhəmiyyəti və mövqeyini nəzərə alaraq, Şeyx Xəzəlin olması Britaniyaya çox yüksək əhəmiyyətə malik idi. Amma nəhayətən Şəmsi 1303-cü ildə Rza xan vasitəsilə İranın və Xuzistanın siyasət səhnəsindən silindi. O zaman ki Rza xan Xəzəlin aradan qaldırmasına əl atdı, Səadət Qiyamı Komitəsinin təhriklərini ona əlamət bildi ki, Şeyx Xəzəl Xuzistanın İrandan ayrılmasını istəyir və İngiltərə dövləti də bu pis fikirdə ondan himayə edir. Beləliklə belə göstərdi ki, Şeyx Xəzəlin aradan qaldırması, İranın parçalanmasının qarşısın almaq və İngiltərənin ən əhəmiyyətli amili və o dövlətin mənfəətlərilə mübarizə deməkdir. "Səfər name-ye Xuzistan" kitabı təkcə bu baxımın ilqası və əsaslandırması üçün idi.
Mehdi Xəzəli
Mehdi Xəzəli naşir, həkim, bloqçudur və öndə gələn sağçı ruhani və keçmiş Gözətçilər Şurasının üzvü, Ayətullah Xəzəlinin, oğludur.O, həmçinin İslam alimi və Tehranda Həyyan Mədəniyyət İnstitutunun direktorudur. Atasının miras əksinə-ki İran Prezidenti Əhmədinejadın güclü tərəfdarıdır o, din və hökumətin artıq qarışdırılması əleyhinədir və müasir cəmiyyətdə zərərli ola biləməyinə inanır.O, İran hökumətinin ən güclü tənqidçilərindən biridir. == Həbsxana == 2009-cu seçkilərdə Doktor Xəzəli Prezident Mahmud Əhmədinejadı kəskin tənqid edib. Onun bloqunda bir mübahisəli məqalə nəşr olmasından sonra ki,o İran Prezidenti Mahmud Əhmədinejadın yəhudi kökləri olduğunu iddia etdi, dini məhkəmədə hazır olmağa məcbur olmuşdur.Doktor Mehdi Xəzəlinin məhkəmədə hazır olmasından sonra o, 27 iyun 2009 həbs olunmuş və gizli bir yerə götürülmüşdür.Onun həbs zamanı polis onun evinə hücum etmiş və veb səhifəsini silmişdir.Xəzəli $ 20,000 kəfalətlə(zaminliklə) 20 iyul 2009-cu il azad edilmişdir.13 oktyabr 2010-cu il Doktor Mehdi Xəzəli məlumatlara görə İran təhlükəsizlik məmurları tərəfindən yenidən həbs edilmişdir.Dövlət tabeliyindəki Fars Xəbərlər Agentliyi,raport vermişdir ki Doktor Xəzəli, "sistem əleyhinə təbliğat", "yalan nəşriyyat" və ictimai rəyi narahatetmək" ittihamlara görə həbs edilib.İran hökuməti, zahirən müxalifət üzvlərin cinayətlərə təqsirləndirilməyini,rejimin tənqid etmə cəzası kimi adət etmişdir.İnqilab Məhkəməsinin hakimi $ 180,000 kəfalətlə Doktor Xəzəlini azad buraxmışdır.18 iyul 2011-ci il, Xəzəli buraxılmışdır. == Xarici keçidlər == The Violent Arrest Of Outspoken Regime Critique Blogger Dr.
Qəzəl
Qəzəl – klassik Şərq şeiri növüdür. Qəzəl ərəb ədəbiyyatında yaranıb. Yazılı ədəbiyyatda klassik janrlardan biridir. Lirik növdədir. Yaxın və Orta Şərq, Cənub-Şərqi Asiya, həmçinin Azərbaycan poeziyasının ən çox işlənən formasıdır. Əruz vəzninin müxtəlif bəhrlərində yazılır. Qəzəl, əsasən, 5-12 beytdən ibarət olur. Qəzəlin ilk beyti mətlə, son beyti məqtə adlanır. (iki misra "beyt" adlanır) Qəzəlin ən yaddaqalan beyti şah beyt və ya beytül qəzəl adlanır. Mətlənin hər iki misrası həmqafiyə olur.
