Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Typhlodromips yarnde
Yara
Yara — mexaniki təsirdən dəri və selikli qişaların, bədən boşluğunda yerləşən üzvlərin: ürək, ağciyər, qaraciyər, mədə-bağırsaq, böyrəklər, sidik kisəsi və s. tamlığının pozulmasıdır. Mexaniki zədə kəsici, deşici alətlərlə törənirsə və dəri tamlığı pozulursa, bu yaradır. Məsələn, qarına vurulan bıçaqla dəri tamlığı pozulur, mədənin divarında, qaraciyərin parenximasında yara törənir. Qarnın küt zədələnmələri zamanı dəri tamlığı pozulmur və yalnız dalağın zədələnməsi qanaxmaya səbəb olur, bu zaman söhbət yaradan deyil, dalağın cırılmasından getməlidir. Yaranın 3 əsas əlaməti vardır: ağrı, qanaxma, yara səthi. == Yaraların təsnifatı == Yaralar əmələgəlmə səbəblərinə, toxumaların zədələnmə xüsusiyyətinə, infeksiyalaşma ehtimalına, yara kanalının bədən boşluqlarına münasibətinə və s. görə təsnif olunur. Əmələ gəlməsinə görə bütün yaralar 2 qrupa bölünür: məqsədyönlü və təsadüfi yaralar. Məqsədyönlü yaralar — özləri də 2 qrupa bölünür: tibbi və kriminal yaralar (müharibələr, qəsd, intiqam, intihar).
Yard
Yard (ing. yard) — İngiltərədə və ABŞ-də ölçü vahidi. 1 yard = 0.9144 m ,.
Yaren
Yaren — Naurunun de fakto paytaxtı.
Arn.
Corc Arnott Arnott, və ya Uoker Arnott (ing. George Arnott Walker-Arnott, 1799—1868) — Şotlandiya botaniki. Vilyam Hukerlə birlikdə Şimali Amerika botanikasını, Vayt Robertlə birlikdə isə Hindistan florasını öyrənmişdir. Çoxlu bitkiləri təsnif etmişdir (International Plant Names Index). == Elmi fəaliyyəti == Corc Arnott Arnott toxumlu bitkilər, qıjıkimilər, mikologiya və yosunlar üzrə ixtisaslaşmışdır. == Xarici keçidlər == Hooker, Sir William Jackson. The Botany of Captain Beechey's voyage. Henry George Bohn. 1841.
Yan
Yan (dövlət) — Çində tarixi dövlət. Yan (İran) — İranda kənd.
Aaron Yan
Aaron Yan (20 noyabr 1986) — Tayvanın mandapop müğənnisi, kommersiya modeli və aktyoru. == Həyatı == O, Faingeyt mandopop vokal kvarteti oğlan qrupunun ən cavan üzvüdür. Mndarin Tayvanin Hokkiyen, Ingils, Yapon ve Kanton dillərində danışmağı bacarır. O, Çin Mədəniyyət Universitesində Jurnalistika ixtisası üzrə və Informasi Yayımında ikinci kurs tələbəsidir.
Tarn (departament)
Tarn(fr. və oks. Tarn) — Fransanın cənubundakı Oksitaniya regionunun depatamentlərindən biri, ardıcıl sayı - 81, inzibati mərkəzi - Albi, Əhalisi - 387 099 insan (2010-cu ildə ki, departamentlər arasında məlumat - 63-cü yer) == Coğrafiyası == Tarn departamentinin ərazisi 5758 km². Bura 2 rayon, 23 kanton və 319 kommun daxildir. Departament vasitəsi ilə Tarn çayı axır. == Tarixi == Tarn 1790-cı ilin martında Böyük Fransa İnqilabı zamanı meydana çıxan ilk 83 şöbədən biridir. Bu köhnə Lanqedok əyalətinin ərazisində meydana gəlir və adı Tarn çayına əsasən adlandırılmışdır.
