Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Astma
Bronxial astma – ilk növbədə bronxların – ağciyər tənəffüs yollarının iltihabi-allergik xəstəliyidir. Lakin iltihabın allergik reaksiya və ya xroniki xəstəlik olmasından asılı olaraq allergik komponentli astmanı qeyri-allergik astmadan fərqləndirirlər. Qeyri-allergik astmada xroniki iltihablı tənəffüs yolları həddən artıq həssasdırlar. Hər hansı qıcıqlanma bronxların spazmasına aparır, tənəffüs məhdudlaşır və bu da öskürək və boğulmalara gətirib çıxarır. Astmatiklər üçün tutmalara səbəb olan bir çox faktorlar vardır, məsələn; siqaret tüstüsünün kəskin iyi, məişət kimyası vasitələri, sabun, ətriyyat, işlənmiş qazlarin tüstüsü və s. Bir çox dünya alimlərinin gəldiyi nəticə heç də təsəlliveriçi deyil: hər beşinçi astmatik peşəsinə görə bu xəstəliyə tutulur. == Simptomlar və gedişat == Fiziki təsirdən bir neçə dəqiqə sonra (məsələn, qışda küçədə qaçarkən soyuq və quru havanın udulmasi) astmanın simptompları üzə çıxır. Aspirin və ya bu qrupdan olan bəzi iltihab əleyhinə preparatların (panadol, kalpol və s.) qəbulundan sonra adamda aspirin astmasının simptomları baş verə bilər. Qida əlavələri də, məsələn; pivə və caxırın koservantları, sulfitlərin qəbulu astmaya səbəb ola bilərlər. Astmanın ən xarakterik simptomları: öskürək – tez-tez, əziyyətli və daimi xarakterli.
Dolma
Dolma və ya sarma — Geniş yayılmış xörək növlərindən biri olan dolmanın Azərbaycan mətbəxinə 30-dan çox növü məlumdur. == Dolmanın etimologiyası == Dolma sözü dilimizdə iki sözdən əmələ gəlib. Birinci dolmaq, doldurmaq felindəndir ki, bu da içərisi doldurulan pomidor, istiot, badımcan, heyva, soğan və s. dolmalardır ki, bu ad onların hazırlanma texnologiyaları ilə üst-üstə düşür. İkinci söz "dolamaq" felindəndir ki, bu da yarpağı içliyə dolamaqdan irəli gəlir. Bunlar kələm, üzüm yarpağı, fıstıq (pip) yarpağı, əvəlik yarpağı və s. bu kimi yarpaqlardan hazırlanan dolmalardır. Bu tip dolmalara Türkiyə türkcəsində "sarma" da deyirlər ki, bu da "dolmaq" feli ilə dilimizdə də eyni məna daşıyan "sarımaq", yəni bükmək felindədir. Qeyd edək ki, Azərbaycanın regionlarında eyni adlı dolmalar müxtəlif üsulla bişirilə bilir. Məsələn, kələm dolması Gəncədə sadə bişirilirsə, Şəkidə ona şəkər, Naxçıvanın bəzi kəndlərdə şabalıd qatılır .
Donma
Donma — dəri, dərialtı və daha dərin toxumaların soyuğun təsirindən yerli zədələnməsi. Donmalar zamanı toxumaların nekrozu soyuğun bilavasitə təsiri ilə deyil, yerli qan dövranının və innervasiyanın pozulması ilə şərtlənir: reaktivliyə qədərki dövrdə kapilyarların və kiçik arteriyaların spazmı, reaktiv dövrdə isə onların parezi, yerli qan dövranının zəifləməsi, qan damarlarında staz, kiçik damarlarda tromboz proseslərinin inkişafı. Sonralar damar divarında morfoloji dəyişikliklər başlayır: endotelin şişməsi, endotelial hüceyrələrin plazmatik hüceyrələr tərəfindən hopulması, nekrozun əmələ gəlməsi və sonra həmin nahiyənin çapıqlaşması və daha sonra damarların tutulması. Beləliklə, donma zamanı toxumaların nekrozu ikincilidir və onun inkişafı donmanın reaktiv fazasında da davam edir. Keçirilmiş donma nəticəsində damarlarda baş verən dəyişikliklər sonralar damarların obliterasiyaedici xəstəlikləri və trofik dəyişikliklər üçün zəmin yaradır. == Donmaların klinik gedişində iki dövr ayırd edilir == Reaktivliyə qədərki (gizli yaxud hipotermiya) dövrü. Reaktivlik dövrü (toxumaların isidilməyə başladığı andan sonrakı dövr). Reaktivliyə qədərki (gizli) dövrdə toxumalar hipotermiya vəziyyətində olurlar, belə ki, hələ soyuğun təsiri davam edir. Bu dövrdə klinik əlamətlər nəzərəçarpacaq dərəcədə aydın olmur: dəri avazımış, yaxud sianotik olur, əllədikdə soyuqdur və hissiyyat ya azalıb, ya da itmişdir. Bəzi hallarda ilk saatlarda spesifık soyuqluq hissiyyatı, iynəbatırma, göynəmə və paresteziyalar (ağrı hissiyyatının təhrif olunmuş formaları) qeyd edilir.
