Basdırılmış su

Basdırılmış su — keçmiş geoloji dövrlərdə yer səthindən süxurlara süzülmüş, sonradan ərazinin enməsi və yeni çökmə süxur təbəqələrilə örtülməsi nəticəsində bu sularla birlikdə gömülmüş yeraltı qazıntı su. Basdırılmış su qədim infiltrasion (və yaxud inflüasion) yolla əmələ gələn sulardır. Bəzi tədqiqatçılar bu termini "qazıntı su" terminilə eyniləşdirirlər. Lakin qazıntı sulara sedimentasion sular da aid olduğundan, onları eyniləşdirmək səhvdir.

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.