Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yandırılmış torpaq siyasəti
Böyük sürgün – I Şah Abbasın əmri ilə 1604–1605-ci illərdə Ağrı vadisi, Çuxursəəd, Naxçıvanəhalisinin (müsəlmanlar, ermənilər və yəhudilərin) İran ərazisinə köçürülməsi hadisəsidir. Köçürülən əhali arasında ermənilər üstünlük təşkil edirdilər. Müxtəlif mənbələrdə 250.000 – 300.000 arası əhalinin ərazidən İranın mərkəzlərinə köçürülməsi haqqında məlumatlar vardır. == Ərəfə == 1555-ci ildə Osmanlı və Səfəvi dövlətləri arasında imzalanmış Amasiya müqaviləsinə əsasən Qərbi Gürcüstan vilayətləri (İmereti, Meqreli və Quriya), Bağdad və Ərmənniyə ərazisi Osmanlı dövlətinin, Şərqi Gürcüstan vilayətləri (Mesxetiya, Kartli və Kaxeti) isə Səfəvilər dövlətinin hakimiyyətinə düşdü. Lakin, 1579-cu ildə Osmanlı ordusunun Krım xanının 100.000-lik ordusu ilə Səfəvilərin nəzarətində olan ərazilərə hücum etməsi ilə Amasya müqaviləsinin şərtləri pozulur. Türk-tatar ordusunun Cənubi Qafqaza talançı yürüşləri 1589-cu ilə kimi davam edir. Həmin dövrdə hücuma məruz qalan ərazidə yaşayan əhalinin böyük bir hissəsi öz yurdunu tərk etməyə məcbur olmuş, qul kimi əsir edilmişdi; təkcə İrəvan şəhərindən 60.000 insan qul edilmişdi. XVI əsr erməni tarixçisi Hovannisik Çaretsi bu hadisələrlə bağlı yazır: Lala adlı bir sərkərdə çoxlu sayda döyüşçülərlə hücuma keçərək Ararat əyalətinə kimi irəlilədi, 60 mindən çox erməni və müsəlmanı qul edərək rumluların ölkəsinə sürdü. 21 mart 1590-cı ildə imzalanmış İstanbul müqaviləsinin şərtlərinə görə Osmanlı dövləti, Təbriz, Qarabağ, Şirvan, Dağıstan və Şərqi Gürcüstan ərazilərini də ələ keçirdi. I Şah Abbas hakimiyyətə gəldikdən sonra, İstanbul müqaviləsinin şərtlərini qəbul etməyərək ordu quruculuğu ilə məşğul olur və Osmanlı dövlətinə qarşı yeni müharibəyə başlayır.
Yandırılmış torpaq taktikası
Yandırılmış torpaq taktikası (siyasəti) — geri çəkilən qoşunların hücum edən tərəfin istifadə edə bilməməsi üçün düşmən üçün bütün həyati əhəmiyyətli vasitələrin (ərzaq, yanacaq və s.) və hər hansı bir sənaye, kənd təsərrüfatı və mülki obyektləri tam və genişmiqyaslı məhv edilməsini həyata keçirən döyüş üsulu. "Yandırılmış torpaq" termini yalnız geri çəkilən ordunun hücum edən tərəf üçün həyati əhəmiyyət kəsb edən infrastrukturun dağıdılması döyüş əməliyyatlarına aiddir. 1977-ci il Cenevrə Konvensiyasının I nömrəli Protokolunun 54-cü maddəsi ilə "Yandırılmış torpaq" taktikası qadağan olunmuşdur. == Tarixi == === E.ə VI əsr === Bu taktikadan istifadə tarixdə ilk dəfə e.ə 512-ci ilə yaxın I Dara ordusunun Qara dəniz çöllərinə soxulduğu zaman (bax: Herodotun "Tarix"i IV kitabı). İskitlərlə müharibədə olmuşdur. === XV əsr === 1474-cü ilin sonunda, Osmanlı İmperiyası ilə Moldova Knyazlığı arasındakı mübarizə zamanı bu taktikadan istifadə olunmuşdur. Bu ildə Rumeli bəylərbəyi Süleyman Paşanın başçılığı ilə böyük bir Osmanlı ordusu Moldova Knyazlığının ərazisinə girdi. "Yandırılmış torpaq" taktikasını tətbiq edən Moldova knyazı III Stefan Vasluy yaxınlığında osmanlıları məğlub etdi (10 yanvar 1475-ci ildə).. === Səfəvi-Osmanlı müharibələri === ==== 1514–1555-ci illər müharibəsi ==== Səfəvilər dövlətinin qurucusu I Şah İsmayılın dövründə başlayan və qısa fasilələrlə 1555-ci il Amasiya sülhünə qədər davam edən Səfəvi-Osmanlı müharibəsində I Təhmasibin dövründə "yandırılmış torpaq" taktikasından istifadə edilmişdir. Dövrün müasir silahlarına malik və daha güclü olan Osmanlı ordusu ilə birbaşa toqquşmalardan çəkinən I Təhmasib bu taktika sayəsində qarşı tərəfə döyüş meydanında ciddi uğur əldə etməsinə imkan verməmişdir.