Doqma
Doqma, və ya doqmat (q.yun. δόγμα, δόγματος "rəy, qərar, hökm") — kilsənin təsdiqlədiyi doktrinanın mövqeyi, tənqidə (şübhəyə) məruz qalmayan məcburi və dəyişməz bir həqiqəti elan etmə ifadəsi. == "Doqma", "doqmat" ifadələrinin istifadə tarixi == Tarixdə "doqma" ifadəsinin bu terminin müasir anlayışından fərqli olaraq müxtəlif mənalarda işlədildiyi dövrlər olmuşdur. Qədim ədəbiyyatda, Siseron tərəfindən, doqma sözü, ümumiyyətlə məlum olduğu üçün inkaredilməz bir həqiqət mənasına sahib olan belə təlimləri ifadə edirdi. Origen və St. Isidore, Sokratın bəzi nəticələrini adlandırdı. Platon və Stoiklərin təlimlərinə "dqma" da deyilirdi. Ksenofona görə, "doqma" həm komandirlərin, həm də adi əsgərlərin hamının mübahisəsiz itaət etməli olduğu bir əmrdir. Herodianın "doqma" sında Senatın tərifi yer alır və bütün Roma xalqı sorğu-sualsız itaət etməlidir. Bu məna 70 tərcüməçinin yunan dilində tərcüməsində bu mənanı qoruyub saxladı, burada Daniel peyğəmbər, Ester, Makkabi peyğəmbərinin kitablarında δόγμα kəlməsi dərhal icra edilməli olan bir kral fərmanından və hər mövzu üçün qeyd-şərtsiz məcburi olan bir kral və ya dövlət qanunundan bəhs edir.
Fatma
Fatma — XIX əsr qadın aşıqlarındandır. == Həyatı == Bəzi mənbələrdə onun XIX əsrdə yaşadığına və şirvanlı olduğuna dair məlumatlar var. Nəqşibəndi təriqətinə mənsub olan Fatmanın cəmi bir qoşması günümüzə gəlib çatmışdır. == İstinadlar == == Mənbə == Azərbaycanın Aşıq və Şair Qadınları, Bakı, 1978, s. 105-106.
Forma
Forma (yun. μορφή, lat. forma — qəbul edilmiş normativ xarici ölçü, görünüş. Forma (fəlsəfə) — materiyaya aid olan, məzmun anlayışına əks olan fəlsəfi kateqoriya. Forma (predmet) — predmetin konturlarının cizgisi. Forma (paltar), uniforma (lat. uniformis — ümumilik) — stilinə, tikilişinə, rənfinə, parçasına görə eyni olan vahid müəssisə geyimi. == Həmçinin bax == Format Formulyar Forma – [lat. forma – görünüş, forma] 1)əşyanın xarici görünüşü, şəkli; 2)hər hansı bir şeyin onun məzmunu ilə müəyyənləşən görünüşü, nümunəsi, tipi, quruluşu, qurulma sistemi; 3)məcazi mənada: zahirən görünən, formallıq; 4)hər hansı bir şeyin nümunəsi, şablonu, qaydası; 5)əşyalara müəyyən formanın verilməsi üçün vasitə; 6)müəyyən edilmiş nümunədə paltar; 7)bədii əsərin növü, janrı, təsvir vasitələri və üsulları; 8)dilçilikdə qrammatik mənanın ifadə edilməsi; 9)zahiri görünüş; 10)quruluş, struktur; 11)ülgü, biçim, şablon, nümunə; 12)riyaziyyatda bütün hədləri eyni dərəcəli olan çoxhədli, formalar nəzəriyyəsi, cəbri həndəsə, ədədlər nəzəriyyəsi, diferensial həndəsə, riyaziyyatın başqa sahələrində və mexanikada işlədilir; 13)tip, quruluş, təşkilat sistemi; struktur; 14)rənginə, biçiminə və başqa əlamətlərinə görə müxtəlif kateqoriyalara mənsub şəxslər üçün vahid paltar tipi; rəsmi paltar, geyim. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