Xəzər
Xəzər dənizi (az-əbcəd. خزر دنیزی‎; qaz. Каспий теңізі; rus. Каспийское море; türkm. Hazar deňzi; fars. دریای خزر‎) — Yer kürəsində ən böyük axmaz göl. Avropa və Asiyanın kəsişməsində yerləşir. Dibində okean tipli yer qatı yerləşdiyinə və dəniz ölçülərinə malik olduğuna görə dəniz adlanır. Suyun səviyyəsi dəyişkəndir, hazırda o okean səviyyəsindən təqribən – 28 metr aşağıdır. Xəzər dənizi dünyanın okeana çıxışı olmayan ən böyük su hövzəsidir və dünya göl sularının 44%-ni təşkil edir.
Binə (Xəzər)
Binə — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə; Xəzər rayonunun əhalisinin sayına görə ən böyük qəsəbəsi. == Tarixi == Binə ərazisinə görə Bakının Maştağadan sonra ən böyük ikinci qəsəbəsidir. Məskunlaşma baxımından Abşeronun ən cavan yaşayış məntəqələrindən biri sayılır. Burada XVII əsrin ortalarından etibarən əhali daimi olaraq məskunlaşmağa başlamışdır. Yerli əhali ənənəvi olaraq heyvandarlıq, əkinçilik, son onilliklərdə istixana təsərrüfatı (gül, pomidor, xiyar becərilməsi) ilə məşğul olmuşdur. Qəsəbə ərazisində bir neçə ictimai və dini abidələr mövcuddur. Bunlardan 1814—1815 və 1878—1879-cu illərdə inşa olunan iki el hamamını, 1877-ci ildə tikilən Hacı Ərəb və 1916-cı ildə istifadəyə verilən "Möhsin Səlim" məscidini qeyd etmək olar. == Mədəniyyəti == Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanı bu qəsəbə ərazisində yerləşir. Həmçinin Milli Aviasiya Akademiyası da burada yerləşir. == Coğrafiyası və iqlimi == İqlimi yayı quraq və isti, qışı mülayim keçən yarımsəhra-quru çöl iqlimidir.
Elşən Xəzər
Elşən Xəzər (29 mart 1973, Bakı) — Azərbaycan şairi, meyxanaçısı. == Həyatı == Elşən Qürbətov 1973-cü ildə martın 29-da Bakı şəhərində anadan olmuşdur. Əsli Cəlilabaddandır. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Kütləvi rejissorluq» fakültəsini bitirmişdir. 1995-ci ildən meyxanaya başlayıb.
Mirzə Xəzər
Mirzə Mikayılov Kərim oğlu (29 oktyabr 1947, Göyçay – 31 yanvar 2020, Münxen) – dağ yəhudisi olan Azərbaycan jurnalisti, publisist, naşir, Bibliyanın tərcüməçisi. 20 yanvar faciəsi baş verərkən Bakıda radio, televiziya, qəzetlər susdurulan günlərdə Azərbaycanı informasiya blokadasından xilas edən və sovet qoşunlarının Bakıda törətdiyi qəddar əməllərini, Azərbaycanın və dünyadan əli üzülmüş azərbaycanlıların səsini dünyaya çatdıran, Azərbaycanda demokratiyanın inkişafı, insan hüquqlarının qorunması və ədalətli cəmiyyət qurulması uğrunda yorulmaz mübariz, radiojurnalist. == Həyatı == Mirzə Xəzər 1973-cu ilin iyun ayında Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib. 1974-cü ilin yanvar ayınadək Sumqayıtda vəkil işləyib. 1974-cü ilin iyun ayında SSRİ-ni tərk edib, İsrailə mühacirət edib. 1975-ci ildə İsraildə Tel-Əviv Universitetinin SSRİ-dən gəlmiş hüquqşunaslar üçün açılan xüsusi kurslarında oxuyub. 1975–1976-cı illərdə İsrail ordusunda xidmət edib. O, 2 fevral 2020-ci ildə Almaniyanın Münhen şəhərində vəfat edib. == Yaradıcılığı == Mirzə Xəzər 1976–1985-ci illərdə Azadlıq radiosunun Azərbaycan bölməsində baş redaktorun müavini işləmişdir. 1985-ci ilin oktyabr ayında ABŞa köçmüşdür.
