Kotam (əvvəlki adı: Ketam) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Ordubad şəhər inzibati ərazi vahidi tərkibindəki Ketam kəndi Kotam kəndi adlandırılmışdır.[2]
Kotam | |
---|---|
38°54′ şm. e. 46°04′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 657 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Ketam Ordubad rayonunun Ordubad Şəhər inzibati ərazi vahidində kənd. Araz və Ketam çayının sahilində, dağətəyi ərazidədir. Yerli əhali arasında Kotam variantında da işlənən bu ad Ketam dağının adından yaranmışdır.[3].
Rayonun mərkəzindən 5 km cənub-şərqdə, Naxçıvan-Bakı dağ yolunun şimal tərəfindədir.
Əhalisi 410 nəfərdir.[4]Kəndin əhalisi 1958 ci ildə Yuxarı Kotam adlanan ərazidən köçüb gəlib yeni Kotamda məskunlaşmışdır.Kəndin əhalisinin 20 ci əsrdə ermənistanın təcavüzkar siyasəti nəticəsində Sisian və Qafan rayonlarından köçüb gəldikləri güman edilir.
Əhalisi bağçılıq,əkinçilik,arıçılıq,kiçikbuynuzlu heyvandarlıq və.s məşğuldur.Əsasəndə bu kənddə arıçılıq inkişaf etmişdir.Arıçılıq köçmə(yerdəyişikliyinə əsasən) təsərrüfat sahəsidir.Yayda arıları Yuxarı Kotam deyilən əraziyə aparırlar.Ora iqliminə,təbiətinə nisbətən yaxşı ərazidi.Qışda isə əsasən həyətyanı sahələrdə baxılır.Həmçinin Kotam kəndində xurnik,əncir,nar kimi meyvələrin ağacları geniş yayılmışdır.Naxçıvan Muxtar Respublikasının xüsusilə əncir ehtiyyatlarının (daxili bazara çıxarılan)yarıdan çoxunu bu kənd qarşılayır.
Orta məktəbi, klubu, kitabxanası, tibb məntəqəsi var[5].