Yann Martel
Yann Martel(ing. Yann Martel; d. 25 iyun 1963[…], Salamanka, Kastiliya və Leon) — Kanada yazıçısı. == Həyatı == Yann Martel, 25 iyun 1963-cü ildə İspaniyanın Salamanka şəhərində kanadalı diplomat ailəsində dünyaya gəlib. Valideynləri ilə birlikdə Avropanı, Mərkəzi və Şimali Amerikanı dolaşıb, Alyaskada, Kosta-Rikada yaşayıb. Yaşa dolduqdan sonra Türkiyəyə və Hindistana səyahət edib. Kanadanın Trent Universitetində fəlsəfə öyrənib, yoqa ilə məşğul olub. Y.Martelin ikinci romanı olan “Pinin həyatı” yazıçıya böyük uğur qazandırıb, bu əsərə görə 2002-ci ildə Booker mükafatınına layiq görülüb. Əsərdə 15 yaşlı yeniyetmə Pinin başına gələn inanılmaz hadisələr, onun Sakit Okeanda kiçik bir qayıqda amansız təbiətə və onunla birlikdə sağ qalmış vəhşi pələngə qarşı müqaviməti, yaşamaq uğrunda mübarizəsi öz əksini tapıb.
Yari Litmanen
Yari Litmanen (20 fevral 1971[…], Lahti[d]) ― Finlandiya keçmiş futbolçusu. Ayaks, Barselona, Liverpul kimi komandaların formasını geymişdir. 2005 ildə son 50 ilin ən yaxşı Finlandiyalı fubolçusu seçilib. == İlk dövrlər == İlk dəfə futbola Reypas klubunuda başlayan Yari 1992-ci ildə Ayaksın məşqçisi tərəfindən kəşf edilir və Ayaksın cavanlar klubuna daxil olur. Kiçik yaşlarından futbola olan marağı onu futbolunu daha da profesyonallaşdırmağa meyl etdirir. Bir mövsüm Ayaksın cavanlar klubunda oynadıqdan sonra 1993-cü ildə məşqçi Luiz Fan Qaal Litmaneni əsas heyətə daxil edirdi. == Ayaks == 1994-cü ildə Ayaksın əsas heyətinə daxil olan Litmanen ilk maçtlardan öz oyununu Fan Qaala bəyəndirə bilir və nəticədə Litmanen Ayaksın "10" nömrəli formasına və 11 nəfərlik əsas heyətin dəyişilməz adamlarından birisi olur. 1994-95 mövsümündə Ayaks, çempionlar liqası, Hollandiya çempionatı və Hollandiya kubokunda mübarizə aparırdı. Heyətində Patrik Kluvert, Klaren Sidorf, Mark Overmars, Edvin Van Der Saar kimi futbolçular olan Ayaks, 1994-95 mövsümünü; Çempionlar Liqası, Hollandiya çempionatı və kuboku, Avropa super kuboku, UEFA Qitələrarası kubokları ilə başa vurur. Litmanen isə ümumiliklə 42 oyunda 27 top vuraraq komandasının bu möhtəşən kubok seriyasını qazanmasında böyük rol oynayırdı.
Yarı günbəz
Yarım günbəz — bir binada yarı dairəvi bir sahə tutan və yarım günbəz şəklində olan bir memarlıq elementidir. Qədim Roma memarlığında apsislərdə, ənənəvi kilsə memarlığında, İslam memarlığındakı məscidlər və eyvanlarda tez-tez istifadə olunurdu.
Parn dili
Parn dili — müasir Türkmənistanın cənub-qərbində, Xəzər dənizinin şərqində yaşamış qədim parnların dili. Sak dillərindən biri ola bilər. Parnların e.ə. 250-ci ildə cənubda köçdüyü Parfiya ərazisində danışılan şimal-qərbi İran parf dilindən fərqli olaraq, İran dillərinin şərq qrupuna aid idi. Bundan qısa müddət sonra parnlar parfların qalan hissəsini toplamış və onu güclü mərkəzləşdirilmiş dövlətə çevirmişdilər. Bu dövlət sonradan Parfiya imperiyası olmuşdur.