Basdırılmış su
Basdırılmış su - keçmiş geoloji dövrlərdə yer səthindən süxurlara süzülmüş, sonradan ərazinin en­məsi və yeni çökmə süxur təbəqələrilə ör­tül­məsi nəticəsində bu sularla birlikdə gömül­müş yeraltı qazıntı su. Basdırılmış su qədim infiltrasion (və yaxud inflüasion) yolla əmələ gələn su­lardır. Bəzi təd­qiqatçılar bu termini "qazıntı su" terminilə eyniləşdirirlər. Lakin qazıntı sulara sedi­mentasion sular da aid olduğundan, onları eyniləşdirmək səhvdir. == Həmçinin bax == Süxurlar Yer səthi Çökmə süxurlar == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Qaldırılmış yumruq
Qaldırılmış yumruq və ya sıxılmış yumruq həmrəylik və dəstək simvolu kimi istifadə olunur. Həmçinin də ittifaq, güc, itaətsizlik və ya müqaviməti ifadə etmək üçün salam kimi də istifadə olunur. == Tarixi == 1917-ci ildə Dünya Sənaye İşçiləri (IWW) tərəfindən qaldırılmış sağ yumruq loqo kimi istifadə edilmişdir. Bununla belə, 1936-1939-cu illərdə baş verən İspaniya vətəndaş müharibəsi zamanı respublikaçı qruplar tərəfindən salamlama simvolu kimi istifadə edilmiş və “Xalq Cəbhəsi salamı” və ya “antifaşist salamı” kimi tanınaraq populyarlıq qazanmışdır. Sağ yumruq salamı daha sonralar bütünlükdə Avropa miqyasında solçular və antifaşistlər arasında yayılmışdır. Qrafik simvol 1948-ci ildə Meksikada inqilabi sosial mübarizələri inkişaf etdirmək üçün incəsənətdən bir vasitə kimi istifadə edən mətbəə olan Taller de Gráfica Popular tərəfindən populyarlaşdırılmışdır. Rəssam və fəal Frank Cieciorkanın Tələbə Qeyri-zorakı Koordinasiya Komitəsi üçün sadələşdirilmiş versiya hazırladıqdan sonra onun istifadəsi ABŞ-da 1960-cı illərdə yayılmışdır. Bu versiya daha sonralar Tələbələr tərəfindən Demokratik Cəmiyyət və Qara Güc hərəkatı üçün istifadə edilmişdir. Qaldırılmış sağ yumruq La Luttenin davam etdiyi 1968-ci ilin may üsyanı zamanı hazırlanmış təbliğat afişalarında müntəzəm formada istifadə olunmuş, sıxılmış yumruğun başında bir fabrik bacası təsvir edilmişdir.
Basdırılmış (film)
Basdırılmış (ing. Buried) — Rodriqo Kortesin rejissorluğu ilə çəkilmiş 2010-cu ilin həyatda qalma, triller filmi. İspaniya istehsalı olan filmin ssenari müəllifi Kris Sparlinqdir. Filmin baş rolunda Kanada və ABŞ aktyoru olan Rayan Reynolds çıxış edir. Film İraq şəhərində terroristlər tərəfindən girov götürülüb tabutla birlikdə torpağa basdırılan amerikalı tır sürücüsünün sağ çıxma cəhdindən bəhs edir. == İstinadlar == == Xarici keçidlər == Basdırılmış — Internet Movie Database saytında.