Kotam
Kotam (əvvəlki adı: Ketam) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Ordubad şəhər inzibati ərazi vahidi tərkibindəki Ketam kəndi Kotam kəndi adlandırılmışdır. == Tarixi == Ketam Ordubad rayonunun Ordubad Şəhər inzibati ərazi vahidində kənd. Araz və Ketam çayının sahilində, dağətəyi ərazidədir. Yerli əhali arasında Kotam variantında da işlənən bu ad Ketam dağının adından yaranmışdır.. == Coğrafiyası və iqlimi == Rayonun mərkəzindən 5 km cənub-şərqdə, Naxçıvan-Bakı dağ yolunun şimal tərəfindədir. == Əhalisi == Əhalisi 410 nəfərdir.Kəndin əhalisi 1958 ci ildə Yuxarı Kotam adlanan ərazidən köçüb gəlib yeni Kotamda məskunlaşmışdır.Kəndin əhalisinin 20 ci əsrdə ermənistanın təcavüzkar siyasəti nəticəsində Sisian və Qafan rayonlarından köçüb gəldikləri güman edilir. == İqtisadiyyatı == Əhalisi bağçılıq,əkinçilik,arıçılıq,kiçikbuynuzlu heyvandarlıq və.s məşğuldur.Əsasəndə bu kənddə arıçılıq inkişaf etmişdir.Arıçılıq köçmə(yerdəyişikliyinə əsasən) təsərrüfat sahəsidir.Yayda arıları Yuxarı Kotam deyilən əraziyə aparırlar.Ora iqliminə,təbiətinə nisbətən yaxşı ərazidi.Qışda isə əsasən həyətyanı sahələrdə baxılır.Həmçinin Kotam kəndində xurnik,əncir,nar kimi meyvələrin ağacları geniş yayılmışdır.Naxçıvan Muxtar Respublikasının xüsusilə əncir ehtiyyatlarının (daxili bazara çıxarılan)yarıdan çoxunu bu kənd qarşılayır. == İnfrastrukturu == Orta məktəbi, klubu, kitabxanası, tibb məntəqəsi var.
Koxma
Koxma (rus. Кохма) — Rusiya Federasiyasında yerləşən şəhər, İvanovo vilayətinə daxildir.
Norma
Norma (lat. norma — hərfi tərcümə "bucaqlıq", mənaca "qayda") — fəaliyyət sahəsinin sərhədlərini göstərən tənzimləyici qayda. Norma anlayışı həmişə şərtidir, məqsəddən asılı olaraq norma həddi müxtəlif ola bilər. Norma hərəkət, inam və hissdir. Hər bir fəaliyyətin və qaydanın norması olmalıdır.
Oxatma
Oxatma — qədim idman növü. Mənşəyi ovçuluq qədər köhnədir. Oxu bir yay vasitəsilə hədəfə göndərməyi məqsəd qoyan idmandır. Oxatma ilk dəfə 1904 Yay Olimpiya Oyunlarında olimpiya proqramına salınıb, 1972-ci ildən isə hər olimpiya oyunlarında idmanın bu növü üzrə yarış keçirlir. Burada 30, 50, 60, 70, 90 m məsafələrə ox atmada yarışırlar. İdman oxatması üzrə 45 ölkənin idmançıları Beynəlxalq Federasiyada (FİTA) birləşir. Bu federasiya 1931-ci ildən dünya çempionatları keçirir. Terminlərdən asılı olaraq oxatan hədəfə 30-dan 288-ə qədər ox atır. Yaylar ağacdan və metaldan müxtəlif formalı və çəkili (400-700 q) düzəldilir. Oxun gövdəsi ağacdan, metaldan, plastmasdan, ucluğu isə metaldan hazırlanır.