Babi Yar
Babi Yar (ukr. Бабин Яр, Babyn Yar; rus. Бабий Яр, Babiy Yar) — 1941-ci ildə Nasist Almaniyası tərəfindən Ukrayna Sovet Sosialist Respublikasına bağlı Kiyev şəhəri yaxınlığında etnik yəhudilərə qarşı gercəkləşdirilmiş qətliam. İki gün ərzində 33.771 etnik yəhudi nasistlər tərəfindən öldürülmüşdür. Babi Yar qətliamının ən bilinən tərəflərindən biri 1941-ci ilin 29 və 30 sentyabr tarixlərində 33.771 nəfər etnik yəhudinin öldürülməsi faktıdır. Kiyev şəhərində və ətraf ərazilərdə yaşayan bütün etnik yəhudilərinin öldürülməsi ilə bağlı qərarı SS hərbçisi Kurt Eberhard, Cənub Polis Təşkilatının rəhbəri Fredrix Yaklin və Einsatzgruppe C rəhbəri Otto Raşx tərəfindən verilmişdir. Qətliam Sonderkommando 4a birliyinin əsgərləri tərəfindən, yerli polisin dəstəyi ilə gercəkləşdirilmişdir. Babi Yar Üçüncü Reyxin SSRİ ilə apardığı müharibə dövründə gercəkləşdirilmiş ən böyük qətliam kimi tarixə keçmişdir. Babi Yar eyni zamanda Holokost ərzində gercəkləşdirilmiş ən böyük qətliam hadisədidir. Qətliam öldürülən insanların sayına görə Polşanın işğalı zamanı öldürlən 42–43 min nəfər və 1941-ci ildə törədilmiş Odessa qətliamından (50 min) say baxımından geri qalsada, müharibə tarixində ən qısa vaxtda maksimal dərəcədə ən çox insanın öldürüldüyü cinayət kimi tarixə düşmüşdür.
Endrü Yan
Endrü Yan (ing. Andrew Yang; 13 yanvar 1975, Skenektadi[d], Nyu-York ştatı) — ABŞ siyasətçisi, müvəkkili, sahibkarı və xeyriyyəçisi, "Venture for America" (VFA) təşkilatının qurucusu, 2020-ci il ABŞ prezidentliyinə namizəd. Yan 2000–2009-cu illərdə startap və ilkin inkişaf mərhələsində olan şirkətlərdə qurucu və ya icraçı olaraq işləmişdir. O, "VFA" təşkilatının təsis etdikdən sonra 2012-ci ildə Obama adminstrasiyası tərəfindən "Dəyişiklik çempionu", 2015-ci ildə isə "Qlobal sahibkarlıq üzrə prezident səfiri" seçilmişdir. 2017-ci ilin noyabr ayında Yan Demokrat Partiyası üçün 2020-ci il ABŞ prezidentliyinə namizədliyini irəli sürmüşdür. Onun əsas siyasəti özünün adlandırdığı kimi "Azadlıq dividendi" – 18 yaşından böyük hər ABŞ vətəndaşı üçün nəzərdə tutulmuş şərtsiz baza gəliri (ŞBG) növüdür. Yan inanır ki, ŞBG avtomatizasiyanın işçi qüvvəsi ilə əlaqədar problemlərə gətirib-çıxaran sürətli inkişafına qaçılmaz cavabdır. Onun platformasının digər iki mərkəzi elementi universal səhiyyə və "bəşəriyyətə əsaslanan kapitalizm"dir. Onun kampaniya saytında 1000-dən çox siyasi təklif qeyd edilmişdir. == Həyatı == Yan 1975-ci ilin yanvarın 13-də Skenektadi şəhərində anadan olub.