Qala (Xəzər)
Qala — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati-ərazi vahidində qəsəbə. == Ad == Qala kəndinin adı bilavasitə «qala» ilə əlaqədardır. Toponimin ilk baxışda belə sadə izahı bir tərəfdən tarixi-arxeoloji faktlara, digər tərəfdən isə xalq etimalogiyasına əsaslanır. Yerli yaşlı sakinlərin bəzisi kəndin adını «mühafizə olunan yer» kimi mənalandırır, başqa sözlə alınmaz, məğlubedilməz yer, kənd. Digər qism isə sözün məhz birbaşa mənası ilə, yəni «qala» ilə əlaqələndirir. Tarixi dəlillər ikinci gümanı daha çox təsdiqləyir. Belə ki, burada XIV və XVII əsrin birinci yarısında inşa olunmuş qala istehkam və müşahidə qalaça tikililəri həmin ehtimalı həqiqət kimi qəbul etməyə üstünlük verir. Qeyd edək ki, XIV əsrə məxsus bu qala kəndin ən hündür yerində qaya üzərində inşa edilib. Paralel elmi tutuşdurmalar göstərir ki, bu qala konstruktiv memarlıq, həmçinin inşaat xüsusiyyətlərinə görə Mərdəkan, Şağan, Ramana və s. kəndlərdəki dördkünc qalalar tipinə aiddir.
Qaya (Xəzər)
Qaya və ya Abşeron limanı yanında qəsəbə — Bakının Əzizbəyov rayonunda qəsəbə. Keçmiş adı Abşeron limanı yanında qəsəbə olmuşdur. Qayalıq sahədə yerləşdiyindən 1973-cü ildən belə adlandırılmışdır.
Radio Xəzər
Xəzər FM — Azərbaycanda fəaliyyət göstərən azərbaycandilli özəl radio. == Tarixçə == Milli Televiziya və Radio Şurasının 14 sentyabr 2007-ci il tarixi qərarı ilə “Xəzər TV” MMC-yə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir. “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli 713 №-li Fərmanının 5.1-ci bəndinə əsasən lisenziyalar müddətsiz hesab edilmişdir. Açılışı 2016-cı ildə baş tutan yeni inzibati binada “Xəzər FM” müasir avadanlıq, efir və montaj otaqları ilə təmin olunmuşdur.
Xəzər (Neftçala)
Xəzər — Azərbaycan Respublikasının Neftçala rayonunun eyniadlı inzibati ərazi vahidində qəsəbə. Bala Kür çayı sahilində, Salyan düzündədir. Keçən əsrdə M.Qasımov adına sovxozun malikanəsi yanında yaradılmış, Xəzər dənizi yaxınlığında salındığı üçün Xəzər adlandırılmışdır.
Xəzər (Türkmənistan)
Xəzər — Türkmənistan Respublikasının Balkan vilayətində etrap hüquqlu şəhər.
Xəzər (ad)
Xəzər — kişi şəxs adı. Xəzər Gəncəli — Azərbaycan rejissoru. Digər Xəzərlər — əsasən 6-cı əsrdən başlayaraq adı çəkilən və 7–10-cu əsrlərdə (bəzi qaynaqlara görə həmçinin 11-ci əsrin əvvəllərində) Xəzər Xaqanlığını qurmuş türkdilli xalqın adı. Xəzər Xaqanlığı, Xəzər dövləti, Xəzər imperiyası — xəzərlərin qurmuş olduğu dövlətin adı. Xəzər dili — xəzərlərin danışdığı türk dili. Xəzər dənizi — ərəblər tərəfindən Xəzərlərin adı ilə adlandırılmış gölün adı. Məkan adı. Məsələn, Xəzər rayonu. Müxtəlif təyinatlı qurumların, müəssisələrin adı. Məsələn, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi, Xəzər Universiteti, Xəzər-Lənkəran futbol klubu.