Poema
Poema — İri həcmli nəzm əsəri poema adlanır. Poemada, adətən, müəyyən bir hadisə və ya əhvalat təhkiyə üsulu ilə təsvir olunur. Poemada isə təsvir olunan hadisələrin gedişində lirik lövhələrə də geniş yer verilir. Məsələn, Füzulinin "Leyli və Məcnun" poemasında hadisələr əsas qəhrəmanların həyatı ilə bağlı vahid bir sujet əsasında inkişaf edir, lakin poemada qəhrəmanların daxili aləminə uyğun lirik şeirlər də verilmişdir. Beləliklə, poemada hadisənin epik təsviri ilə lirik tərənnüm üzvü surətdə birləşir. Hadisələrin epik təsvirinə geniş yer verilən poemalar epik-lirik əsər adlanır. Lirik düşüncələrin üstünlük təşkil etdiyi əsərlərə isə lirik-epik əsər deyilir. Məsələn: Nizaminin "Xosrov və Şirin", Ş. İ. Xətainin "Dəhnamə", M. Füzulinin "Leyli və Məcnun" poemaları epik-lirik, M. F. Axundzadənin "A. S. Puşkinin ölümü haqqında Şərq poeması" şeiri, S. Vurğunun "Bəsti", H. Arifin "Yolda","Dilqəm", H. Cavidin "Azər" poemaları lirik-epik növə aiddir.
Qoşma
== Ədəbiyyat == Qoşma (ədəbiyyat janrı) — ədəbiyyatda janr. == Dilçilik == Qoşma (köməkçi nitq hissəsi) — 5 köməkçi nitq hissəsindən biri.
XHTML
eXtensible HyperText Markup Language (XHTML) XML işarələmə dilləri ailəsinin bir hissəsidir. Veb səhifələrin formalaşdırıldığı dildə geniş istifadə olunan HTML versiyalarını güzgüləşdirir və ya genişləndirir. HTML5, əvvəl HTML5, standart çevik işarələnmə dili (SGML), çevik işarələmə dili çərçivəsi olaraq təyin olunduğu halda, XHTML, XML, SGML-in daha məhdudlaşdırıcı bir tətbiqidir. XHTML sənədləri yaxşı qurulmuşdur və buna görə də HTML-dən fərqli olaraq standart HTML analizlərindən istifadə edərək təhlil edilə bilər, bu da asan HTML tələb edən bir parser tələb edir. XHTML 1.0 26 yanvar 2000-ci ildə W3C tövsiyəsi oldu.Daha sonra yenə XHTML-ya, 1.1 31 May 2001-ci ildə W3C tövsiyəsi oldu.
Xatman
Xatman — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Xatman Ağsu rayonunun Kalva inzibati ərazi vahidində kənd. Niyaldağ silsiləsinin ətəyindədir. Kəndin adı XVIII əsrin əvvəllərində Gilanın Lahican bölgəsindən köçüb gəlmiş tat ailələrin adı ilə bağlıdır. Ulu əcdadaları Lahıc Əhməd adı ilə Gilanda məşhur olmuşdur. Kəndin öz adı Hətəm adlı lahıclı şəxsin adı ilə bağlıdır(Hətəman- Hətəm şəxs adına -an cəmlik şəkilçisi ilə əlavə edilməklə yaranmış toponim).
Xonça
Xonça — bayramlarda və hərhansı təntənəli mərasimlərdə hazırlanmış hədiyyə topıusudur. Xonçanın işində qiymətli bəzək əşyalarından tutmuş meyvə və şirniyyata qədər ola bilər. == Nişan xonçası == Nişan xonçası — Bir sıra bölgələrimizdə bu xonçaları "rıişanbaxtı / nişanbəxti" adlandırırlar. Nişan — elçilikdən və həridən sonra qızın verilməsinin bəlli edilməsi üçün təşkil edilən mərazismdir. Bu mərasimdə oğlan evindən qız evinə nişan xonçaları gətirilir. Bu xonçalar arasında nişan üzüyü və qırmızı şal yerləşdirilmiş üzük xonçası, paltar xonçası, mövsümə görə meyvə xonçası, şirniyyat və qız adamlarına ayrılmış hədiyyələr olan xonçalar yer alır. == Xonça gətirmə == Xonça gətirmə — Nişandan sonra qız kimin toyuna, şaxına getsə onun adına xonça gətirirlər. Burada qızlar oturur bir tərəfdə. Bu zaman qaynana əlində xonça oynaya – oynaya girir məclisə. Gəlir gəlinin qabağına.