Sındırılmış pəncərələr nəzəriyyəsi
Sındırılmış pəncərələr nəzəriyyəsi — kiçik qanun pozuntularının ümumi kriminogen vəziyyətin pisləşməsində indikator rolunu oynadığını araşdıran kriminoloji nəzəriyyə. 1982-ci ildə amerikalı sosioloqlar Ceyms Vilson və Corc Kellinq tərəfindən formalaşdırılıb. == Nəzəriyyə == Nəzəriyyə iddia edir ki, vandalizm, ictimai yerlərdə sərxoşluq, metroda maneənin üzərindən tullanmaq və s. kimi xırda qayda pozuntuları ümumilikdə cinayətlərə qarşı dözümsüzlük mühiti yaradır və daha böyük cinayətlərin həyata keçirilməsinə kömək edir. == Praktiki tətbiqi == Nəzəriyyə təcrübədə geniş tətbiqini tapmışdır — ilk öncə Nyu-Yorkda və ABŞ-nin digər şəhərlərində, həmçinin Avropada, CAR, İndoneziya və s. yerlərdə tətbiq olunmuşdur. 1994-cü ildə Nyu-York meri olan Rudolf Culiani və Nyu-York polisinin yeni komissarı Uilyam Bratton qraffiti, metrodan biletsiz istifadə, dilənçilik, rezin dəyənəklərlə dava və s. kimi xırda qanun pozuntularıyla mübarizə elan etmişlərdi. Bütün tənqidlərə baxmayaraq Culiani mübarizəsini davam etdirdi və nəticədə şəhərdə cinayətlərin sayı 2200-dən 1000-ə qədər endirildi. == Eksperimental yoxlanılması == Qroningen universitetinin (Niderland) sosioloqları tərəfindən bu nəzəriyyənin yoxlanılması üçün bir sıra təcrübələr keçirilmişdir.
Yüksəyə qaldırılmış düzənlik
Yüksəyə qaldırılmış düzənlik (rus. возвышенная равнина, ing. high plain) — dəniz səviyyəsindən müəyyən qədər yüksəyə qaldırılmış düzənlik, mütləq yüksəkliyi 200 m-dən çox olur.
Falmutun yandırılması
Falmutun yandırılması — ABŞ İstiqlal müharibəsi zamanı kapitan Henri Mouetin komandanlığı altında Kral Hərbi Dəniz Qüvvələrinin gəmiləri tərəfindən Massaçusets ştatının Falmut müstəmləkə limanına reyd. Hücum yandırıcı mərmilərin istifadəsi də daxil olmaqla bombardmanla başlamış və sonra desantlar şəhəri tamamilə məhv etmişdir. Reyd İstiqlal müharibəsinin ilkin mərhələlərində patriot fəaliyyətlərini dəstəkləyən limanlara qarşı planlaşdırılmış cavab kampaniyasında yeganə böyük hadisə idi. Koloniyalarda basqın xəbərləri Britaniya hakimiyyət orqanlarına tabe olmaqdan imtinaya və müstəqil hökumətlərin yaradılmasına səbəb olmuşdur. B, həmçinin İkinci Kontinental Konqresi Kontinental Donanmanı formalaşdırmaqla Britaniyanın dəniz üstünlüyünə meydan oxumağa sövq etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Charles, Patrick J. Irreconcilable Grievances: The Events That Shaped American Independence. Westminster, Maryland: Heritage Books. 2008. ISBN 9780788445668. Conforti, Joseph.