Xəzər Rəsulov
Xəzər Mail oğlu Rəsulov (7 oktyabr 1987; Yevlax rayonu, Azərbaycan SSR — 8 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəzər Rəsulov 1987-ci il oktyabrın 7-də Yevlax rayonunun Xanabad kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Xəzər Rəsulov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəzər Rəsulov oktyabrın 8-də Ağdərə istiqamətində şəhid olub. Yevlax rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəzər Rəsulov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəzər Rəsulov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Xəzər TV
Xəzər Televiziyası — 5 oktyabr 2007-ci il tarixində fəaliyyətə başlayan, Azərbaycanın özəl telekanallarından biri. == Tarixçə == Xəzər TV 5 oktyabr 2007-ci ildə "Ailənizin Xəzəri" sloqanı ilə fəaliyyətə başlayıb. Fəaliyyətə başladığı dövrdə telekanalın prioriteti xəbər yayımı olmuşdur. Yayım həyatına "Xəbərlər" proqramı ilə başlayıb. 2009-cu ildə Azərbaycan Dövlət Nəşriyyatında 2000 m²-ə yaxın ərazini əhatə edən studiyaların təmir-tikinti işinə start verdi. 2010-cu ilin avqust ayında hazırkı binanın tikintisinə başlandı. İlk studiya verilişi "Xəzərin sahilində" adı ilə efirə çıxıb. 2010-2011-ci illərdə Azərbaycanda ilk dəfə sitkom janrını tamaşaçı ilə tanış edərək "Aramızda qalsın" və "Qayınana" seriallarını efirə təqdim etdi.[mənbə göstərin] 2016-ci ildə Zaqafqaziyada ərazisinə görə ən böyük telekanal binası olan inzibati binaya köçdü.[mənbə göstərin] 1,2 hektar ərazidə, 6750 m²-lik tikinti hissəsində, 25.000 m² bağlı sahədə tikilən yeni inzibati bina 10 mərtəbədən ibarətdir. Binada 2500 m²-lik 5 çəkiliş studiyası, 1000 m²-lik böyük şou studiyası, 250 m²-lik 3, 500 m²-lik 1, 250 m²-lik 1 studiya, bu studiyaları idarə edən 3 efir studiyası var. 2016-cı ildə "AGB" reytinq hesablama şirkətinin rəyinə əsasən reytinqlərdə birincilik əldə etdi.[mənbə göstərin] 2017-ci il sentyabrın 18-də "Xəzər TV" Bakı şəhəri üzrə HD yayım formatına keçib.
Xəzər Televiziyası
Xəzər Televiziyası — 5 oktyabr 2007-ci il tarixində fəaliyyətə başlayan, Azərbaycanın özəl telekanallarından biri. == Tarixçə == Xəzər TV 5 oktyabr 2007-ci ildə "Ailənizin Xəzəri" sloqanı ilə fəaliyyətə başlayıb. Fəaliyyətə başladığı dövrdə telekanalın prioriteti xəbər yayımı olmuşdur. Yayım həyatına "Xəbərlər" proqramı ilə başlayıb. 2009-cu ildə Azərbaycan Dövlət Nəşriyyatında 2000 m²-ə yaxın ərazini əhatə edən studiyaların təmir-tikinti işinə start verdi. 2010-cu ilin avqust ayında hazırkı binanın tikintisinə başlandı. İlk studiya verilişi "Xəzərin sahilində" adı ilə efirə çıxıb. 2010-2011-ci illərdə Azərbaycanda ilk dəfə sitkom janrını tamaşaçı ilə tanış edərək "Aramızda qalsın" və "Qayınana" seriallarını efirə təqdim etdi.[mənbə göstərin] 2016-ci ildə Zaqafqaziyada ərazisinə görə ən böyük telekanal binası olan inzibati binaya köçdü.[mənbə göstərin] 1,2 hektar ərazidə, 6750 m²-lik tikinti hissəsində, 25.000 m² bağlı sahədə tikilən yeni inzibati bina 10 mərtəbədən ibarətdir. Binada 2500 m²-lik 5 çəkiliş studiyası, 1000 m²-lik böyük şou studiyası, 250 m²-lik 3, 500 m²-lik 1, 250 m²-lik 1 studiya, bu studiyaları idarə edən 3 efir studiyası var. 2016-cı ildə "AGB" reytinq hesablama şirkətinin rəyinə əsasən reytinqlərdə birincilik əldə etdi.[mənbə göstərin] 2017-ci il sentyabrın 18-də "Xəzər TV" Bakı şəhəri üzrə HD yayım formatına keçib.