Xotan
Xotan (uyğ. خوتەن, uyğ. Xoten, uyğ. Хотән, çin. sadə. 和田市, pinyin: Hétián shì) — Çinin Sinszyan-Uyğur muxtar rayonunun cənub-şərqindəki Xotan mahalında vadi və şəhər qəzası. Təklə-Məkan səhrasından cənubda, Yarkənddən cənub-şərqdə yerləşir. Əhalisi 114 000 nəfərdir (2006) və əsasən uyğurlardan (uyğ. хотәнликләр, xotanlılar) ibarətdir. Xotan şəhər dairəsi 4 küçə komitəsinə, 2 qəsəbəyə və 6 mahala bölünür.
Xotin
Xotın — Çernovtsı vilayətiində (Ukrayna) şəhər. == Tarixi == Müasir Ukraynada şəhər. Vaxtilə Xatın qalası Moldav və Leh (Polşa) kralının idarəsində olmuş, Sultan II Osman onu fəth etmişdi. Övliya Çələbi şəhəri gəzdiyi zaman "Xatın Turla nəhri üzərində kiçik qalacıqdır", – deyə yazırsa da, iftixarla bu kiçik yerin böyük şəhid məzarlığından danışır, Karakaş Paşanın və onunla birlikdə şəhid olmuş yeddi min əsgərin qəbrini ziyarət etdiyini göstərir. Ruslar tərəfindən ilk dəfə 1738-ci ildə Feldmarşal Minixin komandanlığı altında zəbt edilmişdir. Qalanın komendantı İlyas Kolçak Paşa oğulları ilə birlikdə ruslara əsir düşmüş, sonra xaçlanmışdılar. О Rusiyada Vətəndaş müharibəsi illərində Sibirin hakimi olmuş rus admiralı Aleksandr Kolçakın ulu babasıdır. Rus alimi və şair Mixail Lomonosov Xatının alınması münasibətilə çariçə Anna İoannovnaya həsr etdiyi mədhiyyədə Kolçak paşanın adını çəkmişdi. Rus-Osmanlı müharibələrində bu qala dönə-dönə; 1739-cu ildən başlayaraq 1769, 1788,1807-ci illərdə istila olunmuşdu. Qalanı ələ keçirən rus əsgərləri Xatın qalasının adını öz bildikləri şəkildə mənalandırırdılar.
Xotın
Xotın — Çernovtsı vilayətiində (Ukrayna) şəhər. == Tarixi == Müasir Ukraynada şəhər. Vaxtilə Xatın qalası Moldav və Leh (Polşa) kralının idarəsində olmuş, Sultan II Osman onu fəth etmişdi. Övliya Çələbi şəhəri gəzdiyi zaman "Xatın Turla nəhri üzərində kiçik qalacıqdır", – deyə yazırsa da, iftixarla bu kiçik yerin böyük şəhid məzarlığından danışır, Karakaş Paşanın və onunla birlikdə şəhid olmuş yeddi min əsgərin qəbrini ziyarət etdiyini göstərir. Ruslar tərəfindən ilk dəfə 1738-ci ildə Feldmarşal Minixin komandanlığı altında zəbt edilmişdir. Qalanın komendantı İlyas Kolçak Paşa oğulları ilə birlikdə ruslara əsir düşmüş, sonra xaçlanmışdılar. О Rusiyada Vətəndaş müharibəsi illərində Sibirin hakimi olmuş rus admiralı Aleksandr Kolçakın ulu babasıdır. Rus alimi və şair Mixail Lomonosov Xatının alınması münasibətilə çariçə Anna İoannovnaya həsr etdiyi mədhiyyədə Kolçak paşanın adını çəkmişdi. Rus-Osmanlı müharibələrində bu qala dönə-dönə; 1739-cu ildən başlayaraq 1769, 1788,1807-ci illərdə istila olunmuşdu. Qalanı ələ keçirən rus əsgərləri Xatın qalasının adını öz bildikləri şəkildə mənalandırırdılar.
