Bu məqalə Endrü Yan haqqındadır. Endryu Yanq üçün Endryu Yanq səhifəsinə baxın. |
Endrü Yan (ing. Andrew Yang; 13 yanvar 1975, Skenektadi[d], Nyu-York ştatı)[3] — ABŞ siyasətçisi, müvəkkili, sahibkarı və xeyriyyəçisi, "Venture for America" (VFA) təşkilatının qurucusu, 2020-ci il ABŞ prezidentliyinə namizəd. Yan 2000–2009-cu illərdə startap və ilkin inkişaf mərhələsində olan şirkətlərdə qurucu və ya icraçı olaraq işləmişdir. O, "VFA" təşkilatının təsis etdikdən sonra 2012-ci ildə Obama adminstrasiyası tərəfindən "Dəyişiklik çempionu", 2015-ci ildə isə "Qlobal sahibkarlıq üzrə prezident səfiri" seçilmişdir.
Endrü Yan | |
---|---|
Doğum tarixi | 13 yanvar 1975 (49 yaş) |
Doğum yeri |
|
Uşağı | 2[1] |
Təhsili |
|
Fəaliyyəti | sahibkar |
Partiyası |
|
yang2020.com yangforny.com |
|
Vikianbarda əlaqəli mediafayllar |
2017-ci ilin noyabr ayında Yan Demokrat Partiyası üçün 2020-ci il ABŞ prezidentliyinə namizədliyini irəli sürmüşdür.[4] Onun əsas siyasəti özünün adlandırdığı kimi "Azadlıq dividendi" – 18 yaşından böyük hər ABŞ vətəndaşı üçün nəzərdə tutulmuş şərtsiz baza gəliri (ŞBG) növüdür. Yan inanır ki, ŞBG avtomatizasiyanın işçi qüvvəsi ilə əlaqədar problemlərə gətirib-çıxaran sürətli inkişafına qaçılmaz cavabdır.[5] Onun platformasının digər iki mərkəzi elementi universal səhiyyə və "bəşəriyyətə əsaslanan kapitalizm"dir.[6] Onun kampaniya saytında 1000-dən çox siyasi təklif qeyd edilmişdir.[7][8]
Yan 1975-ci ilin yanvarın 13-də Skenektadi şəhərində anadan olub.[9] Onun valideynləri ABŞ-yə Çin Respublikasından 1960-cı illərində köçüb,[10] Berkli Kaliforniya Universitetinin ali məktəbində rastlaşıblar.[11]