Xəzər Universiteti
Xəzər Universiteti — Azərbaycanda rəsmi fəaliyyətə başlamış ilk özəl ali məktəbdir. Xəzər Universiteti Fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı tərəfindən təsis olunmuşdur. == Tarix == Keçmiş SSRİ-də ilk ingilisdilli özəl ali məktəb olan Xəzər Universiteti 1991-ci il martın 18-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 41 saylı qərarı ilə, Azərbaycanda beynəlxalq standartlara uyğun kadrlara, eləcə də ingilisdilli mütəxəssislərə olan kəskin ehtiyacı ödəmək məqsədilə yaradılmışdır "Xəzər"in Sorağında. Bir qədər əvvəl – 1990-cı il dekabrın 20-də Nazirlər Sovetinin 286 saylı sərəncamına əsasən bu ali məktəbin yaradılması üçün hazırlıq işləri aparılmışdı. Bundan sonra Xəzər Universiteti bir neçə dəfə yenidən akkreditasiya edilmiş və fəaliyyətinə lisenziya verilmişdir: 10 aprel 1993-cü ildə Təhsil Nazirliyi yanında Dövlət Ali Ekspert Komissiyasının (DAEK) 9/1 saylı qərarı ilə özəl ali məktəb kimi qeydiyyatdan keçmiş, akkreditə edilmişdir. 4 mart 1995-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Ali Ekspert Komissiyasının 45 saylı qərarı ilə yenidən qeydiyyatdan qeydiyyatdan keçmiş, akkreditə edilmişdir. Təhsil Nazirliyinin 10 iyul 2002-ci il tarixli lisenziyası (seriya AB, № 019019) ilə bütün mövcud ixtisaslar üzrə kadr hazırlığına icazə verilmişdir. Təhsil Nazirliyinin 15 fevral 2011-ci il tarixli lisenziyası (qeydiyyat nömrəsi 112, № 070976) ilə bütün mövcud və bir sıra yeni ixtisaslar üzrə kadr hazırlığına icazə verilmişdir. Təhsil Nazirliyi Akkreditasiya Şurasının qərarına əsasən, nazirliyin 28 oktyabr 2011-ci il tarixli, 1726 saylı əmri ilə 5 il müddətinə akkreditə olunmuşdur. İqtisadiyyat Nazirliyi tərəfindən 25 fevral 2016-cı il tarixdə fəaliyyətinə müddətsiz lisenziya (№ 088871) verilmişdir.
Xəzər Waterfront
Xəzər Waterfront — Bakı bulvarında inşa ediləcək ticarət-əyləncə mərkəzi. == Məlumat == Mərkəz Bakı bulvarının qərb hissəsində, parkın yeni hissəsi ilə köhnə hissəsinin birləşdiyi yerdə, Əl Oyunları sarayının yaxınlığında inşa edilir. ilkin olaraq “Xəzər Waterfront” layihəsi adlandırılan tikili 3,5 hektar ərazini əhatə edir. Tikili "Sydney Opera House" həndəsi formalı olmaqla, Azərbaycanın milli emblemi olan səkkizguşəli ulduz içində alov görüntüsündədir. 120,000 m² ümumi sahəsi olan bina 9 mərtəbəli olacaq. İkimərtəbəli zirzəmi avtodayanacaq kimi nəzərdə tutulub, цst hissə isə 7 mərtəbədən ibarət olacaq. Ьərkəzdəki alova bənzəyən tikilinin hündürlüyü 70 metrə çatacaq. Hazırda ərazidə tikinti-quraşdırma işləri davam etdirilir.
Xəzər Xaqanlığı
Xəzər xaqanlığı (türk. Hazarlar; başq. Хазарлар; tatar. Хәзәрләр, Xäzärlär; ivr. ‏כוזרים‏‎, Kuzarim; ərəb. خزر‎, Xazar; ukr. Хоза́ри, Chozáry; rus. Хаза́ры, Hazáry; fars. خزر‎, Xazar; yun. Χάζαροι) — VII və XI əsrlərdə arasında Xəzər dənizinin ətrafında, Van gölündən Qara dənizə və Kiyevə, Aral gölündən Macarıstana qədər olan torpaqlarda hökm sürmüş, tarixi türk dövləti.
Xəzər Aslanov
Aslanov Xəzər Qəşəm oğlu (6 iyun 1970, Bakı) — Xızı Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Xəzər Aslanov 6 iyun 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə 1987-ci ildə Xırdalan Südçülük sovxozunda fəhlə kimi başlamış və 1988-ci il tarixə kimi həmin müəssisədə çalışmışdır. 1988-ci ildə Bakı şəhər Məhkəməsində katib işləmiş, 1988–1990-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1990–1992-ci illərdə "İRS" kooperativində Beynəlxalq Əlaqələr şöbəsinin inspektoru, 1992-ci ildə "Fədai" kooperativinin sədri, 1992–1994-cü illərdə "Aslan R. Q" k/m-da kommersiya direktoru, 1994-cü ildə "ER-COMPANY LTD"-də mütəxəssis, 1994–2002-ci illərdə Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyində əməliyyatçı, 2002–2003-cü illərdə "European-Tabacco-Baku" ASC-da Marketinq şöbəsinin baş əlaqələndiricisi, 2003–2005-ci illərdə "European-Tabacco-Baku" ASC-da Marketinq şöbəsinin baş əlaqələndiricisi, 2005–2006-cı illərdə Xanlar (indiki Göygöl) Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, 2006-cı ilin aprel ayından oktyabr ayınadək isə Xanlar Rayon İcra Hakimiyyəti başçısının I müavini, 2006–2012-ci illərdə isə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə Xızı Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin edilmişdir. == Ailəsi == Xəzər Aslanov Qəşəm Aslanovun oğludur.