Aliye Fatma
Aliye Fatma (türk. Fatma Aliye Topuz 9 oktyabr 1862, Konstantinopol – 13 iyul 1936, İstanbul) — Türk yazıçısı, esseist, tərcüməçi və gender bərabərliyi uğrunda mübarizənin iştirakçısı. Fatma Aliye Topuz həm Türkiyədə, həm də İslam dünyasında ilk qadın roman yazıçı sayılır. == Bioqrafiya == 9 oktyabr 1862-ci ildə İstanbulda anadan olmuşdur. Əhməd Cövdət paşanın birinci qızı və yazıçı Emine Önasyanın böyük bacısı idi. Aliye Fatmanın anası Advie Rəbiyə xanım idi. 1866-cı ildə Fatmanın atası Misirə Vali vəzifəsinə təyin edilir. 1868-ci ilə qədər həyat yoldaşı və uşaqları ilə Hələbdə yaşamalı olur. 1875-ci ildə Cövdət Paşa Yunanıstana göndərildikdə, ailə altı ay Yanyada qalır. Nəhayət 1878-ci ildə Fatmanın ailəsi Dəməşqdə məskunlaşır.
Antoon Postma
Antoon Postma (28 Mart 1929 – 22 Oktyabr 2016) — Niderlandlı antropoloq. Ərə getdikdən sonra Hanunuolar arasında yaşamağa başlamışdır. Filippinin Mindoro şəhərində yerləşən manqyan qəbiləsində yaşayırdı. Onun ən böyük işi Laquna Mis Yazılarını ilk dəfə oxumaq olmuşdur. Hanunuolara məxsus olan bu yazıları qorumaq üçün əlindən gələni etmişdir. == İstinadlar == == Xarici keçidlər == Santos, Hector. "Sulat sa Tanso: Antoon Postma's Translation". A Philippine Leaf. 1995. İstifadə tarixi: 2008-07-30.
Artma miqdarı
Artma miqdarı(artım, en. increment ~ ru. приращение, прибавляемая величина ~ tr. artım, artma miktarı) – ədədin müəyyən kəmiyyət qədər böyüdülməsi; həmçinin belə ədədin artırıldığı kəmiyyət. Məsələn, 10-u ardıcıl olaraq hər addımda 2 vahid artırsaq, onda belə bir ədədlər ardıcıllığı alarıq: 12, 14, 16, 18 və s. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Atilla Jorma
Atilla Jorma — Finlandiya türkoloqu, dilçilik üzrə elmlər doktoru (2008), professor. == Həyatı == Atilla Jorma 1952-ci ildə Finlandiyada dünyaya gəlmişdir. Orta məktəbi bitirdikdən sonra 1976-cı ildə İstanbul Universiteti Ədəbiyyat fakültəsinin türk dili və ədəbiyyatı bölümünə daxil olmuş və 1982-ci ildə təhsilini tamamlamışdır. 1984-1987-ci illərdə Finlandiyada Türkü Universitetinin dilçilik bölümündə elmi işçi kimi çalışmışdır. 1984-1991-ci illərdə Finlandiya Türkü Universitetində türk dilindən dərs demişdir. 2008-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Türkiyənin Ərdahan Universitetinin Çağdaş Türk ləhcələri və ədəbiyyatları bölümündə Xorasan türkcəsi, Türkmən, Qaqauz dili və ədəbiyyatından mühazirələr oxumuşdur. Fincə-Türkcə, Türkcə-Fincə lüğət hazırlamışdır. Fin, macar, holland, alman, ingilis dillərini bilir. == Yaradıcılığı == Atilla Jormanın türkoloji araşdırmaları olduqca əhatəlidir.
Aygün (poema)
Aygün — Azərbaycan SSR xalq şairi Səməd Vurğunun 1951-ci ildə yazdığı poema. Şairin yazdığı mənzum romanı Azərbaycan poeziyasında xüsusi yer tutan epik ruhlu bir əsərdir. Əsərdə hadisələr əsasən təzəcə ailə qurmuş iki gəncin münasibəti və taleyi ətrafında cərəyan edir. Ailə və məhəbbət problemlərinə həsr olunmuş əsərin əsas qəhrəmanı Aygündür. Şair onun timsalında öz azərbaycanlı qadın idealını ümumiləşdirmişdir. Əsərdə şair Azərbaycan qadınlarının ağır taleyini canlandırmış, qadının təkbaşına çətinlikləri adlayaraq, öz gücünə nail olduğu uğuru göstərmişdir. == Süjet == Səməd Vurğun Azərbaycan qadınlığının xüsusi xarakterinə, müqayisəyə gəlməz sədaqətinə və namusuna, təmənnasız möhnətkeşliyinə romantik şəkildə inanırdı. Şair Azərbaycan qadınlarını sədaqətli və ismətli, romantik bir ucalıq daşıyıcısı kimi görmək istəyirdi. Ədib bu görüşlərini "Aygün" romanında daha dərindən ifadə etmişdir. O inanırdı ki, Azərbaycan qadını istehsalatda, mədəniyyətdə fəal çalışsa da, bu onun milli əxlaqi simasında dəyişikliklər yaratmayacaq və yaratmamalıdır.