Qaraçuxur məscidinin yandırılması
Qaraçuxur məscidinin yandırılması — 2014-cü il noyabrın 26-da saat təxminən 02:04 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə. Mehbalıyev küçəsində yerləşən «Cümə» məscidinə yandırıcı maye ilə doldurulmuş şüşə butulkalar atılmaqla törədilmiş yanğındır. == Polisin araşdırması == Faktla bağlı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə cinayət işi başlanılıb və ibtidai istintaqın sonrakı gedişatı zamanı baş vermiş cinayət hadisəsində terrorçuluq əlamətləri müəyyən edildiyindən istintaqın davam etdirilməsi Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinə həvalə olunub. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş anti-terror tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi rayonunun Biləcəri qəsəbəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşları Nəsibov Namiq Kamil oğlu və Ələkbərov Elnur Tahir oğlu saxlanılıblar. Namiq Nəsibovun üzərindən «Makarov» tipli tapança və 8 ədəd 9 mm çaplı patron, Elnur Ələkbərovun üzərindən isə «Smit-Vesson» markalı revolver aşkar edilərək götürülüb. Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən cinayət işinin ibtidai istintaqı davam etdirilib və Cinayət Məcəlləsinin 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyəti orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə Namiq Nəsibov və Elnur Ələkbərov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Müəyyən edilib ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında Suriya Ərəb Respublikasının PKK terror təşkilatının nəzarətində olan ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib. Namiq Nəsibov Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərovla birgə PKK terror təşkilatının respublikamızda qanadı olaraq qeyri-rəsmi “Yekbun” təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamaq işinə başlayıblar. Namiq Nəsibov və Elnur Ələkbərov İnternetdə sosial şəbəkələr vasitəsi ilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da ediblər. Bundan başqa, Namiq Nəsibov və Elnur Ələkbərov qabaqcadan əlbir olan bir qrup şəxs halında İslam dininin «əhli-sünnə» təriqətinə mənsub və dini baxışlarına görə radikal saydıqları şəxslərə qarşı olan nifrətlərini nümayişkaranə şəkildə ifadə etmək, onların arasında qorxu və vahimə yaratmaq məqsədilə, bu cür qəbul etdikləri şəxslərin kütləvi toplaşdığı yerlərdə terrorçuluq aksiyasının törədilməsini planlaşdırıblar. Bu niyyətlərinin həyata keçirilməsi məqsədilə 2014-cü il noyabrın 25-də axşam saatlarında Namiq Nəsibov və Elnur Ələkbərov izlənməkdən ehtiyat edərək bir neçə taksi dəyişməklə Qaraçuxur qəsəbəsinə gəlib, buradakı «Cümə» məscidində yanğın törətmək məqsədilə ərazidə yerləşən müxtəlif yanacaqdoldurma məntəqələrindən 10 litr benzin alıb və həmin oddan təhlükəli mayeni əvvəlcədən əldə etdikləri şüşə butulkalara dolduraraq yandırıcı və partlayıcı vasitə hazırlayıblar.
Küveytdəki neft quyularının yandırılması
Hərbi konfliktlərlə bağlı olan ekoloji fəlakətlərə bir misal kimi 1991-ci ilin əvvəllərində Küveytdə və Fars körfəzi ətrafında "Səhrada fırtına" əməliyyatından sonra baş vermiş hadisələri misal göstərmək olar. Küveytdən geri çəkilən işğalçılar 500-dən artıq neft qazma quyusunu partlatdılar. Onların əksəriyyəti od tutub yanaraq 6 ay ərzində böyük bir ərazini zəhərli qaz və his ilə zəhərləmişdilər. Yanmayan qazma quyularından neft fəvvarə vuraraq Fars körfəzində böyük göllər yaratmışdır. Bura həmçinin çoxlu miqdarda dağıdılmış terminal və tankerlərdən də neft axırdı. Nəticə olaraq 1554 km² dəniz səthi, 450 km sahil zolağı neft ilə örtülmüşdür ki, bu da xeyli sayda canlının məhvinə səbəb olmuşdur. Alov məşəllərində hər gün 7,3 mln litr neft yanırdı ki, bu da ABŞ-nin gündəlik neft idxalı həcminə bərabər idi. Yanğından əmələ gələn his dumanları 3 km-ə kimi qalxaraq külək vasitəsi ilə Küveyt sərhəddlərindən çox-çox uzaqlara yayılırdı. Səudiyyə Ərəbistanı və İranda qara yağışlar, Kəşmirdə qara qar yağırdı. Havanın neft hisi ilə çirklənməsi, həmçinin, əhalinin sağlamlığına da, pis təsir edirdi.