Xəzər Bakı
Xəzər Futbol Klubu 2017/2018-ci illər mövsümündə I Divizionda debüt edib. Klub ev oyunlarını "Azal Arena"da keçirir. Bu klub, sonradan bəzi problemlərə görə, fəaliyyətini Region Liqasında davam etdirməyə məcbur olub.
Xəzər Bayramov
Xəzər Azad oğlu Bayramov (14 noyabr 1997, Qaravəlli, Ağcabədi rayonu – 2 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Xəzər Bayramov 14 noyabr 1997-ci ildə Ağcabədi rayonunun Qaravəlli kəndində anadan olmuşdur. 2004-2015-ci illərdə Ağcabədi rayon Qaravəlli kənd tam orta məktəbində təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Xəzər Bayramov 2016-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. 2019-cu ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Tank heyətində xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Xəzər Bayramov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində tuşlayıcı olaraq iştirak etmişdir. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Xəzər FK
Xəzər FK — Bakı şəhərini təmsil edən Azərbaycan futbol klubu. Xəzər-Lənkəran FK — Lənkəran şəhərini təmsil edən Azərbaycan futbol klubu. Xəzər Sumqayıt FK — Sumqayıt şəhərini təmsil edən Azərbaycan futbol klubu.
Xəzər FM
Xəzər FM — Azərbaycanda fəaliyyət göstərən azərbaycandilli özəl radio. == Tarixçə == Milli Televiziya və Radio Şurasının 14 sentyabr 2007-ci il tarixi qərarı ilə “Xəzər TV” MMC-yə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir. “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2015-ci il tarixli 713 №-li Fərmanının 5.1-ci bəndinə əsasən lisenziyalar müddətsiz hesab edilmişdir. Açılışı 2016-cı ildə baş tutan yeni inzibati binada “Xəzər FM” müasir avadanlıq, efir və montaj otaqları ilə təmin olunmuşdur.
Mezel
Mezel (fr. Mézel, oks. Mesèu) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Mezel kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04121. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 660 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 387 nəfərdən (15–64 yaş) 284 nəfər iqtisadi fəal, 103 hərəkətsiz (fəaliyyət göstərici 73,4%, 1999-cu ildə 69,6%) idi. Fəal 284 nəfərdən 250 nəfər (134 kişi və 116 qadın) işləyir, 34 nəfər işsizdir (13 kişi və 21 qadın).
Şezel
Şezel (fr. Chezelle) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şantel kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03075. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 162 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 98 yaş arasında (15-64 yaş arasında) 65 nəfər iqtisadi fəal, 33 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 66,3%, 1999-cu ildə 67,6%) idi. Fəal olan 65 nəfərdən 64 nəfər (34 kişi və 30 qadın) çalışdı, 1 qadın işsizdi. 33 hərəkətsiz 9 nəfər arasında şagird və ya tələbə, 15 nəfər təqaüdçü, 9 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Ezel
Ezel — 2009-cu ildən 2011-ci ilədək yayımlanan Türk istehsalı serial. Ssenarist Kərəm Dərənin 11 martda beyninə qan sızdığına görə teleserial 2 həftə yayımlanmamış, 12 apreldən etibarən yayımını davam etdirmişdir. Ezel teleserialı 2010-cu ildə ilk dəfə təqdim olunan İsmayıl Cem Televiziya Mükafatları müsabiqəsində 14 nominasiyadan 9-da mükafat qazanaraq böyük uğura imza atmışdır.
Xezer Piz
Xezer Piz (29 sentyabr 1975) — Birləşmiş Ştatları təmsil edən sinxron üzgüçü. == Karyerası == Xezer Piz Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Xezer Piz Olimpiadanın qalibi olub.
Xezer Simmons
Xezer Simmons (25 may 1970) — Birləşmiş Ştatları təmsil edən sinxron üzgüçü. == Karyerası == Xezer Simmons Birləşmiş Ştatları 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirində Xezer Simmons Olimpiadanın qalibi olub.
Xəzər Xəbər (jurnal)
Xəzər Xəbər jurnalı
Xəzər-problemə nəzər (film, 1977)