Azərbaycanda oxatma
Azərbaycanda oxçuluq və ya kamandan oxatma qədim tarixə malikdir. Müasir idman növü olaraq isə sovet dövründən inkişaf etmişdir. Azərbaycan Yay Olimpiadasında oxatma üzrə ilk dəfə 2016-cı ildə çıxış etmişdir. == Arxa plan == === Arxeoloji mədəniyyətlər === Boyalı Qablar mədəniyyəti Xocalı-Gədəbəy mədəniyyəti === Qafqaz Albaniyası ordusu === Antik müəllif hücum və müdafiə silahları haqqında məlumat qoyub getmişdir. Məsələn, qeyd edilir ki, albanlarda zirehləri və uzun dördkünc qalxanları olan nizəçilər və oxatanlar vardı. Akontistlər – nizəçilər və toksotlar – oxatanlar vardısa, deməli, nizələr və oxlar da olmalı idi. Arxeoloji material yazıçıların dediklərini təsdiq edir. Albaniya ərazisində çoxlu silah aşkar edilmişdir və bunun xeyli hissəsi küp, katakomba və taxta qəbirlər mədəniyyətinin daşıyıcılarına məxsusdur. O dövrdə üçpərli, saplaqlı dəmir ox ucluqları oymaqlı, çıxıntılı tunc ucluqları, habelə daha erkən dövr (eramızdan əvvəl VII-VI əsrlər) üçün səciyyəvi olan oymaqlı, üçüzlü tunc və sümük ucluqları sıxışdırıb aradan çıxartmışdı. Bununla yanaşı küp qəbirlərin birindən əvvəlki vaxtların tunc oxlarına nisbətən daha səliqəli hazırlanmış tunc ox ucluğu tapılmışdır.
Batma xərci
Batma xərci (geri qaytarıla bilinməyən xərclər, hərfən — «batırılan xərclər», ing. sunk costs) — alternativ istifadəsi olmayan xərclərdir: keçmişdə qəbul edilmiş qərarlar nəticəsində meydana gələn və gələcəkdə sonrakı qərarlarla dəyişdirilə bilməyən xərclər. == Tərifi == İngilis professor Kolin Druri, batmış xərcləri, əvvəlcədən əldə edilmiş qaynaqların dəyəri olaraq təyin edir, bu mənbələrin ümumi miqdarı onların sonrakı istifadəsi üçün mövcud alternativ variantlar arasındakı seçimdən asılı olmadıqda; keçmişdə qəbul edilmiş qərarlar nəticəsində yaranan və gələcəkdə sonrakı qərarla dəyişdirilə bilməyən xərclər . Batmış xərclər — qərar qəbul edən şəxs üçün əhəmiyyətsizdir, ancaq əhəmiyyətsiz xərclər deyil. Lazımsız xərclər əhəmiyyətsizdir, lakin gələcəkdə xərclərdən imtina etmək olar, buna görə batmış xərclər hesab olunmur. == Nümunəsi == Əvvəlki dövrdə alınmış avadanlıq üçün amortizasiya xərcləri batmış xərclərdir. Avadanlıqların qalıq dəyəri tələb olunduğundan və ya ondan bir şey istehsal edilib-edilməməsindən asılı olmayaraq silinməli olduğundan, yenə də silinməlidir. Bu xərclər gələcək heç bir qərarla dəyişdirilə bilməz. Məsələn, inşa edilmiş bir kərpic kanalizasiyası yenidən kərpic halına gətirilə və satıla bilməz. Və ya, məsələn, gözlənilmədən tələb olunmayan tökülmüş bir beton təməl, sementə və quma qaytarıla bilməz.