Kapustin Yar
Kapustin Yar (rus. Капустин Яр) — Rusiyanın Həştərxan vilayətinin Znamensk şəhərində yerləşən bir kosmik bazadır. Müəssisə 1946-cı ildə məğlub edilmiş Almaniyadan əldə edilmiş texnologiya, materiallar və elmi dəstək ilə inşa edilmişdir. Rus ordusu üçün sınaq raketlərindən əlavə peyk və meteoroloji raketlər də buraxıldı. Müəssisənin yerləşdiyi Znamensk şəhəri bazaya xidmət etmək üçün qurulmuşdur.
Min Yan
Min Yan (20 fevral 1963) — İtaliyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Min Yan İtaliyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Mo Yan
Mo Yan (çin. sadə. 莫言, pinyin: Mò Yán, hərfi mənası: "Mo Yan"; 17 fevral 1955) — müasir Çin yazıçısı, Honkonq Açıq Universitetinin fəxri filologiya doktoru, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2012). Daha çox Mo Yan təxəllüsü ilə tanınan çinli yazıçı Guan Moye (sadələşdirilmiş Çin dilində: 管谟业; ənənəvi Çin dilində: 管謨業; pinyin yazı metodu ilə: Guǎn Móyè; doğum tarixi: 17 fevral 1955-ci il) roman və kiçik hekayələr müəllifidir. ABŞ-də nəşr olunan məşhur "TIME" jurnalında yazdığı məqaləsində Donald Morrison yazıçını “Çinin ən məşhur, əsərləri tez-tez qadağan edilən və kitabları piratçıların hədəfi olan yazıçılarından biri” adlandırmış, Cim Leç (Jim Leach) isə onu Çinin Frans Kafkası və ya Cozef Helleri hesab etmişdir. Qərbli oxucular Mo Yanı daha sonralar əsasında “Qırmızı kalış” (“Red Sorghum”) filmi çəkilmiş “Qırmızı kalış” və “Kalış şərabı” romanlarından tanıyırlar. 2012-ci ildə Mo Yan “hallüsinasiyalı realizmi vasitəsilə xalq nağıllarını, tarixi və müasir ədəbiyyatı birləşdirən" yazıçı kimi Ədəbiyyat sahəsində Nobel Mükafatına layiq görülmüşdür. == Təxəllüsü == Çin dilində “Danışma!” mənasının verən “Mo Yan” yazıçının təxəllüsüdür. ABŞ-nin Bəşəriyyətə Mili Dəstək qurumunun (National Endowment for the Humanities) sədri Cim Leç ilə müsahibə zamanı o bildirmişdi ki, bu ad 1950-ci illərdə Çindəki inqilabi-siyasi vəziyyətlə bağlı olaraq, ata-anasının ona düşüncələrini cəmiyyətdə danışmamaqla bağlı xəbərdarlığı ilə əlaqədardır. Bu təxəllüs eyni zamanda Mo Yanın Çinin siyasi və seksual tarixinin yeni şərhini verən əsərlərinin ana xətti ilə bağlıdır.
Vilson Yan
Vilson Yan (23 sentyabr 1979) — Kanadanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Vilson Yan Kanadanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, Komanda turnirində isə 9-cu pillənin sahibi olub.
Yan Salaka
Yan Sen
Yan Sen (16 avqust 1975) — Çini təmsil edən stolüstü tennisçi. == Karyerası == Yan Sen Çini 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə qızıl medalın sahibi olub.
Yan silsilə
Yan silsilə — Böyük Qafqaz dağlarında Baş Qafqaz silsiləsinə paralel silsilə, Azərbaycanda ən hündür nöqtəsi Şahdağ zirvəsidir (4243 m). == Məzmun == Ayrı-ayrı massivlərdən ibarətdir. Hündürlüyü Bəzi yerlərdə 5000 m.-dən artıqdır. Qafqazın ən yüksək zirvəsi olan Elbrus (5642 m.) buradadır. Azərbaycandakı hissəsi Şahdağdan (4243 m.) başlayaraq şərqə doğru tədricən alçalır və Beşbarmaq dağında (546 m.) qurtarır. Cənubda Qaytarqoca, Vorofto və s. silsilələri ilə Baş Qafqaz silsiləsindən ayrılır. Baş Qafqaz silsiləsindən başlayaraq çaylarla (Qusar, Qudyal, Qaraçay, Ataçay və s.) platolara (Şahdag, Qızılqaya, Buduq və s.) bölünmuşdur. Oronim "kənar, yan tərəf, qıraq" mənasındadır.
Yan suayrıcı
Yan suayrıcı (rus. боковой водораздел, ing. lateral divide, secondary divide) — eyni çayın qolları arasında yerləşən ikinci dərəcəli suayrıcı.
Yan zərər
Yan zərər, əlavə zərər, təsadüfi zərər və ya digər zərər – hər hansısa bir fəaliyyətin nəticəsində və ya təsadüfi nəticəsi olaraq hər hansısa ölüm, xəsarət və ya digər zərərlərə verilən addır. Əvvəlcə hərbi əməliyyatlar baxımından istifadə edilmiş, hal-hazırda isə qeyri-hərbi kontekstlərdə də istifadə olunur. 1970-ci illərdə dəqiqliklə idarə olunan sursatların inkişafından bəri, hərbi qüvvələr müntəzəm olaraq yan zərərləri minimuma endirmək üçün böyük səylər göstərdiklərini iddia edirlər. “Yan zərər” termininin istifadəsini tənqid edənlər bunun müharibə zamanı öldürülən və ya yaralanan əsgərlərdən əlavə olan qeyri-hərbi itkilərin qarşısının alına bilinməməsinə görə istifadə olunan evfemizm kimi görürlər.
Yan Çikker
Yan Çikker (slovak. Ján Cikker; 29 iyul 1911[…], Banska Bistritsa – 21 dekabr 1989[…], Bratislava) — müasir Slovakiya klassik musiqisinin aparıcı eksponenti olan Slovakiya bəstəkarı. Slovakiya Milli Artisti, Herder mükafatı və IMC-UNESCO Beynəlxalq Musiqi Mükafatı ilə mükafatlandırılmışdır. == Həyatı == Çikker keçmiş Avstriya-Macarıstanda, bugünkü Slovakiyada, Banska Bistritsa şəhərində anadan olub. Onun ilk musiqi müəllimi anası Mariya Psotkova və Uilyam Fiqus-Bistri idi. Orta məktəbi bitirdikdən sonra, 1930-cu ildən 1935-ci ilə qədər Praqa Konservatoriyasında oxumuş və orada Yarkoslav Kriçkanın bəstəkarlıq və orkestra kurslarına qatılmışdır. 1935-1936-cı illərdə Praqa Konservatoriyasının Magistr Peşə Liseyində oxudu, burada Vitezslav Novakın tələbəsi oldu. Daha sonra Vyanaya köçdü, 1936-1937-ci illərdə Feliks Veynqartner ilə birlikdə təhsil aldı. 1939-1949-cu illərdə Bratislava Konservatoriyasında dərs demişdir. 1945-1948-ci illərdə Slovak Milli Teatrı operasının repertuar məsləhətçisi olmuşdur.
Yan çayı
Yan çayı (serb. Јањ) — Balkanlardan axan çay. Çay Bosniya və Herseqovinanın bir hissəsi olan Serb Respublikası ərazisində yerləşir. Pliva çayının sağ qolunu təşkil edir. Yan həmcinin coğrafi, tarixi və bir mədəni bir vilayət adıdır. Burada Şipovo icması yerləşir == Çay == Yan çayı Şipovo icmasına daxil olan Babiça və Stroisa kəndləri arasındakı ərazidən başlayır. Mənbə 612 m yüksəklikdə yerləşir. Yuxarı axarlarda dərinliyi 200 metr olan kanyondan axır. Şipov şəhərinin şimalından axır. Şəhərdən 9 km aralıda çay Yan adalarını əmələ gətirir.
Yan Şefl
Yan Şefl (10 may 1990) — Çexiyalı üzgüçü. Yan Şefl Çexiyanı 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Yan Şefl birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 50 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 24.09 saniyəlik nəticəsi ilə 89 üzgüçü arasında 28-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.